Microsoft Word Qezenfer pashayev net son doc



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə3/72
tarix21.07.2018
ölçüsü1,43 Mb.
#57453
1   2   3   4   5   6   7   8   9   ...   72

  B i b l i o q r a f i y a      
 
11
yası” (2010-dan), “Folklorşünaslıq məsələləri” (2011-dən), 
“Yada düşdü” (2011-ci ildən). 
1995-ci ildə professor Paşayev Nizami adına  Ədəbiyyat 
İnstitutunun Folklor Elm Mərkəzində  “İraq-türkman ocağı” 
yaratdı və burada İraq-türkman ədəbiyyatına dair kitablar, əl- 
yazmalar və s. toplandı. 2001-ci ildə bu irs Nizami adına 
Azər-baycan Ədəbiyyatı Muzeyinə keçirildi və “İraq-türkman 
ədə- biyyatı və mədəniyyəti” adlı daimi ekspozisiya yaradıldı. 
Paşa- yev şəxsi arxivini də Nizami adına Azərbaycan Ədəbiy-
yatı Muzeyinə verdi. 
Prof. Paşayevin çoxşaxəli yaradıcılığı və şəxsiyyəti ilə da-
ha yaxından tanış olduqca danılmaz bir həqiqətin  şahidi olur-
san. Q.Paşayev sadəliyi, alicənablığı, təvazökarlığı, xeyirxahlı-
ğı ilə əsl insanlıq meyarıdır. Yaradan ona elə tale və imkan qis-
mət edib ki, o, xeyriyyəçiliklə də məşğul ola bilir. O, yaradıcı 
adamlara əl tutur, onlara kitablarının çapında kömək edir. Dədə 
Qorqudun dəmir ağacdan yonulmuş möhtəşəm abidəsini alaraq 
Nizami adına Azərbaycan  Ədəbiyyatı Muzeyinə bağışlayıb 
(2004). Elmi rəhbəri, akademik Məmmədağa Şirəliyevin Fəxri 
xiyabanda qəbrinin üstünü götüzdürüb. Eləcə də böyük yaş fər-
qinə baxmayaraq, uzun müddət dostluq etdiyi, AMEA-nın 
müxbir üzvü Abbas Zamanovun qəbrini qaydaya saldırıb. 
Qəzənfər Paşayevin şəxsiyyəti ilə bağlı bir məsələni də xü-
susi qeyd etmək yerində olardı. Məlumdur ki, tarixən Azərbay-
canda üç ziyalı tipi olub: Şərq ziyalı tipi, rus-Qərb ziyalı tipi və 
bu iki ziyalı tipini uğurla ehtiva edən yeni ziyalı tipi. Prof. 
Q.Paşayev o qiymətli ziyalılardandır ki, Şərq və Qərb ziyalıla-
rına məxsus  ən yaxşı xüsusiyyətləri özündə birləşdirə bilib. 
Onu da demək lazımdır ki, 40-dan cox monoqrafiya, tərcümə 
və tərtib kitabları prof. Q.Paşayevin adı ilə bağlıdır. 2012-ci il-
də Q.Paşayevin 7 cildlik “Seçilmiş  əsərləri” çap olundu. Hər 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
12 
cild üst-üstə 550 səhifədən artıqdır. Prof. Q.Paşayevin yaradı-
cılığı ədəbiyyatşünas, folklorçu, dilçi, tərcüməçi, publisist kimi 
Azərbaycanda,  İraq və Türkiyədə yüksək qiymətləndirilir. 
Akademiklər: Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Teymur 
Bünyadov, Tofiq Hacıyev, Vasim Məmmədəliyev, İsa Həbib-
bəyli, Nizami Cəfərov, müxbir üzvlər: Yaşar Qarayev,  Azad 
Nəbiyev, Akif Musayev, professorlar: Məmmədhüseyn Təh-
masib, Qasım Qasımzadə, Vaqif Vəliyev, Musa Adilov, Mur-
tuz Sadıxov, Əzizə Cəfərzadə, Zeydulla Ağayev, Sədnik Paşa-
yev, Qəzənfər Kazımov, Himalay Qasımov, Elman Quliyev, 
Yavuz Axundlu, Məhərrəm Qasımlı, Məhərrəm Cəfərli, Mə-
hərrəm Məmmədli, Vaqif Yusifli, Bədirxan  Əhmədov, Niza-
məddin  Şəmsizadə, Tehran Əlişanoğlu, Mina xanım Təhləli, 
Asif Rüstəmli, Ramazan Qafarlı, Qəmərşah Cavadov, Alxan 
Məmmədov, Mehdi Sultanov və başqaları (Azərbaycan); xarici 
alimlərdən  Əta Tərzibaşı, Dr. Ə.Bəndəroğlu, Dr. Sinan Səid, 
Məhəmməd Xurşid, prof. Dr. Mahir Naqib, prof. Dr. Sübhi Sa-
atçı, Mövlud Taha Qayaçı, Erşad Nürmüzlü, Qasım Sarı Kəhya 
və başqaları (İraq); professorlar: Mustafa Arqun şah, Calal Er-
tuq,  İsa Özqan, Eflatun Nemətzadə,  İsa Qayacan, dosent Ta-
mella Abbasxanlı və başqaları (Turkiyə) professor Q.Paşayevin 
yaradıcılığına neçə-neçə sanballı məqalələr həsr etmişlər. Bun-
dan başqa, Q.Paşayevə bir çox kitab həsr olunmuşdur. Bütün 
bunlar bir daha Q.Paşayevin  ədəbi-elmi fəaliyyətinin böyük 
əhəmiyyəti olduğunu təsdiq edən faktdır. Qəzənfər Paşayevin 
fəaliyyəti yüksək qiymətləndirilib. O, SSRİ Nazirlər Sovetinin 
Xarici  İqtisadi  Əlaqələr Komitəsinin Fəxri fərmanı ilə  təltif 
edilib (23 iyul 1994), İraq Respublikasının “Əməkdə  şücaətə 
görə” medalına layiq görülüb (1976). SSRİ Təhsil Nazirliyinin 
Fəxri fərmanı ilə təltif edilib (28 aprel 1982), SSRİ Ali və Orta 
İxtisas Təhsili Nazirliyinin (30 may 1980) və SSRİ-nin İraqda-


  B i b l i o q r a f i y a      
 
13
kı  səfirliyinin (15 may 1974) Təşəkkürnaməsini alıb. Xarici 
dillər kafedrasının müdiri işlədiyi M.F.Axundov adına Pedaqo-
ji İnstitutun Fəxri diplomu ilə təltif edilib (1980, 1982, 1985). 
Respublika Həmkarlar  İttifaqının Fəxri fərmanına layiq 
görülüb (1997), Kərkük Vəqfinin (1999), Türkman Cəbhəsinin 
(2003) ödüllərini alıb. Respublika Həmkarlar Təşkilatının “Qı-
zıl qələm” mükafatına layiq görülüb (2001). Səudiyyə Ərəbis-
tanının Mədəniyyət Nazirliyinin ödülünü alıb (2007). Ədəbi fə-
aliyyətinə görə Beynəlxalq “Rəsul Rza” mükafatını alıb 
(2008). Türk Dil Qurumunun Fəxri diplomuna layiq görülüb 
(2008). İraq və İraq-türkman Yazarlar Birliyinin Fəxri fərmanı 
ilə  təltif edilib (2012). “Aşıq  Şəmşir” Mədəniyyət Ocağı  İcti-
mai Birliyinin Təşəkkürnamə diplomuna layiq gürülüb (2013). 
Prof. Q.Paşayev Nizami adına Ədəbiyyat İnstitutunun Həmkar-
lar təşkilatının “Fədakar alim” diplomu ilə  təltif edilmişdir 
(2012). Prof. Paşayev, eləcə də Azərbaycan Milli Elmlər Aka-
demiyası  Rəyasət Heyətinin Fəxri fərmanı ilə  təltif edilib (25 
dekabr 2012).  
 
 
 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
14 
 
İsa Həbibbəyli, 
Azərbaycan Milli Elmlər Akademiyasının 
 vitse-prezidenti, akademik
 
 
Ziyalı fədakarlığına örnək 
 
Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında gör-
kəmli yeri olan filologiya elmləri doktoru, professor Qəzənfər 
Paşayevin çoxillik və çoxcəhətli fəaliyyətini səciyyələndirən 
əsas prinsiplər yüksək vətəndaşlıq mövqeyi ilə universal 
düşüncənin və profesionallığın vəhdətindən ibarətdir. Bu çox 
zəhmətkeş alim, eyni zamanda fərqli bir vətəndaşlıq mövqeyi 
nümayiş etdirir. Professor Qəzənfər Paşayevin pafosdan uzaq 
olan vətəndaşlıq anlayışının sərhədləri, üfüqləri olduqca geniş-
dir. Böyük mənada Azərbaycanı tam əhatə edən bu vətəndaşlıq 
duyğusu onun Kərkük dolaylarındakı fəaliyyətinin, dünya ədə-
biyyatının ölkəmizdə tanıdılması ilə  əlaqədar zəhmətlərini, 
ədəbiyyatşünaslıq, dilçilik, folklorşünaslıq istiqamətlərindəki 
fəaliyyətlərinin də mayasını, cövhərini təşkil edir. O, müraciət 
etdiyi problemlərə, ədəbi-tarixi şəxsiyyətlərə epoxanın gözü ilə  
baxmağı bacaran, qələmə aldığı məsələləri yüksək vətəndaşlıq 
səviyyəsində  təqdim etmək vəzifəsini məsuliyyətlə, ləyaqətlə 
həyata keçirməyin öhdəsindən gələ bilən  əsl elm adamıdır. 
Yazdığı sanballı elmi əsərlərin bir çoxu elmdəki mühüm əhə-
miyyəti ilə yanaşı, həm də böyük vətəndaşlıq borcunun ifadəsi-
dir. Qəzənfər Paşayevin Azərbaycan aşıq sənətinə,  İraq-
türkman ədəbiyyatına, Kərkük ləhcəsinə həsr olunmuş əsərləri 
elmdə böyük mənəvi borcu necə yüksək səviyyədə, hansı ürək-
lə, təmannasız niyyətlə ciddi şəkildə və məsuliyyətlə yerinə ye-
tirməyin mükəmməl örnəkləridir. Qəzənfər müəllimin Azər-
baycanla yanaşı Kərkük dolaylarından Hələbə, Təbrizə, Ərzu-


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə