Microsoft Word Qezenfer pashayev net son doc



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə6/72
tarix21.07.2018
ölçüsü1,43 Mb.
#57453
1   2   3   4   5   6   7   8   9   ...   72

  B i b l i o q r a f i y a      
 
23
Axundluya,  İmamverdi  Əbilova və başqalarının fəaliyyətinə 
qiymət verərkən Qəzənfər Paşayev elmə xidmətin miqyasını 
doğru-düzgün müəyyən edir, obyektivlik meyarını qoruyur və 
ən başlıcası, mənəvi borc duyğusunu məsuliyyətlə yerinə yeti-
rir. Türkologiyanın ağsaqqalı kimi qiymət verdiyi akademik 
Məmmədağa  Şirəliyev, “dilçilik elminin iftixarı” hesab etdiyi 
akademik Ağamusa Axundov haqqındakı  məqalələrində  də 
Qəzənfər Paşayev dilçilik elminin daxili məntiqindən çıxış 
edərək qüdrətli dilçi alimlərin bu elm sahəsinin inkişafı sahə-
sindəki xidmətlərinin əsl mahiyyətini açıb obyektiv meyarlarla 
dəyərləndirir. Bir sözlə, ədəbiyyatşünaslıq və dilçilik məsələlə-
rindən söz açarkən də Qəzənfər Paşayev elm haqqında elm ya-
ratmaq bacarığını meydana qoyur. Müasir ədəbiyyata dair di-
gər tədqiqatlarında olduğu kimi, ədəbiyyatşünaslara ünvanlan-
mış əsərlərində də Qəzənfər Paşayev memuar cizgilərini təhlil-
ləri və tədqiqatları ilə  vəhdətdə təqdim edir. Bu yolla yazıçıla-
rın və  ədəbiyyatşünasların  ədəbi-elmi xidmətləri deyil, tərcü-
meyi-hallarının maraqlı  məqamları,  şəxsiyyətləri, mənəvi 
dünyası da təqdim olunur. Bütün bunlar isə yazıçını və ya ali-
mi mühiti və müasirləri, mənəvi aləmi, münasibətləri ilə birlik-
də tam halda oxuculara çatdırmağa şərait yaradır. Bu tip tədqi-
qatlarında Qəzənfər Paşayev sənətkar və zaman münasibətləri-
nə  də aydınlıq gətirir.  
Ümumiyyətlə,  İraq-türkman  ədəbiyyatı, Kərkük mövzusu 
professor Qəzənfər Paşayevin çoxcəhətli fəaliyyətinin  ekvato-
rudur. Görkəmli alimin yaradıcılığında bu ekvatorun Şərq və 
Qərb qütbləri mövcuddur. Müşahidələr göstərir ki, professor 
Qəzənfər Paşayev uzun illər ərzində ardıcıl fəaliyyəti ilə Azər-
baycan  ədəbiyyatşünaslığının  Şərq-Qərb divanını yaratmağa 
nail olmuşdur.  İraq-türkman  ədəbiyyatına həsr olunmuş elmi 
əsərləri Qəzənfər Paşayevin yaradıcılığının Şərq divanıdır. Bi-
zə görə, Avropa ədəbi-elmi fikrinə, rus ədəbiyyatına həsr olun-
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
24 
muş elmi əsərləri, tərcümələri alimin Qərb divanından ibarət-
dir. Azərbaycan oxucusuna təqdim olunmuş fransız yazıçısı 
Aleksandr Dümanın “Qafqaz səfəri”, amerikalı  alim  Sula  Be-
netin “Necə yaşayasan-yüzü haqlayasan”, ingilis ədibi Aqata 
Kristinin “Mavi qatarın sirri” romanının orijinaldan tərcümələ-
ri Qərb divanının ayrı-ayrı  fəsillərindən ibarətdir. Böyük 
münəccim Nostradamusun irsindən alınmış “Dərk olunmuş 
aləm” əsəri də Qərbi daha geniş şəkildə, bütün  yönləri ilə təq-
dim etməyə imkan verir. Müqayisədə Qəzənfər Paşayevin Şərq 
divanı ağır gəlsə də, onun Qərb ədəbi-elmi və ictimai fikrinin 
tədqiqi və  təqdimi sahəsindəki xidmətləri də sanballıdır. Qə-
zənfər Paşayevin “Şərq divanı” elmi salnamə, “Qərb divanı” 
isə daha çox təzkirə xarakteri daşıyır. Ümumilikdə “Şərq-Qərb 
divanı” həm də  ədəbi-mədəni  əlaqələrin tarixinin öyrənilməsi 
baxımından da qiymətlidir. Qəzənfər Paşayev külliyyatını “Se-
çilmiş əsərlər” adı ilə təqdim etsə də, bu yeddicildlikdə müəlli-
fin əsərlərinin, tərcümələrinin, demək olar ki, hamısı toplanıl-
mışdır. Bundan başqa, müəllif müasirlərinə göndərdiyi mək-
tubları, teleqramları, dissertasiyalara, avtoreferatlara yazdığı 
rəyləri, resenziyaları, müxtəlif münasibətlə etdiyi çıxışları, hət-
ta mühüm telefon zənglərini də  yığıb-yığışdırıb çoxcildliyinə 
daxil etmişdir. Bütün bunlar bir çox cəhətdən  əhəmiyyətlidir. 
Əvvəla, yeddicildlik professor Qəzənfər Paşayevin özü və irsi 
haqqında tam təsəvvür yaradır. Oxucu alimin yalnız elmi fəa-
liyyəti ilə tanış olmaqla qalmır, onun cəmiyyət həyatındakı, 
ədəbi-elmi mühitdəki iştirakı barəsində  də tam təəssürat  əldə 
edə bilir. Bundan başqa,  elmi-ədəbi irsini, əlyazmalarını, hətta 
çıxışlarının mətnlərini bu qədər səliqə-sahmanla yığıb saxla-
maq, sistemləşdirib nəşr etdirmək xüsusi bir qabiliyyətdir. 
Ədəbiyyatımızın və elmimizin tarixində irsini bu cür məxsusi 
dəqiqliklə tam halda qoruyub mühafizə edən, gələcək nəsillərə 
çatdırmaq üçün hazırlayan yalnız bir neçə  ədibimizin  adını 


  B i b l i o q r a f i y a      
 
25
çəkmək olar. Yusif Vəzir Çəmənzəminli,  Əziz  Şərif, Abbas 
Zamanov, Qulam Məmmədli və  nəhayət, Qəzənfər Paşayev. 
Bu mənada Qəzənfər Paşayevin çoxcildliyi “Seçilmiş əsərləri” 
yox, əhatə dairəsinə görə “Əsərləri” formatında görünür. Və ir-
sini bu qədər həssaslıqla, dəqiqliklə, səliqə ilə, əhatə dairəsinin  
bütün genişliyi ilə ictimaiyyətə çatdırmaq özü də ziyalı kimi 
mühüm və böyük bir xidmətdir. Qəzənfər Paşayev çöxcəhətli 
yaradıcılığının elmi nəticələri olan sanballı əsərləri ilə bir sıra-
da irsini epistolyar nümunələrinə  və  çıxışlarına qədər tam şə-
kildə ictimaiyyətə təqdim etməklə müasir ziyalılıq üçün nümu-
nə göstərir. Professor Qəzənfər Paşayevin söz-sənət dünyasını 
və müasirləri ilə  əlaqələrinin böyük miqyasını  əks etdirən 
“Ədəbi məktublar” kitabı ilə uzun bir dövr ərzində yazdığı 
məktubların da külliyyatını oxuculara çatdırmaqla daha bir zi-
yalılıq nümunəsi təqdim edir. Respublikamızın elmi-ictimai 
mühitində professor Qəzənfər  Paşayev yaxından iştirak edir. 
Ölkəmizin elmi ictimaiyyəti Qəzənfər müəllimin cəmiyyət və 
ədəbiyyat haqqındakı baxışlarını əsl ağsaqqal sözü kimi qəbul 
edir. O, Respublika Ağsaqqallar  Şurasının  İdarə Heyətinin, 
Qafqaz Müsəlmanları  İdarəsinin Elmi-Dini Şurasının üzvü, 
Azərbaycan Yazıçılar Birliyi Təftiş Komissiyasının sədri kimi 
geniş və səmərəli fəaliyyət nümunəsi göstərir. İllərdən bəri ça-
lışdığı Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına 
Ədəbiyyat  İnstitutunda da professor Qəzənfər Paşayev elmi  
mühitin inkişafına ürəklə xidmət edir. Ədəbiyyat  İnstitutunun 
Elmi Şurasında və Dissertasiya Şurasında Qəzənfər  Paşayevin 
rəyi, qiyməti, münasibəti mötəbər söz kimi qəbul olunur. Azər-
baycan  ədəbiyyatşünaslıq elmi  professor Qəzənfər Paşayevə 
özünün görkəmli yaradıcısı  və böyük ağsaqqalı kimi dərin 
hörmət və ehtiram bəsləyir.  
Professor Qəzənfər Paşayevin elmi əsərləri böyük ömrün, 
yaşanan taleyin, ciddı və ardıcıl axtarışların, fasiləsiz, davamlı 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
26 
həyat və yaradıcılıq eşqinin sanballı ifadəsidir. Səksən illik yu-
bileyi ərəfəsində oxuculara təqdim olunan “Ədəbi estafetlərdə 
keçən ömür” kitabı professor Yavuz Axundlunun elmi xidmət-
lərinə dair dərin səmimiyyətlə yazdığı aşağıdakı mülahizələrini 
ürəkdən gələn eyni böyük səmimiyyətlə  və ciddiyyətlə 
görkəmli ağsaqqal həmkarının özünə aid etməklə fikrimi ta-
mamlamaq istəyirəm: “Bu yorulmaz alimin elmi fəaliyyəti 
heyrətamizdir. Təkcə XXI əsrin  əvvəlindən bu günə kimi ya-
zılmış  və çap olunmuş  əsərlərinə  nəzər salmaq kifayətdir ki, 
sözlərimdəki səmimiyyət anlaşılsın... Bu əsərlərdə ədəbiyyatı-
mızı, ədəbiyyatşünaslıq elmimizi yaradanlara, qələm sahibləri-
nə dərin məhəbbət  qırmızı xətt kimi keçir. Bu yaşda belə təd-
qiqat aparmaq, uğur qazanmaq əsl fədakarlıqdır – desəm yanıl-
maram. Görkəmli ədəbiyyatşünasımız bu gərəkli fəaliyyəti ilə 
nəinki gənclərə, eləcə də yaşlı ədəbiyyatşünaslar nəslinə də bir 
nümunədir”. 
Fikrimcə, daha heç bir əlavəyə ehtiyac yoxdur.  
Görkəmli Azərbaycan ziyalısı,  ədəbiyyatşünaslıq elminin 
ağsaqqalı, professor Qəzənfər Paşayevə elmimizin və ictimai 
fikrimizin inkişafı yollarında yeni-yeni uğurlar arzulayıram. 
 
11 sentyabr 2017-ci il   
                                 
 
 
 
 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə