___________________________________________________
2
Layihənin rəhbəri: Əbülfəs Qarayev - Azərbaycan
Respublikasının Mədəniyyət və
Turizm Naziri
Elmi məsləhətçi: S.Məmmədəliyeva
İxtisas redaktoru və
buraxılışa məsul: K.Tahirov
Redaktor: G.Səfərəliyeva
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Çoxcildliyin X-
XXVIII cildlərinin köməkçi göstəricisi: (Qeydlər, şəxsi və
coğrafi adlar göstəriciləri)/
M.F.Axundov adına Azərbaycan
Milli Kitabxanası.- Bakı, 2010.- 512 s.
M.F.Axundov adına Milli Kitabxana tərəfindən hazırlanan bu
vəsait ümummilli lider Heydər Əliyev irsini araşdıran oxucuların və
mütəxəssislərin “Müstəqilliyimiz əbədidir” coxcildliyinin X-XXVIII
cildlərindən istifadəni asanlaşdırmaq məqsədilə tərtib olunmuşdur.
Vəsaitdə coxcildliyin mətnində verilən qeydlər, şəxsi və coğrafi adlar
əlifba sırası ilə qruplaşdırılaraq ayrı-ayrı cildlərdə gedən materiallar
bir kitabda toplanmışdır. Biblioqrafik göstərici kitabxanaçılar,
mütəxəssislər və tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
© M.F.Axundov adına Milli Kitabxana, 2010.
___________________________________________________
3
GÖSTƏRİCİ HAQQINDA
Ümummilli lider, ulu öndər Heydər Əliyevin fəaliyyətini
əks etdirən “Müstəqilliyimiz əbədidir” çoxcildliyi 1997-ci ildən
nəşr olunmağa başlanmış və hələlik kitabın 28 cildi çapdan
çıxmışdır. Respublika ictimaiyyətinin, müəllimlərin, dövlət
qulluqçularının və tədqiqat aparan mütəxəssislərin bu kitaba
olan böyük tələbatı və marağı nəzərə alınaraq 2008-ci ildə
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə M.F.Axun-
dov adına Azərbaycan Milli Kitabxanası tərəfindən çoxcildli-
yin I-IX cildlərinin köməkçi göstəricisi tərtib edilmişdir.
Milli Kitabxana bu təşəbbüsü davam etdirərək 2010-cu
ildə çoxcildliyin X-XXVIII cildlərinin də köməkçi göstəricisini
(qeydlər, şəxsi adlar və coğrafi adlar göstəricilərini) hazırlamış-
dır.
Tədqiqat aparan mütəxəssisləri məlumatlandırmaq məq-
sədilə “Qeydlər” bölməsində coğrafi və şəxsi adlar göstərici-
lərində gedən bir çox məfhumların izahlı açılışı verilmişdir.
Onu da qeyd edək ki, göstəricinin “Qeydlər” bölməsində adları
verilən şəxslərin vəzifələri çoxcildliyin çap olunduğu dövrə
uyğun göstərilmişdir.
“Şəxsi adlar göstəricisi”ndə şəxslərin adları və soyadları,
“Coğrafi adlar göstəricisi”ndə isə şəhər, ölkə, liman, çay, dəniz
və s. cografi adlar əlifba ardıcıllığı ilə verilmiş, bütün cildlərdə
olan bu məfhumlar bir kitabda toplanmış, ayrı-ayrı cildlərdə
gedən materiallara isnadlar verilmişdir. Göstəricidən istifadəni
asanlaşdırmaq məqsədi ilə çoxcildliyin cildləri qara hərflərlə
göstərilmiş və onların qarşısında müvafiq səhifələr verilmişdir.
Ümid edirik ki, bu vəsait ulu öndərimiz Heydər Əliyev
irsini öyrənən tədqiqatçı və mütəxəssislərə, kitabxanaçılara və
oxuculara öz işlərində yaxından köməklik göstərəcəkdir. Gös-
tərici barədə öz təkliflərini göndərən oxucu və mütəxəssislərə
əvvəlcədən minnətdarlığımızı bildiririk.
Ünvan: AZ-1000, Bakı şəhəri,Xaqani küçəsi ,29.
E-mail:
contact@anl.az
___________________________________________________
4
QEYDLƏR
1.
Abay Kunanbayev (1845-1904)
- görkəmli qazax
şairi, maarifçi, qazax realist yazılı ədəbiyyatının banisi. C.10-
74, 105; C.16- 15; C.19- 434; C.26- 151.
2.
Abbas Abbasov, Abbas Aydın oğlu Abbasov (d.1949) -
1992-2006-cı illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti
Sədrinin birinci müavini olub. C.10- 153, 281; C.12- 27; C.14-
100, 119, 121; C.15- 240; C.18- 175; C.19- 378, 382; C.21-
147, 148; C.23- 29, 30, 137, 175, 230; C.27- 160-169, 247.
3.
Abbas Quliyev, Аbbаs Şahbaz oğlu Quliyev (1916-
1998) - Sovet İttifaqı Qəhrəmanı, qvardiya kapitanı. Böyük
Vətən müharibəsinin (1941-1945) iştirakçısı. Q.Abbas Qərbi
Dneprdən Visla çayına qədər döyüş yolu keçmiş, Poltava və
Xarkov ətrafındakı döyüşlərdə igidlik və qəhrəmanlıq göstər-
mişdir. C.22- 257.
4.
Abbasəli Həsənov, Abbasəli Kərəm oğlu
Həsənov (d.
1953)- şərqşünas, diplomat. 1998-ci ildən Azərbaycan Respub-
likasının İranda Fövqəladə və Səlahiyyətli səfiridir. Eyni
zamanda 1998-ci ildən EKO-da İqtisadi Əməkdaşlıq Təşkila-
tında idarə heyətinin üzvü, hazırda isə sədridir. C.21- 119, 178;
C.27- 51, 52.
5.
Abbasqulu ağa Bakıxanov, ədəbi təxəllüsü Qüdsi
(1794-1847) - Azərbaycan alimi, şair, maarifçi. Bakı xanı II
Mirzə Məhəmmədin (1784-1891) oğludur. Rus ordusunda pol-
kovnik rütbəsinədək yüksəlmişdi. 1828-ci ıldə Türkmənçayda
Rusiya-İran danışıqlarında iştirak etmişdi. Bakıxanovun
“Gülüstani-İrəm” (1841) əsəri Azərbaycan tarixşünaslığının
inkişafında çox böyük rol oynamışdır. C.12- 42; C.14- 5; C.17-
342.
6.
Abbasmirzə Şərifzadə, Abbasmirzə Mirzə Əbdülrəsul
oğlu Şərifzadə (1893-1938) - Azərbaycan aktyoru, rejissor, teatr
xadimi. Azərbaycan Respublikasının Xalq artisti. Azərbaycan
xalqının ən dəyərli milli ziyalı nümayəndələrini məhv edən sovet