Microsoft Word Qebele-Son variant



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   2   3   4   5   6   7   8   9   ...   43

Şəlalə xanımın erməni işğalçılarına qarşı  mətinliklə vuruşmuş  qəbələli Qarabağ 
döyüşçüləri barədə yazdıqlarını həyəcansız oxumaq olmur. Vətənin dar günündə qarı 
düşmənin qarşısında keçilməz çəpərə dönən, hər qarış torpaq uğrunda son damla 
qanına qədər vuruşan  ər oğulları ehtiramla xatırlayan müəllif bu gün şəhid və  əlil 
ailələrinə dövlət qayğısından ürək dolusu danışır, fikirlərini faktlarla əsaslandırır. 
Bütün bunlar isə hazırda Azərbaycan Ordusunun sıralarında Vətənə  hərbi xidmətini 
namusla yerinə yetirən gənclərə  və ya əsgərliyə hazırlaşan yeniyetmələrə 
vətənpərvərlik hisslərinin aşılanması baxımından çox yerinə düşür. 
Elə buradaca incə bir məqama toxunmaq istəyirəm. Bu məqam  Şəlalə xanımın 
dünyaya göz açdığı ocağın timsalında bir qəbələli ailəsinin ədəbi-publisistik təsvirinin 
verilməsi ilə bağlıdır. Əlbəttə, burada təsvir olunan hadisələr hamı üçün tipik olmaya 
bilər. Amma söhbət ömrü boyu halallıqla dolanan, bütün ağrı-acılara baxmayaraq 
sabaha ümidlə boylanan, Tanrıya ümidinin işığında öz nəcib arzularına doğru 
yolundan dönməyən bir azərbaycanlı ailəsinin yaşantıları çoxları üçün tanış gələ bilər. 
Bu baxımdan müəllifin ata-anası, qardaşları ilə bağlı düşüncələri kitaba ayrı bir 
əlvanlıq gətirir, oxucunu başqa bir aləmə aparır. Kiçik qardaşı İsmayılın (Əfəndinin) 
uşaq vaxtlarından  əcəllə çiling-ağac oynaması, sonralar yaşı çatmaya-çatmaya 
Qarabağ  uğrunda savaşa yollanması, döyüşlərin birində  ağır yaralanması, ailə 
üzvlərinə  dəhşətli sarsıntılar yaşatması, ölümün pəncəsindən güclə qurtarması    və s. 
kimi həyati epizodlar nə  qədər təsirlidir!.. Nə yaxşı ki, bu faciəli anların sonu 
nikbinliklə bitir, nə yaxşı ki, axırda xeyir şərə qalib gəlir, nə yaxşı ki, Əntiqə ananın 
duaları Tanrıya yetişir! Bir də  nə yaxşı ki, indi İbrahimlə  Sədaqət qəhrəman ataları 
İsmayılın ümidlərini doğruldurlar!.. 
Mən Əntiqə ananı görməmişəm. Amma Şəlalə xanımın təsvirlərindən sonra ona 
məhəbbətim birə min qat artdı. Cavan ömür-gün yoldaşı  Məhyəddini erkən itirən, 
acı göz yaşlarını gizlədə-gizlədə kirpikləri ilə od götürən, vahiməli qəbristanlığın 
düz ovcunda yerləşən komasında beş körpəsini yarıac-yarıtox böyüdüb boya-başa 
çatdıran  Əntiqə ana!.. Şəhərdən qonaq gələn, elə  əyləşdiyi həyətdəcə  sərçələri 
qanına-qəltan eləyən ovçuya əməlli-başlı təbiət dərsi keçən bu ana obrazı həqiqətən 
tərbiyə mücəssəməsidir!.. 
Hər zaman özünün bənzərsiz təbiəti, əzəmətli dağları, qalın meşələri ilə diqqəti cəlb 
edən Qəbələnin bu gün beynəlxalq miqyaslı turizm mərkəzlərindən birinə çevrilməsi 
sevinci də kitabdan duyulur. Yaxın-uzaq xarici ölkələrdən axın-axın gələn  əcnəbi 
qonaqların buradan zəngin təəssüratla qayıtması, hər bir turistin öz vətənində 
Azərbaycanın təbliğatçısına çevrilməsi üçün hələ çox işlərin görülməsi indi doğrudan 
da taleyüklü vəzifələrdən biridir.  
Kitab müəllifinin Qəbələnin  əsrarəngiz təbiəti haqqında sevə-sevə söz açması, bu 
elin rəmzinə çevrilmiş hər bir bitki və ya meyvə barədə könüldolusu bəhs etməsi ilə 
yanaşı, xüsusilə  məşhur Qızıl  Əhmədi almasının cırlaşması,  şabalıd ağaclarının 
quruması ilə bağlı  həyəcan təbili çalması da vətəndaşlıq yanğısından irəli gəlir. 


Fikrimcə, uyğun sahənin mütəxəssisləri bu ciddi məsələnin üstündən sükutla 
keçməməli, bəlkə  də dövlət səviyyəsində  tədbirlərin müəyyənləşdirilməsi üçün 
təkliflər hazırlamalıdırlar... 
Qəbələlilərin sənət nümunələri və süfrə mədəniyyəti barədə ətraflı söz açan Şəlalə 
Məhyəddinqızı yalnız bu bölgəyə məxsus olan sənətkarlıq işlərini, milli mətbəximizin 
ətirli xörəklərini də oxucuların diqqətinə çatdırır. Çox güman ki, kitabın bu 
hissəsindən yetərincə faydalananlar da tapılacaq... 
Bütövlükdə    Şəlalə  Məhyəddinqızının Azərbaycanımızın dilbər guşələrindən biri 
olan bənzərsiz Qəbələ torpağının çiçəklənməsinə  həsr etdiyi bu kitab yaşı  əsrlərlə 
ölçülən qədim və ulu yurda qoyulmuş  mənəvi abidədir.  Əminəm ki, bu əsər hər bir 
kəsin kitab rəfinin bəzəyinə çevriləcək. 
 
Knyaz ASLAN 
pedaqoji elmlər namizədi, dosent, 
“Qızıl Qələm” mükafatı laureatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
QƏBƏLƏ İLƏ QISA TANIŞLIQ 
 
lkə  vətəndaşı ona görə qürur hissi duyur ki, güclü dövlətin himayəsində 
yaşayır. Onun doğulduğu vətən torpağının hər qarışı inkişaf edir. Boya-başa 
çatdığım rayonun inkişafından söz açmaq, burada gördüklərimi qələmə almaq istəyim də 
Azərbaycanın iqtisadi səviyyəsinin ilbəil artmasına işarədir.  
Yazıya yenicə başlayırdım, nədən danışacağımı düşünürdüm, dövlət başçısı  İlham 
Əliyevin  “Azərbaycanda bircə dənə də kənd qalmayacaq ki, problemləri həll edilməmiş 
olsun...” fikirlərindən daha da ruhlandım. Prezident bəyan edir: “Ölkənin ikinci yeni 
iqtisadi inkişaf xətti cızılıb və  əvvəlki  ucqar nöqtələrdə  zərurət doğuran məsələlər həll 
olunacaq”. 
Ölkəmizin hər bir tərəfində irəliləyiş gedir. Xüsusən də rayonların sürətli inkişafı 
reallığa çevrilir. Bölgələrdə respublika əhəmiyyətli obyektlərin tikilib istifadəyə verilməsi, 
yeni iş yerlərinin açılması işsizliyin aradan qaldırılmasına səbəb olur. Qazanan isə güclü 
iqtisadiyyata sahib olan dövlətimiz və yaşayışını təmin edən vətəndaşlarımızdır... 
Bu gün insanların istirahət məkanı kimi can atdığı  Qəbələ rayonu öz inkişafı ilə 
seçilir... 
Əsrarəngiz təbiəti ilə seçilən, uca dağların qoynunda yerləşən bu ərazi bitib-
tükənməyən qalın meşələri, gurultulu çayları, zəngin flora və faunası ilə  məşhurdur. 
İqtisadi siyasətin bəhrəsi sayəsində müasir görkəmindəki dəyişiklik və  zəka ilə  təbiətin 
birgə  vəhdətinin təzahürü burada açıq-aşkar hiss olunduğundan Qəbələnin adı daha 
uzaqlarda səslənir və  əcnəbiləri cəlb edən turist mərkəzinə çevrilir. Rayona axışan 
xaricilərin illərlə artımı da dediyimizin əyani sübutudur.  
Ölkə başçısı  İlham  Əliyevin 2004-cü ildə imzaladığı “Regionların sosial-iqtisadi 
inkişafı ilə bağlı Dövlət proqramı”nda Qəbələdə turizmin inkişaf etdirilməsi istiqamətində 
verdiyi mühüm tapşırıqlar da öz əksini tapmışdır. Sənədə  əsasən rayonun turizm 
potensialına uyğun olaraq bir neçə istiqamət müəyyənləşir və  nəticədə bu sahədə dünya 
standartlarına uyğun yeni müəssisələr istifadəyə verilir... 
Qafqaz Sıra dağlarının ətəyində Qəbələyə Allah-Təala qeyri-adi gözəllik bəxş edib. Bir 
günün içində min dona düşən təbiət öz füsunkarlığı ilə ecazkar mözücə yaradır. Ələlxüsus 
da fəsillər bir-birini əvəz edəndə ayrı bir aləmin seyrinə düşürsən. Bir qarış torpağına 
nəzər salanda müxtəlif bitki örtüyünün şahidi olursan. 
Orta ömrü 500 il olan şabalıd ağacları, başı göylərə dəyən pıçıldaşan çinarları, vələsi, 
qaraağacı, mırdaşası  və s. yaşıl bitki örtüyü necə  cəzbedicidirsə, eləcə  də  təbiətin canlı 
heyvanat aləmi daha maraqlıdır. 
Eyni məcradan, Qafqazın ətəyindən süzülən çayları müxtəlif xarakteri ilə seçilir. Qara 
çay, Dəmiraparan çay qapqara palçıqlı suyu ilə  gurultusundan qulaq batırırsa, yerdən 
qaynaqlanan bulaq suları ayna saflığı ilə könülləri, gözləri oxşayır...  
Ö 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə