Yenə həmin gün, martın 2-si Azərbaycan Prezidenti İlham Əliyev İlham
Abdulkərimov adına Nohurqışlaq kənd orta məktəbinə də baş çəkir.
Direktor Səfər
Səfərov Prezident İlham Əliyevə məlumat verir ki, məktəbin əvvəlki binası 1936-cı ildə
inşa olunub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində yeni
binanın tikintisinə 2004-cü ilin ikinci yarısında başlanıb, 2006-cı il sentyabrın 1-də
istifadəyə verilib. Üçmərtəbəli, 24 sinif otağından ibarət məktəbdə tədrisi yüksək
səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb. Kompüterlə təchiz edilən,
laboratoriyaları olan məktəbdə 500-dən çox şagird təhsil alır, 72 müəllim çalışır.
Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarına, fənn kabinetlərinə baxır, ingilis dili
dərsində iştirak edir. Məktəbin ingilis və fransız dili müəllimi Fazil Atakişiyev Prezident
İlham Əliyevə müraciətlə deyir ki,
cənab Prezident, şagirdlərimizin belə gözəl, müasir
məktəbdə təhsil almasına görə Sizə və Azərbaycanın birinci xanımına səmimi
təşəkkürümüzü bildiririk. Sizin gərgin əməyinizin, apardığınız siyasətin, regionların
sosial-iqtisadi inkişafı sahəsində görülən işlərin nəticəsini bu məktəbdə hiss edirik. Çox
sevindiricidir ki, bu işlər ölkəmizin bütün regionlarında görülür. O, bu məktəbdə xarici dil
fənninin tədrisi sahəsində kifayət qədər uğurlar olduğunu vurğulayır. Bildirir ki,
məzunların bəziləri Avropanın bir sıra qabaqcıl təhsil ocaqlarında oxuyurlar. 30-dan çox
fransız dili mütəxəssisi hazırlanmışdır və onlar müxtəlif yerli
və xarici təşkilatlarda
işləyirlər. Ulu öndərimizin maddi köməyi sayəsində məktəbimizin yetirməsi Ağasəlim
Rəsulov Fransada təhsilini başa vuraraq, dilçilik üzrə doktorluq dissertasiyası müdafiə
edib. Keçən il məzunlardan biri yüksək - 659 bal toplayaraq, Dövlət İdarəçilik
Akademiyasına qəbul olunub.
Prezident İlham Əliyev uşaqların belə gözəl məktəbdə yaxşı təhsil almalarını, ingilis
dilini mükəmməl öyrənmələrini tövsiyə edir, informasiya və kompüter sinfi ilə tanış olur.
Məktəbin pedaqoji kollektivini təbrik edən Prezident İlham Əliyev deyir ki,
burada
uşaqların yaxşı təhsil alması üçün bütün şərait var, avadanlıq, ləvazimat və kompüter sinfi
var. Əsas odur ki, uşaqlar yaxşı oxusunlar və dəyərli insanlar olsunlar. Gələcəkdə
Azərbaycanın inkişafı üçün fəaliyyət göstərsinlər.
Prezidentlə görüşə gələn Tüntül kənd orta məktəbinin direktoru Telman Abdulxalıqov
ona müraciətlə deyir: “Möhtərəm Prezident, biz də uzun illər yaxşı məktəbin arzusunda
idik. 2006-cı ildə Sizin, çox hörmətli Mehriban xanımın qayğısı nəticəsində gözəl məktəb
binası tikilib,
müəllimlərin, şagirdlərin istifadəsinə verilibdir. Buna görə camaatımızın
adından çox-çox minnətdarlıq edirəm. Gözəl şərait, zəngin kabinetlər, yaraşıqlı sinif
otaqları yaradılıbdır. Müəllim kimi üzərimizə düşən vəzifəmiz, ulu öndərimizin dediyi
kimi, azərbaycanlı olmağı ilə fəxr edən vətəndaşlar yetişdirməkdir. Siz də, Mehriban
xanım da dağlar qədər əzəmətli, qüdrətlisiniz.
O dağlar torpağa söykənib, onlara heç kim
heç nə edə bilməz. Siz isə xalqa söykənmisiniz. Ona görə Sizə heç kim heç nə edə bilməz.
Azərbaycan var, Siz varsınız, Siz varsınız, Azərbaycan da var. Bizim düşüncəmiz belədir.
Biz bu iqtisadi inkişafı İlham Əliyevin iqtisadi möcüzəsi kimi qəbul edirik”.
Burada da dövlət başçısı gənclərin ölkənin gələcəyi olduğunu, savadlı, dərrakəli
yetişmələrindən ötrü dövlət tərəfindən gənclər siyasətinin həyata keçirildiyini, bu
məqsədlə onların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını söyləyir:
“Bu uşaqlar
gələcəkdə Azərbaycanda müxtəlif vəzifələrdə işləyəcəklər, Azərbaycanı idarə edəcəklər.
Ona görə gənc nəsil vətənpərvər, xalqa bağlı olmalıdır. Vətəni sevməlidir, bilikli və
peşəkar olmalıdır ki, həyatda öz yerini tutsun. İndi biz məktəblərin maddi-texniki bazasını
möhkəmləndiririk, yeni məktəblər tikilir və tikiləcəkdir. Ən əsası isə, təhsilin səviyyəsi
yüksəlməlidir. Bu işdə müəllimlərdən çox şey asılıdır. Mən də müəllimlərin fəaliyyətini
çox yüksək qiymətləndirirəm. Siz böyük iş görürsünüz, uşaqları tərbiyə edirsiniz, təhsil
verirsiniz” – deyən prezident müəllimlərin maaşının artırılmasından da danışır…
Kərpic zavodunun açılışına dəvət olunan ölkə başçısına məlumat verilir ki,
müəssisənin tikintisinə 2004-cü ilin avqustunda başlanıb, keçən il istifadəyə verilib. Lakin
rəsmi açılışı isə kollektivin
istəyi ilə məhz bu gün, İlham Əliyevin iştirakı ilə nəzərdə
tutulub. Prezidentin rayona gəlişi ilə əlaqədar artıq bu zavod tam gücü ilə işə salınır.
İstehsal gücü ildə 25-30 milyon ədəd olan müəssisədə 120 nəfər çalışır, orta aylıq əmək
haqqı 150-180 manatdır. Avadanlıq Ukrayna və Rusiyadan gətirilib. Burada Qafqazda
analoqu olmayan texnologiya əsasında məhsul buraxılır. Yerli bazarda tələbat artır və
məhsulu ixrac etmək də nəzərdə tutulur.
Prezident İlham Əliyev düyməni basaraq, zavodu yeni istehsal sahələri ilə birlikdə işə
salır, ayrı-ayrı sexləri gəzir və texnoloji prosesi izləyir. Azərbaycan Prezidenti
müəssisənin işçiləri ilə də görüşür, tikinti sektorunda bu cür məhsula tələbatın çox
olduğunu bildirir.
“Qəbələ” mehmanxanasına da baş çəkən dövlət rəhbəri dünya standartları
səviyyəsində inşa olunan yeni xidmət müəssisəsinin də açılışını edir.
Qəbələ şəhərinin mərkəzində yerləşən bu hotel Prezident İlham Əliyevin bölgələrdə
turizmin inkişafına göstərdiyi qayğının bariz nümunəsidir. Dördmərtəbəli mehmanxanada
lüks, yarımlüks, standart səviyyəli 58 nömrə var. Avropa mehmanxana standartları və
Şərq qonaqpərvərliyi buranın müştərilərinə hər cür şəraiti təmin edir.
Xidmət heyəti
ingilis, rus, alman, türk dillərini bilir. Mehmanxananın trenajoru, konfrans salonu,
mühafizə edilən 20 yerlik avtomobil dayanacağı, sauna, masaj, bilyard salonları da
qonaqların xidmətindədir. Mərkəzləşdirilmiş istilik sistemi, stasionar generator
quraşdırılmışdır. 100 nəfərlik restoranda müxtəlif ziyafətlər də təşkil etmək mümkündür.
Qonaqların istirahətinin daha maraqlı olması üçün Qəbələ rayonunun və ətraf
rayonların gəzməli-görməli yerlərinə səyahətlər də təşkil edilir.
Turizm-istirahət kompleksinin tikintisi də bu sahədə həyata keçirilən əhəmiyyətli
layihələrdən biridir. İnşasına keçən il başlanılmış kompleksdə hazırda beşmərtəbəli iki
mehmanxana tikilir. Beşulduzlu nəzərdə tutulan 6 mərtəbəli
mehmanxanada isə son
tamamlama işləri görülür. Kompleksdə 21 kottec artıq hazırdır. Gələcəkdə restoran,
üzgüçülük hovuzu, idman, konfrans salonları da olacaqdır. Tikintidə hazırda 200 nəfər
çalışır. Kompleks tam hazır olandan sonra 100 nəfər daimi işlə təmin ediləcəkdir.
Təqribən 11 milyon manat sərmayə qoyulacaq kompleksin tikinti işlərini yerli “Şinkar
İnşaat” şirkəti yerinə yetirir.
Prezident İlham Əliyev tikinti işləri ilə tanış olur, kottecləri gəzir. Azərbaycan
Prezidenti inşaatçılarla görüşür, xarici turistlərin cəlb edilməsi üçün görülən işlərin, o