Microsoft Word qasimli kenale doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#35938
1   2   3   4   5   6   7   8   9   ...   28

 

13

  Nəhayət, milli valyuta sisteminin vacib elementi institutsional elementdir. Burada 



söhbət  milli  idarəetmə  orqanlarının  fəaliyyətinin  reqlamentasiyasından  və  ölkələrin 

valyuta  münasibətlərinin  tənzimlənməsindən  (  mərkəzi  bank,  iqtisadiyyat  və  maliyyə 

nazirlikləri, bəzi ölkələrdə-valyuta nəzarəti orqanları) gedir. Milli valyuta qanunvericiliyi 

milli  və  xarici  valyuta  ilə  aparılan  əməliyyatları  tənzimləyir  (sahiblik  hüququ,  idxal-

ixrac,  alqı-satqı).  Dövlətlərarası  valyuta  tənzimlənməsini  Beynəlxalq  Valyuta  Fondu  ( 

BVF-  1944-cü  ildə  yaradılıb),  Avropa  Valyuta  Sistemində  isə-Avropa  Valyuta 

Ə

məkdaşlığı Fondu (1973-1993) həyata keçirir. Bu fond 1994-cü ildən Avropa Valyuta 



nstitutu  ilə  əvəz  olunmuşdur.  Adları  çəkilən  milli  və  beynəlxalq  institutların 

fəaliyyətlərinin  son  məqsədi  beynəlxalq  valyuta-kredit  və  maliyyə  münasibətlərinin 

böhransız, təhlükəsiz inkişaf rejimini dəstəkləmək və onu yenidən işləyib hazırlamaqdır. 

 

           1.2 Valyuta siyasəti  və valyuta strategiyalarının forma və istiqamətləri.  

 

  Dünya  təcrübəsinə  əsasən,  bazar  iqtisadiyyatı  şəraitində  beynəlxalq  valyuta 



münasibətlərinin  bazar  və  dövlət  tərəfindən  tənzimlənməsi  həyata  keçirilir.  Bazar 

tənzimlənməsi dəyər,  tələb və təklif qanununa  əsaslanır.  Bazarda valyuta  məzənnəsinin 

dinamikliyi  siqnalı  və  qiymət  mexanizmi  vasitəsilə  iqtisadi  agentlər valyuta  alıcılarının 

tələbləri  və  onların  təkliflərinin  imkanları  haqqında  məlumat  əldə  edirlər.  Həmçinin 

bazar valyuta  əməliyyatlarının  vəziyyəti  haqqında  informasiya  rolunu  oynayır. 

  Bazar  və  dövlət  tənzimlənməsi  bir-birini  tamamlayırlar.  Birinci  rəqabətə 

ə

saslanaraq inkişafa stimul yaradır, ikinci isə bazar tənzimlənməsinin mənfi nəticələrinin 



dəf  edilməsinə  istiqamətlənmişdir.  Bu  iki  tənzimləyici  arasındakı  sərhəd  konkret 

vəziyyətlərdə fayda və gəlir baxımından müəyyən olunur. Ona görə də onlar arasındaki 

nisbət  tez-tez    dəyişir.  Böhran  sarsıntıları,  müharibə  və  müharibədən  sonrakı  dağıntılar 

zamanı dövlət valyuta tənzimlənməsinə üstünlük verilir, bəzən bu üsul çox sərt şəkildə 

həyata  keçirilir.  Valyuta-iqtisadi  vəziyyətin  yaxşılaşdırılması  zamanı  valyuta 

ə

məliyyatlarının liberalizasiyası baş verir, bu sahədə bazar rəqabəti gücləndirilir. Ancaq 



dövlət  valyuta  münasibətlərinin  reqlamentasiyası  məqsədi  ilə  həmişə  valyuta  nəzarətini 

saxlayır.  Valyuta  siyasəti  bazar  iqtisadiyyatının  tənzimlənməsi  sistemində  vacib 




 

14

yerlərdən birini tutur. Valyuta siyasəti ölkənin cari və strateji məqsadlərinə uyğun gələn, 



beynəlxalq  valyuta  və  digər  iqtisadi  münasibətlər  sferasında  həyata  keçirilən 

fəaliyyətlərin məcmusu başa düşülür. O, iqtisadi siyasətin əsas məqsədlərinə nail olmağa 

yönəldilmişdir  ki,  bu  məqsədlər-  Iqtisadi  artımın  sabitliyini  təmin  etmək,  işsizliyin  və 

inflyasiyanın  artımının  qarşısını  almaq,  tədiyyə  balansında  tarazlığın  qorunmasını 

dəstəkləməkdən ibarətdir.. 

  Valyuya  siyasətinin  forma  və  istiqamətləri  ölkənin  valyuta-iqtisadi  vəziyyəti, 

dünya təsərrüfatının təkamülü, dünya arenasında gücün yerləşməsi ilə müəyyən olunur. 

Müxtəlif    tarixi  etaplarda  birinci  planda  valyuta  siyasətinin  yerinə  yetirdiyi    əsas 

problemlər irəli sürülür: valyuta böhranının dəf edilməsi və valyuta stabilləşməsini təmin 

etmək;  valyuta  məhdudiyyətləri,  valyuta  dönərliliyinə  keçid;  valyuta  əməliyyatlarının 

liberallaşdırıması  və  s.  Valyuta  siyasəti  ölkələrin  qarşılıqlı  münasibətlər  prinsipini  əks 

etdirir.  Bu  prinsiplərə  ölkələr  arasındakı  tərəfdaşlıq  və  mübahisələr  aiddir.  Bu 

mübahisələr  özünü  ilk  növbədə  inkişaf  etmiş  ölkələrin  digərlərinin  daxili  işlərinə 

müdaxilə  etməsində  göstərir,  nisbətən  zəif  tərəfdaşların  diskriminasiyasına  səbəb  olur. 

Hüquqi  cəhətdən  valyuta  siyasəti  valyuta  qanunvericiliyi  ilə  rəsmiləşdirilir.  Valyuta 

qanunvericiliyi-ölkədə  və  onun  sərhədlərindən  kənarda  valyuta  sərvətləri  ilə 

ə

məliyyətların  yerinə  yetirilməsi  ardıcıllığını tənzimləyən  hüquqi normaların  məcmusu, 



həmçinin  dövlətlər  arasında  valyuta  problemlərinə  dair  ikitərəfli  və  çoxtərəfli  valyuta 

razılaşmalarıdır.  Tarixi  olaraq  müasir  valyuta  razılaşmalarının  sələfi  Latin  pul  ittifaqı 

olmuşdur ( 1865-1926-cı illər). Bu ittifaqın məqsədi üzv ölkələr üçün yeganə pul vahidi 

yaratmaq  idi  və  bir  ölkənin  pul  vahidi  digər  dövlətlərdə  də  qanuni  ödəmə  vasitəsi 

funksiyasını  yerinə  yetirə  bilirdi.  Daha  sonra  1922-ci  ildə  keçirilmiş  Genuya 

konfransında  qızıl-deviz  standartınin  yaradılması  rəsmiləşdirildi.  1944-cü  ildə  keçirilən 

Bretton-Vudsk konfransı müharibədən sonrakı valyuta sistemini möhkəmləndirdi. BVF-

nin Nizamnaməsinə dəyişikləri dəstəkləyən Yamayka razılaşması müasir dünya valyuta 

sisteminin  prinsiplərini  müəyyən  etdi.  Regonal  birliklər  çərçivəsində  də  valyuta 

razımaşmaları həyata keçirilir, məsələn, Avropa Valyuta Birliyinin yaradılması. 

  Valyuta  siyasətinin  həyata  keçirilməsi  vasitələrindən  biri  də  valyuta 

tənzimlənməsidir.  Valyuta  tənzimlənməsi-dövlətlərin  beynəlxalq  hesablaşmalarının 




 

15

reqlamentasiyası  və  valyuta  əməliyyatlərının  aparılması  ardıcıllığıdır.  O,  milli,  regional 



və  beynəlxalq  səviyyələrdə  həyata  keçirilir.  Birbaşa  valyuta  tənzimlənməsi 

qanunvericilik  aktları  və  icraçı  güclərin  fəaliyyəti  yolu  ilə  həyata  keçirilir.  Dolayı 

tənzimlənmə isə bazarın iqtisadi agentlərinin davranışlarına təsir edən iqtisadi, xüsusilə, 

valyuta-kredit  metodlarının  istifadəsi  ilə  realizə  olunur.  Təsərrüfat  əlaqələrinin 

beynəlmiləlləşməsi  dövlətlərarası  valyuta  tənzimlənməsinin  inkişafına  yardım  etdi.  O 

aşağıdakı  məqsədləri  izləyir:  ayrı-ayrı  ölkələrin  valyuta  siyasətlərinin  koordinasiyası, 

valyuta  böhranının  dəf  edilməsi  üzrə  birgə  tədbirlər,  aparıcı  dövlətlərin  valyuta 

siyasətlərinin  digər  dövlətlərə  münasibətdə  razılaşdırılması.  Regional  valyuta 

tənzimlənməsi iqtisadi inteqrasiya birlikləri çərçivəsində həyata keçirilir. Buna ən yaxşı 

nümunə inkişaf etmiş ölkələrin qruplaşması sayılan Avropa Birliyidir. 

  Valyuta  siyasəti –  dövlət  orqanları,  mərkəzi  banklar,  maliyyə  təşkilatları, 

beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən valyuta münasibətləri sahəsində həyata 

keçirilən iqtisadi, hüquqi və təşkilati tədbirlərdir.   Valyuta  siyasəti  dövlətin  daxili 

valyuta  bazarında  həyata  keçirilən  xarici  valyuta  ilə  əməliyyatların  və  xarici  valyuta 

məzənnəsinin  tənzimlənməsi  istiqamətində  apardığı  daxili  və  xarici  iqtisadi  siyasətdir. 

Valyuta  siyasəti  mərkəzi  bank  və  digər    maliyyə-kredit  təşkilatları  qismində  mərkəzi 

hökumət  orqanları  tərəfindən  həyata  keçirilir.  Mərkəzi  Bankın  yürütdüyü  pul  siyasəti 

ölkədə makroiqtisadi stabilliyin təmin olunmasına və ölkənin əlverişli beynəlxalq rəqabət 

qabiliyyətinin qorunub saxlanmasına yönəldilir. Dayanıqlı makroiqtisadi sabitlik və aşağı 

inflyasiya  davamlı  iqtisadi  artımın  və  əhalinin  sosial  rifahının  yüksəldilməsinin  əsas 

şə

rtləridir.  Valyuta  siyasəti  tədiyə  balansının  müsbət  saldoya  çatması  üçün  aparılan 



beynəlxalq  maliyyə  siyasətinin  tərkib  hissəsidir.  Dövlət  valyuta  siyasətinin  əsas 

elementləri kimi, valyuta müdaxilələrindən və məhdudiyyətlərindən istifadə edir. 

  Valyuta  siyasəti  valyuta  problemlərinə  dair  qərarların  hazırlığı,  qəbulu  və 

realizasiyasını müəyyən edir. Valyuta münasibətlərinin tənzimlənməsi bir neçə səviyyəni 

ə

hatə  edir:  Xüsusi  müəssisələr-buraya  milli  və  beynəlxalq  banklar  və  korporasiyalar 



daxildir.  Onlar  böyük  valyuta  resurslarına  malikdirlər  və  valyuta  əməliyyatlarında  fəal 

iştirak  edirlər.  Milli  hökumət  (  maliyyə  nazirliyi,  mərkəzi  bank,  valyuta  nəzarəti 

orqanları) və  Dövlətlərarası səviyyədə. 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə