Microsoft Word qasimli kenale doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#35938
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

 

39

2015-ci  ildə  Mərkəzi  Bank  iqtisadiyyatın  şaxələnməsində  bank-maliyyə 



sektorunun rolunun yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Maliyyə 

resurslarını  iqtisadiyyatın  şaxələnməsinə  yönəldən,  iqtisadi  artıma  effektiv  dəstək 

verməklə  gəlirlərin  daha  səmərəli  bölüşdürülməsinə  və  sosial  rifahın  daha  da 

yaxşılaşmasına xidmət edən maliyyə sisteminin formalaşması təşviq olunacaqdır.  

Biznesin  uzunmüddətli  kredit  əldə  etməsi  imkanlarını  artırmaq  üçün  yeni 

maliyyələşmə mexanizmlərin yaradılması imkanları araşdırılacaq, bankların real sektora 

yeni  məhsul  və  xidmətlər  təklif  etməsi  təşviq  olunacaqdır.  Biznes  kreditləşməsinin 

genişlənməsində  real  sektor  tərəfindən  effektiv  biznes  layihələrinin  təqdim  edilməsi 

mühüm  amil  olacaqdır.  Real  sektor  müəssisələrinin  maliyyə  hesabatlığının  beynəlxalq 

standartlara  tam  uyğunlaşması,  kreditorların  hüquqlarının  qorunması  mexanizminin 

gücləndirilməsi biznes kreditlərinə çıxış imkanlarını artıran mühüm amildir.  

Faiz dərəcələrinin aşağı salınması istiqamətində tədbirlər davam etdiriləcəkdir. Bu 

istiqamətdə  bank  sektorunun  resurs  bazasının  artırılması  üçün  əhalinin,  korporativ 

sektorun və institusional investorların uzunmüddətli yığımlarının bank sektoruna cəlbinin 

stimullaşdırılması diqqətdə saxlanacaqdır. Habelə, nağdsız ödənişlərin stimullaşdırılması 

və nəticədə kreditləşmənin resurs mənbələrinin genişləndirilməsi istiqamətində fəaliyyət 

gücləndiriləcəkdir.  Əmanətlərin  sığortalanması  mexanizminin  təkmilləşdirilməsi 

çərçivəsində  qorunan  əmanət  və  əmanətçilərin  əhatəsinin  genişləndirilməsi  imkanlarına 

baxılacaqdır.  Bank  sektorunda  restrukturizasiyanın  davam  etdirilməsi,  banklararası 

bazarın  inkişaf  etdirilməsi,  banklarda  daxili  potensialın  gücləndirilməsi  və  əməliyyat 

effektivliyinin  yüksəldilməsi,  habelə  bank  xidmətlərinin  elektronlaşdırılması  və  distant 

bank xidmətləri faiz dərəcələrinə azaldıcı təsir edən amillər olacaqdır.  

Regional  bankçılığın  inkişafı  2015-ci  ildə  də  diqqətdə  saxlanılacaq,  kredit 

institutlarının  regional  şəbəkəsinin  genişləndirilməsi  təşviq  olunacaqdır.  Fiziki  filial 

şə

bəkəsi ilə yanaşı distansion bankçılıq mexanizmlərinin, o cümlədən, elektron bankçılıq 



alətlərinin inkişaf etdirilməsi mühüm prioritetlərdən olacaqdır. Regionlarda sosial rifahın 

yüksəlməsində mikromaliyyənin rolunu nəzərə alaraq bank olmayan kredit təşkilatlarının 

inkişafına diqqət artırılacaqdır. Mikromaliyyə institutları, o cümlədən “Azərpoçt” MMC-



 

40

nin  regional  xidmət  şəbəkəsi  vasitəsilə  bank  xidmətlərinə  çıxışın  artırılması  üzrə  əlavə 



tədbirlər görüləcəkdir.  

poteka  kreditləşdirilməsi  sisteminin  inkişafı  istiqamətində  fəaliyyət  2015-ci  ildə 

də davam etdiriləcəkdir. Bu istiqamətdə öyrənilmiş dünya təcrübələri əsasında hökumətlə 

birlikdə yeni təşəbbüslərin həyata keçirilməsi imkanlarına baxılacaqdır. Sosial ipotekanın 

ə

hatəsinin  genişləndirilməsi  də  mühüm  prioritetdir.  poteka  kreditləşməsi  prosesinin 



sadələşdirilməsi  məqsədilə  “Elektron  ipoteka”  sisteminin  imkanlarından  istifadə 

ediləcəkdir.  Vətəndaşların  ipoteka  kreditlərinə  elektron  müraciət imkanı  yaradılacaqdır. 

Adi ipoteka kreditləşməsinin genişləndirilməsi üçün əlavə bazar mənbələrinin cəlbi, yeni 

ipoteka  məhsullarının  yaradılması,  ipoteka  kreditləri  üzrə  zəmanət  mexanizminin 

formalaşdırılması istiqamətində tədbirlər görüləcəkdir. 

 

 Beləliklə,  2014-cü  ildə  milli  iqtisadiyyatda  dinamik  inkişaf  və  şaxələnmə 



prosesləri  davam  etmiş,  müxtəlif  sosial-iqtisadi  göstəricilər  üzrə  ölkənin  beynəlxalq 

reytinqləri  daha  da  yaxşılaşmışdır.  Milli  iqtisadiyyat  qlobal  gərginliyə  və  risklərə  qarşı 

daha  yüksək  dayanıqlıq  nümayiş  etdirmiş,  iqtisadi  artım  davam  etmişdir.    2014-cü  ildə 

makroiqtisadi  sabitlik  qorunmuş,  inflyasiya  aşağı  təkrəqəmli  səviyyədə  saxlanmış  və 

manatın məzənnəsinin sabitliyi təmin olunmuşdur. Bank sektorunun maliyyə vasitəçiliyi 

və  maliyyə  xidmətlərinə  çıxış  inkanları  daha  da  genişlənmişdir.  Bank  sektorunda 

risklərin  qabaqlayıcı  rejimdə  idarə  edilməsi  nəticəsində  bankların  maliyyə  dayanıqlığı 

daha da yaxşılaşmışdır.  

2015-ci  ildə  də  Mərkəzi  Bankın  fəaliyyətində  makroiqtisadi  və  maliyyə 

sabitliyinin  qorunması  əsas  hədəflərdir.  Aşağı  təkrəqəmli  inflyasiya  səviyyəsinin 

qorunması və manatın məzənnəsinin sabitliyi növbəti ildə də mühüm prioritetlərdir. Eyni 

zamanda  iqtisadi  artım  çevik  pul  siyasəti  ilə  dəstəkləklənəcəkdir.  Mərkəzi  Bank  bank 

sektorunda 

maliyyə 


dayanıqlığının 

qorunmasını, 

cümlədən 



risklərin 

minimallaşdırılmasını təmin edəcəkdir. Bank sektorunun maliyyə dərinliyinin artırılması 

və  onun  iqtisadi  artımda  daha  effektiv  iştirakının  stimullaşdırılması  istiqamətində  də 

fəaliyyət gücləndiriləcəkdir. 

 

 

             




 

41

Fəsil 2  Milli valyuta strategiyasının formalaşmasına təsir edəəsas amillər                                                    

           

              2.1. Tədiyyə balansı və onun valyuta siyasətinin formalaşmasına təsiri. 

Tədiyə  balansı  müəyyən  zaman  dövründə  hər  hansı    bir  ölkənin  dünyanın  digər 

ölkələri  və  beynəlxalq  maliyyə  institutları  ilə  xarici  iqtisadi  əməliyyatlarının    mövcud 

vəziyyətini  əks  etdirən    sistemləşdirilmiş  göstəricilərdən    ibarət    hesabatdır.  Buradakı 

göstəricilər real resurslarla (mallar,  xidmətlər və gəlirlər) DTS-nə inteqrasiya üzrə cari 

ə

məliyyatları və maliyyə resursları ilə (aktivlər və öhdəliklər) DTS-nə inteqrasiyanı, yəni 



BKB-na  inteqrasiyanı  əks  etdirir.      Milli  iqtisadiyyatnın  DTS-nə  inteqrasiyası  ilə  bağlı 

TB-da  ölkəyə daxilolmalar üzrə aşağıdakı əməliyyatlar göstərilir:       

1) real resurs maddələri üzrə - ixracat; 

  2) maliyyə resursları maddələri üzrə - həmin ölkənin rezidentlərinə məxsus olan   

xarici aktivlərin azalmasına, yaxud bu ölkənin xarici öhdəliklərinin artmasına səbəb 

olan əməliyyatlar.  

 Əksinə,  ölkədən ödənişlər   üzrə  aşağıdakı  əməliyyatlar  göstərilir: 

 1) real resurs maddələri üzrə - idxalat;  

 2)  maliyyə  resursları  maddələri  üzrə  -  həmin  ölkənin  rezidentlərinə  məxsus  olan 

xarici aktivlərin artmasına, yaxud bu ölkənin xarici öhdəliklərinin azalmasına səbəb olan 

ə

məliyyatlar. 



   Dünya  təcrübəsində  TB-nı  müxtəlif    məqsədlər    üçün  istifadə  edirlər.  Eyni 

zamanda,  qeyd  etməliyik  ki,  milli  iqtisadiiyyatın  DTS-nə  inteqrasiyasının  mövcud 

vəziyyətinin  təhlilində  və  onun  iqtisadi  inkişafa  təsirinin  qiymətləndirilməsində  tədiyə 

balansının məlumatlarından hələ ki, tam və sistemli şəkildə istifadə olunmur. Fikrimizcə, 

hər bir ölkənin BKB-na inteqrasiya imkanlarının gücləndirilməsi və bu prosesin onların  

milli  iqtisadi  inkişaflarına  təsirinin  düzgün  müəyyənləşdirilməsi  baxımından  tədiyə 

balansının götəricilərindən  aşağıdakı  istiqamətlərdə istifadə oluna bilər: 

 ölkənin xarici iqtisadi əlaqələrinin əmtəə ticsrəti, beynəlxalq ximətlər və gəlirlər  

üzrə  göstəricilərinin  milli  iqtisadiyyatın  DTS-də  mövqeyinin  gücləndirilməsi 

kontekstində tədqiq edilməsində; 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə