Microsoft Word qasimli kenale doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#35938
1   2   3   4   5   6   7   8   9   ...   28

 

10

1)  sərbəst  dönərli  valyutalar  (SDV).  Bu  valyutalar  qeyri-məhdud  daxili  və  xarici 



dönərliyə  malikdirlər  və  valyuta  ehtiyatlarının  formalaşdırılması  üçün  istifadə  edilə 

bilərlər.  BVF-nin  Nizamnaməsinin  yeni  redaksiyasına  uyğun  olaraq  (1978-ci  il)  bu 

anlayış  “  sərbəst  istifadə  olunan  valyuta”  anlayışı  ilə  əvəz  olunmuşdur.  BVF 

tövsiyələrinə görə, bu cür valyutalar kimi ABŞ dollarını, avronu, ingilis funt-sterlinqini, 

sveçrə frankını, yapon ienasını göstərmək olar. Faktiki olaraq sərbəst dönərli valyutalar 

həmin ölkələrin valyutalarına aid edilir ki, bu ölkələr əsasən sənayecə inkişaf  etmişlər və 

tədiyyə balanslarının cari əməliyyatları üzrə valyuta məhdudiyyətləri yoxdur. 

2) nisbətən dönərli valyutalar. Bu valyutalara valyuta məhdudiyyətləri tətbiq edilir 

və onlar bütün  xarici valyutalara mubadilə edilmirlər;  

3)  qapalı  (dönərli  olmayan)  valyutalar.  Bu  valyutalar  ancaq  bir  ölkə  çərçivəsində 

fəaliyyət gostərir və dünya valyuta bazarında digər valyutalara dəyişdirilmir.  

  Valyuta məzənnəsi müəyyən bir ölkənin pul vahidinin digər ölkənin pul vahidində 

və ya beynəlxalq hesablaşma valyuta vahidlərində ifadə edilmiş qiymətidir.  

  Valyuta  məzənnəsinin  əsasında  (xususilə  möhkəmləndirilmiş  rejim  zamanı) 

valyuta  pariteti  durur.  Valyuta  pariteti  qanuvericiliklə  müəyyən  edilmiş  iki  valyuta 

arasında  olan  nisbətdir.  Avronun  tətbiqinə  qədər  paritetlər  Avropa  valyuta  sistemi 

ölkələrində aktiv surətdə istifadə edilirdi.   Qızıl-monet 

standartı 

zamanı 

valyuta 


məzənnəsinin  əsasını  qızıl  pariteti,  yəni  iki  valyutanın  qızıl  çəkilərinin  nisbəti  təşkil 

edirdi. Praktikada valyutaların məzənnələri ancaq təsadufi olaraq və qısa müddətə onların 

paritetləri  ilə  üst-üstə  duşə  bilər.  Bu,  tələb  və  təklifin  tarazlığı  zamanı  baş  verir.  Qızıl 

standartı zamanı valyuta məzənnələri paritetdən yalnız “qızıl nöqtələri” sərhədində, yəni 

±1%  həddində  fərqlənə  bilərdi.  Çünki,  qızılın  göndərilməsi  zamanı  çəkilən  xərclər  heç 

vaxt onun dəyərinin 1%-ni keçmirdi.  Hər  bir  valyuta  sisteminin  məxsusi  valyuta 

məzənnəsi rejimi, valyuta məzənnəsinin muəyyən edilməsi və dəyişdirilməsi mexanizmi 

vardır.  

   Valyuta  sisteminin  fəaliyyət  göstərməsində  mühüm  əhəmiyyət  kəsb  edən 

məsələlərdən  biri  də  valyuta    məzənnəsi  rejimidir.  ki  əks  valyuta  məzənnəsi  rejimi 

mövcuddur  ki,  onların  da  əsasında  müxtəlif  variantlarda  valyuta  məzənnəsi  rejimi  

formalaşdırmaq mümkün olur: Təsbit olunmuş valyuta məzənnəsi rejimi  və üzən valyuta 




 

11

məzənnəsi rejimi. Təsbit olunmuş valyuta məzənnəsi rejimində ölkənin milli valyutasının 



məzənnəsi  qanunvericilik yolu ilə müəyyənləşdirilir və  əsasən çox cüzi kənarlaşmalara 

(müəyyən  dəhliz  daxilində)  yol  verilir.

 

Təsbit  edilmiş  məzənnə  rejimi  dedikdə  ölkənin 



milli  valyutasının  sərbəst  dönərli  xarici  valyutaya  qarşı  dəyişməz  saxlanılması  nəzərdə 

tutulur.  Yəni  təsbit  edilmiş  məzənnənin  xüsusiyyəti  ondan  ibarətdir  ki,  o  kifayət  qədər 

uzun  müddət  ərzində  (aylar  və  ya  illər)  sabit  qalır.  Məzənnəni  sabit  saxlamaq  üçün 

Mərkəzi  Bank  valyuta  bazarında  tələb  və  təklifi  aktiv  alış-satış  əməliyyatları  vasitəsilə 

tarazlaşdırır. “Üzən”  valyuta  məzənnəsi  rejiminin  tətbiq  edildiyi  zaman  valyuta 

məzənnəsi valyutaya olan tələb və təklifin təsiri əsasında formalaşır, hər gün və tez-tez 

dəyişir.  Lakin,  “üzən”  valyuta  məzənnəsi  rejimi  mərkəzi  bank  tərəfindən  valyuta 

məzənnəsinin  tənzimlənməsinə  yönəldilmiş  tədbirlərin  həyata  keçirilməsi  imkanını 

istisna  etmir.  Belə  ki,  müstəsna  hallarda  Mərkəzi  Bank  məzənnənin  kəskin 

tərəddüdlərinin  qarşısını  almaq  məqsədilə  valyuta  bazarına  müdaxilə  edib  məzənnə 

dəyişikliyini “hamarlaya” bilər. 

  Hesablama üsuluna görə, valyuta məzənnələri faktiki və paritet (müqayisə olunan 

ölkələrin valyutalarının alıcılıq qabiliyyəti paritetlərindən çıxış edilərək müəyyən edilən) 

olurlar.  Paritet  məzənnələr  praktikada  tez-tez  real  hesablama  ilə  üst-üstə  düşmürlər, 

ondan bu və ya digər tərəfə fərqlənirlər.  

  nflyasiyanı  nəzərə  almaqla  nominal  (NM)  və  real  (RM)  məzənnələri 

fərqləndirmək  lazımdır.  Bununla  yanaşı,  nominal  effektiv  valyuta  məzənnəsi  və  real 

effektiv  valyuta  məzənnəsi  fərqləndirilir.  Nominal  effektiv  valyuta  məzənnəsi  milli 

valyuta  ilə  digər  olkələrin  valyutaları  arasında  həmin  ölkələrin  bu  ölkənin  valyuta 

ə

məliyyatlarında xususi çəkisindən çıxış edilərək hesablanmış nisbəti əks etdirən valyuta 



məzənnəsi indeksidir.   Real  effektiv  valyuta  məzənnəsi  qiymət  dəyişmələrini  nəzərə 

almaqla hesablanan nominal effektiv valyuta    məzənnəsidir.     Milli 

valyutanın 

dönərlilik  dərəcəsi  və  valyuta  məzənnəsinin  səviyyəsi,  həmcinin  digər  valyuta 

parametrləri valyuta bazarında müəyyən edilir.  

  Valyuta  sisteminin  digər  elementi  valyuta  məhdudiyyətlərinin mövcudluğu  və  ya 

mövcud olmamasıdır. Valyuta sərvətləri ilə əməliyyatlərın məhdudlaşdırılması həmçinin 

BVF vasitəsilə dövlətlərarası tənzimlənmənin obyekti kimi çıxış edir. 




 

12

  Valyuta bazarı xarici valyutanın və müxtəlif valyuta dəyərlilərinin alqı-satqısı üzrə 



ə

məliyyatlar  nəticəsində  yaranmış  sabit  iqtisadi  və  təşkilati  münasibətlər  sistemidir. 

Valyuta  bazarında  müxtəlif  iqtisadi  subyektlər  arasında  qarşılıqlı  münasibətlər  sistemi 

bərqərar  olur.  Valyuta  bazarının  əsas  subyektləri  kimi  transmilli  banklar,  kommersiya 

bankları,  ticarət-sənaye  və  maliyyə  şirkətləri,  mərkəzi  banklar,  birjalar,  beynəlxalq  və 

regional təşkilatlar, fiziki şəxslər və digərləri çıxış edirlər.  

  Valyuta  bazarının  əsas  vəzifəsi  beynəlxalq  iqtisadi  münasibətlərə  xidmət 

gostərməkdir. Milli valyuta bazarları dedikdə ölkə ərazisində yerləşən bankların ölkənin 

milli  valyutasına  münasibətdə,  həmçinin  onun  rezidentlərinə  və  qeyri-rezidentlərinə 

valyuta  xidmətləri  göstərmələri  üzrə  həyata  keçirdikləri  əməliyyatların  məcmusu  başa 

duşulur. Bundan başqa, şirkətlərin öz aralarında həyata kecirdikləri valyuta əməliyyatları 

da  daxili  milli  bazar  əməliyyatlarına  aiddir.  Valyuta  bazarları  xarici  pulların  alınıb 

satıldığı  məkana  deyilir.  Valyuta  bazarlarında  xarici  pullar    ölkənin  öz  milli  pulu 

qarşılığında dəyişdirilir. Ancaq, təbii ki, bir ölkənin valyuta bazarında iki xarici pulun da 

dolaylı və ya dolayısız yoldan, bir-birinə çevrilmə imkanı vardır. Bu açıqlamalara görə, 

ə

gər  dünyada  tək  bir  pul  vahidi  istifadə  edilsəydi  (məsələn  qızıl  standartındakı  kimi) 



valyuta  bazarı da  lazım  olmazdı.  Halbuki,  hər  ölkə  siyasi suverenliyi  nəticəsində  fərqli 

bir pul vahidinə malikdir.  

  Valyuta bazarı əməliyyatlarında ən yüksək həcmə nağd pulların alqı-satqısı deyil,  

nağdsız valyuta bazarında olan əməliyyatlar təşkil edir.Adətən nağd valyutadan istifadə 

edənlər, gəzmək  məqsədi ilə xaricə getmək, kiçik yığımlarını inflyasiyadan qorumaq və 

ya valyutadakı dəyər artımlarından spekulyativ mənfəət əldə etmək istəyənlərdir. Ancaq  

ixracat  və  idxalat  əməliyyatlarında  hesablaşmalar,  ölkə  хаricinə  sərmayə  göndərilməsi 

к

imi  böyük  həcmli  əməliyyatlar  nağdsız  ödəmə  formasında  yerinə  yetirilir.  Bu  cür 



ödənişlərdə  bank  köçürmələrindən  geniş  istifadə  edilir.  Hər  bir  milli  valyuta  bazarı  öz 

xüsusiyyətlərinə  malikdir  ki,  bu  da  onu  unikal,  digərlərinə  oxşamayan  edir.Beləliklə, 

müasir  valyuta  sistemləri  və  valyuta  bazarları  mahiyyətinə  görə  dünya  səviyyəsində 

fəaliyyət  gostərirlər,  bu  da  onları  dünya  təsərrufatının  və  beynəlxalq  iqtisadi 

münasibətlərin vacib tərkib hissəsinə çevirir.  



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə