AZƏ
RBAYCAN RESPUBL KASI TƏ
HS L NAZ RL Y
AZƏ
RBAYCAN DÖVLƏ
T QT SAD UN VERS TET
MAG STRATURA MƏ
RKƏ
Z
Əlyazması hüququnda
Qasımlı Kəmalə Gəray qızı
Müasir şəraitdə milli valyuta strategiyasının
formalaş
ması xüsusiyyə
tlə
ri
M A G S T R D S S E R T A S Y A S I
xtisasın adı 060401 Dünya qtisadiyyatı
xtisaslaş
manın adı B M
Elmi rə
hbə
r Magistr proqramının rə
hbə
ri
i.e.d., prof. R.T. Hə
sə
nov dos. Cə
milov M.R
Kafedra müdüri: i.e.d., prof Ş
.H.Hacıyev
B A K I - 2015
2
M ü n d ə
r i c a t
Giriş.............................................................................................................................3
Fə
sil 1 Milli valyuta sistemi və
valyuta strategiyalarının
formalaş
masının nə
zə
ri-metodoloji ə
sasları.................................................7
1.1Milli valyuta sistemi: mahiyyəti, əsas elementləri və funksiyaları................................7
1.2Valyuta siyasəti və valyuta strategiyalarının forma və istiqamətləri..........................14
1.3. Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın müasir vəziyyəti
və valyuta strategiyasının vəzifələri.........................................................................26
Fəsil 2 Milli valyuta strategiyasının formalaşmasına təsir edən əsas amillər.......41
2.1. Tədiyyə balansı və onun valyuta siyasətinin formalaşmasına təsiri.................41
2.2 DTS-ə inteqrasiya: tədiyə balansı və valyuta strategiyası ..........................51
Fəsil 3 Azərbaycanın valyuta strtegiyasının perspektivləri................................63
3.1 Müasir şəraitdə Azərbaycanın valyuta siyasətinin təkmilləşdirilməsi
vəzifələri və istiqamətləri......................................................................63
3.2.Azərbaycanın valyuta strategiyasının geoiqtisadi amilləri.....................................70
Nəticə və təkliflər ..........................................................................................................81
stifadə olunmuş ədəbiyyat siyahısı..............................................................................86
3
G i r i ş
Mövzunun aktuallığı: Hazırda dünya ölkələri arasında xarici iqtisadi
ə
laqələrin artması ilə əlaqədar olaraq beynəlxalq valyuta əlaqələri də genişlənir. Ölkələr
arasında valyuta münasibətləri dünya təsərrüfat sistemi çərçivəsində, beynəlxalq
xidmətlərin, əmtəə və kapitalın mübadiləsi əsasında yaranır. Valyuta münasibətləri nisbi
müstəqilliyə malik olub, tədiyə balansı, valyuta kursu, kredit və əməliyyatlar üzrə
hesablaşmalar vasitəsilə təmin edilir. Valyuta münasibətləri ayrı-ayrı ölkələrin iqtisadi
inkişaf səviyyələrinin və onlar arasındakı iqtisadi münasibətlərə adekvat olaraq
təkmilləşir. Dünya təcrübəsinə əsasən, bazar iqtisadiyyatı şəraitində beynəlxalq valyuta
münasibətlərinin bir-birini tamamlayan bazar və dövlət tərəfindən tənzimlənməsi həyata
keçirilir. Birinci rəqabətə əsaslanaraq inkişafa stimul yaradır, ikinci isə bazar
tənzimlənməsinin mənfi nəticələrinin dəf edilməsinə istiqamətlənmişdir. Bu iki
tənzimləyici arasındakı sərhəd konkret vəziyyətlərdə fayda və gəlir baxımından müəyyən
olunur. Ona görə də onlar arasındaki nisbət tez-tez dəyişir. Böhran sarsıntıları, müharibə
və müharibədən sonrakı dağıntılar zamanı dövlət valyuta tənzimlənməsinə üstünlük
verilir, bəzən bu üsul çox sərt şəkildə həyata keçirilir. Valyuta-iqtisadi vəziyyətin
yaxşılaşdırılması zamanı valyuta əməliyyatlarının liberalizasiyası baş verir, bu sahədə
bazar rəqabəti gücləndirilir. əsində əsas rol oynayır.
Ölkənin həyata keçirdiyi valyuta strategiyası və müvafiq siyasət daxili və xarici
bazarlarında reallaşdırdığı məhsulların milli valyutada qiymətlərinə təsir edir. Ölkənin
valyuta siyasətinin iqsadi təbiəti tarixi - təkamül baxımından təhlilə məruz qaldığı üçün
növbənöv sıralanmalar, yəni onu valyuta məhdudiyyətləri, valyuta əməliyyatlarının
liberallaşdırılması, valyuta tənəzzüllərinin qarşısının alınması və valyuta dayanıqlığının
təmin edilməsi kimi prioritet və konkret məqsədlərin qoyuluşunda öz imkanını tapır.
Milli valyuta strategiyasının formalaşmasında valyuta siyasətinin aktual
ə
həmiyyət kəsb etməsi, onun valyuta böhranlarının qarşısının alınmasında mühüm rol
oynaması ilə də səciyyələnir. Belə ki, müasir qloballaşma şəraitndə valyuta böhranının
axın şəklində yayılması prosesi açıq-aydın müşahidə olunmaqdadır. Milli valyutalar