Microsoft Word poema+++++. doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə20/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   16   17   18   19   20   21   22   23   ...   50

Эюйярчин 
 
 
100
Özlüyündə zamanı heç vaxt tanımayanın, 
Amma mahiyyətini obyektiv etmək üçün 
Onun formalarını qəbul etmiş olanın 
Zaman qiyafəsinə girmiş təzahürüdür. 
Həyati təzahürün qütbləri olaraq 
Tarazlaşdırır “olum” və “ölüm” bir-birini, 
Qarşılıqlı olaraq həm də məhv edilirlər. 
Təbiət kədərlənmir... 
Nə ölənə ağlayır, nə gələnə sevinir, 
Onun üçün nə fərqi?! 
Heç kimin, heç nəyin ki boş qalmayacaq yeri. 
Sonsuz məkan, sonsuz zaman və sonsuz fərdlərdir   
təbiətin səltənəti. 
Nəsli qorumaq üçün 
O hazırdır həmişə qurban verməyə fərdi. 
Amma, təəssüf, fərdi qurban verir təbiət ,  
Ayrı-ayrı fərdlərsə bəzən bir məmləkəti. 
Sadəlövh təbiət ən böyük həqiqəti  
ifadə eləyir ki, həqiqi reallığa  
ideyalar malikdir, fərdlər özləri deyil.  
İradənin obyekti sayılır ideya da. 
İnsan özünüdərkin ən yüksək pilləsində özüdür təbiətin, 
Təbiət isə yalnız həyat iradəsidir – 
Obyektivləşdirilmiş. 
Ölüm təbiətin ölməzlik səhnəsiymiş. 
Təbiət özümüzük. 
 “Ölənlə ölmək olmaz” – ifadəsi, yəqin ki, bu mənada 
deyilmiş. 
... Müxtəlif şəhərlərdən kağız alardı yüz-yüz, 
Onları oxumağa həmişə vaxtı vardı. 
Reqina da Hamburqdan məktub yollardı tez-tez, 
Çox vaxt üstə nə adı, nə ünvanı olardı: 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
101
 “Qapılar çoxdur– bağlı, açıq, yarıaçıq, 
Qapılar çoxdur– evlərin, şəhərlərin, ölkələrin sayı qədər. 
Hər qapının öz qanunu, hər mənzilin öz havası, öz açarı... 
Yollar qarışıq. 
Arxamızca qapıları açıq qoya-qoya   
Qarşımızdakı qapıları döymək istəyirik. 
Sevinə-sevinə, 
Ağlaya-ağlaya 
Gedirik. 
Vacib buyrulubmuş kimi pisliyin qapıları  
həmişə açıqdır üzümüzə,  
Hansından istəyirsən keç. 
Yaxşılığın qapıları münasib olmur iradəmizə
Seçib seçilməliyik. 
Birinci sənə uyğun, 
İkinciyə sən də uyğun gəlməlisən. 
Yaxşı olmaq da pis olmaq kimi nə tezdir, nə gec, 
İkisi də nisbidir. 
Yaxşıya görə pis pisdir, pisə görə yaxşı pis. 
Həqiqət də bu mənanı kəsb edir, 
Cəmiyyət qərar verməlidir, əfsus. 
O da qüvvələr çoxluğuna tabedir. 
İradədir bizi arxasınca aparan, 
Yaşamaq ehtirasıdır. 
Hərədə bir cürə təzahür edir. 
Kiminin ağlı önündə gedir, 
Kiminin həvəsi. 
Az deyil iradəsizlər də. 
İradə yüksəlir pillə-pillə, 
Özünü məhv edir günün birində. 
İradəyə qul olmayanların da məkanı   
o birilərininki kimi bərbaddır.    


Эюйярчин 
 
 
102
Qaydasızlıq baş alıb gedir birində
O birində qaydasızlığın qaydalı kölgəsi, 
Naqis insan olmamağın təşəxxüs dolu mənzərəsi, 
Elmli olmağın sarsıdıcı nəşəsi. 
... Kobud, heyvani hissdir iradə özlüyündə, 
Hamı heyvan kimidir ilkin səviyyəsində. 
İdrak ilə bərabər  
O, az gedir, üz gedir, 
Dərə, təpə düz gedir  
Çoxluğu olmayan təkliyinə qovuşur. 
Amma nədənsə bəşər övladı  
iradənin yüksək pilləsində də bir biri ilə boğuşur”. 
                                
 
 
     Pəncərə həyatı
    
 
Yorğun pəncərə açılır üzü günəşə sarı, 
Yaralı əsgər boylanır ... 
Könüllü getmişdi döyüşə, 
İtirmişdi ayaqlarını döyüşə-döyüşə, 
Vətən yaşasın deyə. 
O vaxtdan rahatlığı çəkilmişdi göyə, 
Anası fikirdən ikiqat olmuşdu. 
Əsgər üçün həyatın rəngi solmuşdu, 
Sanki payız fəsli idi. 
Gəncliyini, gəncliyində unudub gəldiyi o qızı düşünürdü. 
Dincliyini – itirib tapmadığı,  
xatirəsini unutmadığı  
bir yazı düşünürdü. 
Özü könlünü açmışdı ilk dəfə, 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
103
Nə heyif, sonra qaçmışdı.  
Qəhrəman oğlu idi Vətənin yatağa pərçimlənmiş, 
Vəfası 
çoxdan
 xərclənmiş bir qız ürəyinin xəyanət 
damğası. 
Yaxşı ki, mehriban idi anası. 
Qoca, çəlimsiz ömrünü oğluna həvəslə bəxş edirdi. 
Yoruldum demədən, ağrılarını hiss etdirmədən 
Gedirdi... üzü sabaha. 
Axtardığını tapmaq üçün üçün ətrafı ələk-vələk eləyən 
külək yorulmurdu, 
Sevgisini qoruyan ürək yorulmurdu,  
Dibçəkdə başlarını bir-birinə məhəbbətlə toxunduran 
güllər yorulmurdu, 
Səhər-axşam nəvazişlə tellərini sığallayan əllər 
yorulmurdu, 
Əsgər yorulurdu. 
Hər gün görüşünə gələnlər, 
Yaşayırkən ölənlər, 
Dünyanı öz aralarında bölə bildikcə bölənlər, 
Çəkisiz olduğu üçün sabun köpüyü kimi üzdə olanlar 
yorulmurdu, 
Əsgər yorulurdu. 
Bəlkə də, bu yataq rejiminə görə taleyinə borclu idi. 
Düşünməyə nə qədər istəsə vaxtı vardı. 
Düşünəndə özünü də unudardı, 
Ayrı bir dünyanın sakini olardı. 
Bu yeni dünyada ayaq dərdi çəkməzdi, 
Heç Katrin də yada düşməz
Şər Xeyrlə görüşməz, 
Həsrət qaranlığı çökməzdi. 
Bu dünyada əzab yox idi, 
Çünki fərd özü yox idi, nəsil vardı, 


Эюйярчин 
 
 
104
     Nəsil isə həmişəyaşardı. 
Nə yaxşı ki düşünməyə hələ neçə fəsil vardı... 
Bir şərikli nöqtəsi vardı bu iki dünyanın–  
Möcüzəvi səs sənəti ikisində eyni idi. 
Musiqi bütünlüklə iradənin izidir,  
Onun da obyektliyi ideyalar özüdür. 
Musiqidə yaratmaq, 
İnsan arzularının və insani hisslərin  
dərin sirrini açıb göstərmək qüdrəti var. 
Əsgər düşünürdü ki,  
Quşlar yorulanda yuvasına çəkilir, 
Günəş yorulanda gecələməyə tələsir, 
Gecə yorulanda dan yerini sökür, 
Həyat yorulanda yaşamaqdan təngə gəlmiş qoca kimi  
ayaqları üstündə əsir, 
Yaralı əsgər yorulsa neyləsin? 
Bu sualla neçə yol müraciət etmişdi  
Artur Şopenhauerə. 
Amma cavabı qısa olmuşdu filosofun: 
– Düşün, düşünməkdədir hər sualın cavabı.  
– Ustad, vaxt gözləmir, düşünə-düşünə ölürəm axı. 
– Sən vaxtı unut, biz öz nəslimizin molekuluyuq. 
Sənsiz də, mənsiz də davam edəcək nəsil
Yəni biz. 
Bu fikrin mənasını fəqət anlamır çoxu. 
... Çoxdan tanıyırdı Şopenhauer əsgəri, 
Şimali Florensiya–Drezden şəhərində    
görüşmüşdü onunla. 
Qələbə çalmışdı o vaxt Napoleon, 
Amma müharibə qurtarmamışdı. 
Drezden çox qorxunc zərbə almışdı, 
Dağıdılmış binalar qan gölündə üzürdü. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə