Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə18/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   14   15   16   17   18   19   20   21   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
91
Gözündən bir gilə yaş axıtmadı, 
Bir bayatı düşdü, amma dilindən. 
                       -=*=- 
           Təbiət dilə gəlməz
           Ötən gün ələ gəlməz. 
           Hamı gedib gəlsə də,         
           Yar getsə, ölə, gəlməz... 
                                                      
    Şopenhauer və Hegel 
 
 
Artur Şopenhauer tərk eləyib Veymarı, 
Privat-dosent kimi dəvət aldı Berlinə. 
Hegellə
26
 bölünmüşdü dərslər yarıbayarı, 
Qrafiklər düşürdü, hətta eyni bir günə. 
Eyni dəqiqələri bölüşürdü dahilər, 
Arturun dərs saatı çoxt vaxt düşmürdü yada. 
İki müəllim kimi görüşürdü dahilər
Amma görüşmürdülər fikirdə, ideyada. 
Artur elə bilirdi özünə və Hegelə, 
Gələcək nəsillərin gözüylə baxılacaq. 
Hiss etdi ki, danışır bir gün boş sinif ilə, 
Heç kəs anlamır onu, dərsdə özüdür ancaq. 
Qalın kölgəli idi, kölgədə deyildi o, 
Deyərdi ki, həqiqət sığmır təsvirimizə: 
– İnsani kamilliyin qüsurdur yaxın dostu, 
Həyat qorxunc yuxulu uzun gecədir bizə.  
Dünyanın vahid dili musiqinin dilidir, 
Başqa sənətlərdən o, ayrı yerdə dayanır. 
İdeyalar dünyası, təbiətlə
27
 eynidir, 
                                                 
26
 Georq Vilhelm Fridrix Hegel – alman filosofu 
27
 Təbiət – zat, yaranış 


Эюйярчин 
 
 
92
Ən gizli duyğu belə təsiriylə oyanır. 
İradənin zamansız məkan təzahüründə, 
Ali pillədə dərki insani gözəllikdir. 
Bu hal şamil olunur bütün bitkilərə də, 
Bitkilər də zamansız məkan mənada təkdir. 
Bitkilər də zamana artımından savayı, 
Hər hansı münasibət ifadə edə bilmir. 
İnsandadır iradə tamam heyvansayağı, 
Zəruri əməllərdə aşkara çıxır bir-bir. 
Bu mənada onlarda zamana bağlılıq var, 
Hərəkətdir onları vaxtdan asılı edən. 
Hərəkət daxilində iradəyə tuş gələr, 
Həm də fərqlənə bilər əməl və iradədən. 
Birinci halında o, zəriflilik bəxş edir
İkincidə məhrumdur bu zərif, incə işdən. 
Zəriflik sünilikdən uzaq hərəkətdədir, 
Bir az da asılıdır fiziki görünüşdən. 
Bəşəri xüsusiyyət fərdi xüsusiyyətdən  
Ayrılmışdır növ kimi, biri-birinə yaddır. 
Burda söhbət açılmır insani şəxsiyyətdən, 
Deyilir ki, hər insan “özündə ideya”dır.   
Bir ağacdan ayrılır ayrı-ayrı min budaq, 
Kökü, əsası yoxsa, bir ot belə ucalmır. 
Təsəvvür kimi əsil dünyadan kənar olsaq
İradə dünyasından savayı heç nə qalmır. 
İradəni idrakın təsliminə verdiksə, 
Ağrılı olsa belə, düz yolla gedəcəyik. 
Biz dünyaya gələndə onu necə gördüksə, 
Necə vardı, elə də qoyub tərk edəcəyik.  
Eyni fikri söyləmiş dünyanın müdrikləri, 
Elə nadanları da eyni cür davranıblar. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
93
Mayanın pərdəsidir şeylərin örtükləri,
28
 
Reallıqda yalnız növ, həyat və iradə var. 
Zaman, məkan forması sayəsində ideya, 
Qavrayışdan çoxluğa parçalanmış vəhdətdir. 
Anlayış zəkamızın abstraksiyasıyla, 
Yenidən bərpa ilə cəm olunmuş vəhdətdir.  
Anlayış və ideya arasındakı fərqi, 
Müqayisə ilə də ifadə etmək olar. 
Hər anlayış həyatsız qılafa bənzəyir ki, 
Bir-biriylə yanaşı yatır onda hər nə var. 
Həyat üçün faydalı, elmə görə dəyərli 
Olsa da, sənət üçün yaramır anlayışlar. 
Dərk olunmuş ideya – budur sənət meyarı, 
Böyük əsərlər üçün həm bu gün, həm sabah var.  
Əzəli qüvvəsini bu dünyanın özündən, 
Həyatın, təbiətin mənasından götürür. 
İdeya əyanidir, dahi onu bu üzdən  
Gələcək nəsillərə sadəliklə ötürür. 
Bunu həqiqi dahi yaxud dahilik qədər, 
İlhamlanmış insanlar dərk edə bilər yalnız. 
Sənətdə anlayışdan çıxış eləmək hədər, 
Bu səpkili əsərlər tarixdə saxlamır iz. 
Şəxsi intellektual səviyyəsinə görə 
Hər kəsə təsir edir bütün sənət əsəri.   
Əsil sənət yaşayır əsrdən əsrlərə, 
İdeya dərk olmasa, sənətin yox kəsəri. 
Bədəni hərəkətə gətirməməli əsər, 
Gərək bəşəriyyəti sənətkar düşündürə. 
Dərk olunmuş ideya ötürülərsə yetər
Hər növ incəsənətin təsiri uzun sürə.  
                                                 
28
 Qədim hind fəlsəfəsi  


Эюйярчин 
 
 
94
Böyük əsər yumşaldır gərilmiş əsəbləri, 
Qara camaat gözəl nümunə bilmir nədir. 
Küt əksəriyyət üçün dahinin əsərləri, 
Qırx qapının sirri tək qalmaqda davam edir. 
Onlar inkar eləmir seçilmiş əsərləri, 
Özgə avtoritetə istinad eləyərək. 
Hazırdırlar ittiham hökmünə, bir şərtlə ki, 
Gizli nifrəti aşkar etməyə ümid verək. 
Anlayışı ifadə edir alleqoriya, 
Tamaşaçının ruhu təsvir olan əyani  
Təsəvvürdən bir ayrı səmtə yönəlir deyə, 
Məqsəd dərk olunmuşun təsviri olmur yəni. 
Alleqoriyanın can atdığı məqsəd üçün, 
Elə bir mükəmməllik tələb olunmur əsla. 
Nəzərdə tutulanın nə olmağı görünsün, 
Təsvir olunanın nə olmalı olduğu da. 
                     -=*=- 
 ... Ətrafına topladı Hegel tələbələri, 
Artur Şopenhauer məyus oldu təbii. 
İradəni yüksəldən təcəssüm pillələri, 
İdrakdan təsəvvürə eyni yoldur təbii. 
Onu həvəsdən saldı bomboş auditoriya, 
Özü universitetdən istefa tələb etdi. 
Arturda güclü idi fəlsəfi ritorika, 
Dünyanı təzahürdən təsəvvürə yüksəltdi. 
Kədəri böyük idi, unutmuşdu özünü, 
Nə evi, ailəsi, nə doğma kəsi vardı. 
İllər idi görmürdü anasının üzünü, 
Qulağında dansiqli
29
 bir qızın səsi vardı. 
                                                 
29
 A. Şopenhauerin valideynləri  Dansiqdən (Polşanın indiki Qdansk 
şəhəri)  idilər. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə