Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə15/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   11   12   13   14   15   16   17   18   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
73
Gah qəbul edərdi, gah inkar onu, 
Deyirdi, çatışmır onda həqiqət. 
Hər kəs təəccübdən azad olmağa 
Çalışdığı üçün filosof olur. 
Özü-özlüyündə bu duyğunu da, 
Platon “fəlsəfi hiss” adlandırır. 
Obyektdən subyekti çıxarmaq üçün, 
Təsvir olunan bir çıxış etməyə 
Fikrin əksi qarşı dayanır bütün. 
Onun da örnəyi məxsus Fixteyə. 
Birinci, fəlsəfi sistemlərdə çox 
Geniş yayılıbdır indiyə kimi. 
İkinci, Fixtedən başqasında yox, 
Bir kəs söyləməmiş Fixteyə kimi. 
Fixte təlimində həqiqi dəyər, 
Və daxili məzmun, deyərdi, azdır. 
Məqsədə çatmağa çalışır fərdlər, 
Dünya öz-özünü dağıdır yalnız. 
Rəqabət aparan fərdlərdir dünya
Daim dağıdılır, parçalanır o. 
Düşünən hər kəsə seyrdir dünya, 
Rəqabət, dağıntı yaşadır onu. 
Varlığın həqiqi mahiyyətini, 
Subyektiv şüurda görürdü Fixte. 
Artura düşürdü işin çətini, 
Dünyanı Artura verirdi Fixte. 
Sevirdi “iradә”'> “iradә” ifadəsini, 
Şopenhauerlə fəxr edirdi o. 
Təqdir eləyirdi “iradә”sini, 
Bəyənirdi onun seçdiyi yolu. 
Artur deyirdi ki, bir mahiyyət var


Эюйярчин 
 
 
74
O özü-özünü seyr edir daim. 
Tarixi inkişaf – məqsədsiz axar, 
Mənaca gələcək keçmişdən qədim.  
Tarixi inkişaf kortəbiidir, 
Əbədi əvvələ qayıdır tarix. 
Bütün əsrlərin siması birdir, 
Dövrü təkrar-təkrar oyadır tarix, 
İradә heç kimlə yola getməyir, 
Qiyam təşkil edir özü-özünə. 
Özünü sındırır, dağıdır, əyir, 
Baxıb dərrakənin müdrik sözünə. 
Dünya mübarizə səhnəsidir ki, 
Nə iqtisadi, nə ictimai, nə 
Siyasi mənası mümkün deyildir. 
Kobud iradədir özü-özünə... 
İnkişaf mənada əmələgəlmə 
Yaxud ucalması yox “iradә”nin. 
Ola bilməz onun heç tarixi də, 
Mahiyyəti deyil vaxt “iradә”nin. 
Arturun zehnində ayrı fəlsəfə, 
Qəlbində bir ayrı fəlsəfə vardı. 
Onda idraki yol hər yoldan kəsə, 
Özünə hamıdan çox inanardı. 
Gəzərdi meşəni, gəzərdi dağı, 
Dolaşıb dünyanı salardı əldən. 
Sevərdi sahildə tək yaşamağı, 
Kiçik hovuzlar da qurardı gildən. 
Müdrik təbiətin qonağı olar, 
Ondan öyrənərdi müdrikliyi də. 
Xəyalən bir qızın qınağı olar, 
Onu axtarardı gözü hər yerdə. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
75
Hərdən qucaq-qucaq çiçək toplayıb 
Reqina yazardı dağın döşünə. 
Tac da düzəldərdi güldən əcaib, 
Çiçək hərflərin başı üstünə. 
Uşaq tək işini bəyənib Artur, 
Hərflər önündə xəyal qurardı. 
Hamburq məhəbbətlə qoynuna dartar
Ona uzaqlardan eyham vurardı. 
Unuda bilsəydi əgər Reqina, 
Cürbəcür xəyallar qurmazdı Artur. 
Təzədən “qəlbini vəd edib ona, 
Təzədən qəlbini qırmazdı” Artur. 
Böyük hərflərlə hara gedirdi, 
Bir ad həkk olurdu torpağa, daşa. 
Gündə neçə dəfə təkrar edirdi, 
Hicranla çıxmışdı, sanki yarışa. 
Vücud öldürülür məhəbbət üçün, 
Maneə böyüdür sevgini az-az. 
Artur fəlsəfəni tuturdu üstün
Məhəbbə


Эюйярчин 
 
 
76
Ağaca bənzəyir filosof ömrü, 
Yolun başındakı tənha ağaca. 
Hər tərəfdən baxsan, o görünür ki, 
Hər tərəf görünsün baxanda o da. 
Artur: “Mən fəlsəfə yaratmadım ki, 
Fəlsəfəm yaratdı özü - özünü. 
Mən onu gəzdirdim bir vaxta kimi”,– 
Deyib, uzaqlara tutur üzünü. 
Bu üzdən düzgündür, əbədidir o, 
“Dünya iradə və təsəvvür kimi”. 
Böyük xoşbəxtliyin səbəbidir o, 
Fəlsəfi yaradır mahiyyətimi. 
Həyatın qeydinə qalır fəlsəfə, 
Görünməz səmtini bizə


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
77
Əsas müddəalar riyaziyyatda, 
Yarımçıq deyilmiş aksiomlardır. 
İsbatlar onlara tabe olsa da, 
Özlərində də bir sərbəstlik vardır. 
Əsrimiz yetişib fəlsəfə üçün, 
Ehtiyac duyulur ona hər yerdə. 
Hamı fəlsəfəni dərk etsə bir gün, 
Dünya xilas olar qan içənlərdən. 
Ah, qorxu... ah hisslər... məhəbbət, ah, ah... 
Nə qorxu azalır, nə ümid artır. 
Şər niyə böyükdür, Xeyir niyə yox? 
Baxıb qaranlığa düşünür Artur: 
– Rüzgar əsdirir gecənin pərişan tellərini, 
Gecə uzadıb qaranlıq əllərini 
İşığın yolunu kəsir. 
İşıq gücləndikcə müqavimətini artırmağa 
tələsir. 
Qəlbinə yaxın buraxmaq istəmir işığı. 
İşıqdır qaranlığın əbədi aşiqi. 
Düşünürəm, 
Qaranlıq olmasaydı, işıq nəyə lazım  idi?.. 
                   -=*=- 
Ağaca bənzəyir filosof ömrü, 
Yolun başındakı tənha ağaca. 
Hər tərəfdən baxsan, o görünür ki, 
Hər tərəf görünsün baxanda o da. 
 
 
 
 


Эюйярчин 
 
 
78
   Təbiət dilə gəlməz 
 
Böyük Almaniya parkdır elə bil, 
Hamburq park içində bir mücəssəmə. 
Dağlar arasında cənnətdir əsil
Tarixi qaranlıq deyil heç kimə. 
 
Elba hər tərəfdən qoynuna alıb 
Ərköyün uşaq tək böyüdür onu. 
Görənlər hüsnünə məəttəl qalıb 
Burda qarış-qarış gəzir hər yanı. 
 
Ən düzgün ticarət şəhəridir o, 
Gün-gündən çoxalır əlaqələri. 
Əbədi inkişaf cövhəridir o, 
Sənətin özüdür sənətdə yeri. 
 
Hamburqun sahibi sakinləridir, 
Bərabər idarə olunur şəhər. 
Yarandığı gündən üzü bəridir, 
Bərabər bölünür burda xeyir, şər. 
 
Liman şəhəridir dünyada böyük
Çox zəngin tarixi ənənəsi var. 
Daşınar, boşalar gəmilərdən yük, 
Hamı zəhmətiylə burda dolanar.  
 
Hamburqu özünə yurd seçən insan 
Qayğılar içində qayğısızlaşar. 
Dəniz şəhəridir, həm də mehriban, 
Sularda qurtarıb sulardan başlar. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə