İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
  1   2   3   4   5   6   7   8   9   ...   58



 
                                                       Giriş 
    İnsan  cəmiyyətinin  inkişafı  təbiətlə  qarşılıqlı  təmasda  olmadan  mümkün  deyil. 
İnsanların  təlabatını  ödəmək  və  onun  inkişafını  təmin  etmək  üşün  Yerin  bərpa 
olunan və bərpa olunmayan sərvətlərindən intensiv şəkildə istifadə olunur.İnsan öz 
həyatı  üçün  vacib  olan  hər  şeyi  (enerji,qida  və  s.)  təbiətdən  alır.Təbiət  insanın 
estetik təlabatının təminat mənbəyidir.  
    Elmi-texniki  tərəqqinin sürətli  vüsət  alması  ilə insanın təbiətə  təsiri  daha  güclü 
xarakter  alır.  XX  əsrdə  bu  təsir  təbii  amillərin  təsiri  ilə  müqaisə  edilə  biləcək 
dərəcəyə  çatmışdır  ki,  bu  da  insan  cəmiyyəti  ilə  təbiət  arasındakı  qüvvələr 
nisbətində kəmiyyət və keyfiyyət dəyişikliyinə səbəb olmuşdur. 
    Elmi-texniki  tərəqqi  sayəsində  insan  cəmiyyəti  təbiətə  təsirin  daha  güclü 
vasitələrinə  yiyələnmişdir.Bu  nailiyyətlər  insana  mikro-və  makroaləmə  nüfuz 
etməyə,biosferdə  baş  verən  təbii  proseslərə  təsir  göstərməyə,Yerətrafı  kosmik 
fəzaya müdaxilə etməyə və s. imkan verir. 
    Təbiətdə  baş  verən  antropogen  dəyişikliklər  əksər  hallarda  pozitiv  xarakter 
daşıyır.Lakin,təbii  proseslərə  müdaxilə  edən  insan  bir  sıra  hallarda  təbiət 
qanunauyğunluqlarını  pozur  və  özü  üçün  arzuolunmaz  fəsadlara  səbəb 
olur.Sivilizasiyanın  mövcudluğunun  əsaslarını  təhlükə  altına  alan  təzadlardan  ən 
başlıcası  ətraf  mühitin  çirklənməsi  və  təbii  ehtiyatların  tükənməsidir.Ona  görə 
də,insan  cəmiyyəti  qarşısında  ekoloji  böhranın  aradan  qaldırılması,təbiətin 
qorunması  və  təbii  sərvətlərdən  səmərəli  istifadənin  həyata  keçirilməsi  vəzifəsi 
durur. 
    Nəzərə  almaq  lazımdır  ki,elmi-texniki  tərəqqi  insanın  təbiətdən  asılılığının  bir 
formasını azaltmaqla bərabər,bir çox hallarda bu saılılığın daha çətin və təhlükəli 
formalarına səbəb olur. 
    Hazırda ekoloji problemlər yalnız sənayeyə deyil,eyni zamanda iqtisadiyyat
siyasət,mənəviyyat,hüquq,estetika,təbabər  və  s.  sahələrə  də  nüfuz  etdiyi  üçün  bu 
problemlərin həlli kompleks şəkildə aparılmalıdır.Bu problemlərin həlli yalnız elm 
və  texnikanın  müxtəlif  sahələrində  çalışan  mütəxəssislərin  birgə  fəaliyyəti 
sayəsində mümkündür. 
    Ekoloji  problemlərin  müvəffəqiyyətli  həllinə  qadir  olan  mütəxəssislərin 
hazirlanması isə “Ekologiya” və “Ətraf mühitin mühafizəsi”və s.bu kimi kursların 
tədrisinə əsaslanmalıdır. 
 
 
 
 
 
 



 
            Ekologiya elminin inkişaf tarixinin qısa şərhi        
    Ekologiya  bir  elm  kimi  XIX  əsrin ikinci  yarısında,canlı orqanizmlər və onların 
həyat  tərzi  haqqında  biliklər  toplandıqdan  sonra  formalaşmağa  başlamışdır.Artıq 
başa düşülmüşdür ki,yalnız orqanizmlərin quruluşu və inkişafı deyil,eyni zamanda 
onların  məskunlaşdığı  mühitlə  qarşılıqlı  münasibətləri  də  ciddi  elmi  tədqiqata 
ehtiyacı olan müəyyən qanunauyğunluqlara tabedir.                                                                                                                                                  
Ekologiya”terminini ilk dəfə alman zooloqu E.Hekkel  işlətmişdir. O,özünün“Or-
qanizmlərin  ümumi  morfologiyası”adlı  fundamental  əsərində(Berlin,  1866)  yeni 
elminmahiyyətini izah etməyə və onun tərifini verməyə cəhd etmişdir. 
    
 Ekologiya  sözü  yunan  mənşəli  olmaqla“oykos”-  ev,mənzil,“loqos”-elm,təlim 
deməkdir.    
E.Hekkel  ekologiyanı  geniş  mənada  mövcudluğumuzun  bütün  şəraitinin  də  daxil 
olduğu  ətraf  mühitlə  orqanizmlərin  münasibətlərindən  bəhs  edən  bir  elm  hesab 
etmişdir. 
            
 
    E.Hekkelə  görə  ekologiyanın  vəzifəsi  Ç.Darvinin  şərti  olaraq  “mövcudluq 
uğurunda  mübarizə”  adlandırdığı  mürəkkəb  qarşılıqlı  münasibətləri  tədqiq 
etməkdən ivarətdir. 
    Bir çox elmlər kimi ekologiya da uzun bir inkişaf  tarixinə malikdir və bu inkişaf 
davam etməkdədir.  
    Bitki  və  heyvanların  həyat  tərzi,xarici  şəraitdən  asılılığı,səpələnməsi  haqqında 
biliklərin  toplanması  çox  qədimdən  başlanmışdır.Bu  məlumatların  ümumiləş-
dirilməsi  cəhdinə  antik  dövr  filosoflarının  əsərlərində  belə,  rast  gəlinir.Aristotel  
500-dən  artıq  heyvan  növünün  həyat  tərzini  şərh  etmişdir.Aristotelin  tələbəsi 
“botanikanın  atası”Teofras  Ereziyski  (b.e.ə.371-280  il)  torpaq  və  iqlimdən  asılı 
olaraq bitkilərin müxtə-lifliyini şərh etmişdir. 
 Orta  əsrlərdə  dinin  hökmranlığı  nəticəsində  təbiətin  öyrənilməsinə  maraq 
zəifləmişdir.Sonrakı 
dövrlərdə  bir  sıra  coğrafi  kəşflər,yeni  ölkələrin 
müstəmləkələşdirilməsi  bitki  və  heyvanların  sistemləşdirilməsinə  güclü  təkan 
vermişdir. 
    Ekologiyanın inkişaf tarixində üç mərhələni ayırmaq olar.
 
 
Birinci 
mərhələ-ekologiyanın 
meydana  gəlməsi  və  bir  elm  kimi 
formalaşması(XIX əsrin 60-cı illərinə qədər).    Bu mərhələdə canlı orqanizmlərlə 
onların  məskunlaşdığı  mühitin  qarşılıqlı  əlaqələri  haqqında  məlumatlar    toplan- 
mış və ilk elmi ümumiləşdirmələr aparılmışdır. )                                                                                                                                                                                                                                                                                             
 
    XVII-XVIII  əsrlərdə  bir  sıra  alimlərin  biologiyaya  aid  əsərlərində  ekoloji 
məlumatlar  təsvir  olunmağa  başlamışdır.Bu  dövrdə  A.Reomyur(1734)  və 
L.Tramble  (1744)  kimi  alimlərin  əsərlərində  ayrı-ayrı  canlılara  həsr  olunmuş 
rkoloji məlumatlara rast gəlinir.Ətraf mühitin heyvanların bədən quruluşuna təsiri 
problemi  XVIII  əsrin  ikinci  yarısında  fransız  təbiətşunası  J.Büfonun  (1707-1788)  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə