Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

50 

 

Liberiyanın  ofşor  şirkətləri  gəmilərin  qeydiyyatından  başqa  beynəlxalq  aktivlərin 



idarə  edilməsi,  fiziki  şəxslər  üçün vergi planlaşdırması, həmçinin beynəlxalq  ticarət 

sxemlərində geniş istifadə olunurlar. 

Liberiyanın  vergi  orqanları  fəaliyyət  haqqında  illik  hesabat,  informasiyanın 

açıqlanmasını tələb etmirlər, hesabatların auditorlar tərəfindən təsdiqi isə vacib deyil. 

Ş

irkətlərin sahibləri, menecerləri və ofşor korporasiyaların fəaliyyət sahəsi haqqında 



informasiya  bir  şərtlə  tam  konfidensial  qala  bilər  ki,  korporasiya  ölkə  ərazisində 

fəaliyyət göstərməsin və həmin ərazidəki mənbələrdən gəlirlər almasın. 

Liberiyanın  Beynəlxalq  trast  şirkəti  qeyri-rezidentlərin  işgüzar  müəssisələrinin 

təşkilinin  müxtəlif  formaları  spektrini  təqdim  edir.  Bunun  başlıca  formaları  kimi 

aşağıdakılar çıxış edir: Qeyri-rezident korporasiyalar; Xarici gəmiçilik  müəssisələri; 

Mənfəət  almaq  məqsədini  güdməyən  korporasiyalar;  Tərəfdaşlıq;  Məhdud 

məsuliyyətli tərəfdaşlıq. 

ş

güzar  müəssisə  -  qeyri-rezident  Liberiya  xarici  işlər  nazirliyinin  reyestrinə 



müvafiq qeyd daxil ediləndən sonra qeydiyyatdan keçmiş  hesab  edilir.  Qeydiyyat 

üçün nizamnamənin iki nüsxəsi verilir. Bunlardan biri xarici işlər nazirinin imzası və 

möhürü ilə ərizəçiyə qaytarılır ki, bu da qeydiyyatın həyata keçirilməsini təsdiqləyir. 

Müəssisənin  adına  minimal  tələblər  qoyulur.  Müəssisənin  formasına  göstəriş 

olmalıdır.  Ad  istənilən  dildə  ola  bilər,  lakin  latın  hərfləri  ilə  yazılmalıdır.  Bank  və 

sığorta əməliyyatlarının yalnız Liberiya hökumətinin 

xüsusi  lisenziyası  olması 

şə

rtilə  həyata  keçirilməsilə  əlaqədar  olaraq,  işgüzar  müəssisənin  adında  bank  və  ya 



sığorta  fəaliyyətinə  dair  söz  və  söz  birləşmələri  işlətmək  qadağandır.  Hazır  ofşor 

ş

irkətlər  Liberiyanın  Beynəlxalq  trast  şirkəti,  onun  müxbir  şöbələri,  eləcə  də  həm 



Liberiyanın  özündə,  həm  də  ən  iri  beynəlxalq  maliyyə  mərkəzlərində  (Nyu-York, 

London,  Rotterdam,  Sürix,  Honkonq  və  başqalarında)  bir  sıra  hüquqi  və  idarəetmə 

firmaları tərəfindən təklif edilir. Əgər spesifik funksiyaları olan və ya xüsusi şərtləri 

olan  korporasiyanın  qeydiyyatdan  keçməsinə  ehtiyac  (tələb)  olarsa,  bu  cür  şirkətin 

təşkili bir iş günü ərzində aparıla bilər. 

Standart ofşor şirkətin yaradılması üzrə xərclər 700 ABŞ dollarına qədər təşkil 

edir.  Bu  məbləğə  minimal  stavka  ilə  (100  ABŞ  dolları)  kapitallaşdırmaya 



51 

 

(Capitalization  tax),  həmçinin  şirkətin  fəaliyyətinin  bir  ili  ərzində  qeydiyyatdan 



keçmiş agentin xidmətlərinin ödənilməsi daxildir. 

Liberiyada  korporasiyanın  saxlanması  üzrə  xərclər  minimaldır.  Korporasiyanın 

fəaliyyətindən  bir  il  keçdikdə  350  ABŞ  dolları  ödənilir.  Bu  məbləğ  illik  korporativ 

qeydiyyat  yığımından  (150 dollar) və  beynəlxalq trast  şirkətinin  mükafatından  (200 

ABŞ dolları) ibarətdir. 

Korporasiyanın  ləğvi  zamanı  136  ABŞ  dolları  həcmində  yığım  ödənilir.  Ofşor 

korporasiya  Liberiyada  qeydiyyatdan  keçmiş  ofisə  malik  olmaya  da  bilər. 

Qeydiyyatdan  keçmiş,  Liberiyanın  beynəlxalq  trast  şirkəti  tərəfindən  müvafiq 

səlahiyyətlər verilmiş agentin olması zəruri hesab edilir. 

Ş

irkət  tərəfindən  verilən  dividendlər  yuxarıdakı  şərtlərə  uyğundursa,  həmin 



ş

irkət Liberiyada vergiqoymaya məruz qalmır. Liberiya inkişaf etmiş ölkələrdə ikiqat 

vergiqoymadan qaçmaq haqqında məhdud sayda müqaviləyə malikdir. 

Panama  qədim  ofşor  mərkəzlərindən  biridir.  Ölkə  ənənəvi  olaraq  ofşor 

ş

irkətlərin  yaradılmasında  və  onların  idarə  edilməsində  ixtisaslaşır.  Panama  keçmiş 



ticarət  ənənələrinə,  ABŞ  və  qərb  yarımkürəsinin  başqa  ölkələri  ilə  sıx  əlaqələrə 

malikdir.  Panamanın  cəlbediciliyi  qanuni  tədavül  vasitəsi  kimi  ABŞ  dollarından 

istifadə  ilə  güclənir.  Müasir  şəraitdə  Panama  özünü  bank  xidmətlərinin  geniş 

spektrini  təqdim  edən,  inkişaf  etmiş  infrastruktura  malik,  həmçinin  xeyli  sayda 

yüksək ixtisaslı yerli mütəxəssislərin olan müxtəlif profil yönümlü ofşor mərkəz kimi 

göstərir. 

Ofşor biznes sahəsini tənzimləyən əsas akt 1927-ci il 26 fevral tarixli Şirkətlər 

haqqında  Qanundur.  Panamanın  beynəlxalq  dəniz  yük  daşınmaları  sahəsində 

müəssisələri  qeydiyyatdan  keçirməsində  ənənəvi  ixtisaslaşması  dənizçilik 

qeydiyyatının  açıq  sisteminin  (1925-ci  il)  yaradılması  ilə  əlaqədar  olmuşdur. 

Panamada trast haqqında ilk qanun 1925- ci ildə qəbul olunmuşdur. Hazırda 1984-cü 

il yanvarın 5-dən 1 saylı Trast haqqında Qanun qüvvədədir. 

Hazırda  Panamada  100  mindən  artıq  şirkət  qeydiyyata  alınmışdır.  Şirkətlər 

1927-ci  il  26  fevral  tarixli  32  saylı  qanuna  əsasən  yaradılır.  Şirkətlərin  fəaliyyəti 




52 

 

yuxarıda  qeyd  olunan  sənədlə  yanaşı  Panamanın  Kommersiya  Məcəlləsinin 



müddəaları ilə tənzimlənir. 

Müəssisələrin hər beş forması istənilən kommersiya sahəsində fəaliyyət göstərə 

bilər.  Ölkədə  həmçinin  fərdi  sahibkar  fəaliyyətinə  də  yol  verilir.  Lakin  xarici 

təsisçilərin kommersiya fəaliyyətinin başlıca forması korporasiyalardır. 

Korporasiyalar  istənilən  millətdən olan  iki  fiziki  şəxs  tərəfindən  yaradıla  bilər. 

Korporasiyanın  yaradılmasının  daha  çox  yayılmış  yolu  korporasiyanı  müştərinin 

adından  qeydiyyatdan  keçirən  yerli  hüquqşünasa  (hüquq  firmasına)  müraciət 

etməkdən  ibarətdir,  bu  zaman  müştərinin  fiziki  cəhətdən  Panamada  olması  və  ya 

ş

irkətin  yaradılmasına  dair  hər  hansı  sənədi  imzalaması  vacib  deyil.  Panamanın 



hüquq firmaları “Off the shelf” ofşor korporasiyalar təklif edir. 

Panama korporasiyasının yaradılması və qeydiyyatdan keçirilməsi üzrə minimal 

xərclər 650 ABŞ dolları təşkil edir. Bura müxtəlif növ qeydiyyat, notarial yığımlar və 

qeydiyyat  üzrə  xidmətlərin  ödənilməsi  xərcləri  daxildir.  Panama  korporasiyasının 

fəaliyyətinə olan minimal illik xərclər şirkətin direktorlarına mükafatların bura daxil 

olub-olmamasından  asılı  olaraq,  350  ABŞ  dollarından  750  ABŞ  dolları  arasında 

tərəddüd edir. Panama korporasiyasının ləğv edilməsi üzrə minimal xərclər 400 ABŞ 

dolları təşkil edir. 

Panama  qanunvericiliyi  bir  sıra  əlavə  vergi  və  yığımlar  ödəyən  gəmiçilik 

ş

irkətlərini xüsusi kateqoriyaya ayırır. 



kinci  dünya  müharibəsi  qurtardıqdan  sonra  Panama  dəniz  gəmilərini 

qeydiyyatdan  keçirən  iri  mərkəzlərdən  birinə  çevrilmişdir.  Qeydiyyatdan  keçmiş 

gəmilərin sayına görə (13 mindən artıq) ölkə bu günə qədər dünyada birinci yer tutur. 

Panamanın gəmi registrinə uzunluğu 20 metr və ondan artıq, su tutumu heç olmazsa 

50  t  olan  gəmilər  daxil  edilə  bilər.  Beynəlxalq  təcrübəyə  müvafiq  olaraq  bu, 

gəmilərin ölçü və tutumlarına olan minimal tələblərdir. 

Panamanın gəmi registrinin cəlbediciliyinə aşağıdakı iki amil də təsir edir: 

-

 



ikiqat qeydiyyatın mümkünlüyü: 

-

 



minimal  dərəcələr  üzrə  qeydiyyat  və  illik  standart  vergilər  istisna 

olunmaqla, əmlaka və gəlirlərə vergilərin qoyulmaması. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə