Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

44 

 

-



 

yüksək  likvidlilərə  (bank  depozitləri  və  dövlət  qiymətli  kağızları)  aid  olan 

aktivlərin müəyyən növlərinə qoyuluşun minimal səviyyəsi müəyyən edilir; 

-

 



daşınmaz  əmlak  obyektlərinin  və  daşınmaz  əmlak  hüquqlarının  əldə  edilməsi 

üzrə imkanlar məhdudlaşdırılır; 

-

 

aktivlərin  bir  emitentdən  və  məhdudiyyət  və  qadağaların  başqa  növlərinə 



maksimal qoyuluşun hüdud səviyyələri müəyyən edilir. 

Ş

irkətlər sığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya almaq məqsədilə 



cəlb edilən personalın ixtisas səviyyəsini təsdiq etməli, həm müştərilərə xidmət, həm 

də  aktivlərin  yerləşdirilməsi  üzrə  hazırlanmış  qaydalar  və  prosedurlara  malik 

olmalıdırlar.  Adətən  qeydiyyat  orqanları  müstəqil  auditorlar  tərəfindən  imzalanmış 

ə

traflı maliyyə hesabatları, yaxın illər üçün təfsilatı ilə hazırlanmış biznes- planları və 



başqa əlavə məlumatlar tələb edirlər. 

Lisenziyalaşmanı  və  sığorta  şirkətinin  fəaliyyətinə  cari  nəzarəti  adətən 

ixtisaslaşmış  idarə  -  sığorta  nəzarəti  orqanı  həyata  keçirir.  Ölkələrin  əksəriyyətində 

sığortaçılar  illik  və  rüblük  hesabatlarla  yanaşı  müntəzəm  olaraq  aylıq  hesabatlar  da 

təqdim  edirlər.  Ayrı-ayrı  ölkələrdə  isə  həftəlik,  bəzi  hallarda  isə  sığortaçının  həmin 

nəzarət orqanına təqdim etdiyi gündəlik hesabatı da nəzərdə tutulur. 

Sığorta  sahəsində  sığorta  nəzarəti  orqanları  və  özünü  tənzimləyən  təşkilatlarla 

yanaşı,  sığorta  şirkətlərinin  fəaliyyəti  bir  sıra  dövlət  idarələri  tərəfindən  də 

yoxlamalara  məruz  qalır.  Bu  idarələrdən  ən  mühümləri  kimi  Mərkəzi  bank  və  ya 

valyuta və ixrac nəzarətini həyata keçirən hər hansı başqa təşkilat, vergi xidmətləri, 

qiymətli kağızlar bazarının tənzimlənməsi sahəsində təşkilatlar çıxış edir. 

Reqlamentasiyaya  və  dövlət  və  ya  başqa  təşkilatlar  tərəfindən  nəzarətə  məruz 

qalmayan  bazar  iqtisadiyyatı  ölkələrində  sığorta  şirkətlərinin  praktiki  olaraq  yeganə 

fəaliyyət sahəsi qiymət siyasətidir. 

Beləliklə,  ofşor  mərkəzlərdə  sığorta  şirkətlərinin  təsis  edilməsinin  başlıca 

səbəblərindən  birini  inkişaf  etmiş  ölkələrdə  fəaliyyətin  sərt  tənzimlənməsindən 

uzaqlaşmaq üzrə imkanları hesab etmək lazımdır. Sığorta ofşor mərkəzləri potensial 

təsisçilərə adətən aşağıda göstərilənləri təklif edirlər: 




45 

 

-



 

ş

irkətlərin  qeydiyyatdan  keçirilməsinin  və  lisenziyalaş-  dırılmasının 



sürətləndirilmiş prosedurları; 

-

 



minimal nizamnamə kapitalına endirilmiş tələblər; 

-

 



minimal nizamnamə kapitalının tam olmayan ödənişləri üzrə imkanlar; 

-

 



nizamnamə kapitalının bir hissəsinə nağd pulun keçirilməsinin əvəzinə qarantiya 

verilməsi imkanı; 

-

 

təsisçi və səhmdarlar haqqında məcburi məlumatların minimimu; 



-

 

məcburi normativlərin sayının məhdudlaşdırılması; 



-

 

məcburi hesabata tələblərin sadələşdirilməsi; 



-

 

bir  qayda  olaraq,  ofşor  sığorta  mərkəzlərində  hesabatların  auditor  tərəfindən 



təsdiqlənməsi vacid hesab edilir, lakin bu maddə üzrə sığortaçıların xərcləri adətən 

endirilmiş  dərəcələr  və  məcburi  hesabatın  həcminin  azaldılması  hesabına  aşağı 

olur; 

-

 



yeni məhsulların işlənməsi və tətbiqi üzrə böyük sərbəstlik dərəcəsi; 

-

 



filialların  açılmasının  və  «qız»  müəssisələrin  təsis  edilməsinin  sadələşdirilmiş 

proseduru; 

-

 

valyuta nəzarətindən və valyuta məhdudiyyətlərindən azad edilməsi. 



Ayrı-ayrı ofşor sığorta mərkəzləri bir sıra əlavə üstünlüklər də təklif edir: 

-

 



aşağı əmək haqqı səviyyəsi ilə ixtisaslı personalın cəlb edilməsi imkanları; 

-

 



işçilərin gəlirlərinə olan verginin əlavə güzəştli rejimləri; 

-

 



istənilən  valyutada  nizamnamə  kapitalına  qoyuluş  və  mühasibat  uçotunun 

aparılması imkanları; 

-

 

gerb yığımlarından tam azad edilməsi; 



-

 

sığorta və başqa fəaliyyət növlərinin birgə həyata keçirilməsi; 



-

 

təkrar sığorta şirkətlərinin qeydiyyatı üzrə prosedurların sadələşdirilməsi; 



-

 

xarici şirkətlərin filiallarının yaradılması və s. 



Sığorta şirkətlərinin gəlirlərinə vergiqoyma ofşor sığorta şirkətinin sığortaçıların 

ümumi  və  xüsusi  vergiqoyma  rejimləri  sığorta  şirkətlərinə  tam  sığorta  xidmətləri 

kompleksini  həyata  keçirməyə  imkan  verməyən  ölkələrdə  yaradılması  üçün  başlıca 

amil  kimi  çıxış  edir.  Sığorta  əməliyyatlarının  ənənəvi  olaraq  sığorta  olanların  vergi 




46 

 

öhdəliklərini minimumlaşdırmaq üçün istifadə olunduğu ilə əlaqədar olaraq, bir çox 



ölkələrdə dövlət vergidən azad olmaq üzrə variantların və sxemlərin sayını azaltmağa 

cəhd  edir,  güzəştlərin  verilməsi  və  müxtəlif  növ  ehtiyatların  yaradılması  üzrə 

qaydaları  sərtləşdirir.  Digər  tərəfdən  isə  sığortalıların  vergiqoyma  bazasını 

genişləndirir.  Bu  cür  tədbirlər  sığorta  əməliyyatlarının  rentabelliyini  aşağı  salır, 

ölkədə sığorta biznesinin şərtlərini pisləşdirir, xırda və orta sığortaçıları sıxışdırır. 

Dünya ticarəti və beynəlxalq daşınmalar sahəsində dövriyyənin artımı şəraitində 

müvafiq  sığorta  xidmətləri  bazarı  da  genişlənir.  Beynəlxalq  ticarətdə  və  beynəlxalq 

daşınmalarda əməliyyatların çox hissəsinin ofşor zonalarda və ya xüsusi vergiqoyma 

rejimi  mövcud  olan  ölkələrdə  və  ya  mərkəzlərdə  qeydiyyatdan  keçmiş  şirkətlər 

tərəfindən  həyata  keçirilməsi  ilə  əlaqədar  olaraq,  ofşor  sığorta  şirkətinin 

yaradılmasına əlavə stimul meydana gəlir. 

Fəaliyyət sahəsindən asılı olaraq, əlverişli vergi şəraiti olan zonalarda yaradılan 

bütün sığorta şirkətlərini aşağıdakı tiplərə bölmək olar: 

-

 



müstəqil  müştərilərlə  sığorta  əməliyyatları  həyata  keçirmək  üçün  yaradılan 

ş

irkətlər (yüksək səviyyəli sığorta şirkətləri); 



-

 

məhdud  sayda  müştərilərlə  real  sığorta  əməliyyatları  həyata  keçirmək  üçün 



ş

irkətlər (keptiv); 

-

 

təsisçinin vergi məqsədlərinə nail olması üçün istifadə edilən şirkətlər. 



Bu  qayda  olaraq,  müstəqil  müştərilərlə  sığorta  əməliyyatları  həyata  keçirmək 

üçün  yaradılan  şirkətlər  real  və  potensial  müştərilərin  tələblərini  daha  tam  yerinə 

yetirmək  üçün  iri  sığortaçılar  tərəfindən  təsis  edilir.  Bu  şirkətlər  öz  ölkələrində  ya 

fəaliyyətin reqlamentasiyasının olduqca sərt sistemi ilə, ya da əlverişsiz vergi şərtləri 

ilə qarşılaşırlar. 

Sığorta  şirkətinin  ofşor  zonada  yaradılmasını  stimullaşdıran  mühüm  amil  ana 

sığorta  şirkətlərin  ölkəsində  iqtisadi  və  siyasi  qeyri-sabitliyin  hökm  sürməsidir. 

Sığorta  əvəzinin  ödənilməsini  iqtisadi  və  siyasi  vəziyyəti  stabil  olan  ölkədə 

qeydiyyatdan  keçmiş  şirkət  öz  üzərinə  götürdükdə  sığorta  olunanın  daha  etibarlı 

sığorta ödəyicisi olur. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə