Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

32 

 

Qanunvericilik normaları metropoliyadan götürülsə də, Britaniya nümunəsi olan 



klassik  trast  yaradılması  imkanları  olsa  da,  buna  baxmayaraq  hökumətin 

münasibətini,  məhkəmə  praktikasını,  həmçinin  Kayman  adaları  bankirlər 

assosiasiyasının (olduqca nüfuzlu təşkilatdır) yeritdiyi siyasəti maksimal əlverişli də 

adlandırmaq olmaz. 

Qeyd  etmək  lazımdır  ki,  1990-cı  ildə  Kayman  adalarında  dələduz  əmlak 

sərəncamçılığı  haqqında  qanun  qəbul  edilmişdir  ki,  bu  da  bu  ərazidə  qeydiyyatdan 

keçmiş strukturlardan kreditorlar qarşısında öhdəliklərinin yerinə yetirilməsindən yan 

keçməsinin  qarşısını  almağa  istiqamətlənmişdir  ki,  bu  da  aktivlərin  müdafiəsi  üzrə 

trastlar üçün şəraiti pisləşdirir. 

Kayman  adalarında  standart  şirkətin  qeydiyyatdan  keçməsinin  ümumi  şərtləri 

ə

lverişlilər  sırasına  aid  edilə  bilər.  Şirkətin  qeydiyyatı  üçün  bir  səhmdar  da  kifayət 



edir.  Təqdim  edən  üçün  səhm  buraxılışına  yalnız  azad  edilmiş  şirkət  statuslu 

müəssisələrə  icazə  verilir.  Onlar  həmçinin  dəyəri  göstərilməyən  səhmlər  də  buraxa 

bilər.  Səhmləri  təqdim  edən  üçün  buraxan  şirkətin  nizamnamə  kapitalı  bütövlükdə 

ödənilməlidir.  Faktiki  olaraq  səhmdarların  yığıncaqları  və  onların  açıq  reyestrinin 

aparılması  vacib  deyil.  Qeydiyyatdan  keçmiş  şirkətlərin  əmlak  sahibləri  və 

səhmdarları haqqında məlumatları açıqlanmamalıdır. Şirkətin bir direktorunun olması 

kifayət edər, o, rezident olmaya da bilər, bu zaman direktorun vəzifələrini yerli etibar 

olunan şəxs icra edə bilər. Şirkətin yerli hüquqi ünvanı mütləq olmalıdır, lakin bu da 

problem  deyil.  Şirkət  yerli  etibarlı  şəxsin  ünvanı  üzrə  qeydiyyatdan  keçə  bilər.  Adi 

ş

irkət  üçün  illik  maliyyə  hesabatı  tələb  olunmur  və  buna  müvafiq  olaraq  məcburi 



auditor təsdiqinə də ehtiyac yoxdur. 

Ş

irkətinin yeri çox da mürəkkəb olmayan formal prosedurların yerinə yetirilməsi 



yolu ilə dəyişdirilə bilər. 

Ş

irkətlər  adətən  ölçüsü  900  min  dollar  (azad  edilmiş  şirkətlər)  və  ya  960  min 



dollar  (adi  şirkətlər,  lakin  qeyri-  rezidentlər)  nizamnamə  kapitalı  ilə  qeydiyyatdan 

keçirlər  ki,  bu  da  hökumət,  qeydiyyat  və  illik  yığımların  minimal  ölçüsü  üzrə 

nizamnamə kapitalının maksimal ölçüsünü ifadə edir. 



33 

 

Kayman  adalarında  şirkətin  fəaliyyətinin  təsis  edilməsi  və  dəstəklənməsi  üzrə 



xərclər  əksəriyyət  başqa  ofşorlardakı  analoji  xərclərdən  xeyli  yüksəkdir.  Şirkətin 

yaradılması üzrə minimal xərclər azad olunmuş şirkətlər üçün 3000 min dollara qədər 

(hökumət  qeydiyyatı  yığımının  ölçüsü  1000  ABŞ  dollardır)  təşkil  edir,  adi  qeyri-

rezident şirkət üçün isə 2000 min dollar (qeydiyyat yığımını - 610 АBŞ dollarını da 

daxil  etməklə)  təşkil  edir.  Minimal  cari  xərclər  (qeydiyyatdan  keçmiş  ofisin 

saxlanması,  etibarlı  direktorun  xidmətlərinin  ödənilməsinin  minimal  səviyyəsi, 

hökumət yığımı) 2500-3000 АBŞ dolları təşkil edir. 

Qüvvədə  olan  qanunvericilik  həmçinin  xarici  şirkətin  filialının  qeydiyyatı 

imkanına  yol  verir.  Bи  halda  qeydiyyat  orqanlarına  sənədlərin  aşağıdakı  növlərinin 

daxil  edilməsi  tələb  olunur:  xarici  şirkətin  təsdiq  edilmiş  nizamnamə  sənədləri, 

direktorların siyahısı (ünvanları və fəaliyyət növü göstərilməklə), işdə etibarlı hesab 

edilənlərin ünvanları və adları (bir qayda olaraq hüquqi və ya məsləhət firması). Filial 

qeydiyyatdan keçən zaman 1000 dollar həcmində hökumət yığımı ödənilir, hər gələn 

ilin  yanvarında  isə  600  АBŞ  dollarına  ekvivalent  məbləğdə  illik  yığım  ödənilir. 

Məhdud məsuliyyətli yoldaşlıqların təsisçiləri də təxminən bu cür xərclər ödəyirlər. 

Kayman  adalarında  bank  fəaliyyəti  əsasən  1989-cu  ildə  qəbul  edilmiş  Banklar 

və  trast  şirkətləri  haqqında  qanunla  tənzimlənir.  Bu  sənədlə  bank  və  ya  trast 

ə

məliyyatlarını həyata keçirmək üçün məcburi lisenziyalaşdırma müəyyən edilmişdir. 



Bank fəaliyyəti üçün üç növ lisenziya mövcuddur: 

-

 



ş

irkətə,  o  cümlədən  Kayman  adaları  ərazisində  bank  xidmətlərinin  bütün 

növlərini icra etməyə imkan verən «А» tipli; 

-

 



istənilən yerdə, ancaq Kayman adaları ərazisindən kənarda olmamaq şərtilə bank 

fəaliyyətinin istənilən növlərini həyata keçirməyə imkan verən «B» tipli; 

-

 

ş



irkətlərə  Kayman  adalarının  qeyri-rezident  müştəriləri  ilə  yalnız  Kayman 

adalarından  kənarda  müəyyən  əməliyyatları  həyata  keçirməyə  imkan  verən 

məhdud «V» tipli lisenziya. 

«А»  tipli  lisenziya  yalnız  yüksək  nüfuzlu  beynəlxalq  maliyyə  təşkilatları 

tərəfindən  yaradılmış  banklara  verilə  bilər.  Bu  cür  lisenziyanın  alınması  üçün 

məcburi  şərtlərdən  biri  daimi  ofis  və  ixtisası  beynəlxalq  bank  standartlarına  cavab 




34 

 

verən  müəyyən  iş  heyətinin  olmasıdır.  Həm  bütöv,  həm  də  məhdud  «V»  tipli 



lisenziya öz sahibinə Kayman adalarının rezident- müştəriləri ilə əməliyyatlar həyata 

keçirməyə  imkan  vermir.  «V»  tipli  məhdud  lisenziya  adətən  öz  fəaliyyətlərini 

qabaqcadan  hər  hansı  maliyyə-sənaye  qrupuna  (keptiv  banklar)  daxil  olan 

müəssisələrlə işləməklə məhdudlaşdıran banklar tərəfindən alınır. 

Qüvvədə  olan  qanunvericilik  aşağıda  göstərilən  bir  sıra  məcburi  tələbləri 

müəyyən edir: 

-

 

«V»  tipli  bank  lisenziyasına  malik  məhdud  şirkət  və  ya  trast  əməliyyatlarına 



məhdud  lisenziyası  olan  şirkət  24000  ABŞ  dolları  həcmində  ödənilmiş  minimal 

kapitala malik olmalıdır; 

-

 

nominal  saxlayıcı  kimi  çıxış  etmək  hüququ  lisenziyasına  malik  şirkət  «ana» 



ş

irkətin 240000 ABŞ dollarına qədər öhdəliyə təminat verməlidir; 

-

 

bank və ya trast fəaliyyətinin istənilən başqa növlərinə lisenziyası olan şirkətlər 



480000 ABŞ dollarından aşağı olmayan ödənilmiş kapitala malik olmalıdırlar; 

-

 



qubernatorun  qabaqcadan  sanksiyası  alınmadan  bankın  və  ya  trast  şirkətinin 

səhmləri buraxıla və ya başqa sahibkara verilə bilməz; 

-

 

istənilən tip bank və ya trast fəaliyyətinə lisenziyası olan hüquqi şəxslərin ən azı 



iki direktoru və yüksək icraçıları olmalıdır, bu zaman hər hansı təyinatlar maliyyə 

xidmətləri  müfəttişi  tərəfindən  təsdiq  edilməli,  yüksək  icraçı  şəxs  isə  qubernator 

tərəfindən təyin edilməlidir. 

stənilən tip lisenziyanı almaq üçün ərizə aşağıdakılardan ibarət olmalıdır: 

-

 

təsis edilən şirkətin adı və ünvanı; 



-

 

zəruri ixtisasa malik kifayət qədər işçi heyətin olmasının təsdiqi; 



-

 

ş



irkətin müəyyən edilmiş xarici korporasiya prosedurunu keçməsinin təsdiqi; 

-

 



səhmlərin bütün saxlayıcılarının adları, ünvanları və rezidentlikləri; 

-

 



bütün direktorların və məsul vəzifəli şəxslərin anket məlumatları; 

zəruri yazılı tövsiyələr və zəmanətlər; 

-

 

müstəqil auditorun nəticəsi, son tarix üçün maliyyə hesabatı, həmçinin şirkətin 



filiallarının siyahısı; 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə