Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

35 

 

-



 

təsisçilərin  lazımi  ölçülərdə  nizamnamə  kapitalının  ödənilməsini  həyata 

keçirmək barədə yazılı öhdəliyi. 

Ş

irkət  eyni  zamanda  həm  bank,  həm  də  trast  lisenziyası  ala  bilər,  lakin  bank 



lisenziyasının  sahibləri  trast  əməliyyatlarını  həyata  keçirmək  üçün  ayrıca  yığım 

ödəmirlər. Lisenziya hüququnu saxlamaq üçün bank müəssisələri və trast şirkətləri 3 

ay  ərzində  maliyyə  ilinin  sonuna  qədər  maliyyə  xidməti  müfəttişinə  müəyyən 

olunmuş qaydada, müstəqil auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatı təqdim 

etməlidir. Hesabatın ləngidiyi halda bank müfəttişə yazılı surətdə həmin ləngimənin 

səbəblərini izah edən ərizə təqdim etməlidir. Müfəttiş əlavə vaxt verə bilər. Müəyyən 

edilmiş  müddətdə  lazımi  formada  tərtib  edilmiş  hesabat  təqdim  olunmazsa, 

lisenziyanın geri çağırılması üçün əsas yaranır. 

Kayman  adalarının  xüsusi  qanunvericiliyi  məcburi  normativlər  barədə  heç  bir 

tələb müəyyən etməmişdir. Lakin belə bir təcrübə mövcuddur ki, şəxsi kapitalla bir 

müştəriyə  verilmiş  kreditlər  arasında  nisbət  10:1  olmalıdır.  Bu  və  bir  sıra  başqa 

məhdudiyyətlər  avtomatik  olaraq  bütün  kredit  müəssisələrinə  aid  edilmir.  Bunlar 

adətən  fərdi  qaydada,  əməliyyatların  miqyasını  və  konkret  bankın  risklərini  nəzərə 

almaqla  maliyyə  xidmətləri  müfəttişi  tərəfindən  müəyyən  edilir.  Bank  fəaliyyətinin 

reqlamentasiyalarının  böyük  bir  hissəsi  bank  iş  etikasının  norma  və  qaydalarını 

faktiki  olaraq  müəyyən  edən  Кауman  adaları  Bankirlər  Assosiasiyası  tərəfindən 

həyata keçirilir. 

Kayman  adaları  gəlirlərə  və  əmlaka  ikiqat  vergi-  qoymadan  yan  keçmək 

haqqında heç bir müqaviləyə malik deyil. Prinsip etibarilə bu, nöqsan kimi nəzərdən 

keçirilə  bilər,  lakin  bank  işinin  spesifikası  ondan  ibarətdir  ki,  bank  adətən  gəliri 

verdiyi  kreditlər  üçün  faiz  formasında  alır.  Əgər  Kayman  adalarında  beynəlxalq 

sxemdə  vergi  öhdəliklərinin  optimallaşdırılması  üzrə  bank  qarşısında  ümumi 

vergiqoyma  şərtlərində  bank  krediti  üzrə  ödənilən  faizlərə  vergiqoymanı  nəzərdə 

tutmayan  ölkənin  ərazisində  qeydiyyatdan  keçən  müəssisə  durursa,  zəncirin  bu 

həlqəsində  heç  bir  problem  meydana  çıxmır.  Vergiqoymanın  minimumlaşdırılması 

üzrə  müxtəlif  növ sxemlər  üçün  Kayman  adalarında  «personalsız  bank»  formasında 




36 

 

qeydiyyatdan  keçmiş  bank  müəssisələrindən  fəal  istifadə  olunur.  Bu  banklar  adətən 



«A» bank lisenziyası tipli şirkətlərin təklif etdikləri xidmətlərdən istifadə edirlər. 

Malta klassik ofşor ərazisi deyil. Çox da böyük olmayan bu müstəqil ada ixrac 

yönümlü inkişaf etmiş sənaye (toxuculuq, tikiş, ayaqqabı) dövlətidir. Başlıca ticarət 

tərəfdaşları  Avropa  Birliyinə  daxil  olan  ölkələrdir.  qtisadiyyatının  mühüm  sahəsi 

turizmdir. Ölkə əsas gəlirlərini azad liman kimi istifadədən əldə edir. 

Vergiqoyma  sahəsində  dövlətin  siyasəti  xarici  kapitallı  şirkətlərin  fəaliyyəti 

üçün  əlverişli  şəraitin  yaradılmasına,  Maltanın  yüksək  nüfuzlu  beynəlxalq  maliyyə 

mərkəzinə çevrilməsinə yönəldilmişdir. 

Rezidentlər  və  hüquqi  şəxslər  üçün  vergiqoymanın  ümumi  səviyyəsi  təxminən 

orta  Avropa  səviyyəsinə  bərabərdir.  Qeyri-  rezident  şirkətlər  üçün  vergiqoymanın 

xüsusi şərtləri yaradılmışdır, burada mənfəətə vergi dərəcəsi 5% müəyyən edilmişdir. 

Bundan əlavə, şirkətlər vergidən azad edən status almaqla qeydiyyatdan keçə bilərlər. 

Qeyri-rezident  və  vergidən  azad  edilmiş  şirkətlər  üçün  dividendlərə,  lisenziya 

hüquqlarının  verilməsindən  gələn  faiz  və  gəlirlərə  vergiqoyma  yoxdur.  Onlara 

həmçinin  Maltada qüvvədə  olan valyuta məhdudiyyətləri  aid deyil.  Ölkədə bank  və 

ya başqa işgüzar informasiyasının konfidensiallığı (məxfiliyi) təmin edilir. 

Xüsusi statuslu müəssisələr üçün fəaliyyətini və vergiqoymanın xüsusiyyətlərini 

tənzimləyən  əsas sənədlərə 1988-ci ildə  qəbul edilmiş  Maltada  beynəlxalq  fəaliyyət 

və ofşor zonalar haqqında qanunlar aiddir. 

Ş

irkətlər  haqqında  qanunvericilik  əsasən  Böyük  Britaniya  və  Şimali  rlandiya 



Birləşmiş  Krallığının  şirkətləri  haqqında  1948-ci  ildə  qəbul  edilmiş  qanunlara 

ə

saslanır.  Bu  zaman  aşağıdakı  xüsusiyyət  nəzərə  çarpır  -  yoldaşlıq  şirkətləri,  o 



cümlədən  vergiqoyma  məqsədləri  üçün  də  müstəqil  hüquqi  şəxslər  kimi  təqdim 

olunur. 


Müəssisələrin başlıca formaları aşağıdakılardır: 

-

 



ş

irkətlər (kütləvi və şəxsi); 

-

 

tam məsuliyyətli yoldaşlıqlar; 



-

 

məhdud məsuliyyətli yoldaşlıqlar. 




37 

 

Vergilərdən  azad  edilmiş  şirkətlərin  qeydiyyatı  adətən  bir  neçə  günə  həyata 



keçirilir.  Potensial  təsisçilərə  hazır  şirkətlər  əldə  etmək  imkanı  olmur.  Təsis  edilən 

güzəştli vergi statuslu şirkətlər iki tipdə olur: 

-

 

vergi ödənişlərindən azad edilmiş qeyri-ticarət şirkətləri; 



-

 

5%  ölçüsündə  güzəştli  faiz  dərəcəsi  tətbiq  edilməklə  sərbəst  olaraq  



vergiqoyma məbləğini təyin etmək imkanı verilən ticarət şirkətləri. 

Ş

irkətin bu və ya digər kateqoriyaya aid edilməsinin meyarı fəaliyyət sahəsidir. 



Ə

gər  şirkətin  fəaliyyəti  öz  mülkiyyətinə  sahiblik,  idarəetmə  və  bölüşdürməklə 

(patentlər,  ticarət  markaları,  lisenziyalar,  müəllif  hüquqları  və  s.  daxil  olmaqla) 

məhdudlaşırsa,  onda  həmin  şirkət  qeyri-ticarət  şirkətlər  kateqoriyasına  aiddir.  Bura 

həmçinin holdinq şirkətləri, lisenziya hüquqları verilməsindən gəlir alan müəssisələr, 

gəmiçilik şirkətləri də daxil edilir. 

Ə

gər şirkətlərin fəaliyyət sahələri göstərilən çərçivələrlə məhdudlaşmırsa, onda 



onlar  ticarət  şirkətləri  kateqoriyasına  (Traiding  Companys)  aiddir.  Ümumi  ticarət 

ş

irkətləri  ilə  yanaşı  bu  kateqoriyaya  bank,  sığorta,  broker  sığorta  və  başqaları  da 



aiddir. 

Maltada ofşor bankın təşkili və fəaliyyətinin dəstəklənməsi üzrə xərclər olduqca 

böyükdür,  belə  ki,  yalnız  göstərilən  xərclər  70000  ABŞ  dolları  təşkil  edə  bilər. 

Maltada  işləməyə  icazəsi  olan  rezident  və  qeyri-rezident  fiziki  şəxslərin  gəlirlər 

vergisinin maksimum vergi dərəcəsi 35% təşkil edir. Bundan əlavə, digər sahələrdə 

fəaliyyət  göstərən  şirkətlərdən  (qeyri-  ticarət)  fərqli  olaraq  banklar  mütləq  müstəqil 

auditor tərəfindən təsdiq edilən maliyyə hesabatı verməlidirlər. Beləliklə, Malta ofşor 

bankların  qeydiyyat  yeri  kimi  heç  də  bütün  potensial  təsisçilər  üçün  əlverişli  deyil. 

Lakin  adada  yüksək  ixtisaslı  peşəkar  kadrların  olması,  olduqca  əlverişli  ərazisi  və 

ofşor biznesin müxtəlif növlərinin inkişafı imkanları ayrı-ayrı  bank  əməliyyatlarının 

həyata keçirilməsini planlaşdıran təsisçilərdə xüsusi maraq doğurur. 

Yenicə  təşəkkül  tapan  bu  bank  mərkəzinin  başlıca  potensial  cəlbedici  cəhəti 

Labuanda  qeydiyyatdan  keçmiş  bankın  hüquqi  və  vergi  statusunun  xüsusiyyətindən 

ibarətdir.  Labuan  adasının  Malayziyanın  federal  ərazisi  olduğu  ilə  bağlı  olaraq, 

burada  qeydiyyatdan  keçən  bütün  şirkətlər  müəyyən  şərtlərə  riayət  etməklə  ikiqat 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə