Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

38 

 

vergiqoymadan yan keçmək haqqında müqavilələrin üstünlüklərindən istifadə etmək 



hüququna malikdirlər. 

Malayziyanın  federal  hökuməti  Labuan  adasına  beynəlxalq  ofşor  maliyyə 

mərkəzi  statusu  verməyi  məqsəd  qoymuşdur.  Vergiqoymanın  güzəştli  şərtlərinin 

hazırlanması  zamanı  sahibkarlıq  fəaliyyətinin  aşağıdakı  növlərinə  xüsusi  diqqət 

verilir: bank əməliyyatları; əmlakı etibarlı idarəetmə; kollektiv investisiya qoyuluşu; 

sığorta; holdinq şirkətlərinin investisiyaları. 

Malayziyada  valyuta  tənzimlənməsinin  milli  qaydaları  qüvvədədir.  Labuanda 

qeydiyyatdan keçmiş bank müəssisələri qeyri-rezidentlər kimi valyuta tənzimlənməsi 

normalarının tətbiqi məqsədləri üçün nəzərdən keçirilir. 

Ş

irkətin  Labuanda  təsis  edilməsi  spesifikası  ondan  ibarətdir  ki,  şirkətin 



fəaliyyətinin qeydiyyatı və saxlanmasının bütün prosedurları etibarlı idarə üzrə yerli 

ş

irkət tərəfindən həyata keçirilməlidir, bu zaman yerli trast şirkəti yalnız etibarlı şəxs 



və  ya  nominal  səhm  sahibi  qismində  güzəştli  vergiqoyma  rejimi  ilə  şirkətin 

səhmlərinin saxlayıcısı kimi çıxış edə bilər. Trast şirkətlərinin fəaliyyəti 1990-cı ildən 

Labuanın trast şirkətləri haqqında qanunla tənzimlənir. 

Ofşor  bank  fəaliyyəti  aşağıdakı  sahələri  əhatə  edir:  valyuta  depozitlərinin  cəlb 

edilməsi,  müştərilərin  depozit,  əmanət  və  başqa  hesablarının  aparılması,  kredit 

xidmətlərinin  təqdim  edilməsi.  Bütün  sövdələr  NMB-dən  icazə  verilən  müəyyən 

spesifik əməliyyatlar istisna olunmaqla, xarici valyuta ilə həyata keçirilməlidir. 

1990-cı  ildə  qəbul  edilmiş  bank  ofşor  fəaliyyəti  haqqında  qanuna  müvafiq 

olaraq,  bütün  lisenziyası  olan  bank  müəssisələrinə  istənilən  qeyri-rezidentdən, 

həmçinin rezidentlərdən məhdudiyyət qoyulmadan qoyuluşlar qəbul etməyə, istənilən 

qeyri-rezidentə  və  rezidentə  xarici  valyutada  1  mln.  Malayziya  dolları  məbləğində 

borc  verməyə  icazə  verilmişdir.  Lakin  ofşor  bank  «identifikasiyasız»  müştərilərə 

hesab  açmaq  hüququna  malik  deyil.  Başqa  sözlə,  təqdim  edən  hər  bir  kəsə  hesab 

açmaq qadağandır. 

Lisenziyalı ofşor banklar xarici valyutalarla, o cümlədən qeyri-rezidentlərdən və 

səlahiyyətli  banklardan  valyutanın  forvard  və  topdansatış  alqısı  da  daxil  olmaqla, 

sövdələrdə  iştirak  edə  bilər.  1  Malayziya  dolları  ekvivalentindən  artıq  məbləğdə 



39 

 

xarici  valyuta  ilə  borc  verilməsi  yalnız  müfəttişin  qabaqcadan  icazəsi  ilə  həyata 



keçirilə bilər. 

Banklar hər hansı qeyri-rezidentin adından Malayziyadan kənara və ya hər hansı 

ölkədən  Malayziyaya  vəsait  ödəmək  və  ya  köçürmək  hüququna  malikdirlər. 

Rezidentlərdən və ya qeyri-rezidentlərdən Malayziya dolları ilə qoyuluşların qəbulu, 

həmçinin  milli  valyuta  ilə  borclarn  verilməsi  yalnız  valyuta  nəzarəti  müfəttişinin 

qabaqcadan  razılığı  ilə  həyata  keçirilə  bilər.  Səlahiyyət  verilmiş  banklar  istisna 

olunmaqla,  qalan  banklara  rezidentin  adından  xarici  valyuta  ilə  hər  hansı  sövdələri 

həyata  keçirmək,  rezident-banklarda  Malay-banklarda  Malay  hesablar  açmaq, 

rezidentlərdən  Malayziya  dolları  ilə  vəsaitlərin  cəlb  edilməsində  iştirak  etmək 

qadağandır.  Bundan  başqa,  Labuanda  ofşor  banklara  srailin  və  ya  Cənubi  Afrika 

Respublikasının  rezidentləri  ilə  hər  hansı  sövdələr  həyata  keçirmək  və  valyuta  ilə 

ə

məliyyatlar aparmaq qadağan edilmişdir. 



Ofşor  bank  fəaliyyətinə  xüsusi  məhdudiyyət  ondan  ibarətdir  ki,  ofşor  banklar 

ə

məliyyatları  Labuan  adasından  başqa  Malayziyanın  heç  bir  yerində  həyata  keçirə 



bilmirlər. Bu banklar əsas fəaliyyət  yerindən başqa hər hansı müəssisələrə (filiallar, 

ofislər, nümayəndəliklər) malik ola bilmirlər. Hər hansı ofisin açılması yalnız NMB-

nin  qabaqcadan  icazəsi  ilə  mümkündür.  Yuxarıda  göstərilən  tələb  və 

məhdudiyyətlərlə yanaşı, hesabatların aparılmasına və təqdim edilməsinə sərt nəzarət 

də mövcuddur ki, bu da Labuanda yalnız yüksək beynəlxalq nüfuza malik beynəlxalq 

bankların fəaliyyətini həyata keçirməyə xidmət edir. 

Labuanda  yaradılmış  ofşor  bankın  əlavə  üstünlüklərindən  biri  də  ofşor  bank 

fəaliyyəti çərçivəsində həyata keçirilən bütün əməliyyatların gerb yığımlarından azad 

edilməsi,  cəlb  edilən  personal  üçün  gəlirdən  vergi  üzrə  əlavə  stimulların  və 

güzəştlərin  olması,  sığorta  şirkətlərinin,  gəmiçilik  sahəsində  neft  məhsulları  ilə 

ə

məliyyatlarda vergiqoymanın xüsusi rejimləridir. 



Bütün  yuxarıda  qeyd  olunanları  nəzərə  alaraq  demək  olar  ki,  Labuan  xüsusi 

statusuna  və  güzəştlər  verilməsi  mexanizmlərinə  görə  ofşor  bank  fəaliyyətinin 

müəyyən formaları üçün əlverişli ərazidir. 



40 

 

Bəzi potensial investorlar Labuanın separatist qüvvələrin olduğu Sabah ştatının 



(adasının)  bilavasitə  yaxınlığında  yerləşməsindən  müəyyən  dərəcədə  ehtiyat  edirlər, 

halbuki Labuan adası Malayziyanın federal ərazisidir. 

Madeyra  yeni  ofşor  bank  mərkəzlərinə  aiddir.  Madeyra  yerli  idarəetmə  ilə 

Portuqaliyanın  tərkibində  olan  ərazi,  Madeyranın  azad  iqtisadi  zonasında 

qeydiyyatdan  keçmiş  şirkətlərin  isə  rezident  olduğuna  görə,  burada  Portuqaliyanın 

gəlirlərə  və  əmlaka  ikiqat  vergiqoymadan  yan  keçmək  haqqında  beynəlxalq 

müqavilələr imzalanmasının üstünlüklərindən istifadə imkanları mövcuddur. 

Bu  qayda  qeydiyyatdan  keçən  bank  müəssisələrinə  də  aid  olmalıdır.  Bеlə 

müqavilələr  üzrə  vergi  güzəştlərinin  verilməsi  mexanizmi  Malayziyada  Labuan 

adasındakı  kimi  hüquqi  əsaslara  malikdir.  Lakin  onu  da  qeyd  etmək  lazımdır  ki, 

Portuqaliyanın  ikiqat  vergiqoymadan  yan  keçmək  haqqında  müqavilələr  bağladığı 

ölkələrin  siyahısı  Malayziyada  olduğundan  xeyli  qısadır.  Braziliya  ilə  yanaşı,  bu 

siyahıya  Qərbi  Avropa  ölkələrindən  Avstriya,  Belçika,  Almaniya,  Danimarka, 

spaniya,  taliya,  Norveç,  Böyük  Britaniya  və  Şimali  rlandiya  Birləşmiş  Krallığı, 

А

BŞ,  Finlandiya,  Fransa,  sveçrə  daxildir.  Madeyra  adasının  Avropa  Birliyinin 



tamhüquqlu ərazisi olması faktı ona xüsusi cəlbedicilik verir. 

Madeyrada  qeydiyyatdan  keçmiş  şirkətlər  Portuqaliyanın  Maliyyə  nazirliyində 

ikiqat  vergiqoymadan  yan  keçmək  haqqında  müqavilənin  şərtlərinə  uyğun  olaraq, 

ş

irkət-rezident statusunu təsdiq edən sertifikat ala bilərlər. 



Madeyrada  uzun  müddət  yalnız  Portuqaliya  banklarının  filiallarını  yaratmağa 

icazə  verilirdi.  Xarici  bankların  filiallarına  bank  lisenziyalarının  verilməsi  təcrübəsi 

yalnız 90-cı illərin ortalarında həyata keçirilməyə başladı və bu gün Qərbi Avropanın 

bir  çox  iri  kommersiya  bankları  Madeyra  azad  iqtisadi  zonasına  böyük  maraq 

göstərirlər. 

Müəyyən  nöqsanlar  qüvvədə  olan  qanunvericiliyin  azad  iqtisadi  zonada 

qeydiyyatdan  keçən  şirkətlərə  qoyduğu  tələblərin  nisbətən  sərtliyi  ilə  bağlıdır.  Bu 

onunla  əlaqədardır  ki,  adları  çəkilən  şirkətlər  prinsip  etibarilə  Portuqaliyanın  digər 

ş

irkətlərinin  də  tabe  olduqları  normativ  aktlara  tabedirlər.  Madeyra  azad  iqtisadi 



zonasında  qeydiyyatdan  keçmiş  şirkətlərin  yeganə  fərqi  ondan  ibarətdir  ki,  onların 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə