Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə14/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   10   11   12   13   14   15   16   17   ...   175

 

41

Qərb  mənəviyyatsız,  yalnız  həyatın  maddi  tərəfi  ilə 



maraqlanan,  plüralist,  özünəməxsus  cəhətlərdən  məhrum  olan 

bir dünya  kimi  qavranılır.  Buna  görə də  şərqyönümlü ideyalar 

Avropayönümlü konsepsiyaya qarşı qoyulurdu.

1

Alman filosofu 

olmuş  Georg  Vilhelm  Fridrix  Hegel  (1770-1831)  Şərqlə  Qərb 

arasındakı  fərqli  xüsusiyyətlərə  belə  qiymət  verirdi:  “Şərq 

bilirdi  və  bilir  ki,  ancaq  bir  şəxs  azaddır,  yunan  və  Roma 

dünyası  bilir  ki,  bəziləri  azaddırlar,  German  dünyası  bilir  ki, 

hamı azaddır”. Ümumiyyətlə isə qeyd etmək olar ki, Hegel öz 

fəlsəfəsində  həm  müasirliyi,  həm  də  antik  Afinaya,  Qüdsə  və 

Romaya gedib çıxan tarixi hadisələri əhatə etməyə səy göstərir. 

Hegel  öz  baxışlarında  liberalizm  və  konservatizmi  xüsusi 

həqiqətlər 

olaraq 


ortaya 

çıxarır. 

O, 

liberalizmin  və 



konservatizmin  dialektik  sintezini  tapmışdır.  Liberalizm 

(tezis)-zəka  ənənədən  yüksəkdir.  Fərd  cəmiyyətdən  yüksəkdir. 



Konservatizm  (mənfi  reaksiya,  antitezis)-ənənə  zəkadan 

yüksəkdir.  Cəmiyyət  (dövlət)  fərddən  yüksəkdir.  Hegel  bu  iki 

baxışın  sintezində  nəticəyə  gəlirdi  ki,  ənənə  -zəkalıdır,  fərd  -

təbiətən sosialdır.

2

  



ABŞ-ın  Corc  Vaşinqton  Universitetinin  professoru  Seyyid 

Hüseyn  Nəsr  Şərq  ilə  Qərb  arasında  fərqlərin  və  ziddiyyətin 

deyil,  ümumi  cəhətlərin  önə  çəkilməsinin  tərəfdarıdır.  Onun 

fikrincə,  birlik  yolu  hadisələr  müstəvisində  yox,  ideya 

müstəvisində axtarılmalıdır. Onun fikrincə, islam peripatetizmi, 

işraqilik  və  təsəvvüf  təliminin  birləşməsindən  yaranan  islam 

fəlsəfəsi  Qərb  fəlsəfəsi  ilə  əlaqəlidir.  “Düzgün  idrak”  üçün 

əvvəlcə nurlanma və ruhun işıqlanması vacibdir.

3

  



                                                 

1

Mehdiyev. R.Ə. Fəlsəfə. Dərs vəsaiti. Bakı, “Şərq-Qərb”, 2010, 360 səh., səh.327. 

2

 Skirbekk  Q.,  Gilye  N.  Fəlsəfə  tarixi:  Müasir  dünyanın  fəlsəfi  qaynaqlarına  bir 

baxış,  Ali  məktəbin  tələbələri  üçün  dərs  vəsaiti,  Fəlsəfə  elmləri  doktoru  Adil 

Əsədovun rus dilindən tərcüməsi, Bakı, “Zəkioğlu” nəşriyyatı, 2007., səh. 464. 

3

 S.Xəlilov.  İslam  fəlsəfəsi  və  müasirlik.-Seyyid  Hüseyn  Nəsrin  fəlsəfi  baxışlarının 

analizi. Azərbaycan Fəlsəfə və sosial-siyasi elmlər Assosiasiyası. Fəlsəfə və sosial-

siyasi elmlər. Elmi-nəzəri jurnal. 1(19), Bakı; Azərbaycan Universiteti, 2008; s.54-

58.  


 

42

Tədqiqatçı  R.Ulusel  qeyd  edir:  “Şərq  xalqlarının  irəlidə 



getdiyi, Qərbinsə  geri  qaldığı  çağlarda Şərq mədəniyyəti Qərb 

xalqlarına  öz  təsirini  göstərmişdi.  Lakin  nə  vaxt  ki,  Qərb  irəli 

sıçradı, bizsə arxaca gedər olduq,-onda Qərb sivilizasiyası təbii 

ki,  bizim  dilimizə  də,  fikrimizə  də,  əxlaqımıza  da  təsir 

göstərməyə  başladı.  Hər  halda  Qərb  xalqları  qədim  çağlarda 

bizim  ərsəyə  gətirdiklərimizlə  qidalanıb.  İndi  isə  Şərq  xalqları 

Qərbin  hazır  etdiyi  ilə  bəhrələnir.  Lakin  dərd  burasındadır  ki, 

seçib  sonalamır,  elə  bütöv-bütöv  udur,  faydalı  ilə  faydasızı 

ayırd  eləmir.  Məni  bu  qorxudur,  həyəcanlandırır.  Şərq  bəzən 

mənə  dişləri  tökülmüş  qocanı,  bəzən  də  hələ  dişi-damağı 

bərkiməmiş  körpəni  xatırladır.  Qərb  ruhu  biz  şərqlilərin  həm 

dostu,  həm  də  düşmənidir.  Dostumuzdur-əgər  bəhrələnib-

bəhrələndiririksə, 

düşmənimizdi-əgər 

bizim 

üzərimizə 



hökmranlığa  qalxırsa!  Dostumuzdu-hərgah  ürəyimizi  ona 

açırıqsa, düşmənimizdi-hərgah ürəyimizi ona veririksə!”

1

  



Onu  da  nəzərə  almaq  lazımdır  ki,  Şərq  ilə  Qərb  arasında 

mübarizə ilə yanaşı, sivilizsiyalararası elementlərin keçidləri də 

baş  verib.  Ünsürlər  Şərq  ənənələrini,  şərq  yeniliklərini  Qərbə 

daşıyıblar.  Məsələn,  ərəblər  (tacirlər)  Şərq  elminin  Qərbə 

daşıyıcıları 

olmaqla 


yanaşı, 

Çindən 


kağız 

istehsalını 

məniməsyib Avropaya aparıblar. (Qeyd:Eramızın 105-ci ilində 

məmur Tsay Lun köhnə-kürüş, kətan və ağacdan qatı kütlə alıb, 

nazik  qat  yayıb  və  qurudub.  Beləliklə,  o  kağızı  icad  edib.

2

 

Həmçinin  ərəblər  Avropanın  cənub  hissəsində,  indiki 



İspaniyada  (Kordova  xilafəti)  böyük  memarlıq  ənənəsi 

yaradıblar,  məsələn,  Kordova  məscidini  buna  nümunə 

göstəmək olar. 

 

Kordovada  üç  mədəniyyət-müsəlman,  xristian  və  yahudi 



mədəniyyəti  qovuşur.  Kordova  məscidi  ətrafında  yahudilər 

                                                 



1

 Rahid Ulusel (Xə


 

43

yaşayırlar.  1526-cı  ildə  katoliq  kilsə  məhkəməsi  olan  İnkvizisiya 



İspaniyada  Qranada  müsəlmanlarına  qarşı  da  autodafe-tonqalda 

yandırma-tətbiq edib. Xristianlar belə tələb edirdilər ki, müsəlmanlar 

ya  katolik  olmalı,  ya  da  ölkəni  tərk  etməlidirlər.  İnkivizisiyanın 

qərarları  ilə  katolikliyi  qəbul  etməyənlər  diri-diri  tonqalda 

yandırılırdılar.  Bu  baxımdan  da  20  il  ərzində  çoxlu  sayda 

müsəlmanlar  katolikliyi  qəbul  etmişlər.  1620-ci  ildə  bütün 

müsəlmanların  (mavrların)  İspaniyadan  qovulması  haqqında  qərar 

qəbul  etmişlər.  Bunun  nəticəsi  olaraq  on  il  ərzində  çoxlu  sayda 

müsəlman  İspaniyadan  qovulmuşdu.  Kordova  məscidi  də  məcburi 

olaraq  xristian  kilsəsinə  çevrilmişdi.  İnkvizisiya  məhkəməsi  XIII- 

XIX əsrlərdə mövcud olmuşdur.

  

Belə  hesab  edilir  ki,  orta  əsrlərdə  əsasən  üç  mədəniyyət 



mərkəzi  olub-Hind,  Ərəb  və  Avropa  mədəniyyəti.  Eləcə  də 

Avropa  memarlığı  Şərqə  gəlib  çatıb.  Məsələn, XIX  əsrin sonu 

XX  əsrin  əvvəllərində  Bakı  şəhərində  Avropa  memarlığı 

üslubunda  binalar  və  saraylar  (teatr  və  idarə  binaları,  yaşayış 

sarayları)  inşa  edilib.  Avropa  kapitalı  və  neft  bazarı  özü  ilə 

memarlıq  üslublarının  transferini  zəruri  edib.  Həmçinin 

musiqidə  də  transfer  prosesi  yaşanıb.  Məsələn,  XV  əsrdə 

İtaliyada yaranan opera musiqisi 1908-ci ildə dahi Azərbaycan 

bəstəkarı Üzeyir Hacıbəyovun (1885-1948-ci illərdə yaşayıb və 

ilk  bəstəkar  olub)  1908-ci  ildə  “Leyli  və  Məcnun”  operası  ilə 

müsəlman Şərqinə qədəm qoyub. Üzeyir Hacıbəyovun 1937-ci 

ildə  yazdığı  “Koroğlu”  operasında,  həmçinin  dahi  şair  Nizami 

Gəncəvinin  800  illik  yubileyi  münasibətilə  onun  əsərlərinə 

yazdığı  “Sənsiz”  və  “Sevgili  canan”  romanslarında  da  Qərb-

Şərq  musiqi  nümunələri  melodiya  baxımından  qarışıq  şəkildə, 

qovuşmuş məzmunda verilmişdir.

1

  

Bununla  bərabər,  Qərbin  hüquq  və  siyasət  sistemlərinin 



nəzəri  və  təcrübi  əsasları  da  Şərqə  transfer  edibdir.  Müasir  və 

                                                 



1

 Opera (ital. Opera “iş, əmək, lat. dilində də iş, əsər deməkdir) dram incəsənətinin 

musiqi  janrıdır.  Burada  əsasən  vokal  musiqisindən  istifadə  edilir.  Bu  musiqi  janrı 

misteriyalarda-bibliya  mövzularında  orta  əsr  dramları,  dini  təqdimatlarda, 

tamaşalarda meydana gəlib. Romans lirik məzmunlu kiçik vokal əsəridir.  

 


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə