49
sistemi tamamilə çökmüşdü. Pul lazım olmurdu və pulu
tamamilə ləğv etmişdilər. Maaliyyə və bank sistemləri
çökdürülmüşdür.
1976-cı ildə Pol Pot elan etmişdi ki, “80 faiz əhali xəstədir
və əmək qabiliyyətini itirib”. Belə hesab edilirdi ki, cəmiyyət
“xəstələr”dən təmizlənməlidir və bir o qədər adam ölkəyə
lazım deyil.
Ölkə əhalisinin 85 faizi buddizmə sitayiş edirdi. Lakin
ölkədə ümumilikdə din qadağan edilmişdi. Budda monaxları
“kommunalar”da işləməyə məcbur edilirdi. Budda heykəlləri
və buddizmə aid olan kitablar məhv edilirdi. İslam dini
qadağan edilmişdi və məscidlər dağıdılmış və ya donuzxanalar,
eləcə də türmələrə çevrilmişdi. Dini başçılar isə vəhşicəsinə
qətlə yetirilmişlər. Pol Potçular hesab edirdilər ki, insan
həyatından söhbət gedərkən dini məsələlər unudulmalıdır və
din inqilabi işə mane olur. 1979-cu ilə qədər ölkənin bütün
xristianları (əsasən vyetnam mənşəli əhali bu dinə sitayiş
edirdi), müsəlmanları məhv edilmişdi.
Pol Pot ideoloqlarının fikrincə, ölkədəki bütün fəlakət və
ədalətsizliklər zəhmətkeşlərin milli burjuaziya və feodallar,
həm də xarici kapitalistlər tərəfindən istismarı nəticəsində
meydana gəlir. İstismarsa öz növbəsində istehsal vasitələri
üzərində xüsusi mülkiyyət nəticəsində törəyir. İstismarın
məkanı şəhərlərdir, çünki “şəhər kəndin həyat qüvvəsini çəkib
soran nasos” rolunu oynayır. Pol Pot və onun tərəfdaşlarının
ictimai quruluş idealı “Kampuçiya tarixi ənənələri əsasında”
formalaşdırılan “xalis kollektiv sosializm cəmiyyəti” olmalı
idi. Bu prinsip də xüsusi mülkiyyətin deyil, dövlət mülkiyyətinin
olması prinsipinin reallaşmasını meydana gətirirdi. Pol
Potçular hesab edirdilər ki, ortabab imkana malik olan
kəndlilər aşağı imkana malik olan kəndliləri istismar edirlər və
ona görə də onları məhv etmək lazımdır. Bu istiqamətdə də
kütləvi qırğınlar törədirdilər. Digər tərəfdən, hər bir
kampuçiyalının malı, mülkiyyəti torpağı əslində dövlətin olurdu
50
və dövlət öz məmurları vasitəsilə rəiyyətin nəinki malına, hətta
həyatına belə hökm edə bilərdi. Onların fikrincə, yeni cəmiyyət
qurmaq üçün köhnələr məhv olunmalı və yeniləşmək məqsədilə
tərbiyələnmək lazım gəlirdi. Onlar hesab edirdilər ki, bu yolla
10-15 ilə Kampuçiyada kommunizm qurmaq olardı. Pol Potun
yaxın tərəfdaşlarından olan İene Sari belə bir fikir bildirirdi ki,
Kampuçiya dünyaya sübut edəcəkdir ki, bir zərbə ilə
kommunizmi qurmaq olar.
Pol Potçular hesab edirdilər ki, ölkədə yalnız bir xalq və
bir dil-kxmer dili mövcud olmalıdır. “Bütün milli azlıqların”
şüurundan milli mənsubiyyət, etnik xüsusiyyətlər, əxlaq, ənənə
və dini təsəvvürləri yox etmək lazımdır. Bu ideologiyaya uyğun
olaraq ölkədə tarixən yaşayan tyamlar və taylar, vyetnamlılar
soyqırıma məruz qalmışar. Bu xalqların minlərlə nümayəndəsi
məhv edilmişdir, yaşayış məskənləri yandırılmışdır. Bununla
yanaşı, onlar adlarını dəyişməyə məcbur edilmiş və ana
dillərində danışmaq onlara qadağan edilmişdi.
Pol Pot öz ölkəsini xarici mühitdən təcrid etmişdir və ABŞ,
Vyetnam və SSRİ ən qəddar düşmən hesab edilən ölkələr idi.
Xarici ticarət və və digər iqtisadi əməliyyatlar yox səviyyəsində
idi.
Pol Pot rejimi zamanı məktəblər, kinoteatrlar, televiziya
ləğv edilmişdi. Qəzetlər bağlanmışdı. Ölkəni ziyalıları da
məhvə məhkum edilmişdi; professorlar, dosentlər, müəllimlər,
incəsənət adamları, bir sözlə, ziyalı təbəqə soyqrıma məruz
qalmışdır. Ordunun zabit heyəti məhvə düçar olmuşdur.
1979-cu ildə milli soyqırım başa çatmış, Vyetnamın hərbi
müdaxiləsi sayəsində Pol Pot rejimi iflasa uğramışdır. Pol Pot
isə meşələrə qaçaraq terrora əl atmışdır. 1997-ci ildə ev
dustağına çevrilmişdir. 1998-ci ildə isə vəfat etmişdir.
1
1
И.А.Мусский. с.81, 100 великих диктаторов. Москва, «ВЕЧЕ», 2002.656 с.
Səh.613-620; Boris Bajanov, Cavanşir Xıdırov. H28 Hökmdarlar. İ.V.Stalin, Pol
Pot. Səddam Hüseyn.-B., Yazıçı, 1993, 176 s., səh. 110-138.
51
Balanslaşdırma
maraq
təminatından
yaranan,
rəngarəngliyi və qarşılıqlı olaraq mütləq və nisbi bərabərlik
vəziyyətini əks etdirən bir prosesdir. Bu baxımdan “mənim
marağım, sənin marağın, onun marağı, bizim marağımız, sizin
marağınız, onların maraqları, hər kəsə mənsub olmaq, aid
olmaq prinsipini özündə əks etdirən, bir sözlə öz varlğı ilə
mövcud olan və birbaşa və ya dolayı yolla iştirak edən hər
kəsin, hamının marağı” birləşmiş, vahid ideya əsasında
münasibətlərin
balanslaşdırılması
prosesləri
başlanır.
Maraqların birgə mövcudluğu isə qarşılıqlı təsir vəziyyətini
meydana gətirir və maraq tərəfləri şərtləndirici funksiyanı
yerinə yetirir. Maraq tərəflərinin birgə fəaliyyəti və hərəkət
istiqamətləri sayəsində maraqlar arasında uyğunluq, ahənglik
və müəyyən mərkəzlərə uyğun olaraq simmetriya yaranır. Bu
proseslərdə də balanslaşdırma əksliklərin mübarizəsi və
vəhdətindən,
məsələn,
simmetriya
və
asimmetriyadan,
harmoniya və disharmoniyadan, mütənasiblik və qeyri-
mütənasiblikdən və onların müəyyən məqamlarda və
şəraitlərdə mübarizəsindən, birləşməsi və vəhdət təşkil etməsi
zərurətindən meydana gəlir.
Müəyyən sahələrdə iştirak edən hər bir tərəfin marağı
meydana gəlir, qarşılıqlı təsirlər yaranır. Hamının maraqları
qarşılıqlı olaraq maraq sistemini, mexanizm və strukturunu
formalaşdırır. Maraq, xüsusilə sosial və mənəvi maraqlar
yalnız qarşılıqlı təsirlərdə və birgə iştiraklarda mövcud olur.
Əgər əşyalara təsirdə hər hansı bir tərəf iştirak edirsə, deməli,
onun da imkanlarına uyğun olaraq ehtiyac və tələbatları
ödənilməlidir. Hərəkətlər, təsirlər zamanı isə qüvvə tətbiqi
sayəsində mövcud olan təsir gücü əvəzlənməlidir və əks təsirlə
mütləq və nisbi olaraq bərabərləşməlidir. Əmək sərf etmək əldə
edilənlərə, nəticələrə uyğun olmalıdır və müəyyən mütləq və
nisbi məqamları özündə əks etdirməlidir. Balanslaşdırmanı
yalnız maraqlar kompleksində axtarmaq lazımdır. Maraq
marağı şərtləndirir və meydana gətirir, səbəb və başlanğıc üçün