Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə22/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   18   19   20   21   22   23   24   25   ...   175

 

65

mexanizmisi  yaransın  və  şaxəli,  rəqabəti  zəruri  edən  ideyalar 



formalaşsın. 

Məsələn, 

müasir 

Azərbaycan 



dövlətçilik 

sisteminin  banisi,  xalqın  Ümummilli  Lideri  Heydər  Əliyev  də 

dövlətin  və  cəmiyyətin  inkişafında  birtərəfliyi,  stereotipləri 

qəbul  etmirdi  və  plüralizmi,  rəngarəngliyi,  fərdlərin,  şəxslərin 

azad və sərbəst fəaliyyətlərinin vacibliyi prinsipini önə çəkirdi. 

Bu  baxımdan  öz  fikirlərində  bildirirdi:  “...Hər  regionun  öz 

tarixi  var,  amma  xalqın  mentaliteti  ümumidir.  Ona  görə  də 

demokratiya,  hüquqi,  dünyəvi  dövlət  quruculuğu  yolu  ilə 

gedərkən vacib şablon üzrə hərəkət etmək olmaz. Biz şablonun 

nə  demək  olduğunu  sovet  dövründə çox görmüşük, Moskvada 

nə 

edirdilərsə, 



deyirdilər, 

gəlin 


bunu 

Ukraynada, 

Azərbaycanda,  Özbəkistanda  da  tətbiq  edək.  Biz  bunları  artıq 

görmüşük.  Lakin  onda  bu,  şablon  nəticələr  verirdi,  çünki  bir 

ideologiya  vardı,  çox  ciddi  sistem  vardı.  Hətta  kimsə  başqa 

istiqamətə getmək istəsəydi, heç kəs buna icazə verməzdi. İndi 

isə  azadlıqdır-söz,  mətbuat  azadlığı  var,  siyasi  plüralizm 

mövcuddur. Bunsuz demokratiya ola bilməz. Uzun illər ərzində 

sərbəstliyi,  müstəqilliyi,  dövlətçiliyi  olmayan  xalq  da,  əlbəttə 

bütün  bunlara  malik  olmaq  istəyir. Arzu-istək bir şeydir, buna 

necə, hansı müddətdə nail olmaq isə başqa bir şeydir”.

1

  



Bir ideya ətrafında (ümumi maraq kəsb etməyən, hamının, 

maraqları  olan  hər  bir  nəfərin  diqqətini cəlb  etməyən istənilən 

bir  ideya)  şəxsləri  və  onların  fəaliyyətini  cəmləşdirmək  rəngli 

maraq  trayektoriyalarını  pozur  və  maraq  nümayiş  etdirən 

subyektlərin 

hərəkətində 

toqquşmalar, 

qarşıdurmalar, 

çaxnaşmalar əmələ  gəlir. Məsələn, mübahisələrin, böhranların, 

münaqişələrin,  müharibələrin  və  bu  kimi  destruktiv  halların 

yaranmasında  xüsusilə  sərt  tədbirlərin  və  hərəkətlərin  rolu 

böyük  olur.  Belə  halda  maraqlararası  sərhədlər  pozulur  və 

maraq  “daşmaları,  şişmələri”  meydana  gəlir.  Buna  yol 

                                                 



1

 Əliyev  Heydər.  Ə56  Müstəqilliyimiz  əbədidir.  Otuzüçüncü  kitab.  B.,  Azərnəşr, 

2011, 480 səh. Ukrayna Ali Rada-sının Sədri İvan Plyuşş başda olmaqla bu ölkənin 

parlament nümayəndə heyəti ilə görüşdə söhbət. 2 mart 2001-ci il. Kitabda səh. 11. 


 

66

verməmək 



məqsədilə 

münasibətlərin 

uyğunlaşdırılması, 

bərabərləşdirilməsi  üçün  alternativlik  mövcud  olmalıdır  və 

tərəflər arasında sərbəst fəaliyyət prinsipi öz əksini tapmalıdır. 

Münasibətlərin  balanslaşdırılmasını  əsasən  ideyalar  rəqabə-

tində  və  ideyaların  yerinə  yetirilməsi  zamanı,  icrası  ilə 

meydana  gələn  həqiqətlərdə,  yüksək  dəyərlərdə  və  bu 

dəyərlərin tərəflərə verəcək faydalılıq əmsalında axtarmaq daha 

məqsədəuyğun olar.  

İdeya  reallığa  söykənərək  əksər  üzvlərin,  ümumi  olaraq 

toplumun  maraqlarına  xidmət  etməlidir  ki,  subyektləri  öz 

tərəfinə  çəkə  bilsin,  birlik  yarada  bilsin.  Məsələn,  “hər  kəsin 

sosial  rifahı  yaxşı  olmalıdır”,  “hər  kəsin  təbii  hüquqları  təmin 

edilməli  və  qorunmalıdır”,  “hamı  öz  ana  dilində  danışmaq  və 

təhsil almaq hüquqlarına malikdir və dövlət bu hüquqları təmin 

etməlidir”  prinsipləri,  ideyaları  hərtərəflidir  və  mahiyyət 

etibarilə qarşılıqlı uyğunluq və bərabərlik yaradır. Qeyd edilən 

ümumi  və  hamının  mənafeyinə  cavab  verən  ideyalar  sivil 

ölkələrin qanunvericiliklərində, ilk növbədə konstitusiyalarında 

öz  əksini  tapır.  Nəzərə  almaq  lazımdır  ki,  hər  bir  şəxsin 

fəaliyyəti  (hərəkətləri)  müəyyən  anları  özündə  ehtiva  edir. 

Müəyyən  anların  tənzimlənməsi  üçün  hüquq  normaları 

yaradılır  və  hər  bir  norma  bu  anların  vəziyyətini  əks  etdirir. 

Sivil  və  demokratik  inkişaf  yolunu  tutmuş  sivil  cəmiyyətlərdə 

vətəndaşların  hüquqi  bərabərliyi  ilk  növbədə  baza  hüquqlarla 

təmin  edilir  və  hüquq  normaları  cəmiyyətdə  tarazlı 

münasibətlər  zamanı  tarazlı  hərəkətin,  tarazlı  (paylanmış, 

bölüşdürülmüş,  aidiyyatı  üzrə  bütün  subyektləri  əhatə  edən) 

fəaliyyətin  meydana  gəlməsini  və  istiqamətlənməsini  zəruri 

edir.  Qeyd  etmək  lazımdır  ki,  hüquq  normaları  icra  vasitələri 

(alətləri)  olaraq  müvafiq  qurumlar  (piramida  və  ya  şam  ağacı 

strukturu  üzrə)  tərəfindən  yaradılır  və  tarazlı  maraqların 

qorunmasına  xidmət  edir.  Hüquq  normalar  sistemi  (həm 

ümumi,  həm  də  ayrı-ayrı  sahələr  üzrə)  cəmiyyətin  bütün 

təbəqələrinin  üzvlərinin  tarazlı  şəkildə  maraqlarının  təmin 

edilməsini zəruri edir. Hüquq normaları sistemi (bütün sahələri 

əhatə 


edən-vahidliklər) 

münasibətlərin 

ümumi 

balans 



 

67

sisteminin 



mexanizmisinin 

formalaşmasını 

təmin 

edir. 


Cəmiyyətin  bütün  üzvlərinin  ümumi  və  birləşmiş  formada 

balanslaşdırılmış  əsaslarla  vahid  maraqlarını  təmin  edən  baza 

hüquq  normalar  toplusu  (məsələn,  konstitusiya)  cəmiyyətin 

ümumi balans sisteminin ümumi layihəsini (planını) təşkil edir. 

Ümumi  balans  vasitəsi  olan  vahid  baza  normalarından 

şaxələnmiş  qaydada  digər  sahələr  üzrə  normalar  sistemi 

yaradılır ki, bu normalar sistemi də münasibətlərin sahələr üzrə 

maraq  və  tələbata  söykənərək  balanslı  qaydada  təmin 

edilməsinin  əsaslarını  təşkil  edir.  Ümumi  baza  normaları 

fundamental  münasibətlərin  balanslaşmasını  əks  etdirir  və  bu 

normalarda  deduktiv  və  induktiv  mahiyyət  öz  əksini  tapır.  Bu 

baxımdan  26  avqust  1789-cu  ildə  Fransada  qəbul  edilən 

vətəndaş  və  insan  hüquqları  Bəyannəməsində  deyilir:-İnsanlar 

dünyaya gəlirlər və hüquqlarda  azad və bərabər olurlar. Sosial 

fərqlər  isə  yalnız  hamının  xeyrinə  olan  düşüncələrdə  (ümumi 

mənafe  düşüncələrində  yarana  bilər)  ola  bilər.  -Maddə1;  Ali 

siyasi  İttifaqın  məqsədi  –insanın  təbii  və  ayrılmaz  hüququnu 

təmin etməkdən ibarətdir. Bu insan hüquqlarına azadlıq, xüsusi 

mülkiyyət,  təhlükəsizlik  və  əsarətə  (istismara,  zülmə)  qarşı 

müqavimət  göstərməkdən  ibarətdir.-  Maddə  2;  Qanun  ümumi 

iradəni ifadə etmək üçündür. Bütün vətəndaşlar şəxsən və ya öz 

nümayəndələri  vasitəsilə  qanunun  yaranmasında  iştirak  etmək 

hüququna  malikdir.  Cəza  vermək  və  ya  müdafiə  məsələsində 

qanun  hamı  üçün  eyni  olmalıdır.  Bütün  vətəndaşlar  qanun 

qarşısında bərabərdir və buna görə də bütün ictimai mövqelərə, 

yerlərə  və  ya  vəzifələrə,  ləyaqətləri  (yaxşı  əməlləri)  və 

istedadları  ilə  şərtləndirilmiş  (əsaslandırılmış)  vəzifələrdən 

başqa,  öz  qabiliyyətlərinə  uyğun  olaraq  və  heç  bir  fərq 

qoyulmadan  bərabər  qaydalarla  (normalarla,  hədlərlə)  təyin 

olunurlar.  -Maddə  6;  İnsan  və  vətəndaş  hüquqlarının zəmanəti 

üçün  dövlət  gücünün  olması  zəruridir;  bu  güc  hamının 

maraqları  üçün  yaradılır  və  kiməsə  həvalə  olunmuş  şəxsi 

maraqlar  üçün  deyildir.-Maddə  12.  İctimaiyyət  idarəçiliyin 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə