Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   34   35   36   37   38   39   40   41   42

ilk  növbədə  hər  bir  kəsə  özünün  hüquq  və  azadlıqları  öyrədilməli,  eləcə  də 
başqasının hüquq və azadlıqlarına hörmətlə yanaşmaq aşılanmalıdır. 
          Bəyannaməni qəbul edən dövlətlər, qeyri- tolerantıq təhlükəsini ictimaiyyətə 
daha aydın  çatdırılması üçün, hər il 16 noyabr tarixini “Dünya Tolerantılq Günü” 
kimi qeyd olunmasını elan edirlər. 
              Müxtəlif  cəmiyyətlərdə  multikultural  mühitin  təzyiq  altında  olduğu  bir 
vaxtda,  Azərbaycanın  multikulturalizm  siyasətinə  önəm  verməsi,  multikultural 
təhlükəsizliyi  dövlət  təhlükəsizliyinin  tərkib  hissəsi  kimi  qəbul  etməsi  və  bu 
siyasəti  genişləndirməsi,  beynəlxalq  ictimaiyyət  tərəfindən  bu  gün  təqdirlə 
qarşılanır.Ən  nüfuzlu  beynəlxalq  təşkilatlar  tərəfindən  belə,  Azərbaycanın 
tolerantlıq nümunəsi olduğu etiraf olunur. 
 
 
 
 
 
 
 
 
8-mövzu. 
Multikulturalizm:fərqli  modellər,növlər ,siyasətlər. 
 
1.
  Qərb  ölkələrində  multikulturalizmin  meydana  gəlməsinin  tarixi 
səbəbləri.Qərb ölkələrində multikulturalizm siyasətinin nəzəri- ideoloji 
ə
sasları  (Artur  Şlezinqer-kiçik,  Maykl  Lind,  Natan  Qleyzer,  Riçard 
Bernstayn). 
Qərb ölkələrində multikulturalizmin meydana gəlməsi əsasən orta əsrə təsadüf 
edir. Ümumi mənada qərb ölkələri həm öz aralarında, həm də islam, çin və digər 
sivilizasiyalar  ilə  bu  dövrdə  ciddi  şəkildə  münasibət  qururdular.  Bu  da  öz 
növbəsində multikultural əlaqələrin yaranması demək idi.  


Qərb  ölkələrində  multikulturalizmin  əsasları16-cı  əsrdən  başlayaraq  Con  Lok, 
Stuart Mill, Tomas Hobs, Monteskyu, Viko və Herder kimi mütəfəkkirlərə istinad 
edən və müasir dövrdə Con Roulz, Con Raz, Vill Kimilika kimi  multikulturalizm 
mütəxəssisləri  tərəfindən  təmsil  olunan  “Liberal-Konvensional”  multikulturalist  
anlayış  və  vətandaşlıq  modelidir.  Digəri  isə    hal-hazırda  Çarlz  Taylor,  Maykl 
Valzer  və  Alasdair  Makintayr  kimi  nəzəriyyəçilər  tərəfində  dilə  gətirilən 
“Kommuniteryanist” baxış təzidir. 
Con  Lok  ve  Stuart  Mill  kimi  klassik  liberallar  dövründə  artıq  dövlət,  tarixi 
reallıq  idi.  Bu  baxımdan  liberallıq    intellektual  və  siyasi  əhəmiyyət  qazandıqca 
dövlətin  xüsusiyyətləri  də  müəyyən  olunurdu.  Qanunun  üstünlüyü,  vətandaşların 
bərabərhüquqluluğu, fərdlərin hüquq və öhdəliklərin daşıyıcısı olması nəticəsində 
dövlət, vətəndaş ilə dövlət arasında birbaşa münasibətlər qurulmasını təmin etdi.  
Klassik  liberalizm  Yunan  rasionallığından  və  Xristian  universalizmindən 
təsirlənmişdir.  Klassik  liberallar  yunar  rasionalistləri  kimi  tənqidi  rasionalizm, 
seçim  və  fərdi  azadlıq  kimi  dəyərlərə  istinad  edən  həyat  görüşünü  müdafiə 
edirdilər.  Ancaq  yunanlı  rasionalistlərin  əksinə  onlar  ağlı  daha  təvazökar  və 
praktiki  terminlər  ilə  ifadə  edərək  universallığı  vurğulayırdılar.  Məhz  Loka  görə 
Tanrı insanları var edib həm hüquqlar, həm də vəzifələr vermişdir. Lok təbii qanun 
nəzəriyyəçisi  idi.  Mill  isə  praqmatikdir.(  Bhikhu  Parekh,  Rethinking 
Multiculturalism Cultural Diversity and Political Theory, s. 43-64). 
18-ci əsrdən etibarən Viko, Monteskyu, Herder və Monten kimi müəlliflər multi 
mədəniyyətin labüd olduğunu və vacib olduğunu vurğuladılar. Məhz Vikoya görə 
hər  bir  mədəniyyət  özünəməxsusu  xüsusiyyətlərə  malik  olaraq  müxtəlifliyi  təşkil 
edir.  Monteskyu  ``Qanunların  ruhu``  adlı  əsərində  mədəni  müxtəlifliyi  psixolojik 
deyil,  sosioloji  və  siyasi  baxımdan  tədqiq  etmişdir.  Monteskyunun  ``Fars 
Məktubları``  əsəri  də  multikulturalizmin  klassik  mənbələrindən  hesab  olunur. 
Herder  isə  klassik  multikulturalizmdə  dili  önə  çıxarır  və  belə  ifadə  edirdi:  “hər 
millət düşündüyü kimi danışır, danışdığı kimi düşünür”. Ona görə məhz insan bir 
cəmiyyət daxilində formalaşır və dəyərlər əldə edir ( Bhikhu Parekh, Rethinking 
Multiculturalism Cultural Diversity and Political Theory, s. 64-101). 
Modern dövlət konsepsiyasında tək tip insan və tək tip mədəniyyət anlayışı 
qəbul  edilməzdir.  Bu  movzuda  məşhur  mütəfəkkir  Volter  hələ  18-ci  əsrdə  belə 
deyirdi:  “    Fikirləriniz  ilə  razı  deyiləm.  Ancaq  onları  ifadə  etmə  haqqınızı  axıra 
qədər  müdafiə  edəcəm“.  Bu  anlayış  birbaşa  multikulturalizmin  bütün  sahələrdə 
ə
sasını təşkil edir.  
Belə ki, tarixdən də məlum olduğu kimi  kinci Dünya müharibəsindən əvvəl 
Qərbdə  etno-mədəni  və  dini  müxtəliflik  bir  sıra  anti-demokratik  hakimiyyətlər 
tərəfindən təzyiq altında idi. Bu eyni zamanda bəzi irqçi hakimiyyətlər tərəfindən 
də  normal  qəbul  edilirdi.  Ancaq  kinci  Dünya  müharibəsinin  başa  çatması 
nəticəsində  qlobal  arenada  insan  hüquqları,  irqlərin  və  xalqların  bərabərhüquqlu 
olması  və  s.  məsələlər  istiqmətində  siyasət  və  hüquqi  anlayışlarda  reformların 
həyata  keçirilməsinə  gətirib  çıxardı.  Qısacası  multikulturalizm  Avropada  köhnə 
etnik  və  iyerarxiya  modellərinin  yerinə  yeni  demokratik  vətandaşlıq 


münasibətlərini bərpa  etmə  vasitəsi olaraq  ortaya  çıxdı və bu istiqamətdə uğurlar 
ə
ldə edilir. 
Qərb  ölkələrində  multikulturalizm  siyasəti  bir  çox  aspektdən  aktuallıq  kəsb 
edir.  Belə  ki,  liberallar  ilə  kommunitaryan  və  ya  kollektivistlər  bu  istiqamətdə 
fərqli  nəzəri-ideoloji  əsaslara  malikdirlər.  Klassik  liberalizmdən  fərqli  olaraq 
müasir  liberallar  həm  müştərək  insan  təbiətini,  həm  də  insanların  mədəniyyət  ilə 
iç-içə  olduğunu  qəbul  edilrər.  Con  Rouls  təməl  əxlaqi  müxtəliflik  və  fərqli  yaxşı 
məfhumlarının  meydana  gətidiyi  problemlər  ilə,  Kimilika  müxtəliflik  və  fərqli 
həyat  tərzlərinin  meydana  gətirdikləri  ilə,  Raz  da  ikisi  ilə  bilikdə  maraqlanır. 
Rolusun ``Bir Ədalət Nəzəriyyəsi`` adlı kitabı etik plüralizm mövzusunda sistemli 
bir  kitabdır.  Raz  ``Azadlığın  əxlaqı``  əsərində  xoşbəxtliyi  axtarmağın  həyatın 
məqsədi,  qayəsi  olduğu  və  bunun  həyat  boyunca  uğur  və  faydalı  məqsədləri  də 
ə
hatə  etdiyi  şəklində  Aristotelçi  görüşü  əsas  alır.  Vil  Kimilika``Multikultural 
Vətandaşlıq`` adlı əsərində insanların xoşbəxt həyat əldə etmələri üçün iki prinsipə 
sadiq  qalmalarını  vurğulayır.  lki,  insanların  həyatlarını  içdən,  yəni  nəyin 
yaşamağa  dəyər  qazandırdığına  dair  dəyərlərə  görə  yaşamalıdırlar.  kincisi,  xəta 
etdikləri və hər an malik olduqları dəyərləri analiz etmədə azad olmalıdırlar 
Çarlz Taylor Russoya istinad edərək digər insanlar ilə olan münasibətlərimizin 
dialoqa  əsaslandığını  vurğulayaraq  demokratik  çərçivdə  də  hər  hansı  bir 
cəmiyyətdə  fərdi  kimliklərin  ictimai  dialoqlar  nəticəsində  yarandığını  iddia  edir. 
Bu  nəzəriyyə  ``Tanınma``  adlanır.  Kommunitarian  mənada  iki  prinsip  vardır 
burada. Fərdlər olaraq insan hüquqlarının qorunması, ikincisi isə fərdlərin mədəni 
ictimai  sferalara  aid  olması.  Bu  mənada  Volf,  Mişel  Valzer  liberal  demokratiya 
mövzusunda  Taylorun  görüşünü  təhlil  edirlər.  Digər  tərəfdən  Alasdair  Macintyre 
``Əxlaqın  ardınca``(after  virtue)  əsərində  etik  qayda  və  qanunların  fərddən  daha 
çox  ictimai,  toplu  şüurda  meydana  gəldiyini  vurğulayır.  Kommunitarian  görüşə 
malik olaraq Makintayra görə  qrup və cəmiyyətdən müstəqil fərd öz başına inkişaf 
edə  bilməz.  (Amy  Gutmann,  Multiculturalism-Examining  the  Politics  of 
Recognition, s. 11-106) 
lk  olaraq  fərdiyyətçiliyi  əsas  alan  multikulturalizm  konsepsiyası  fərdlərin 
qrup  xüsusiyyətinə  baxmadan  hər  bir  fərdin  bərabər  olduğu  və  qanun  qarşısında 
bərbaər  hüquqlara  malik  olduğu  düşüncəsinə  istinad  edir.  Məhz  liberalizmin 
ə
sasını təşkil edən bu fərdiyyət anlayışı azadlıq, ifadə etmə və istediyi kimi inanma 
hüquqlarını  təməl  hüquqlar  olaraq  qəbul  edir.  Con  Rolz  bunu  özünün  məşhur 
ə
dalət  nəzəriyyəsi  ilə  əsaslandırır:  “Ədalət  anlayışı  bir  neçə  şəxsin  öz  həyatını 
ə
ksəriyyətin  xoşbəxtliyi  naminə  fəda  edilməsinə  icazə  verə  bilməz.  Beləliklə 
ə
dalətli  bir  cəmiyyətdə    bərabərhüquqlu  azadlıqlar  əsas  alınır  və  bunlar  ictimai 
maraqların  və  siyasi  tələblərin  mövzusu  halına  gətirilə  bilməz``.  Burada  Rolzun 
məqsədi  liberal  demokratik  cəmiyyətlər  üçün  sosial  əməkdaşlıq  modelinin 
yaradılmasıdır.  Nəticədə  Rolzun  nəzəriyyəsi  eyni  zamanda  ictimai  mahiyyət 
daşıyır və cəmiyyət fərdlərinin inteqrativ münasibətlərinə istinad edir.  
Kollektiv hüquqularda  isə  fərdiyətçiliyə  yer  verilməklə birlikdə  bu  fərdlərə  
daha çox kollektiv vəya qrup kimliyinin və məqsədinin daşıyıcıları olaraq baxılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə