Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   32   33   34   35   36   37   38   39   ...   42

Heydər  Əliev  siyasəti  Azərbaycanı  nəyinki  vətəndaş  müharibəsindən  xilas  etdi, 
hətta Azərbaycanın multikultural dəyərlərini bir model kimi formalaşdırdı 
         Bu gün bu siyasət Azərbaycanın dövlət siyasətidir və müstəqillik dövründən 
bu  günə  kimi  multikulturalizm  sahəsində  həyata  keçirilmiş  islahatlar  və  atılmış 
addımlar  bu  istiqamətin  möhkəmlənməsinə  və  yeni  perspektivlərinin  ortaya 
çıxmasına xidmət etmişdir. 
        18 aylıq Xalq Cumhuriyyəti dövrü istisna olmaqla həm Çar Rusiyası zamanı, 
həm  də  Sovet  Hakimiyyəti  dövründə  Azərbaycan  müstəqil  xarici  siyasət  yürüdə 
bilməmişdir.1991-ci  ildən  özünün    müstəqil  xarici  siyasi  xətdini  formalaşdıran 
Azərbaycan,  multikulturalizmi  də  xarici  siyasətin  mühüm  amilinə  çevirdi.Bu  gün 
Azərbaycan  multikulturalizmi  bir  model  kimi  formalaşmış  və  bu  model  artıq 
dünyaya ixrac olunur. 
        Milli azlıqlarla bağlı dünyada və xüsusən avropa ölkələrində həyata keçirilən 
siyasətə bu günkü qloballaşma konteksində yenidən baxılması ehtiyacını gündəmə 
gətirib. stər  ənənəvi  milli  azlıqlar  istər  də  miqrasiya  fonunda  formalaşmış  yeni 
milli azlıqların hüquqlarının tam şəkildə təmin olunması və ayrı-seçkilik hallarının 
aradan  qaldırılması,  separatçılıq  hallarının  qarşısının  alınmasında  və  dövlətlərin 
suverenliyi baxımından həyati önəm daşıyır. 
        Beynəlxalq aləmdə etimadsızlıq mühitinin hökm sürdüyü, milli dözümsüzlük 
və məzhəb ayrı-seçkiliyinin aktuallaşdığı bir zamanda Azərbaycan hakimiyyətinin 
milli azlıqlar və dini qruplarla həyata keçirdiyi multikultural siyasət dünya ölkələri 
tərəfindən  artıq  çox  böyük  bir  maraqla  öyrənilir.Bu  siyasətin  həyata  keçirilməsi 
məqsədi  ilə  Azərbaycan  BMT,  AŞ,  ATƏT,  A ,  Islam  Əməkdaşlıq  Təşkilatı  və.s 
kimi bir çox beynəlxaql təkilatlarla əməkdaşlıq edir və müstəqillik dövründən bu 
günə  kimi  50  dən  artıq  beynəlxalq  sənədə  tərəfdar  çıxmış,  bu  sahədə  beynəlxalq 
öhdəliyin həyata keçirilməsində mühüm nəaliyyətlər əldə etmişdir.  
        Azərbaycan  Respublikası  müstəqillik  qazandıqdan  sonra  1992-ci  il  mart 
ayından BMT-yə üzv seçildi və milli azlıqlar və multikulturalizm siyasəti ilə bağlı 
çox mühüm iki konvensiyaya qoşuldu.Bunlar “milli, etnik, dini və dili azlıqlara 
mənsub  şəxslərin  hüquqları  ilə  bağlı  Bəyənnamə  və  “ rqi  ayrı-seçkiliyin 
bütün formalarının ləğv olunması haqqında Beynəlxalq Konvensiya” idi.  
      “Milli,  etnik,  dini  və  dili  azlıqlara  mənsub  şəxslərin  hüquqları  ilə  bağlı 
Bəyənnamə”  nin  birinci  maddəsində  qeyd  olunur  ki,  dövlət  yuxarıda  adı  çəkilən 
kateqoriyalara  mənsub  şəxsləri  onların  yaşadığı  ərazilərdə  varlıqlarını  və  məişət 
adət  ənənələrinin  qorunub  saxlanılmasına  təminatçıdır.Bəyənnamə  həmçinin  bu 
kateqoriyaya  mənsub  şəxslərə  öz  mədəniyyətlərini,  etiqat  etdiyi  dini  ayinləri 


sərbəst  həyata  keçirməyi,  öz  dillərindən  şəxsi  həyatlarında  istifadə  etmək 
hüquqlarını  verir.Onlar  eyni  zamanda  hər  hansı  ayrı-seçkiliyə  yol  verilmədən  öz 
qrupları  və  digər  milli  azlıqların  üzvləri  ilə  hətta  ölkə  xaricindən  kənarda  olsalar 
belə sərbəst əlaqələr qura bilərlər. 
       “ rqi  ayrı-seçkiliyin  bütün  formalarının  ləğv  olunması  haqqında  Beynəlxalq 
Konvensiya”  Azərbaycan  Respublikasıda  31  may  1996-cı  il  95  C  nömrəli 
prezident qanunu ilə təsdiq olunmuş və qüvvəyə minmişdir.Bu Konvensiyada irqi-
ayrı-seçkilik  ifadəsi  məqsədi,  siyasi,  iqtisadi,  sosial,  mədəni  və  ictimai  həyatın 
digər  sahəsində  insan  hüquq  və  azadlıqlarının  bərabər  əsasda  tanınmasını,  ifadə 
olunmasını,  yaxud  həyata  keçirilməsini  ləğv  etmək  və  ya  pisləşdirmək  olar,  irqi, 
dərinin  rəngi,  nəsil  yaxud  etnik  mənşə  əlamətlərinə  əsaslanan  hər  hansı 
fərqləndirməni, istisnanı və məhdudiyyəti bildirir.Ancaq dəqiq anlaşılmalıdır ki, bu 
konvensiya,  onun  iştirakçısı  olan  dövlətlərin,  öz  vətəndaşları  ilə  onların 
vətəndaşları  olmayanlar  arasında  qoyduğu  fərqlərə,  istisna  və  məhdidiyyətlərə 
yaxud üstün tutmalara şamil edilmir. 
       Qeyd etmək lazımdır ki, bu konvensiyada öz əksini tapmış ideya və prinsiplər 
Azərbaycan 
Respublikasının 
həyata 
keçirdiyi 
siyasətin 
ə
sas 
xəttlərindəndir.Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli 
sərəncamı  ilə  Azərbaycan  Respublikasında  insan  hüquq  və  azadlıqlarının 
müdafiəsinin səmərəliliyinin artırmaq sahəsində “Milli Fəaliyyət Proqramı” təsdiq 
edilmişdir.  “ rqi  ayrı-seçkiliyin  bütün  formalarının  ləğv  olunması  haqqında 
Beynəlxalq  Konvensiya”da  öz  əksini  tapmış  hüquqların  milli  qanunvericilikdə 
daha  səmərəli  qorunması  ilə  bağlı  “Milli  Fəaliyyət  Proqramı”nın  1.1  və  1.2  –ci 
bəndlərini  xüsusi  ilə  qeyd  etmək  lazımdır.Bu  bəndlərdə,  Azərbaycan 
Respublikasının  tərəfdar  çıxdığı  insan  hüquqları  və  azadlıqlarına  dair  beynəlxalq 
müqavilələrdən  irəli  gələn  öhdəliklərin  həyata  keçirilməsi  və  Azərbaycan 
Respublikasının  normativ  –hüquqi  aktlarının  beynəlxalq  hüquqi  sənədlərə 
uyğunluğunun təmin edilməsi öz əksini tapmışdır. 
       rqi  Ayrı-Seçkiliyin  Bütün  Formalarının  Aradan  Qaldırılması  haqqında 
Beynəlxalq 
Konvensiya 
ə
saslanan 
“bərabərlik 
hüququ” 
Azərbaycan 
Respublikasının  Konstitusiyasının  25-ci  maddəsində,  Cinayət  Məcəlləsində, 
Cinayət  Prossesual  Məcəllədə,  Mülki  Prossesual  Məcəllədə,  Ailə,  Əmək 
məcəllələrində  və  digər  qanunvericilik  aktlarında  təsbit  edilmişdir.Qeyd  etmək 
lazımdır  ki,  şəxsin  milliyətindən,  irqindən,  dinindən,  dilindən,  cinsiyyətindən, 
mənşəyindən,  əmlak  vəziyyətindən,  qulluq  mövqeyindən,  əqidəsindən,  siyasi 
partiyalara,  həmkarlar  ittifaqlarına  və  digər  ictimai  birliklərə  mənsubiyyətindən 
asılı  olaraq  hüquq  və  qanuni  mənafelərinə  zərər  vurmağa  görə  Azərbaycan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə