Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   30   31   32   33   34   35   36   37   ...   42

Ticarət  yolları  üzərində  yaradılan  karvansaraylar,  sonralar  tədricən  yaşayış 
məntəqələrinə  çevrilmışdir.  Uzaq  ölkələrdən  gələn  turistlərin  bir  hissəsi    daimi 
yaşamaq  üçün  bu  yaşayış  məntəqələrində  məskan  salırdılar.  Ümumiyyətlə  bu 
haqda,  hələ  1921-ci  ildə  nəşr  olumuş  Baharlının  “Azərbaycan  etnogenezi  ” 
ə
sərində daha geniş və dolğun məlumatlar yer tapmışdır.     
Müasir dünyanın siyasi problemlərini hələ 80 il bundan öncə ingilis iqtisadçı 
Con Keyns öz əsərlərində aydın şəkildə açıqlamışdır. Onun fikrincə, “bəşəriyyətin 
siyasi  problemləri  bütövlükdə  3  məsələlərin  həllində  kəsişir:  iqtisadi  səmərəlilik, 
sosial  ədalət  və  şəxsiyyət  azadlığı”.  Göstərilmiş  bu  məsələlərin  regionlar  üzrə 
müxtəlif səviyyədə gərginliyi bir sıra çağırışların əmələ gəlməsinə şərait yaradaraq 
onların  tədricən  qlobal  miqyasa  keçməsinə  səbəb  ola  bilər.  Bu  baxımdan  hər  bir 
ölkə  tərəfindən  yaranan  çağırışlara  qarşı  müvafiq  siyasətin  yeridilməsi  həddən 
dərəcə vacib hesab olunur. 
Azərbaycanda  milli  və  dini  azadlığın  inkişafı  üçün  hər  bir  şərait 
yaradılmışdır.Ölkəmizdə,  hər  bir  islam  və  digər  dini  icmalar,  qanunvericilik 
çərçivəsində,  sərbəst  qeydiyyatdan  keçmək  və  fəaliyyət  göstərmək  imkanına 
malikdir. Bunun əksinə olaraq, bəzi Qərbi Avropa ölkələrində (Fransa, Almaniya, 
Böyük Britaniya, Belçikavə s.) son onillikdə islamafobiya geniş yayılmışdır. Belə 
ideologiyanın dəstəklənməsi  ekstremist  qüvvələrin  baş qaldırması və  yayılmasına 
zəmin  yaratmışdır.Belə  meylərin  genişlənməsinin  əsas  səbəblərindən  biri  bu 
ölkələrdə  dövlət  tərəfindən  (yarı  örtülü  olsada)  müvafiq  siyasətin  yeridilməsidir. 
Belə ki, son illər bir sıra Avropa ölkələrində, irqi, milli və dini zəmində baş vermiş 
dəhşətli  cinayyətlər  bu  fikri  bir  daha  təsdiqləmışdır.  Misal  olaraq,  Norveçdə 
Breyvik  adlı  şəxs,  əsasən  müsəlman  olan,  69  gənc  oğlan    və  qızları  vəhşicəsinə 
qətlə yetirmişdir. Almaniyada ekstremist qrupları tərəfindən yerli tüklərə mütamadı 
qarşı terror aktları törədilir.  
Son  illər  Almaniyada  türk  mənşəli  ölkə  vətəndaşlarına  qarşı  yönəlmiş 
“Peqida” ictimai hərəkatı geniş vüsət tapmışdır. Sanki belə meylləri dəstəkliyərək, 
2010-cu ildə Almaniya rəsmi olaraq, multikulturalizmdən imtana etmişdir. 2014-cü 


ildə  Macarıstanın  baş  naziri  Viktor  Orban  çıxış  edərək,  Avropada  
multukulturalizm  ideyasının    yayılmasının  əleyhinə  olduğunu  bildirmışdir.  Onun 
sözlərinə  görə,  miqrantlar  avropalılar  üçün  təhlükələr  və  problemlər  yaradırlar. 
V.Orban  hesab  edir  ki,  ölkəsində  sayca  gözə  çarpan  miqarntları  görmək 
dözülməzdir. Maraqlısı odur ki, eyni zamanda hər il minllərlə ölkə vətandaşı digər 
AB ölkələrinə iş dalınca miqrasiya edirlər. 
Bir sıra Qərbi Avropa ölkələrində məhz dövlətin bu sahədə buraxdığı səhvlər 
nəticəsində  dini  və  milli  zəmində  ekstremizmin  baş  qaldırmasına  gətirib 
çıxarmışdır.  Məsələn,  Fransada  çap  olunan  “La  Şarli”  qəzetində,  müsəlmanların 
dini  hisslərini  təhqir  edən,  Məhəmməd  Peyğəmbərin  karikaturasının  verilməsi, 
terror  aktların  baş  verməsinə  səbəb oldu.  Bundan  ibrət  dərsi  çıxararaq,  gözləmək 
olar  ki,  Fransa  rəhbərliyi  terrorçuları  lazımı  cəzalandırmaqla  yanaşı,  dini  hissləri 
təhqir  edici  addımların  bir  daha baş verməməsi    üçün  müvafiq  tədbirlər  görəcək. 
Bunun  əksinə,  Fransada  qətlə  yetirilmiş  jurnalistlər  sanki  qəhramanlara  çevrilmiş 
və onların  xatirəsini bir sıra Avropa ölkələri rəhbərlərinin  iştirakı ilə, hətda yürüş 
keçirilmişdir.  Sonra  isə  Qərbi  Avropanın  bir  çox  ölkələrində  belə  karikaturalar 
təkrarən  çap  olundu.  Təbiətdə  olduğu  kimi,  cəmiyyətdə  də  -  hər  bir  təziq 
nəticəsində  əks  təsir  qüvvə  yaranır.  Belə  halda,  Yaxın  Şərqdə  “ slam  dövləti” 
adlandırılmış  və  müvafiq  ideyaları  irəli  sürən  ekstremist  hərəkatının  yaranmasına 
heç də təəccüblənmək lazım deyil. 
Dəyişən dünyada hər bir ölkə öz inkişafının davamlığını təmin edilməsi üçün 
mövcud  imkanlarını  dəyərləndirərək  müvafiq  strategiya  yeridir.  Bu  baxımdan, 
müasir  biliklərə  söykənən  mütəxəssislərin  hazırlanması  xüsusi  əhəmiyyət  kəsb 
edir.  Ölkəmizin  davamlı  inkişafının  təmin  edilməsi  üçün  bu  istiqamətdə  aparılan 
islahatlar vacib hesab olunur. 
Azərbaycanda yüksək texnologiyalar sektorunun son beş ildə 3,5 dəfəyədək 
artmış, aktiv internet istifadəçilərinin xüsusi çəkisi 72%-ə bərabərdir. Son 12 ildə 
yüksək texnologiyalar sahəsi üzrə 41 milyon dollarlıq mal və məhsul ixrac edib.  


Məlumdur  ki,  təhsilin  inkişafı  və  onun  keyfiyyətlədə  təkmiləşdirilməsinə 
birbaşa olaraq, ölkənin sosial-iqtisadi inkişafına öz təsirini göstərir. Belə ki, yalnız 
keyfiyyətli təhsil səviyyəsi  hər hansı bir ölkənin davamlı inkişafına əlverişli zəmin 
yaradır.  Təhsilin  səviyyəsinə  görə  ölkələrarası  fərqləri  aradan  qaldırılması,  eyni 
zamanda sosial-iqtisadi inkişafda mövcud olan ərazi natarazlığına “yumşalmasına” 
gətirib  çıxaracaq.    Nəticədə,  geridə  qalmış  ölkələrdən,  inkişaf  etmiş  ölkələrə 
yönəlmiş və daim artan miqrasiya axımlarının səngiməsini gözləmək olar.  
Bu  istiqamətdə  dünya  birliyi  beynəlxalq  səviyyədə  birgə  tədbirlər  plan 
hayata  keçirirlər.  2000-ci  ildə  qəbul  olunmuş  Minilliyin  nkişaf  Məqsədlərində 
2015-ci  ilə  qədər  hamı  üçün  təhsilin  inkişafı  müəyyən  edilmişdir.  Bu  müddətin 
tamamlanması  ilə  əlaqədar,  2015-ci  ilin  may  ayının  sonunda,  Cənubi  Koreyanın 
Liçxon  şəhərində,  təhsil  üzrə  Ümumdünya  Forumu  keçirilmişdir.  Tədbirdə  qeyd 
olunmuşdur ki, əldə edilmiş nailiyyətlərə baxmayaraq, dünyada hələ də 781 mln. 
savadsız  insan  mövcuddur  və  120  mln-a  yaxın  uşaqlar  təhsil  almaq  imkanından 
məhrumdular. Savadsızlığın aradan qaldırmaq  və hər bir insanın təhsil əldə etmək 
imkanın yaradılması üçün Forum müvafiq Bəyannamə və 2030-cu ilə qədər Qlobal 
Fəaliyyət Planı qəbul etmişdir. 
Qlobal  miqyasda  təhsildə  əsas  məsələ  savadsızlığın  aradan  qaldırılması 
olduğu  halda,  ölkəmizdə  təhsilin    təkmilləşdirilməsi  və  ən  yüksək  standartlara 
uyğun olması ön planda durur. Yalnız yüksək ixtisaslı mütəxəssis rəqabətə davamlı 
məhsulun  istehsalını  təmin  edə  bilər  və  yaxud  müvafiq  səviyyədə  xidmətlərlə 
fərqlənə bilər. Bu baxımdan,  ölkəmizdə təhsil sahəsində aparılan köklü islahatlar 
təqdirə layiqdir. Xarici ölkələrin aparıcı tədris ocaqlarına respublikadan gənclərin 
göndərilməsi, bəzi ali məktəblərdə  bacarıqlı tələbələrdən “Sabah” qrupların təşkili, 
mütamadi  yeni,  müasir  tələblərə  cavab  verən,  ixtisasların  yaradılması, 
Respublikanın  Prezidenti  yanında  Elm  Fondu  tərəfindən  keçirilən  “Universitetlər 
qrantı” müsabiqələrin keçirilməsi bu istiqamətdə aparılan tədbirlərə aid etmək olar.      
“2007-2015-ci  illərdə  Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə 
Dövlət Proqramı” çərçivəsində görülən işlər təqdirə layiq hesab oluna bilər. Son iki 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə