ildə xaricdə təhsil proqramı çərçivəsində 1300-dən çox gənc xaricdə təhsil almağa
göndərilib. Onlardan 900 nəfər gənc bu gün istər dövlət, istərsə də özəl sektorda
xaricdə əldə etdikləri bilik və bacarıqları uğurla tətbiq edir.
Son illər ölkənin davamlı sosial-iqtisadi inkişafında innovativ biliklərin əldə
edilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Bu baxımdan,
respublikamızda texniki sahələrə diqqətin yönəltməsi təqdirə layiq sayıla bilər.
Məhs bu sahələrdə biliklərin əldə edilməsi tətbiqi işlərin aparılması və müvafiq
nəticələrin alınmasına şərait yaradır. Eyni zamanda, zəngin maliyyə resursları
cəmləşən inkişaf etmiş ölkələrdə fundemental sahələrdə alınmış nəticələrdən
istifadə etmək lazımdır. Məsələn, 2015-ci il yayında Avropa “Kollayderində”,
fundemental fizikanın yeni sərhədləri aşkarlanaraq, qara materiya hissəcikləri
alınmış və bunun əsasında Yerin yaranması və təkamülü haqda əlavə məlumatların
ə
ldə edilməsi, ölkəmizin bu istiqamətdə aparılan işlərə əlavə impuls verir.
Azərbaycanın yeritdiyi iqtisadi siyasətin nəticəsi əldə edilmiş irəliləyişlər
uğurlar bir daha təsdiqləyir. 2005-2014-cü illərdə Azərbaycanın ÜDM 3 dəfə və
dövlət büdcəsi 13 dəfə artmışdır. Həmin dövrdə ölkəyə 177 milyard dollar
investisiya yatırılmışdır, o cümlədən - 123 milyard dollar qeyri-neft sektoruna
yönəldilmişdir. Respublikada valyuta ehtiyatların həcmi 50 mlrd.dolları ötmüş,
yoxsulluğun səviyyəsi isə 5,1%-ə qədə aşağı düşmüşdür. Ölkəmizdə neftdən əldə
olunan gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilir. Bunun nəticəsi kimi,
son illərdə Azərbaycanın qeyri-neft sektoruna yönəldilən investisiyalar 2 dəfə
artmışdır.
Azərbaycanın ümumi daxili məhsulu Cənubi Qafqaz ölkələrinin məcmu
ÜDM-in 75%-i təşkil edir. Əlbəttə ki, neft gəlirlərindən, bu imkanlardan istifadə
etməklə qeyri-neft sektorunun inkişaf etdirilməsi, dövlət gəlirlərinin neftdən
asılılığının azaldılması əsas prioritetlər sırasındadır. Bu prioritetlər “Azərbaycan
2020: Gələcəyə baxış” nkişaf Konsepsiyasında əks olunmaqla, burada
resurslardan istifadənin səmərəliliyinin yüksəldilməsi, rəqabət qabiliyyətli istehsal
sahələrinin yaradılması nəzərdə tutulur.
BURADA B R SIRA SLAYDLAR TƏQD M OLUNACAQ.
Regionların sosial-iqtisadi inkişafı
“Arabaya qoşulmuş atlar birlikdə daha sürətlə gedirlər,
çünki onları bir birilə rəqabət və yarış ruhu irəli aparır” – Plutarx.
Azərbyacanda son onillikdə davam edən iqtisadi yüksəlik bir başa olaraq
makriiqtisadi göstəricilərin dəyişməsində öz əksini tapmışdır. Eyni zamanda, sovet
dövründən miras qalmış, iqtisadiyyatın ərazi quruluşunda yaranmış kəskin
natarazlıq, yeni ərazi planlaşdırılması və idarə edilməsi siyasətini zəruri
etmişdirdir. Belə ki, ölkə iqtisadiyyatının 70%-dən çoxu (sənayedə 85%) Abşeron
iqtisadi rayonun payına düşürdü. Iqtisadiyyatın belə, anormal ərazi təşkilinin
dəyişdirilməsi istiqamətində ölkədə məqsədyönlü sosial-iqtisadi inkişaf strategiyası
həyatə keçrilməyə başlandı. Məhs bu məqsədlə, 2004-cü ildən başlayaraq, ardıcıl
şə
kildə, respublika regionlarının davamlı sosial-iqtisadi inkişafını təmin edilməsi
üçün üç Dövlət proqramı qəbul edilmişdir. lk iki Dövlət proqramları əsasında,
regionlarda çox sayda yeni istehsal müəssisələri və sosial obyektlər istifadəyə
verilmişdir. Bunun nəticəsi kimi, regionlar üçün ən vacib olan, işsizliyin aradan
qaldırılması sahəsində, böyük irəliləyişlik əldə edilmişdir.
Bu dövr ərzində respublikada işsizliyin səviyyəsi 49%-dan 5%-ə qədər aşağı
düşmüşdür. Daimi və müvvəqəti iş yerlərinin çox hissəsi Abşerondan kənarda
yerləşən regionlarda açılmışdır. Bunun hesabına yerlərdə əhalinin gəlirləri artmış,
sosial vəziyyəti yaxşılaşmış və bütövlüklə yaşayış rifahı yüksəlmişdir. Regionların
təbii-resurs, maadi-texniki və əmək potensialının səmərəli istifadə edilməsi,
aydındır ki, onların mərkəzləşdirilmiş maliyyə mənbələrindən asılacağının
azalmasına təsir etmişdir. Bununla yanaşı, regionlarda sosial-iqtisadi inkişafın
gələcək illərdə də davamlı olması üçün, yerli idarəetmə orqanları tərəfindən
mövcud potensialın daha tam təsərrüfata cəlb edilməsi istiqamətində müvafiq
regional inkişaf proqramları hazırlanmalı və tədricən realizə edilməlidir. Təbii ki,
regional inkişaf məqsədilə tərtib edilən proqramlar, ölkənin vahid regional inkişaf
strategiyasının tərkib bir hissəsi olmalıdır.
7-mühazirə.
Multikulturalizm və xarici siyasət.
Multikulturalizm anlayışı dünya siyasətində gənc bir anlayış olmasına
baxmayaraq, bu siyasətlə bağlı müxtəlif fərqli fikirlər və fikir ayrılıqları
mövcuddur.Bir sıra dövlətlər bu siyasəti dövlət siyasəti kimi həyata keçirir və onun
inkişafı üçün daim islahatlar aparırlar, digər qrup dövlətlər isə ümumiyyətlə
multikulturalizm siyasətindən imtina edir və onun uğurlu gələcəyinin olmadığını
iddia edirlər.Başqa bir tərəfdən də aydındır ki, hər hansısa cəmiyyətin mövcud
olması üçün çox əhəmiyyətli olan bir multikulturalizm modeli digər bir cəmiyyət
üçün uyğun model olmaya bilər.
Multikulturalizm siyasətinin təməlində xalqların qarşılıqlı əməkdaşlığı, tolerantlıq
ideyaları və münaqişələrə yol verməmək prinsipləri dayanır.Əsrlər boyu böyük
mədəniyyətlərin qovuşduğu bir diyar olan Azərbaycanda müxtəlif xalqların və
dinlərin
nümayəndələri
sülh
və
qarşılıqlı
anlaşma
şə
raitində
yaşamışdır.Multikulturalizm ideyaları ölkəmizdə əsrlər boyu formalaşsa da onun
siyasi banisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd etmək lazımdır ki, 80-ci illərin sonları və 90-cı illərin əvvələrində, Sovet
ttifaqının dağılma ərəfəsində müxtəlif qruplar üçün “milliyətçilik” anlayışı birliyə
çağırış üçün yeganə kateqoriya idi və Avropa dövlətlərindən fərqli olaraq bu,
keçmiş sovet ölkələrində və eləcə də regionumuzda da dramatik toqquşmaların
meydana gəlməsinə səbəb oldu.Bu ölkələrdən biri kimi Azərbaycan da vətəndaş
müharibəsi asatanasına gəlib çatmışdı.Ancaq Ümummilli Lider Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra Azərbaycanın həm daxili həm də xarici siyasətində
köklü dəyişiklər dərhal özünü götərdi.Multikultural, tolerant və humanist
dəyərlərin ana xətt təşkil etdiyi, insan hüquqlarının ali dəyər hesab olunduğu
Dostları ilə paylaş: |