Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə5/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   2   3   4   5   6   7   8   9   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
16 
dülən milli inkişaf və təhlükəsizlik siyasətinin praktiki səmərə-
lilik dərəcəsini, real nəticələrini, gələcək perspektivləri və 
hədəflərini öyrənməklə  həm də  milli inkişaf və  təhlükəsizlik 
sistemi arasındakı qarşılıqlı əlaqələrin elmi-konseptual mənzə-
rəsini və dinamikasını müəyyənləşdirmək mümkündür.  
Qeyd etmək lazımdır ki, hər bir müstəqil dövlət kimi Azər-
baycanın da sərhədlərinin təhlükəsizliyi və ərazi bütövlüyünün 
təminatı təkcə ölkənin siyasi təhlükəsizliyinin və suverenliyinin 
əsas məkan çərçivəsini yaratmır, həm də onun milli identikliyi-
nin və milli birliyinin formalaşması arealını müəyyənləşdirir. 
Dünya ölkələrinin tarixi təcrübəsindən məlumdur ki, ərazi bü-
tövlüyünün və milli birliyin pozulması, milli identikliyin zədə-
lənməsi ayrı-ayrı xalqların suverenliyinin və milli varlığının 
itirilməsinə səbəb olmuşdur. Öz daxilində birləşərək ərazisini, 
dövlətçiliyini və milli maraqlarını qoruya bilməyən xalqlar, 
müstəqil daxili və xarici siyasət aparmaq qabiliyyətinə malik 
olmayan dövlətlər zaman-zaman suverenliklərini itirmiş və ta-
rix səhnəsini tərk etmişlər. Milli inkişaf və təhlükəsizlik siyasə-
tinin effektivliyi, ölkənin xarici aləmdən qaynaqlanan təhlükə-
lərə qarşı müqavimət gücü və s. məsələlər də  təkcə dövlətin 
milli iqtisadiyyatının inkişaf səviyyəsi, hərbi gücü ilə deyil
həm də dövlətdaxili ictimai-siyasi sabitliyin, cəmiyyətin milli-
vətəndaş birliyinin, dövlətçilik təfəkkürünün vəziyyəti ilə 
ölçülür.  
Azərbaycanın milli inkişaf və  təhlükəsizliyinin təmin 
olunmasında və bu sahə üzrə dövlət siyasətinin müəyyənləş-
məsində  vahid milli ideyanın - azərbaycançılığın formalaşdı-
rılması  və  rəsmi dövlət siyasəti səviyyəsinə qaldırılması mü-
hüm əhəmiyyətə malik olmuşdur. Xüsusən dövlət müstəqilliyi-
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
17 
nin bərpası  və möhkəmləndirilməsi, ölkədə milli-mənəvi də-
yərlərin qorunub saxlanılması və inkişafı, dünya azərbaycanlı-
larının müstəqil dövlətçilik amalı ətrafında birləşdirilməsi və s. 
sahələrdə bu ideya ötən müddət  ərzində  əvəzsiz rol oynamış-
dır.  Azərbaycanın milli identifikasiya kodunun böyük tarixi-
mədəni ənənələrə, dərin etnik və polietnik köklərə söykənməsi 
onun milli ideologiyasının sabit vəziyyətini təmin edir və daya-
nıqlığını artırır. Bu keyfiyyətinə görə azərbaycançılıq ideyası 
müasir dövrdə  həm milli adət-ənənələrin, mənəvi dəyərlərin 
qorunmasında həlledici vasitəyə çevrilir, həm mənəvi həyatın 
modernləşmə yolu ilə dünya sivilizasiyasının qabaqcıl nümu-
nələrinin əxz edilməsinə şərait yaradır, həm də müstəqil dövlət 
kimi ölkənin dinamik inkişafına təkan verir, onun beynəlxalq 
mövqelərinin möhkəmlənməsinə xidmət edir. Milli birlik və 
vahid ideya ətrafında səfərbərolunma gücü Azərbaycanın həm 
də daxildə vətəndaş cəmiyyəti institutlarının potensialının art-
masına, regional və beynəlxalq təhlükəsizlik sahəsində dünya 
dövlətləri ilə əməkdaşlığına, strateji tərəfdaş ölkələrlə qarşılıqlı 
münasibətlərinin inkişafına və s. müsbət təsir göstərir. Bütün 
bunları  nəzərə alaraq,  yerli siyasətşünaslıqda azərbaycançılıq 
ideyasının milli inkişaf və təhlükəsizlik siyasətinə, onun effek-
tivliyinə təsiri məsələsinin araşdırılması mühüm elmi və siyasi 
aktuallıq kəsb edir.  
 Oxuculara  təqdim olunan bu monoqrafiyanın  əsas tədqi-
qat obyektini Azərbaycan Respublikasının milli inkişaf və təh-
lükəsizlik siyasətinin konseptual əsasları, tədqiqat predmetini 
isə ölkənin milli inkişaf və  təhlükəsizlik siyasəti, milli maraq 
ölçüləri, milli, regional və beynəlxalq təhlükəsizlik sahəsində 
reallaşdırdığı fəaliyyətin xüsusiyyətləri, daxili və xarici siyasət 


 
ƏL İ  H ƏS ƏNOV  
 
18 
strategiyası, Dağlıq Qarabağdakı davakar separatçı rejimin və 
Ermənistan dövlətinin Azərbaycana ərazi iddiası və açıq işğal-
çılıq siyasəti nəticəsində bölgədə yaranmış münaqişə, erməni-
lərin Azərbaycanın və bütövlükdə  Cənubi Qafqazın təhlükə-
sizlik mühitinə yaratdığı problemlər və s. məsələlər təşkil edir. 
Monoqrafiyada əsasən aşağıdakı vəzifələr qarsıya məqsəd 
kimi qoyulmuşdur:  
1.  Azərbaycanın milli inkişaf siyasətinin formalaşması 
və həyata keçirilməsinin mərhələlərinin, xarakterik xüsusiyyət-
lərinin, bu siyasətin nəzəri, hüquqi və praktiki əsaslarının, əsas 
vəzifə və tələblərinin öyrənilməsi
2.  Ulu öndər Heydər  Əliyev tərəfindən Azərbaycanda 
formalaşdırılan və həyata keçirilən, milli inkişafın və dövlətçi-
liyin əsas sütunlarından sayılan birləşdirici ideyanın – azərbay-
cançılığın dövlət siyasəti səviyyəsinə qaldırılması və milli döv-
lət quruculuğu prosesindəki tətbiqi məsələlərinin, siyasi inki-
şafla bağlı əsas prinsiplərinin təhlil olunması; 
3.  Azərbaycanın milli maraq ölçüləri və milli təhlükəsiz-
lik siyasətinin əsaslarının, prinsip, məqsəd və vəzifələrinin, xa-
rakterik xüsusiyyətlərinin, təminat mexanizmlərinin elmi-nəzəri 
cəhətdən təhlil edilməsi, ölkənin hərbi, sərhəd, iqtisadi inkişaf, 
insan ehtiyatlarının idarə edilməsi, maliyyə, enerji, ərzaq, nəq-
liyyat, tranzit-dəhliz, infrastruktur, informasiya, ekoloji və s. 
sahələrin təhlükəsizliyi vəziyyətinin, yürüdülən praktiki təhlü-
kəsizlik siyasətinin səmərəlilik dərəcəsinin, real nəticələrinin, 
gələcək perspektivləri və  hədəflərinin öyrənilməsi, milli inki-
şaf və  təhlükəsizlik sisteminin elmi-konseptual mənzərəsinin 
müəyyənləşdirilməsi və müvafiq praktiki tövsiyələrin verilməsi;  
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
19 
4.  Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Kon-
sepsiyası  və  Hərbi Doktrinasının geosiyasi və politoloji təhli-
linin aparılması, milli maraqların və təhlükəsizliyin qorunması 
sahəsində bu sənədlərdə qarşıya qoyulan strateji məqsədlərin, 
taktiki vəzifələrin, eləcə də milli inkişaf strategiyası ilə təhlü-
kəsizlik sistemi arasındakı qarşılıqlı əlaqələrin öyrənilməsi;  
5.  Beynəlxalq təhlükəsizlik sisteminin əsas tələbləri və 
geosiyasi ölçüləri fonunda, bütün səviyyələrdə Azərbaycanın 
milli təhlükəsizliyinin təmin olunması ilə bağlı reallaşdırılan 
daxili və xarici siyasət fəaliyyətinin, qarşıda dayanan məqsəd 
və  vəzifələrin araşdırılması, ölkənin geosiyasi kodu və geosi-
yasi fəaliyyət kodeksinin elmi-konseptual baxımdan əsaslandı-
rılması, təhlil olunması  və müvafiq praktiki tövsiyələrin ha-
zırlanması; 
6.  Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regio-
nal təhlükəsizlik mühitinin formalaşmasına, yerli və xarici 
dövlətin milli təhlükəsizlik siyasətinə  təsir göstərən amillərin, 
maraqlı dövlətlərin və beynəlxalq güclərin, geosiyasi aktorların 
hərbi, enerji, informasiya və iqtisadi təhlükəsizlik strategiyala-
rının, geosiyasi proseslərin mümkün inkişaf ssenarilərinin 
tədqiq edilməsi, bölgənin təhlükəsizlik mühiti, hərbi bloklaşma 
reallıqları, hərbi-geostrateji güclərin təsnifatı fonunda Azər-
baycanın regional təhlükəsizlik maraqları  və siyasətinin elmi-
nəzəri və praktiki cəhətdən araşdırılması və praktiki tövsiyələ-
rin verilməsi; 
7.  Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda Rusiya-
nın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, NATO-
nun, ABŞ  və Avropa Birliyinin hərbi-geostrateji maraqları  və 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə