Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə3/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   2   3   4   5   6   7   8   9   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 

Bütün bu transmilli proseslər digər postsovet respublikalarında 
olduğu kimi Azərbaycan dövləti qarşısında da öz milli inkişaf 
və təhlükəsizlik siyasətinin formalaşdırılması, təhlükəsizlik sa-
həsində milli strategiyanın yaradılması  və  həyata keçirilməsi 
vəzifəsini irəli sürdü. 
1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra 
Azərbaycanın milli inkişaf və  təhlükəsizlik siyasətinin, onun 
nəzəri və praktiki əsaslarının formalaşdırılması, müstəqil döv-
lətin həyati maraqları  çərçivəsinin müəyyənləşdirilməsi və 
təmin olunması, milli təhlükəsizliyin mexanizmlərinin, ehtiyat-
larının yaradılması, cəmiyyətin sosial-iqtisadi, siyasi və mənə-
vi təməlinin yeni dəyərlər və prinsiplər əsasında qurulması və 
b. vəzifələr dövlət siyasətinin xüsusi istiqamətinə çevrilərək
ümumi dövlət quruculuğu prosesinin təxirəsalınmaz və vacib 
məsələlərindən birini təşkil etdi. Azərbaycan Respublikasının 
milli inkişaf və  təhlükəsizliyi qarşısında dayanan həmin döv-
rün əsas vəzifələrini şərh edən ümummilli lider Heydər Əliyev 
qeyd edirdi ki, müstəqil dövlət taleyin xalqımıza bəxş etdiyi 
dəyərli töhfə  və  əvəzsiz milli sərvət idi. Lakin müstəqilliyin 
qorunması, ölkənin milli inkişafının və təhlükəsizliyinin təmin 
edilməsi ondan qat-qat çətin idi, ölkə  rəhbərliyindən, hər bir 
vətəndaşdan xüsusi səy, məsuliyyət və iradə tələb edirdi. Yeni 
tarixi  şərait Azərbaycan Respublikasının qarşısında dövlət 
müstəqilliyinin qorunması  və möhkəmləndirilməsi, demokra-
tik, hüquqi və dünyəvi dövlət qurulması,  ərazi bütövlüyünün 
bərpası, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun 
həlli, ölkənin və onun əhalisinin inkişafının, təhlükəsizliyinin 
və rifahının təmin edilməsi kimi vəzifələr qoyurdu. Bütün bun-
lar ardıcıl, məqsədyönlü, düşünülmüs daxili və xarici siyasətin 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 

həyata keçirilməsini, ölkənin intellektual və sosial-iqtisadi po-
tensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə 
olunmasını tələb edirdi.
1
 
1993-cü ildən başlayaraq Prezident Heydər  Əliyevin rəh-
bərliyi ilə  özündə müstəqil dövlət maraqlarını  və beynəlxalq 
dəyərləri, ümumi təhlükəsizlik normalarını və milli postulatları 
əks etdirən - şəxsiyyətin, cəmiyyətin, dövlətin təhlükəsizliyinin 
əsas vəzifələrini, istiqamətlərini və prioritetlərini ehtiva edən 
yeni milli inkişaf və təhlükəsizlik siyasəti formalaşdırıldı, son-
rakı dövrdə müxtəlif inkişaf mərhələlərindən keçərək təkmilləş-
dirildi və həyata keçirilməyə başlandı. Keçən iyirmi ildə Azər-
baycanda milli inkişaf və  təhlükəsizlik sahəsində müəyyən 
qanunlar yazılıb, konsepsiyalar, doktrinalar, xüsusi dövlət 
proqramları  qəbul edilib, çoxsaylı praktiki addımlar atılıb və 
işlər görülüb. Hazırda bütün bu işlərin öyrənilməsi, ümumiləş-
dirilməsi, dəyərləndirilməsi və həyata keçirilən siyasətin effek-
tivliyinin qiymətləndirilməsi, ölkənin milli inkişaf və təhlükə-
sizlik strategiyasının elmi-nəzəri cəhətdən təhlil olunması ehti-
yacı yaranıb ki, bu da ölkə siyasətşünasları qarşısında bir çox 
aktual vəzifələr qoyur.  
Müasir dünyanın beynəlxalq və regional təhlükəsizlik sis-
temi, planetin ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi inkişaf 
meyilləri özünəməxsus xüsusiyyətləri və dinamikası ilə fərqlə-
nir. Bütün bunlar müstəqilik yolu ilə irəliləyən Azərbaycanın 
milli inkişafına, daxili və xarici vəziyyətinə, dövlət təhlükəsiz-
liyinə ciddi təsir göstərir. 
                                                 
1
Bax:  Əliyev H.Ə.  Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan 
xalqına müraciət. Müstəqilliyimiz 
əbədidir. Elektron külliyyat. 
http://heydaraliyev. preslib.az 


 
ƏL İ  H ƏS ƏNOV  
 
10 
Bundan başqa, üçüncü minilliyin başlanğıcından beynəl-
xalq münasibətlərin və dünya siyasətinin vahid prinsiplərinin 
pozulması, getdikcə daha açıq formada fərqli standartlar əsa-
sında formalaşması və idarə edilməsi, iqtisadi və siyasi müna-
sibətlərin praqmatik sisteminin təşəkkül tapması, nəhəng trans-
milli korporasiyaların dünyadakı  aşkar hegemonluğunun və 
ölkədaxili proseslərə  təsirinin artırması, mütərəqqi texnologi-
yalara  əsaslanan informasiya cəmiyyətlərinin yaranması  və 
milli sədləri aşması və s. proseslər də milli dövlətlərin inkişafı 
və  təhlükəsizliyinə ciddi təsir göstərir. Bütün bu hadisələrin 
səbəbləri, mahiyyəti, inkişaf perspektivləri və ölkələrin mili 
inkişafına, təhlükəsizliyinə  təsiri məsələlərinin öyrənilməsi 
Azərbaycan üçün də mühüm elmi-nəzəri və siyasi aktuallıq 
kəsb edir.  
Keçən əsrin sonlarına yaxın SSRİ-nin və dünya sosializm 
sisteminin süqutu, planetar səviyyədə mövcud olan ideoloji 
qarşıdurmanın “birqütblü hegemonluq siyasəti” ilə əvəzlənmə-
si, müstəqil dövlətlərə təsiretmənin daha cəlbedici vasitələrinin 
işə salınması və s. ilə beynəlxalq münasibətlərdə yeni standart-
ların bünövrəsini qoydu.  
Bundan başqa, postsovet məkanınının özündə də müstəqil-
lik əldə etmiş dövlətlərin milli inkişaf və təhlükəsizlik sahəsin-
də yürütdükləri fərqli siyasət Avrasiyanın və dünyanın geosi-
yasi reallıqlarına, təhlükəsizlik sistemlərinə  təsirsiz ötüşmədi. 
Qeyd etdiyimiz faktların əksəriyyəti həm də qlobal və regional 
təhlükəsizlik sistemində, onun anlayışlarında, strukturunda bə-
zi ciddi dəyişikliklər yaratdı. Məsələn, SSRİ-nin dağılması ilə 
bir çox nəzəri-hüquqi terminlərdə olduğu kimi, geosiyasət və 
geostrategiya sahəsində də, milli təhlükəsizliyik və onun təmin 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
11 
olunması ilə bağlı o dövrə qədər mövcud olan yanaşmalarda da 
ciddi fərqlər meydana çıxdı. Məlum olduğu kimi, “təhlükə-
sizlik”, “milli təhlükəsizlik”, “dövlət təhlükəsizliyi” və s. kimi 
anlayışlar mürəkkəb siyasi-sosial hadisə olaraq həm subyektiv, 
həm də konkret-tarixi xarakter daşıyır. Bu anlayış “təbiət-
insan-cəmiyyət-dövlət-xarici aləm” sistemində  hər bir ölkənin 
beynəlxalq hüquq normaları  və öz milli maraqları  çərçivəsin-
dəki fərdi yanaşmasına və qarşılıqlı təsir etmə, münasibət ya-
ratma və s. hərəkətlərə söykənir. Dövlətin təhlükəsizlik siyasə-
tinin  əsas məqsədi xarici aləmlə  təmas zamanı ölkənin həyati 
əhəmiyyətli milli maraqlarını (subyektiv yanaşma  əsasında 
müəyyən olunmuş - Ə.H.) qorumaq və yüksək səviyyədə təmin 
etməkdən ibarət olduğu üçün, hər bir ölkənin milli maraqları, 
milli təhlükəsizliyi və planetar nüfuzu həm beynəlxalq hüqu-
qun subyekti kimi dünyada nəzərə alınır, beynəlxalq qurumlar 
tərəfindən qorunur, həm də dövlətin özünün daxili-xarici ehti-
yatlarının, mexanizmlərinin köməyi ilə  təmin olunur. Hazırda 
təzahür etmə miqyasından və  məkan amilindən asılı olaraq, 
beynəlxalq təhlükəsizlik sistemi əvvəlki dövrdə olduğu kimi, 
sosializm və kapitalizm düşərgələrinin ideoloji qarşıdurması 
çərçivəsində deyil, milli, regional və qlobal olmaqla üç fərqli 
məkan ölçülərini və ayrılıqda hər bir dövlətin fərdi təhlükə-
sizlik səviyyəsini özündə əks etdirir. Təhlükəsizliyin bu tipolo-
giya üzrə  təsnif olunmasına planetin, ayrı-ayrı regionların və 
dövlətlərin hərbi-geostrateji və geosiyasi təhlükəsizlik mühiti-
nin xarakteristikası, birlikdə və ayrılıqda hərbi blokların, müx-
təlif ölkələrin dünya təhlükəsizlik siyasətində rolu, milli döv-
lətlərin ərazi suverenliyi amili və s. kimi təhlükəsizlik məsələ-
ləri də  təsir göstərir. Müasir təhlükəsizliyin müxtəlif səviyyə-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə