Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   2   3   4   5   6   7   8   9   10   ...   39

 
26
qəlibə yerləşdirilməsində israr edirlər. Təxminən belə bir id-
dia ilə ki, «hamı belə yazmalıdır!», «ədəbiyyat yalnız mən 
yazdıqlarımdır, bundan kənarda  ədəbiyyat yoxdur» və sair. 
Hələ bu bir yana qalsın ki, bu tipli nəzəri bəyanatların arxa-
sında 100-də 90 halda müvafiq bədii mətn dayanmır. Buna 
baxmayaraq, hətta az qala indiyə qədərki bütün yaradılanlar 
inkar olunur. Halbuki, ədəbiyyat rəngarənglik deməkdir. 
Şübhəsiz ki, mən «rəngarənglik» deyəndə yalnız tünd rəng-
lərin müxtəlifliyini nəzərdə tuturam. Açıq-aşkar görünür ki, 
bizim bəzilərimizin  ədəbiyyatdakı mübarizəsi  ədəbi olmaq-
dan qat-qat çox siyasidir. Şəxsən mən yazarlar tanıyıram ki, 
3-4 alababat yazı ortaya qoymamış başlayırlar baş sındırma-
ğa ki, ədəbi siyasətlərini necə qursunlar? Təbliğatlarını necə 
aparsınlar, ədəbi mühitdəki qruplaşmaların hansında və necə 
iştirak etsinlər,  şöhrət meydanındakı  rəqabətdə hansı  qısa 
yollardan istifadə etsinlər, rəsmi  ədəbi mövqelər uğrunda 
necə mübarizə aparsınlar? Acınacaqlı da olsa, reallıqlarımız-
dan biri də budur. 
Bir dəfə  mənimlə söhbət eləyən yazarlarımızdan biri 
qətiyyətlə deyirdi ki, nə qədər ki, biz bu ədəbiyyatdakı gene-
ralları ordudan uzaqlaşdırmamışıq biz ədəbiyyatda yer tuta 
bilməyəcəyik. Ona elə gəlirdi ki, onun ədəbi mövqe tutmağı-
na artıq oturuşmuş böyük imzalar mane olur. Əsgərliyə təzə 
gəlmiş adamlar nədənsə rütbə qazanmağın yolunu general-
ları güllələməkdə görürlər. Bizim bəzilərimizə elə  gəlir ki, 
ədəbiyyatda bizə qədər əkilmiş bütün ağacları kəsib tullamaq 
lazımdır. Halbuki ədəbiyyatın min hektarlarla boş torpağı 
var və hər kəs harda istəsə, öz ağacını əkə bilər. 
Necə baxırsız bu məsələlərə? Niyə bizə elə  gəlir ki, 
özünütəsdiqin yolu başqalarını inkardan keçir? Burda sözsüz 


 
27 
ki, hazır bir düstur var. Odur ki, inkarçılığın arxasında yara-
dıcılığın,  ədəbi faktın dayanması kifayət eləyir ki, qara-
qışqırığa ehtiyac qalmasın. Ancaq çox vaxt inkarçılıq yalnız 
quru və  nəzəri bəyanatlara söykənir. Bu, arxasında  ərazi, 
millət və dövlət mövcud olmayan bir bayrağı hay-küynən 
yellətməyə oxşayan bir şeydir. 
Kamal Abdulla.  Ədəbi imperiyalar, əsgərlər, general-
lar, savaşlar, ideallar, şan-şöhrət, «həyat, ya ölüm?», şüar-ça-
ğırışlar… Doğrudan da, biz sizinlə çox dərdli və  xəstə bir 
ədəbi məkanın övladlarıyıq. 
Çox doğrudur, irəli getməyin yolu ədəbi generalları 
sıxışdırmaqdan, “güllələməkdən” asılı deyil. Bu bizim milli 
təbiətimizin çox zəif, xəstə damarı var, o damarın quluncu-
dur: irəli getmək üçün hökmən səndən əvvəlkini (irəlidəkini 
yox, bu, məkani anlayışdır), bəli, səndən  əvvəlkini (bu isə 
zaman anlayışıdır) itələyib yıxmalısan, onun yanından keçib 
gedə bilməzsən. Nədi, nədi, "qürurun" buna yol vermir. Sən 
demə, sən təşəxxüslüsən. Əsla! Sən, əslində, zavallı və gül-
məlisən. Çox təəssüf ki, bizdə zaman və məkan birikmiş şə-
kildə ola bilmir. Bu, pisdir. 
Sən yaxşı ümumiləşdirdin. “Ədəbiyyat ancaq mən yaz-
dığımdır və mən yazdığımdan başqa heç nə deyil” təfəkkürü 
ilə mən də üz-üzə gəlmişəm. 
Etimad. "Yarımçıq  əlyazma" ilə baglı  nələr yazılma-
dı... 
Kamal Abdulla. Bəli, hədyan az olmadı. Ümumiyyət-
lə, "Yarımçıq  əlyazma" barədə  ağlına gələn ağlına gələni, 
ağzına gələn ağzına gələni yazdı. İndi də yazır. Çoxu haqsız 
yazır. Bilirsənmi, biz nə zaman sivil ədəbi müstəviyə qədəm 


 
28
qoyacağıq?! Məncə, o zaman ki, təxminən, belə düşünəcə-
yik: mən bu əsəri qəbul edə bilmərəm. Bu, mənim  əsərim 
deyil (yəni, mən sevə biləcəyim əsər deyil). Amma mən in-
kar etmirəm ki, bu əsər ədəbiyyat məkanına məxsusdur. Vol-
teri xatırladınmı?  Ədəbi müstəvidə onun həmən məşhur 
ictimai-siyasi formulası  məhz bu cür səslənərdi... Bir qədər 
əvvəl gənclərlə bağlı suala cavab zamanı mən də çalışdım ki, 
bu formuladan istifadə edim. 
Bəzi gənclərlə yaşlılar arasında bu gün gedən "yorğan 
davası", dərindən düşünsək, implisit şəkildə həmişə olub. Bu 
gün isə o, özünü büruzə verib, bəyan edib, yəni, bu gənclər 
artıq, belə deyək, üzə durublar, bütün pərdələri yırtıb dağıt-
maqla məşğuldurlar. Bu gün onlar yaşlılardan, demək olar 
ki, heç kimi və heç bir yazını  qəbul etmək istəmir, "nənəm 
mənə kor deyib, gəlib-gedəni vur deyib" prinsipi, daha doğ-
rusu, prinsipsizliyilə oturub durur, özlərini hər  şeyi inkar 
edən çinli xunveybinlər kimi aparırlar. Ancaq öz "klanla-
rına" daxil olanlar! Ancaq onlar kimi düşünənlər! Başqaları-
na mənəvi, hətta fiziki həyat (gülməli və  ağlamalıdır!!) ya-
saq edilməlidir! Rədd etmək bu adamlarda hələ ki, ədəb-ər-
kan müstəvisindən xeyli uzaqdadır. Belələrilə nəinki müba-
hisə eləmək, onların adını xatırlamaq belə... 
Adama sorarlar, sən kimsən axı mühakimə edirsən? 
Sən kimsən, mənəvi "direktiv"lər verirsən? Mənəvi direktiv-
ləri xalq verir, zaman yetişdirir. Nəhayət, onları Allah-təala 
öz bəndələrinin qəlbinə göndərir. Sən kimsən ki, Allahın işi-
nə qarışırsan?! Elə buna görə  də onlara qarşı eyni hərəkəti 
yaşlı  nəsil nümayiş etdirir. Düz edir!!! "Mühakimə etmə, 
mühakimə edilərsən!" Nə qədər ki, cavanlar şəxsiyyətlə mət-
ni bir-birinə qarışdıracaq, barrikadalar aradan götürülməyə-


 
29 
cək. Nə qədər ki, cavanların, elə bizim hamımızın, bu sözləri 
deməyə mənəvi qabiliyyətimiz olmayacaq, "qan davası" da-
vam edəcək. O "sehrli" sözlər budur. Aradan genetikləşmək-
də olan nifaqı götürməyə qabiliyyəti çatan o sözlər: "Bu əsər 
əsərdir, amma bu əsər mənim  əsərim deyil". Bunu demək 
təkcə  tərbiyə yox, həm də intellektual səviyyə  tələb edir. 
Bunu deyərkən sən mənə sübut edə bilərsən ki, infantillikdən 
uzaqsan. 
Bu gün “ədəbiyyat ancaq mən deyəndir və başqa cür 
deyil” düşüncəsi isə xəstə təsəvvürün məhsulu kimi ancaq və 
ancaq barrikadalara gətirən aqressiv isterikadır. Oyundan 
yox, oyun yaxşı  şeydir,  əslində, hər  şey oyundur, oyundan 
demirəm, oyuncaqdan ayrıla bilməyənlərin doktrina və ma-
nifestləri məhz belə inkarçılıq təməli üzərində qurulur. Yaşlı 
vaxtında oyuncaqla oynayanların isə əsl oyunun ləzzətindən 
xəbəri olmaz. Onların yeri Çexovun 6-cı palatasındadır. Ona 
görə də ədəbiyyatda yeni və zədəli bir əhvali-ruhiyyə yaran-
maqdadır – bu əhval ilə ortaya çıxarılan mətnlərdə infantillik 
elementləri get-gedə artır. 
İnkarçılıqdan danışırsan.  İnkarçılıq təkamülün bir me-
xanizmidir. İnkar etmək o deməkdir ki, sən axtarırsan, hətta 
tapmısan. Amma inkarçılıq infantillik demək deyil. Bəli, 
dünya tarixində elə olub ki, böyük mədəni, hətta, dövrləri in-
kar ediblər, onlara əməlli-başlı qadağalar qoyublar. Yeni ya-
ranan və dünyanı kökündən dəyişən, təkallahlıq üzərində qu-
rulan cavan və aqressiv xristian ideologiyası antik bütpərəst-
ləri (qocaları? – daha doğrusu, heydən düşmüş energiyanı!) 
beləcə inkar etdi. İstər dram əsərləri, istər poemalar olsun, 
istər fəlsəfi, tarixi traktatlar... İstər Homer, Sofokl, Evripid 
olsun, istər Sokrat, Platon, Aristotel... Əvvəl-əvvəl onların 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə