30
üstündən qara xətt çəkən xristianlar taleyin qəddar və acı
iradəsiylə zaman keçdikcə onların möhtəşəmliyinin əsirinə
çevrildilər. Zaman öz intiqamını beləcə alır. Amma hələ XIII
əsrdə Dante onların hamısını cəhənnəmdə yerləşdirirdi (Ver-
gilidən başqa. Niyə məhz Vergili?! Bunun öz səbəbi var).
Bütpərəst kim olursa olsun, lap elə Platon olsun – inkara la-
yiqdir. Renessans bu mübarizəyə son qoymasaydı, siviliza-
siyanın taleyi necə olacaqdı – bunu təsəvvür etmək çətindir.
İnkarçılıq ruhu başqa-başqa "libaslarda", amma nifrət-
dən uzaq, sonralar da tez-tez “öz yuxusundan ayıldı”. XVIII
əsrdə ("ol zamanlarda"?) “Şturm und dranq” adlı fəlsəfi-ədə-
bi cərəyan da məhz inkarçılıq üzərində yarandı. Bu hücum
çağırışlı, gurultu və ehtirasdan yoğrulmuş qorxunc adın
özündə bir əlahiddəlik iddiası var idi. Bu iddianın heç də
əsassız olmadığını gənc Şiller və Höte sonralar öz yaradıcı-
lıqları ilə təsdiq etdilər. Amma onlar da bunu klassik irsə
dərin sevgi və hörmət hisslərini qoruyaraq etdilər.
Bir qədər keçdi, Fransada romantizmin yaranması və
intişarı ğənc Hüqonun «Ernani» pyesinə yazdığı girişdən,
əslində, manifestdən sonra daha böyük vüsətlə gerçəkləşmə-
yə başladı. Bu gün bizə bakirə və məsum, hətta utancaq gö-
rünən romantizm özü də yarandığı zaman özündən əvvəlki
hər şeyi, az qala, həyasızlıqla inkar edir, özündən olmayanı
amansızlıqla kəsib atırdı. Amma yenə də nifrətdən kənar
şəkildə. Beləcə, "ol zamanlar"ın müharibələrində ayağa bir
qəlpədən-zaddan dəyəndə, süngü yarası alanda bütün ayağı
kəsib atırdılar. Müalicənin incə və rəngarəng üsulları yox
idi. İndi isə başqa cürdür. Müalicə, sağaltma (oxu: barışma)
üsulları bəşər övladının ən böyük nailiyyətidir və ona da
xidmət edir. Bəs sivilizasiya nə üçünmüş?! Bu gün Hollivud
31
filmlərində də məcburən qatil olanlar öz qurbanlarına nahaq-
dan belə bir söz demirlər: "Sənə qarşı şəxsi heç nəyim yox-
dur!" Bu sözlər öz etik mənşəyini uzaq zamanlardan alan
sözlərdir.
Salam. Yəni, siz demək istəyirsiniz ki, barışığa yol
var?
Kamal Abdulla. Barışığa həmişə yol var.
Əslində, yuxarıda haqqında söhbət gedən ədəbi, estetik
mübarizələr əvvəlki və sonrakı dövrlərin bir-birilə mübarizə-
si idi. Bu isə təbiidir. Axundovun Füzuliyə münasibətini ya-
da salaq. Əvvəlki dövr və sonrakı dövr. Bunların həmişə mü-
barizəsi olub. Dövrlər heç zaman özləri-özlərinə bərabər ol-
mayıblar. Hər sonrakısı əvvəlkindən nə iləsə fərqlənib. Məş-
hur rus alimi Averintsev erkən orta əsrlər Vizantiya ədəbiy-
yatı ilə bağlı deyir ki, əgər hər hansı bir dövr ancaq özü
özünə bərabər olsaydı, sonrakı dövr, sadəcə, gələ bilməzdi.
Doğrudan da hər sonrakı dövr, əslində, əvvəlki dövrün için-
dən pardaxlanmağa başlayır. Bu mənada ədəbi dövrlər də
istisna deyil.
“Kitabi-Dədə Qorqud”un belə bir ideoloji tumurcuğu
var: “ol zamanlar...” Bu ifadə müxtəlif dövrlər arasına kəs-
kin, bəzən də yumşaq, amma yenə də sərhəd qoyur. Dastan-
da oxuyuruq ki, ol zamanlar oğul ata sözün iki eləməzdi, elə-
səydi, ona oğul deməzlərdi, ol zamanlar qızlar belə idi, elə
idi və s. və i.a.
Ol zamanlar bu, belə deyildi, deməli, indiki zamanda
bu, belədir, oğullar ata sözünü iki edə bilirlər. Bu ideoloji
xətt, əslində, keçmiş “qızıl” dövr barədə nostaljinin Dədə
32
Qorqud kitabındakı təzahürüdür. İki dövrün – keçmişin və
indinin qarşılaşdırılmasıdır.
İndi isə gələk bizdəki "inkarçılar"a. Mən bir şeyi heç
cür başa düşmürəm. Bu cür ehtirasla «qan-qan» deyənlərin
(ədəbi barrikadanın hər iki tərəfindəkiləri nəzərdə tuturam) –
mən çox banal danışacağam – əlindən qələmlərinimi aldı-
lar?! Bəlkə, kağızları tükəndi?! Ya, bəlkə, yazdıqlarını işıq
üzünə çıxarmaq onlar üçün problemə dönüb?! Bu kimi adi
həqiqətləri uzatmaq istəmirəm. Elə bir təsəvvür yaranır ki,
iki qütb formalaşıb. "Bizdə bu gün əsər yoxdur" qışqıranlar
qütbü və "bizdə bu gün əsər var" qışqıranlar qütbü. "Bizdə
bu gün əsər yoxdur"çular haman inkarçılıq (oxu: infantillik!)
üstündə ədəbi həyatlarını qurmaq istəyənlərdir. Əslində,
rədd etmək görməməyin bir başqa adıdır. Qeyri-ciddi mə-
qamdır.
“Bizdə bu gün əsər var” deyə hamıya bunu qışqıra-qış-
qıra sübut eləmək istəyənlər isə heç cür anlamaq istəmirlər
ki, əsərlərin yazılmasını inkar etməmək də olar, amma bu
əsərlər ədəbi cameədən kənardakılara – həkimlərə, polislərə,
mühəndislərə... təqdim edilə bilirmi, təqdim edilməyə layiq-
dirmi – sual budur! Yazıçı Məmməd yazıçı Əhmədə, yazıçı
Əhməd şair Məmmədə, o da dramaturq “Səftər əmioğluya”
(bunlar hamısı Yazıçılar İttifaqının, ya da AYO-nun üzvlə-
ridir! Ya da təəssübkeşləridir) yazdıqlarını verirlər. Oxuyan
oxuyur, oxumayan oxumur. Resenziya yazılır, onu da bu
"qaqaşlardan" başqa oxuyan olmur. Yaşlı nəslə bu mənzərə
yaxşı tanış olmalıdır. Eynən sovet dövründə eynən eyni əsər-
lər belə bir "Odisseya"dan keçirdilər. Və bununla hər şey bi-
tirdi. Təəssüf ki, bu gün də ol zamanlarda olduğu kimi hər
şey ədəbi cameənin içində qalır. Ədəbi cameə öz qınından
33
çıxa bilmir. Digər cameələrə yol tapmır. Bu yalandımı? Çıxa
bilirsə, deyin mənə görüm, TV-lər niyə bu gündədi, niyə
orada çıxış edən bir nəfər belə düşünmür ki, sözümə, ifadə-
mə, lap elə hərəkətimə fikir verməliyəm, axı mənə yazıçı
Məmməd, yaxud dramaturq Səftər əmioğlu baxa bilər, ayıb
olar...
İndi məsələyə o biri tərəfdən (barrikadanın o biri tərə-
findən) nəzər yetirək. Sən söhbəti generallardan saldın. Söy-
lərmisən, hansı ədəbi general ədəbi hünər göstərmək üçün
alışıb-yanan ədəbi yefreytorun qarşısına qadağa qoyub dedi
ki, olmaz?! Vaxtilə yefreytorların hakimiyyəti ələ keçirmə
üsulundan bəhrələnmək istəyi azdır. Bunu həyata keçirmək
üçün "laf" deyil, başqa baqaj lazımdır. 20-ci əsrin əvvəllə-
rində bu baqajın içindəkilərlə bu gün onun içindəkilər başqa-
başqa yüklərdir. Bu gün bu baqaj intellektual yüklə dolduru-
lur. Saf əməllə doldurulur. Şair demişkən,"ayinəsi işdir ki-
şinin, lafə baxılmaz..."
Qayıdaq barrıkadaya. "Dayan! Qoymaram! Burdan o
tərəfə keçmə!" Bu sözlər oldumu?! Olmadı. Bu sözləri heç
kim, heç vaxt demədi. Bu yefreytorlar hamısı, maşallah, qə-
zet səhifələrindən düşmürlər. Amma həqiqət naminə onu da
demək lazımdır: təəssüf ki, bu qəzetlər ədəbiyyat qəzetləri
deyil.
Bəli, təəssüflə demək lazımdır ki, rəsmi ədəbiyyat or-
qanları, xüsusilə, qəzetləri yox kimidir. Onlar olsaydı, barri-
kadalar daşdan-kərpicdən yox, bəlkə də, kağızdan qurulardı.
Onların fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi (xüsusilə,
bu deyilənlər "Ədəbiyyat qəzeti"nə aiddir) bütövlükdə ədə-
biyyata baha başa gəlir. Açıq deyək, haqqında danışdığımız
xunveybinlər arasında da istedadlıları (infantillikdən uzaqda
Dostları ilə paylaş: |