Microsoft Word Mashtaqa ziyali qadınlar meclisi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/20
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8462
1   2   3   4   5   6   7   8   9   ...   20

 
 
6
Sənsən bəndələrin daim pənahı, 
Səninlə bölərlər hər dərdi, ahı, 
Rəhmin tükənməzdir varsa günahı, 
Allahım, Allahım, böyük Allahım 
 
ƏLİ (Ə) 
 
Ey dinin sultanu, rəsula vəli, 
Ey şiri-xuda, Murtəza Əli! 
Elm qapısınının açarı sənsən, 
Elmlə helmin gəlir tənbətən. 
 
Tanrı bəxş eyləyib o cür ürəyi, 
Sənsən məzlumların daim köməyi. 
Gözəl Fatimənin damadi oldun, 
O dinc gələcəyə aparan yoldun. 
 
Bizi ayırsa da zalim kafirlər, 
Şiələr bu gün də “ya Əli” deyər. 
 
*** 
Axdı ulduz, qaraldı Ay, 
Günəş də söndü bir zaman. 
Sənin nuruna bələndi 
Bu bir anda külli-cahan. 
 
Bəxş eləyən yer üzünə 
On bir imamı sərbəsər. 
Qüdrətindən, qüvvətindən 
Cümlə kafir tir-tir əsər. 
 


 
 
7
Əbu Talib yadigarı, 
Fatimənin də sərvəri. 
Sənsən daim yad eləyən 
Ol xatimi peyğəmbəri. 
 
Sənsən verən qüslü kəfən  
Əhmədi Muxtarımıza. 
Həşridə minnətçinik 
Gəl sən yetiş dadımıza. 
 
Fəqirin istəyi tək bu: 
Ruzi-cəza görsün səni. 
Birləşib sən cəddim ilə, 
Qurtar bu həsrətdən məni. 
 
FATİMƏ (Ə) 
 
İslamın ulduzu, Rəsulun qızı, 
Şəninə yazılmış Kövsər hovuzu. 
Behişt meyvəsindən vücuda gəldi, 
Gözəlliyi ayı, günəşi dəldi. 
Hər iki dünyanın oldu xanımı, 
Onun gəlişinə verrəm canımı. 
Keçən hər dəmimi, hər bir anımı, 
Təki sənlə olum, gözüm Fatimə, 
Sənə fəda olum özüm, Fatimə. 
Məhşər günü gəl bir yetiş dadıma, 
Qurban olum sənin gözəl adına, 
Salaydın kaş məni o vaxt yadına, 
Sənə fəda olum özüm, Fatimə, 
Ey şirin kəlamım, sözüm, Fatimə. 


 
 
8
*** 
Bütün qadınların ulu rəhbəri, 
Yalnız Fatimədir, bunu bilin siz. 
Hər şeyi öyrənib o pak xanımdan, 
Ruhu qarşısında təzim ediniz. 
Fatimə bizimçün sağdır hər zaman, 
Müşkülə düşəndə diləyin aman. 
Hacətlər verəndir Muxtarın qızı, 
İslam aləminin parlaq ulduzu. 
İsməti, həyanı, arı götürün, 
Gələn nəsillərə bir-bir ötürün. 
Onun etdiyini siz edə bilsəz, 
Açdığı cığırla bir gedə bilsəz, 
Təkcə səadətə aparar sizi, 
Bununla bitirər bu ömrünüzü. 
 
İMAM HƏSƏN (Ə) 
 
On beşi Ramazan, səşənbə günü, 
Mədinə şəhrində bir nur doğuldu. 
Bu nur tutmuş idi ayı və günü, 
Həsənül Müctəba belə oğuldu. 
Rəsuli Əkrəmin dilin əmərmiş. 
Böyüdükcə bədirlənmiş qəmərmiş.  
“Sən mənə çox bənzəyirsən, ey Həsən, 
Surətdə, təmkində eynən özümsən.” 
Deyib şərh eylədi o Ali Əba, 
Sonra təsdiqlədi Əli Mürtəza.  
Axtarsan, çox idi kəramətləri, 
Hamıya bəlliydi səxavətləri. 


 
 
9
Teyyibin elə bir süfrəsi vardı, 
Kim gəlsə, hamıya yeri çatardı. 
Bu on illik imaməti zamanı, 
Demək olmaz, xoş keçmişdi hər anı. 
Çalışıb hamını salardı razı, 
Heç vaxt əskilmirdi razi, niyazı. 
Zəhri ilə doğranarkən əziz canı, 
Namərd hiyləsinin oldu qurbanı.  
O, Səfər ayının iyirmi səkkizi, 
Qırx yeddi sinnində tərk etdi bizi. 
 
MAHİ-MÜHƏRRƏM 
 
Tutarlar əza Hüseynə, 
Hər mahi-Mühərrəmdə. 
Açılmaz gözü, könlü 
Hər kim Xudaya bəndə. 
 
Müsəlmançun bilin ki
Hər bir yer Kərbəladır. 
Hər gün ruzi-Qiyamət 
Hər gün də Aşuradır. 
 
 
HÜSEYNİM (ə) 
 
İmamət bağının gülü reyhanı, 
Dəşti-Kərbəlanın susuz qurbanı. 
Dəstəmazı olan son damla qanı, 
Hüseynimdir, Hüseynimdir, Hüseynim. 
 


 
 
10
O şəhidlik zirvəsinin sultanı, 
Nakəs kafərlərin qatı düşmanı. 
Din yolunda keçən ömrü, zamanı, 
Hüseynimdir, Hüseynimdir, Hüseynim. 
 
MÜHƏMMƏD BAQİR (ə) 
 
Səccadın ailəsi sevindi yaman, 
Dünyaya göz açdı ayüzlü oğlan. 
Səxavəti böyük, mükəmməl elmi. 
Elmindən heç geri qalmırdı helmi. 
Gözəl ad qazandı tez bir zamanda
Yetişər dadına, qalsan amanda. 
Həyatı üç yerə sanki bölündü, 
Üç imam yanında o zat böyüdü. 
Ağaya hər baxan deyərdi əhsən, 
Anası Fatimə, o binti-Həsən. 
Şabanın birində dünyaya gəldi, 
Gəlişi elmlər bağrını dəldi. 
Bütün elmlərə vaqifdir Baqir, 
Oturar təmkinlə, danışar ağır. 
Doğulduğu yerdi şəhri-Mədinə
Külli-kainatı çağırdı dinə. 
On doqquz il, on ay və on iki gün 
İtaətindəydi ulduz, Ay və Gün. 
Hişam Əbdülməlik lap çox çalışdı. 
Həzrət o zəhrdən od tək alışdı. 
Əlli yeddi yaşa çatdığı zaman 
İmamət dövrünü etmişdi tamam. 
 


 
 
11
BU DÜNYAYA ALDANMA 
 
Ey nağıl dünyanın fəqir mehmanı, 
Bivəfa cahanda qazancın nədir? 
Tanrım imtahana çəkir insanı, 
Torpaqdan yaranan torpağa gedir.  
Tək xoş əməlinlə tanınarsan bil, 
Dünyanın ləzzətin qəlb evindən sil. 
Bir də ki, aldanma ani sevincə, 
Qəm daha üstündür, qəm daha incə. 
Daima könlünə dost tutsan onu
Sənə asan gələr tale oyunu. 
Bir də ki, Qurana təqlid edənlər, 
Onun göstərdiyi yolla gedənlər 
Əbədi qovuşar səadətinə, 
Həm də layiq olar el hörmətinə. 
 
DÜNYA MƏNƏ DAR GƏLİR 
 
Ürəyim dolubdur, boşaltmaq üçün 
Sonsuz bir ümmana ehtiyacım var. 
Axtarıb-axtarıb soruram neyçün, 
Bu cür geniş dünya mənə gəlir dar. 
Sual eyləyirəm özüm-özümə
Cavabı çətindir heç tapammıram. 
By böyük cahanı bir nöqtə edən, 
Təkcə cahan dardır mənim gözümə. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə