Microsoft Word Mashtaqa ziyali qadınlar meclisi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/20
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8462
1   2   3   4   5   6   7   8   9   ...   20

 
 
12
SƏFASI YOX DÜNYANIN 
 
Bu dünyanın hər üzünü görmüşəm, 
Tellərimi qəm bağıyla hörmüşəm, 
Gün olub ki, yüz ölüb dirilmişəm, 
Çifayda ki, vəfası yox dünyanın, 
Cəfası çox, səfası yox dünyanın. 
 
Yaxşılığı çox eylədim nadana, 
Bilməyiblər, qalmışam yana-yana. 
Etdiyimi üzümə dana-dana, 
Üzü bozmuş, həyası yox dünyanın, 
Cəfası çox, səfası yox dünyanın. 
 
Karvan-karvan əqrəbalar itirdim, 
Əvəzində neçə toxum bitirdim, 
Axtararaq ovunmaq çox çətindir, 
Yeyəndir, iştahası çox dünyanın, 
Cəfası çox, səfası yox dünyanın. 
 
İNSAN 
 
Bəşərin ən böyük arzu-diləyi
Əlçatmaz zirvəyə can atmaqdır, can. 
Unudur Tanrını, danır mələyi, 
Nə qədər naşükür olurmuş insan. 
Yaradan böyükdür, Yaradan ulu, 
Biz miskin bəndələr Allahın qulu. 
Niyə qorxmayırıq bir pis əməldən 
Ki, heçə çıxarar min xoş əməli. 
Yaxşılıq qoparsa kökdən, təməldən, 
Qoyular pisliyin o an təməli. 


 
 
13
ETMƏ XƏYANƏT 
 
Bu zalım dünyanın yükün çəkməyə, 
Doğulan bəşərdə əmək gərəkdir. 
Yoxsa yaşamağa nə var dünyada, 
İnsana halal duz-çörək gərəkdir. 
Bu iki nemətdir bizə əmanət,  
Bunlara heç zaman etmə xəyanət. 
Halal zəhmətinlə qazansan onu, 
Xoş keçən həyatın olmayar sonu. 
 
ƏN BÖYÜK SUAL 
 
Həyat əfsanədir, ömür vəfasız, 
Ötüşə bilmirik qəmsiz-xətasız. 
Hər xəta bir səhvdir, düzəltmək çətin 
Gərəkdir olasan döyüşkən, mətin. 
Vay o gündən ki, bilə-bilə sən 
Özünü qalib yox, təslim görəsən. 
Göz yumub həyatın hər ləzzətinə, 
Çatmaq istəyəsən öz niyyətinə. 
Bu dünya nədir ki, sınaq, imtahan,  
Gərək o dünyasın düşünə insan. 
Nə qədri miskindir, acizdir bəşər, 
Allah böyüklüyü bizlərə yetər. 
Ki, daim birləşib kölgəsində biz, 
Saflaşaq, paklaşaq və olaq təmiz.  
Yükünü tutaraq xoş əməlindən, 
Tanrı hüzuruna hazırmısan sən? 
Bax, budur ən böyük sual cahanda 
Xoşbəxtlikdir ona cavab tapanda.  


 
 
14
BƏNÖVŞƏ ÖMRÜ 
 
Bir tək çiçək gördüm kolun dalında, 
Boynu bükük idi, gözlərində qəm. 
Sanki sərin külək əssə yanından 
Qopub düşəcəkdi gül saplağından. 
 
Yarpaqları göyümtül, ləçəkləri nə zərif, 
Onu bəzəmək üçün tapmaq olmayır tərif. 
Hər gözəlin öz eybi, deyirlər, dünyada var, 
Bənövşənin də ömrü onun üçün az olar.  
 
BƏNÖVŞƏ 
 
Boynunu bükmüsən baxırsan yola, 
Səndəmi həsrətsən yarə, bənövşə? 
Qoyma ki, telini küləklər yola
Gəl, vurma köksümə yarə, bənövşə! 
 
Mən ki, anlayıram sənin dərdini, 
Sən də gəl bir anlıq dinlə qəlbimi. 
Deyirəm, üzüldü, ya dərildimi 
Qismət olmayasan xarə, bənövşə! 
 
Müştaqam yarpağın zərifliyinə, 
İncə saplağına, ürkək gülünə. 
Qoyma ki, könülü dərdə bürünə, 
Gülümsə, gəl, çəkmə darə, bənövşə. 
 


 
 
15
 
İNSAFXANIM 
 
Aydəmirli Məşədi  İnsafxanım Kərbəlayi Bilal qızı 
1963-cü ildə Bakının Maştağa qəsəbəsində anadan ol-
muşdur. 1978-ci ildə 187 saylı orta məktəbi bitirmişdir. 
Mədrəsədə  fəaliyyət göstərən ilahiyyat kursunda dini 
təhsil almışdır. Şeirləri müxtəlif qəzetlərdə çap olunub. 
Bir şeir kitabı işıq üzü görüb.  
 
20 YANVAR GÜNÜ 
 
Torpaq üstə qan düşdü, 
Neçə-neçə can düşdü, 
Bir dəhşətli an düşdü, 
İyirmi Yanvar günü. 
 
Cisminiz paralandı,  
Bəxtiniz qaralandı, 
Ürəyim yaralandı, 
İyirmi Yanvar günü. 
 
Tarixə iz saldınız, 
Ürəklərdə qaldınız, 
Azadlığı aldınız, 
İyirmi Yanvar günü. 
 
Axıb getdi qanınız, 
Ucaldı əfqanınız, 
Nələr çəkdi canınız 
İyirmi Yanvar günü. 
 


 
 
16
Bacarmadım özümlə,  
Qaldım ağlar gözümlə, 
Kaş olaydım sizinlə 
İyirmi Yanvar günü. 
 
Sizə matəm saxladı, 
Gecə-gündüz ağladı,  
İnsaf qara bağladı 
İyirmi Yanvar günü. 
 
DÜNYADA 
 
Mən necə sevinim, mən necə gülüm, 
Bu qədər qəm-kədər olan dünyada. 
Bir Allahdan başqa, bir də ölümdən, 
Hər nə var yalandır, yalan dünyada. 
 
Çox da sevinməsin bəxtəvər insan, 
Ömrü başa vurur birtəhər insan. 
Bunu bilməlidir fəqət hər insan, 
Təkcə yaxşılıqdır qalan dünyada. 
 
Bu fani dünyada hər nə var, boşdur, 
Allahın yoluyla getsək, bu xoşdur. 
Dünyanı dərk edən könül naxoşdur, 
Anbaan ömrümüz talan dünyada. 
 
Hər şeydən üstündür, üstün səxavət, 
Ataya, anaya göstər məhəbbət. 
Sən öləndən sonra səni nəhayət, 
Tapılsın yadına salan dünyada. 


 
 
17
 
Ey İnsaf, dünyanın budur gərdişi, 
Açılmayır sirri, bilinmir işi. 
Gedəcək dünyadan hər qadın, kişi, 
Ömür çatanadək dolan dünyada. 
 
AYRILIQ DƏRDI 
 
Tənha gecələrdə xəyala daldım, 
O sənli günləri yadıma saldım. 
Sən getdin, ay bala, mən sənsiz qaldım, 
Necə də gözəldi o sənli çağlar, 
Sənin həsrətinlə gözlərim ağlar. 
 
Sən getdin göynədi qəlbimin başı, 
Ağladım, sızladım, tökdüm göz yaşı. 
Mən ölsəm, ağlayar qəbrimin daşı, 
Sən getdin saraldı bağçalar, bağlar, 
Sənin həsrətinlə gözlərim ağlar. 
 
Bircə an geriyə dönəydi zaman
Ayrılıq ölümdən yamandı, yaman. 
Həsrətin edibdir qəddimi kaman, 
Sənsizlik, ay bala, qəlbimi dağlar, 
Sənin həsrətinlə gözlərim ağlar. 
 
Tənha gecələrdə bitməyir dərdim, 
Getməyir gözümdən bir an surətin. 
Nədəndir yetməyir sənə əllərim, 
Unutmayıb səni, İnsaf soraqlar, 
Sənin həsrətinlə gözlərim ağlar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə