Microsoft Word Mashtaqa ziyali qadınlar meclisi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/20
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8462
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

 
 
43
 
Ey əziz dostlarım, müəllimlərim, 
Bu gün heç yazmağa gəlməyir əlim. 
Ancaq həsr edirəm bu şeirimi mən,  
Son zəngin şəninə, əzəmətinə. 
 
Bu sevgidə gözüm qaldı 
Bu sevgidə gözüm qaldı, 
Çox söhbətim, sözüm qaldı. 
Hardan gəldi, hara getdi, 
Yaşla dolu gözüm qaldı. 
 
Bu sevgidə nələr vardı, 
Sevinc vardı, kədər vardı. 
Hardan gəldi, hara getdi, 
O da bir dövlətdi, vardı. 
 
Çoxum getdi, azım qaldı, 
Qışım getdi, yazım qaldı. 
Gözlərim gəzdi, axtardı, 
Yetmədiyim arzum qaldı. 
 
MÜƏLLIM 
 
Müəllim! Vüqarla səslənir adın, 
Əziz şagirdinin şirin dilində. 
Nurlu günəşisən bizim sabahın, 
Sənə arxalanır doğma elin də. 
 
Müəllim deyəndə dağ düşünürəm, 
Zirvəsi həmişə dümağ qar olur. 


 
 
44
Görmüşəm də bəzən də elə müəllim
Qapqara saçları ağappaq olur. 
 
İndi mən müəllim olsam da siztək, 
Yenə də siz mənə müəllimsiniz. 
Elə çalışaq ki, hər zaman gərək, 
Şagirdçün xəcalət çəkməyəsiniz 
 
 
 
 
 
 


 
 
45
 
 
SEHRAN ZİYAYİ 
  
Ağcabədi rayonunda anadan olub. Orta təhsilini  Şu-
şada alıb. Asəf Zeynallı adına orta ixtisas musiqi məktə-
bini bitirib. Ədəbiyyata, xüsusən də poeziyaya böyük 
marağı var. Yazılarında vətənpərvərlik motivi daha qa-
barıqdır. “Paklıq”, “Real-Press” qəzetlərində şeirləri və 
milli qəhrəman Mübariz İbrahimova həsr olunmuş poe-
ması çap olunmuşdur.  
 
 
AZƏRBAYCAN  
DEYƏNDƏ 
 
Əsir sərin küləklər, 
Ətirlənir çiçəklər, 
Nəğmə qoşur ürəklər 
Azərbaycan deyəndə. 
 
Sülhün səsi ucalır, 
Dünyaya səda salır, 
Millətim ilham alır. 
Azərbaycan deyəndə. 
 
Tanrıdan güc alırıq, 
El yükün daşıyırıq, 
Mehriban yaşayırıq 
Azərbaycan deyəndə. 
 


 
 
46
Buruqlar haray salır, 
Aləm nura boyanır, 
Xəzərim dalğalanır 
Azərbaycan deyəndə. 
 
Fərəhim aşıb-daşır, 
Arzularım saflaşır, 
Ömür də cavanlaşır 
Azərbaycan deyəndə. 
 
Üçrəngli bayrağımız, 
Gözəldir dövranımız, 
Fəxr edirik hamımız 
Azərbaycan deyəndə. 
 
BİR ŞƏHİD SƏDASI 
 
Düşmən od yağdırdı gecə üstümə, 
Bir giliz son qoydu bahar fəslimə. 
Anacan, çatmadın son nəfəsimə, 
Bu oldu ay ana, fələyin qəsdi, 
Ağlama, ağlama, ağlama, bəsdi. 
Ağlamaq, ay ana, daha əbəsdi. 
 
Bir övlad qoymuşam sənə yadigar, 
Bir ömür yoldaşı, bir sevgili yar. 
Mənim nişanəmi yaşat bəxtiyar, 
Ömrümə bir acı ruzigar əsdi, 
Ağlama, ağlama, ağlama, bəsdi. 
Ağlamaq, ay ana, daha əbəsdi. 
 


 
 
47
Ruhum narahatdır uca göylərdə, 
Yurdumuz qalıbdır yadellilərdə. 
Qələbə eşqi var mərd ürəklərdə, 
Çəkilən əzablar bizlərə dərsdi. 
Ağlama, ağlama, ağlama, bəsdi. 
Ağlamaq, ay ana, daha əbəsdi. 
 
Didərgin ellərin naləsi yetər, 
Yurd həsrəti çəkmək hər dərddən betər.  
El birləşə bilsə, bu nisgil bitər
Bu, bizə Tanrıdan gələn bir səsdi. 
Ağlama, ağlama, ağlama, bəsdi. 
Ağlamaq, ay ana, daha əbəsdi. 
 
DƏNİZ - MƏNİM HƏYATIM 
 
Qəlbim sıxılırdı, sahilə gəldim, 
Gəldim ki, dənizlə danışım bir az. 
Ötən günlərimi xatırlayaraq 
Küskün taleyimlə barışım bir az. 
 
Dənizə baxdıqca büllur bir şəfəq 
Ömür yollarıma bir işıq saçdı. 
Göstərib könlümə zərif bir ülfət, 
Sənət ilhamıma bir cığır açdı. 
 
Ləpələr çırpıldı üzümə mənim, 
Yudu keçmişimin ağır yükünü. 
Dalğalar açaraq hər səhifəni, 
Saxladı ömrümün ən xoş gününü. 
 


 
 
48
Elə bil yenidən gəncləşdi qəlbim, 
Yeni arzularla coşdu indicə. 
Həyatın mənasın duyduqca təbim, 
Yepyeni nəğmələr qoşdu beləcə. 
 
Sənə minnətdaram, ey əziz Tanrım, 
Çünki inamımı mən səndən aldım. 
Dənizi eylədin mənim həyatım, 
Odur ilhamımı dənizdən aldım. 
 
HAQQINI HALAL ET, ANA 
 
Aylarla, illərlə yuxusuz qaldın, 
Gecələr sübhədək laylamı çaldın. 
Ağrıyan canımın qadasın aldın, 
Haqqını halal et, halal et, ana. 
 
Tutub ətəyindən yıxıla-dura, 
Böyüdüm, çatdım mən çox arzulara. 
Sənə ölənəcən edəcəm dua, 
Haqqını halal et, halal et, ana. 
 
Dünyanı versələr, yerini verməz, 
Tarix yaddaşından səni heç silməz, 
Hər övlad ananın haqqını verməz, 
Haqını halal et, halal et, ana. 
 
Öpərəm doyunca qara gözündən, 
Doymaram mən şirin, acı sözündən. 
Baxıb nurlanıram nurlu üzündən, 
Haqqını halal et, halal et, ana. 
 


 
 
49
Analar müqəddəs, analar əziz, 
Analar dərd çəkir bizdən xəbərsiz. 
Analar qoyubdur ömrümüzdə iz, 
Haqqını halal et, halal et, ana. 
 
DANIŞ 
 
Ey vətən qeyrətli, müqəddəs şair
Yurdun keşməkeşli kökündən danış. 
İgid oğulların vətən eşqiylə 
Şərəflə döyünən köksündən danış. 
 
Öyrən sən tarixin qədim sirlərin, 
Dərinlikdə yatan qərinələrin, 
Əsrlərcə qalan xəzinələrin  
Daş kitablardakı əksindən danış. 
 
Bəhs elə xəlqinin böyüklüyündən, 
Müdrik kəlamların güclülüyündən. 
Nizami, Füzuli müdrikliyindən, 
Natəvan sözünün nəqşindən danış. 
 
Var Seyyid Əzimim, vardır Məhsətim, 
Vidadi, Vaqif tək fikir vəhdətim. 
Xətai qüdrətli söz səltənətim, 
İgid sərkərdələr nəslindən danış. 
 
Dövrümüz başqa cür olardı bizim, 
Qəlbi durmasaydı Səmədimizin. 
Susmasaydı dili Müşfiqimizin, 
Onların yadigar irsindən danış. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə