Microsoft Word Mashtaqa ziyali qadınlar meclisi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/20
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8462
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

 
 
50
 
Anası Nigardır, atası Rəsul, 
İşində dayanıb daima məsul
Anardır paylayan xalqına gur nur, 
O dərin baxışlı gözündən danış. 
 
Zamandan soraqdır bizim Bəxtiyar, 
Şəffaf bir bulaqdır bizim Bəxtiyar, 
Xalqına dayaqdır bizim Bəxtiyar, 
Bəxtiyar aşiqin sözündən danış. 
 
Ziyalı zəhməti getməz heç bada, 
Yaşar öz ömrünü layiq bu ada. 
Vətən sevgisiylə çatar murada, 
Qəlblərdə yaşayan izindən danış. 
 
Üzeyir ilhamlı sənətimizin, 
Arifin, Qaranın, Fikrətimizin, 
Muğamla köklənmiş musiqimizin 
Dünyaya yayılan səsindən danış. 
 
Ziyayiyəm, heç vaxt şöhrət gəzmərəm
Vətəndən əlimi qəti üzmərəm. 
El dərdin çəkməkdən bir an bezmərəm, 
Vətəndaş şairin özündən danış. 
 
 


 
 
51
 
 
MƏTANƏT 
 
Quliyeva Mətanət Ələkbər qızı 1973-cü ildə Maştağa 
qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 128 saylı 
məktəbdə orta təhsil almışdır. Maştağadakı İmam Cəfəri 
Sadiq adına mədrəsədə 4 illik dini təhsil aldıqdan sonra 
Əhmədlidəki 2 illik ilahiyyat kurslarını bitirmişdir. 
1999-cu ildən qəsəbədəki “Təbəssüm” uşaq sanatoriya-
sında kiçik tibb işçisi vəzifəsində çalışır.  
Əsasən dini mövzuda yazır. Şeirləri “Paklıq” qəzetin-
də çap olunub. 
 
ƏBƏLFƏZ 
 
Müşkülə düşsə hər kim, 
Səslər əlbət, “Əbəlfəz”. 
İki dərya arası 
Suya həsrət Əbəlfəz. 
 
Ey yadigari-Heydər
Ey məzhəri-şücaət. 
Ey mədəni-məlahət, 
Fəryadə gəl, Əbəlfəz. 
 
Dərgahıva dəxilik, 
Eylə bizə inayət. 
Ver şiəyə şəfaət, 
Rizvanə yaz, Əbəlfəz. 
 


 
 
52
Can əldə xürdü kübar 
 Nitqi qurumuş, ağlar. 
Dərgahda su tapılmaz, 
Qan-yaş tökər Əbəlfəz. 
  
Hərdən deyər səs gəldi, 
Birdən dedi “balam vay”. 
İki uzun qolları  
Qələm olan Əbəlfəz.  
  
TƏBİƏT 
 
Allah xəlq edibdir güldən xəmirimi, 
Şeirimdə duyarsan yazın ətrini, 
Təkcə zəmanədir qıran xətrimi, 
Göy çəməndə güldən ötrü darıxdım. 
 
Ürəyimdə dağlar boyda dağım var, 
Hər arzumda lalələrdən bağım var, 
O tərəfdə Qarabağ tək dağım var, 
Dağdan axan seldən ötrü darıxdım. 
 
Eldən ötrü dən düşübdür tellərə, 
Göz yaşımla mən qovuşum sellərə, 
Toy-büsatlar diləyərəm ellərə
Qürbət olan eldən ötrü darıxdım. 
 
Bu dövran gözəldir, yaşamaq gərək,  
Arzusuz yaşasa, dayanar ürək. 
Kökləsin sazını Ədalət görək, 
Sədəf sazda teldən ötrü darıxdım. 


 
 
53
 
ANA 
 
Uca bir varlıq tək durub önümdə, 
Nurani camalı anamın mənim. 
Dağ təki ucaymış, özüm-özümə  
Deyirəm, amalı anamın mənim. 
 
Yadımdadır, necə süfrə açardı, 
Gözləri gülsəydi, kədər qaçardı. 
Min dadlı xörəyin ətri yaşardı 
Yavan çörəyində anamın mənim. 
 
Şirin laylasında, üzgün səsində, 
Min bir məna yaşar zümzüməsində
Yuxusuz qaldığı hər gecəsində 
Necə imiş əhvalı anamın mənim. 
 
Qoymuşam üzümü məzar daşına, 
Gücüm çatır ancaq gözüm yaşına, 
Gör, nələr götürüb fələk başına 
Qəbrinə qurbanam anamın mənim. 
 
ZƏHRA QIZIMA 
 
Sən şalımsan, ipəyimsən, 
Şirin arzum, diləyimsən. 
Mənim vuran ürəyimsən, 
Zəhra qızım, xanım qızım, 
Bapbalaca, körpə quzum. 
 


 
 
54
Bir balamsan ala gözlü, 
Şən gülüşlüm, gülər üzlüm. 
Qıvrım tellim, ay bənizlim, 
Zəhra qızım, xanım qızım, 
Bapbalaca, körpə quzum. 
 
 
 
 
 
 
 
 
 


 
 
55
 
 
GÜLNARƏ ŞAMİ 
 
Бакыда  доьулуб.  Иранда  дини  тящсил  алыб.  Ясасян 
дини мювзуда вя ушаглар цчцн кичик шеирляр йазыр. 
 
 
TƏNHA SÖYÜD 
 
Tənha söyüd, niyə belə qəmlisən? 
Pıçılda ki, sözsüz ahəng gözəldir! 
Sən ərsəyə nəzərləmi gəlmisən? 
Yeri göyə qatan həm göz, həm əldir. 
 
Hardan gəldi, tellərini daradı 
Baharın o kövrək nəsim yelləri? 
Xəyallarım tənhalığı aradı, 
Titrədi bir anda könül telləri. 
 
Xışım-xışım xışıldadın rüzgarla, 
Cilvələrin məni alıb apardı. 
Anladım ki, sən gözəlsən o yarla, 
Tənhalığım məni səndən qopardı. 
 
 


 
 
56
 
 
UTARİDA ƏSƏD 
 
Utarida Əsəd qızı Rəhimova 1947-ci il Maştağa qəsə-
bəsində həkim ailəsində anadan olmuşdur. 1965-ci ildə 
128 saylı orta məktəbi, 1972-ci ildə APİ-nin (ADPU) 
dil-ədəbiyyat fakültəsini bitirmişdir. 1969-95-ci illərdə 
187 saylı məktəbdə müəllim işləmiş, 1995-ci ildən hal-
hazıra kimi 255 saylı məktəbdə çalışır.  
Tələbəlik illərində ilk şeirləri “Gənc müəllim” qəze-
tində dərc edilmiş, sonralar “Vışka”, “Azərbaycan müəl-
limi”, “Azad Azərbaycan” və s. qəzetlərdə müntəzəm 
çap olunmağa başlamışdır. 2010-cu ildə “Xəyallar 
dənizi” adlı şeirlər kitabı nəşr edilmişdir. 
 
İNSAN GƏLİR DÜNYAYA 
 
Allah-Təala insanı dünyaya gətirəndə sevinci də, 
kədəri də  bərabər bölüb onun taleyinə yazır. Doğulan 
insan hələ bilmir ki, onu nələr gözləyir.  Əgər bilsəydi, 
elə ondaca ürəyi partlayıb ölərdi. Dünyaya qədəm qoyan 
insan özünü dərk etməyə başlayanda xəbis, dargöz, 
paxıl, riyakar insanlarla qarşılaşır. Artıq onun həyatında 
sevincli günlər də azalmağa başlayır. Fikir, qəm onu 
izləməyə başlayır. Bir addım irəli getməyə, xoşbəxt 
olmağa çalışanda, xəbis, paxıl insanların  əməllərilə 
uçuruma yuvarlanır. Onda məyus olur, qolu-qanadı 
sınmış quşa bənzəyir, nə edəcəyini bilmir. Ələlxüsus tək 
olan, heç kəsə ümidi gəlməyən insanlar belə  vəziyyətə 
düşür. Həystı bədbəxtlik üzərində qurulan insan ruhdan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə