19
Təşkilatın fəaliyyəti həyat tsiklinin ayrı-ayrı mərhələlərində dəyişkənliyə
uğrayır. Burada fiziki aşınma ilə yanaşı mənəvi aşınma da özünü göstərir. Əgər
firma həyat tsiklinin ayrı-ayrı mərhələlərinin tələblərinə reaksiya vermirsə, bu
zaman ressesiya prosesi başlayır və o, iflasa yaxınlaşır. Qeyd olunmalıdır ki, dünya
biznesində iflas nadir hadisə deyildir. O, heç də sahibkar fəaliyyətinin
dayandırılması və təşkilatın ləğvi ilə sonuclanmır. Sahibkarın müəssisəni qorumaq
şansı və cəhdləri onu müşayiət edir. flasın sərt alternativlərindən biri də biznesin
yenidən təşkili ilə bağlıdır. Bu zaman böhranlı vəziyyətdən çıxış üçün müvafiq
plan hazırlanıb gerçəkləşdirilir. Qeyd olunduğu kimi, iflas və ləğv olunma
sahibkarlıq karyerasının sonu deyildir. Məlum məsəldə olduğu kimi, «iş görməyən
səhv də etmir». Belə situasiyalarda başlıca hərəkət vəziyyəti dərk etmək və çıxış
üçün tədbirlər görməkdir.
Biznes fəaliyyətin tsikllər mərhələsinin nəzəri aspektlərinə diqqət yetirdik də
görürük ki, bu proses prinsipcə mütləq xarakter daşıyır. Ona görə də biznes
fəaliyyətində tiskllərin mövcudluğu qəbul olunmalı və onun strategiyasında artım
və tənəzzül meylinin labüdlüyü diqqətdən yayınmamalıdır. Biznesmen hər bir
mərhələdə özünün təmsil etdiyi firmasının missiyasını dəqiq dərk etməli, hər bir
situasiyadan mümkün effektli qərar çıxarmalıdır.
Biznes və ya işgüzar münasibətlər bütün biznesmenləri və onların fəaliyyətini
ümumi məxrəcə gətirən vahid bir sistem yaradır. Biznes sistemi işgüzar
münasibətlərin subyekti, biznes infrastrukturu, idarəetmə sistemi (menecment),
konturagentlərin öyrənilməsi (marketinq), fəaliyyətin qiymətləndirilməsi (pullar)
və inkişafın daxili şəxsi impulslarına malikliyini (rəqabət) əhatə edir.
şgüzar münasibətləri ümumi məxrəcə gətirən təşkilati hüquqi formalar
məcmu kimi biznes infrastrukturu çıxış edir. Biznes infrastrukturu kredit, gömrük
sistemi, kommersiya bankları, fond, valyuta, əmtəə, xammal, əmək birjalarında
vasitəçilik təşkilatlandırılması, qeyri-birja vasitəçiliyi, hərraclar, vergi sistemi,
sığorta, reklam, auditor və konsaltinq kompaniyaları, informasiya agentlikləri,
kütləvi informasiya vasitələri, ticarət palataları, fondlar və digər müvafiq
təsisatlarla əhatə olunur. Biznes məkanında normal inkişaf üçün müvafiq
20
infrastrukturun olması zəruridir. Belə müasir infrastruktur işgüzar münasibətlərin
ayrılmaz komponentlərini təşkil edir. Onun müvafiq elementlərinin varlığı insanlar
arasında münasibətlərin sivil formaya düşməsini qaynaqlandırır. Buna görə də
biznes infrastrukturunu işgüzar münasibətləri ümumi məxrəcə gətirən təşkilati-
hüquqi formaların məcmu kimi qiymətləndirmək olar. Müasir bazar
iqtisadiyyatında belə formalar aşağıdakıları əhatə edir:
– kredit sistemi və kommersiya bankları;
– fond, valyuta, əmtəə və xammal birjalarında vasitəçilik təşkilatlandırılma-
sının yaradılması;
– qeyri-birja vasitəçiliyi, yarmarkalar, hərraclar və digər müvafıq təşkilati
formalar;
– vergi sistemi, vergi müfəttişliyi və gömrük sistemi;
– əmək birjaları, sığorta, konsaltinq, auditor kompaniyaları;
– informasiya texnologiyaları və işgüzar kommunikasiya vasitələri;
– reklam və informasiya agentlikləri, kütləvi informasiya vasitələri;
– ticarət palataları, digər işgüzar insanları birləşdirən təşkilatlar;
– muzdla işləyən həmkarlar təşkilatları;
– sərgi kommersiya kompleksləri;
– kadrların hazırlıq sistemləri;
– işgüzar aktivliyi stimullaşdıran ictimai və dövlət fondları.
Biznesdə daim artmaqda davam edən işgüzar reputasiyanın əldə edilməsi
olduqca vacib məsələdir. stehsalçının işgüzar reputasiya mexanizmini yaratması
repyutinq adlanır. Repyutinq stil, imic, işgüzar reputasiya və qudvil (reputasiyanın
qiyməti
) kimi komponentləri əks etdirir. Məqsədi müştərini anlamaq, onun arzu və
tələblərini öyrənmək məramları təşkil edən repyutinqə, həm də «menecment-
marketinq-repyutinq» formalı bazar mexanizminin zəncirini yaradan tərkib hissə
kimi də təyin vermək olar.
şgüzar reputasiyanın yaranmasında «Pablik rileyşnz»in (Public realations)
də əhəmiyyəti böyükdür. «Pablik rileyşnz» təşkilatın iqtisadi müvəffəqliyinin
təminat vasitəsi kimi çıxış edir. Sosial və psixoloji menecmetin məxsusi forması
21
olan «pablik rileyşnz» ingilis dilindən tərcümədə «ictimai əlaqələr», «ictimai
münasibətlər», «kütlə üçün hekayət» kimi mənaları ifadələndirir. Çoxtərəfli və
çoxölçülü olan «pablik rileyşnz»in məqsədlərini sadə kiçik formatda vermək
mümkün deyildir. Lakonik şərhdə «pablik rileyşnz» ictimai rəy və ictimai
münasibətlər, hökumət və beynəlxalq əlaqələr, maliyyə və istehlakçılarla
münasibətlər, tədqiqat və statistika, kütləvi informasiya vasitələri kimi mühüm
istiqamətləri ehtiva edir. «Pablik rileyşnz»in yaranışı və inkişafı cəmiyyət
qanunları, ictimai ənənə və tələblərlə şərtlənmişdir. ABŞ-da geniş intişar tapan
demokratik prinsiplər və vətəndaş cəmiyyətinin yetkinliyi «pablik rileyşnz»in
yaranış zərurətini diqtə etmişdir.
Biznes işində vacib strateji xətt kimi tərəfdaşlıq əhəmiyyət daşıyır.
Tərəfdaşlıq istehsal sferasında əmtəə mübadiləsində, ticarətdə, maliyyə
münasibətlərində əksini tapır. Fövqəladə bir məsələ olaraq tərəfdaşlıq seçiminin
köməyi ilə biznesdə uğur əldə edilir.
Biznes fəaliyyətinin mahiyyətini araşdırarkən onun hər bir mərhələdə amansız
risk aşırımlarından keçdiyini yəqin edirsən. Əslində biznes işi riskləri qət etmə ilə
uğura yetişir. Buna görə də biznes prosesində riskin idarəedilməsi, onunla davranış
bacarığı vacib sayılır.
Bazar iqtisadiyyatının müxtəlif inkişaf səviyyəsində dövlət biznes fəaliyyəti-
nin inkişafına fiskal, maliyyə-kredit siyasəti ilə üç istiqamətdə yardımçı olur:
1. Rəqabəti dəstəkləməklə səmərəliliyin artırılması;
2. Vergi sistemi və bölgü prinsipi ilə ədalətin təminatı;
3. nflyasiyanı sabitləşdirmək, işsizliyi mülayimləşdirməklə makroekonomik
sabitlik və iqtisadi artımın təminatı.
Tarixi təcrübə göstərir ki, biznes fəaliyyətinin bazarın son dərəcə azadlığı
olduğu şəraitdə belə dövlət dəstəyinə ehtiyaclıdır. Bu ehtiyaclar təkcə normativ-
huquqi sferanı əhatə etmir. Dövlətin dəstəyi dünya bazarında çıxışda da özünü
göstərir. Ən nəhəng biznes layihələri dövlət dəstəyi olmadan gerşəkləşməsi
çətindir. Dövlətin maraqları olmadığı yerdə biznes fəaliyyəti heç bir səmərə
verməz.
Dostları ilə paylaş: |