Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   2   3   4   5   6   7   8   9   ...   37

 
13
də  reallaşdırılan  məkanın  müvafıq  qanunvericiliyi  əsasında  da  təyinatı  vardır. 
Buradakı  fərq  o,  qədər  kəskin  olmasa  da,  statistik  hesabatlanmalar  prosesində 
normativ-huquqi bazaya istinad əsas götürülür. 
Orta  biznes
  daxili  iqtisadi  konyukturadan  asılı  olaraq  qrupu  daxilində 
rəqabətə istinad edən oxşar prinsiplər əsasında təşəkkül tapır. Adından göründüyü 
kimi bu biznes kateqoriyası müvafiq sferada orta aralıqlığı nişan verir. Belə aralıq 
isə  çox  zaman  sadəcə  olaraq  qızıl  orta  kimi  dəyərləndirilir.  Lakin  bazar 
iqtisadiyyatının bu günkü reallıqları fonunda qızıl ortalıq prinsipini heç də biznesin 
bu  növünə  qətiyyətlə  şamil  etmək  olmaz.  Çünkü  iqtisadi  məkanda  biznesin  kiçik 
qolu daha manevrli hesab olunur. 
Əsasən daxili bazara köklənərək əmtəə və xidmətləri reallaşdıran kiçik biznes 
öz  təsnifat  həlqəsində  istənilən  inkişaf  etmiş  təsərrüfat  sisteminin  ayrılmaz 
hissəsini  təşkil  edir.  Çevikliyi  ilə  fərqlənən  kiçik  biznes  sahibkarlıq  üçün  daha 
əlverişli  imkanlar  açır.  Əgər  böyük  biznes  ümumtəsərrüfat  səmərəliliyinin 
artırılmasına  xidmət  edirsə,  kiçik  biznes  təsərrüfata  elastiklik  və  mobillik 
yaradaraq  tezdəyişən  struktura  texniki  perspektivlər  verir.  O,  çox  asanlıqla  yeni 
şəraitə  adaptasiya  olunur,  müasir  texnologiyaları  mənimsəyir  və  riskdən 
çəkinməyərək yeni istehsal sahələri yaradaraq innovasiya işlənmələrinin fövqündə 
dayanır. 
Şəxsi  təşəbbüslərə  əsaslanaraq  gəlir  məqsədi  güdən  iqtisadi  fəaliyyət  kimi 
biznes  istehsal,  kommersiya  və  maliyyə  tipində  növ  müxtəlifliyinə  görə  müvaflq 
bölgüyə məruz qalır. Hər bir biznes tipinə uyğun olan başlıca funksiyalar, əlamət-
lər və fəaliyyət meyarları xasdır. Tipoloji müxtəlifliyə baxmayaraq biznes növləri 
bu və ya digər funksiyalar çevrəsində həmcinsləri ilə qarşlıqlı əlaqədədirlər. 
Biznesin  növlər  və  əlamətlər  üzrə  bölgüsünü  daha  aydın  təssüratını  vermək 
üçün aşağıdakı sxemə diqqət yetirək:  
 
 
 
 


 
14
Sxem 1. 
B ZNES N NÖVLƏR N N ƏSAS ƏLAMƏTLƏR  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
stehsal  biznesinin  siyasi  və  iqtisadi  stabillik  şəraitində  və  real  bazar 
iqtisadiyyatı  sferasında  xüsusi  mövqeyi  vardır.  Məramını  əmtəə,  pul,  ticarət 
mübadilə  əməliyyatları  təşkil  edən  kommersiya  biznesi  isə  ölkə  iqtisadiyyatının 
inkişafında mühüm təminatçı rolunda çıxış edir.  stehsal biznesindən fərqli olaraq 
kommersiya  biznesində  mühüm  əlamət  olaraq  nəyi  almaq  və  harada  yenidən 
satmaq  əhəmiyyət  daşıyır.  Maliyyə  biznesi  isə  kommersiya  fəaliyyətinin  xüsusi 
növü olaraq mənfəət əldə etmək üçün alqı-satqı obyekti kimi spesifik əmtəələr, pul, 
valyuta, qiymətli kağızlar ticarətini əhatə edir. 
Biznesin fəaliyyətinin növ müxtəlifliyinin sahəvi məkanı daha genişdir. O, adi 
ticarət  əməliyyatlardan  başlamış  ən  yüksək  riskli  fəaliyyətləri,  vençur  biznesi  və 
hətta  hərbi  biznesi  də  özündə  əhatə  edir.  Bununla  belə  biznes  fəaliyyətinin 
strukturu yuxarıda qeyd olunan üş əsas istiqamət üzərində qurulur. 
Biznesin  mənsub  olduğu  xüsusi  subyektləri  vardır  və  o,  ictimai-iqtisadi 
sistemin  tələbləri  əsasında  quruluş  alaraq  insan  cəmiyyətinin  bütün  tarixi 
formalarında  kateqoriya  xarakterlidir.  Biznes  subyekti  istənilən  sövdələşmənin 
Məhsul, 
əmtəə, iş, 
xidmət, 
informasiya 
istehsalı 
Əmtəə və 
xidmətlərin 
alqı-satqısı 
Pul, 
valyuta, 
qiymətli 
kağızlar 
ƏSAS FUNKS YALAR 
FƏAL YYƏT N MÜHÜM MEYDANLARI 
stehsal müəssisə 
və təşkilatları 
Ticarət təşkilatları, 
əmtəə birjaları 
Banklar, fond birjaları, 
sığorta və trast 
B ZNES
 
STEHSAL
 
KOMMERS YA
 
MAL YYƏ
 


 
15
aktiv  tərəfıdir.  O,  sövdələşməyə  hazırlıq  və  reallaşma  prosesində  hüquq  və 
məsuliyyətlərin məcmusunu təşkil edir. 
«Biznes  subyekti»  termini  hər  bir  ölkənin  normativ-hüquqi  sənədlərinə 
müvafıq olaraq müxtəlif cür şərh edilə bilər. Lakin bu şərhin hamı üçün mümkün 
ümumi  olan  cəhətləri  vardır.  Belə  ki,  biznes  subyekti  qismində  fiziki  və  hüquqi 
şəxslər, bələdiyyələr və sair bu kimi təsisatlar çıxış edə, işgüzar maraqları rəhbər 
tutaraq müvafiq ərazi qanunvericiliyi şəraitində istənilən kommersiya fəaliyyəti ilə 
məşğul  ola  bilərlər.  Sahibkarlar,  istehlakçılar,  muzdla  işləyənlər  və  dövlət 
strukturları  biznesin  subyektlərini  təşkil  edir  və  aşağıdakı  təsnifatla  xarakterizə 
olunurlar. 
Cədvəl 1. 
B ZNES SUBYEKTLƏR  VƏ ONLARIN  
Ə
SAS XARAKTER K CƏHƏTLƏR  
 
B ZNES N  
SUBYEKTLƏR  
ŞGÜZAR  
MARAQLAR 
B ZNES N 
ƏSASLARI 
Sahibkarlar 
Gəlirlərin əldə edilməsi 
stehsal vasitələri üzərində 
şəxsi mülkiyyət 
Fərdi və kollektiv  
istehlakçılar 
stehlak tələblərinin 
ödənilməsi 
stehlak şeyləri üzərində şəxsi 
mülkiyyət 
Muzdla işləyənlər 
Şəxsi gəlirlər 
şçi qüvvəsi üzərində şəxsi 
mülkiyyət 
Dövlət strukturları və 
bələdiyyələr 
Ümumi dövlət  
proqramlarının və bələdiyyə 
layihələrinin reallaşması 
stehsal vasitələri üzərində 
dövlət və bəbdiyyə mülkiyyəti 
Beynəlxalq və milli ictimai 
təşkilatlar 
Nizamnamə tələblərindən irəli 
gələn öhdəliklər 
Kollektiv və səhmdar 
mülkiyyət 
 
Biznes  fəaliyyətinin  səmərəliliyi  onun  mühit  kompozisiyasının  dəyərləndir-
məsindən  keçir.  Bu  baxımdan  biznes  mühiti  həm  daxili  və  həm  də  xarici  mühit 
əlamətləri üzrə təsnifləşdirilir. 
Biznesin  xarici  mühit  anlayışı  ətraf  mühitin  amil  və  şərtlərində  əhatə 
olunaraq, firmanın fəaliyyətinə təsir göstərir və ondan qarşılıqlı reaksiya tələb edir. 
Biznesin xarici mühiti aşağıdakı hissələrlə səciyyəvidir: 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə