28
sovrulan və hasil edilən qazın həcmi neftin bütün mövcud hasilatından çox
olmuşdur.
Təbii qazın texniki-iqtisadi keyfıyyət genişliyi aşkarlandıqca onun istehlak
proporsiyası da dəyişkənliklərə uğramışdır. Müəyyən olunmuşdur ki, qaz yanacaq
kimi məişətdə və sənayedə son dərəcə əvəzsiz istehlak xammalıdır. Energetik
gücünü, fıziki və kimyəvi dəyəri, istənilən ünvana yetişmək imkanı ilə yanaşı o,
həm də keyfıyyətli sintetik xammaldır. Ondan maye spirt, üzvi həlledici, plastik
kütlə, süni kauçuk, lif, gübrə və hətta partlayıcı maddə belə alınır. Neftlə təbii qaz
arasında aralıq mövqedə dayanan kondensat da dəyərli xammal sayılır. Müxtəlif
yataqlarda 1 ton kondensat 300 kubmetr təbii qazı özündə birləşdirir [38, 51].
Strateji xammal olan karbohidrogen resurslarının istənilən ölkənin iqtisadi
həyatında rolu çoxşaxəlidir. Neft və qaz qiymətli istehsal komponenti olmaqla,
həm də dəyərli maliyyə və iqtisadi təyinatlı resursdur. Bu resurslara istinadən bəşər
cəmiyyəti enerji, nəqliyyat, texniki-texnoloji proseslərin reallaşması ilə özünün
istehlak tələblərini təmin edir. qtisadiyyatın ən strateji önəm daşıyan
sektorlarından biri kimi, neft-qaz kompleksi iqtisadi şəraiti, hərbi-sənaye gücünü
təyin edən qüdrətə malikdir.
Neft dünyada ən nəhəng və geniş yayılmış biznes növüdür. O, məhdud resurslar
silsiləsinə daxil olsa da, özü bir tükənməz kapital kimi çıxış edərək bütün biznes
növlərinin fövqündə dayanır, iqtisadiyyatın investisiya sferasının ən qaynar
obyektlərindən hesab edilir. Müasir zamanda investisiya cəlbediciliyi və biznes
fəaliyyətində neftə bütün göstəricilər çevrəsində rəqib kəsilən alternativ iqtisadi zona
təsəvvür etmək çətindir. Neft üzrə tanınmış ABŞ eksperti, məşhur «Hasilat» kitabının
müəllifı Daniyel Yerqinin fikrincə «Heç bir biznes növündə belə işıqlı və dəqiq risk
düşüncəsi və mükafatlılığı, o cümlədən müvəffəqiyyətə və taleyə güclü təsir edən
məzmun yoxdur. XXI əsrə nəzər yetirdikdə burada mikroprosessorlarla yanaşı, neft
çəlləklərinin də hakim mövqedə dayanmış olduğunu yəqin edərik» [41, 16].
Neft biznesinin predmetini onun yaranması, istehsal üsulu, hasilatı, emalı və
son istehlakına qədər bütün silsiləni əhatə edən axtarış və tədqiqatların məzmunu
29
təşkil edir. Burada hər bir mərhələnin özünəməxsus texnoloji-iqtisadi aspektləri
böyük bir menecment şəbəkəsinin formalaşdırılmasını şərtləndirir.
Neftlə bağlı strategiyanın fövqündə ehtiyatlar amili dayanır. Dinamikliyi ilə
seçilən ehtiyatlar faktoru neft biznesini ərsəyə gətirən əsas şərt sayılır və onun
fundamentallığına təminat verir. Vurğulanmalıdır ki, müasir neft terminologiyasın-
da ehtiyatlar və resurslar kateqoriyası fərqli anlayışlardır. Burada resurslar təsbit
edilmiş vaxt ərzində qiymətləndirilərək yatağın kəşf olunmuş hissəsindən qalıq və
ya hasil edilən karbohidrogenlərin çıxarıla bilən həcmi /kəşf edilmiş resurslar/ və
kəmiyyəti qiymətləndirilərək hələ ki, aşkarlanmamış /kəşf edilməmiş resurslar/
karbohidrogenlərin cəmindən ibarətdir. Ehtiyatlar isə təsbit edilmiş vaxt ərzində
yatağın kəşf olunmuş hissəsində reallaşmış hasilat miqdarını hesaba almayan,
kommersiya baxımından çıxarılması mümkün sayılan karbohidrogenlərin həcmi-
dir. Ehtiyatlar kateqoriyasının təyinatında işləmə planı, hasilat proqnozu, fiskal
şərtlər, hüquqi təminat və bazarla bağlı tələblər kimi onların iqtisadi qiymətlən-
dirilməsi mühüm əhəmiyyət kəsb edir. Burada layihənin kommersiya baxımından
faydalılığı ilə ehtiyatların təsdiq edilmə meyarları da şərtləndirilir. Bütün bunlarla
yanaşı sahəvi biznesdə neftin varlığı ümumən ehtiyatları qismində anlaşılır.
Yataqlar aspektində ehtiyatların miqyas göstəricisi neft biznesində mühüm
sərt hesab edilir. Neft biznesində bu dəyərləndirmənin də xüsusi təsnifat quruluşu
vardır.
Ölkənin aşkarlanmış neft-qaz ehtiyatları daxili ehtiyacdan yüksək olduqda o,
ixracat üçün zəmin yaradaraq əhəmiyyət dairəsini genişləndirir və biznes işinin
fəaliyyət strategiyasını müəyyənləşdirir. Resursların miqyaslı tapıntısı onun şəhər
və region yaratma effektini də təzahür etdirir. Bu reallıq isə neft-qaz kompleksinin
möhtəşəm sosial-iqtisadi instituta çevrilməsi ilə müşayiət olunur. Neft-qaz
kompleksinin yaranışı ətraf zonada sərhədlər cızır, daha miqyaslı konturda isə
aqlomerasiya yaradır. Yer kürəsində bir çox şəhərlər vardır ki, onların yaranışında
və müasir inkişaf vektorunda karbohidrogen resurslarının mövcudluğunun əsaslı
əhəmiyyəti olmuşdur. Bu sırada daha möhtəşəmliyi ilə Bakı şəhəri fərqlənir.
30
Geoloji axtarışlar, ehtiyatların miqyası neft biznesinin digər tələblərini də
şərtləndirir. Xarici investor üçün bu coğrafi, iqlim, demoqrafik faktorlar, siyasi,
inzibati aspektlər, bürokratiya və demokratiya, iqtisadiyyatın ənənəvi strukturu,
istehsalın xarakteri, inhisarlaşma səviyyəsi və bu kimi səciyyəvi şərtlərə əsaslanır.
Bununla belə neft biznesinin təşkilində ehtiyatlar potensialından sonra hasilat
həcmi göstəricisi ikinci sırada dayanır.
Hasilat strategiyası ilk növbədə ehtiyatlar potensialına arxalanaraq onun
miqyası və çıxarılma şərtləri ilə əlaqədardır. Biznes fəaliyyətində hasilatın optimal
həcminin müəyyən edilməsi və onu nəzərdə tutulan proporsiyalarda təminatı çox
mühüm amil kimi qiymətləndirirlir. Bunun üçün investor əvvəlcə çıxarılma
xərclərini hesablayır və onun hasilat həcminə müvafiq strukturda nisbətini
müəyyən edir və biznes-planın tərtibinə başlayır. Ehtiyatların hasilat tempi ilə
uzlaşdırılması neft biznesinin inkişaının növbəti istiqamətlərini müəyyənləşdir-
məyə imkan verir. Burada investor və ya biznesmen hasil edəcəyi məhsulun
xammal və emal olunmuş hazır məhsul kimi satışını müəyyənləşdirməlidir. Sonra
alıcı tələbindən asılı olaraq məhsulun xam, yanımfabrikat və tam hazır çeşidinə
seçim verilir. Əlbəttə, ən asan variant məhsulun xam şəkildə satışıdır. Lakin
tələblər baxımından biznes strategiyasında aralıq kommersiya fəaliyyətinə də yer
ayrıla bilər. Bu isə emal prosesidir. Emal işi özü yeni sənaye obyektinin inşasını və
ya mövcudluğunu tələb edir. Bu prosesin keyfiyyətcə yenidən qurulması alıcı
sifarişinin tələbkarlığı ilə ölçülür. Ümumiyyətlə götürüldükdə isə, dünyada neft
hasil edən ölkələrlə müqayisədə emal sənayesi olan ölkələrin sayı daha çoxdur. Bu
vəziyyət isə emal sahəsində rəqabətin daha miqyaslı olduğuna dəlalət edir [3].
Neft biznesində qazma prosesi də əlahiddə sahəvi kommersiya fəaliyyətini
əhatə edir. Qazma ilə bağlı ayrıca biznes qurumlar fəaliyyət göstərir. Biznes
nəhəngləri əsasən axtarış-kəşfıyyat və başlıca olaraq qazma işini öz strukturları
çərçivəsində reallaşdırırlar. Lakin biznesin bu növü ilə məşğul olan təşkilatlar da
az deyil [9].
Neft biznesinnn növbəti şərtləri sırasında ixracat potensialının kvotalaşdırıl-
ması dəyərləndirilir. Bu işdə marketoloji tədqiqatlar, əlverişli bazar infrastrukturu,
Dostları ilə paylaş: |