Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə88/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   84   85   86   87   88   89   90   91   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
215
Təxmini hesablamalara görə, 1989-cu ildə Azərbaycan Respublika 
Gömrük  İdarəsi tərəfindən Bakıda yerləşən 26 sənaye müəssisəsində 85 
mln. manat; aqrar-sənaye müəssisələrində 50 mln. manat; “Azərittifaq”ın 
yerli təşkilatlarında 35 mln. manat və Gəncə, Sumqayıt, Mingəçevir və digər 
sənaye  şəhərlərinin sənaye müəssisələrində 20 mln. manat həcmində ixrac 
malları gömrük baxışından keçirilmişdi. 1991-1992-ci illərin proqnoz 
rəqəmlərinə görə respublikadan ixrac edilən sənaye mallarının ümumi həcmi 
orta hesabla 550-600 mln. manata çatması gözlənilirdi [83, 2-5]. 
Azərbaycan Respublika Gömrük İdarəsinin tabeçiliyində olan Mahaç-
Qala gömrük postunun 3 nəfər  əməkdaşı Dağıstan MSSR-nin ərazisində 
yerləşən müəssislərdə istehsal olunan 18 mln. manat həcmində ixrac 
mallarının və 1988-1990-cı illərdə Türkiyənin “Koray-Baynur” şirkətinin 
sifarişi ilə daşınan tikinti materialları  və avadanlıqların gömrük rəsmiləş-
dirməsini həyata keçirirdi. 1989-cu ildə Azərbaycan Respublika Gömrük 
İdarəsinin əmək haqqı fondu 218 min manat olmuşdu.  
Respublika Gömrük İdarəsində qaçaqmalçılıqla və gömrük qayda-
larının pozulmasına qarşı mübarizənin gücləndirməsi üçün bir sıra təşkilati 
və inzibati tədbirlər görülürdü. Bu məqsədlə Respublika Gömrük İdarəsinin 
rəis müavini L.Prudkovun rəhbərliyi ilə üç nəfərdən ibarət (M.Troyanov, 
Ə.Əzimov və A.Mikayılov) nəzarət-təftiş qrupu yaradılmışdı. Qrupun əsas 
vəzifəsi Gömrük Məcəlləsi və SSRİ BDGNK-nın normativ sənədlərinin 
tələblərinin pozulduğu hallarda xidməti yoxlamalar aparmaqdan ibarət idi. 
Respublikanın xarici ticarət fəaliyyətinin genişlənməsi ilə  əlaqədar olaraq 
Azərbaycanda yerləşən gömrük müəssisələrinin kadr potensialının artırıl-
masına ehtiyac var idi. Azərbaycan Respublikası Gömrük İdarəsinin rəisi, 1-
ci dərəcəli gömrük xidməti müşaviri N.Məmmədovun 1989-cu il 5 aprel 
tarixli məktubunda  göstərilirdi ki, gömrük əməkdaşlarının sayı 1989-cu ildə 
36 nəfər, 1990-cı ildə isə daha 15 nəfər artırılmalıdır. 1990-cı ildən Binə 
aeroportunda beynəlxalq aviareyslərin sayının artması burada da gömrük 
postunun yaradılmasını zəruri edirdi. 
Gömrük xidmətində yeni kadrların işə  qəbulu  əsasən iki istiqamətdə 
aparılırdı: 1) gömrük nəzarəti sistemində işləmək üçün yeni kadrların seçil-
məsi və 2) ehtiyat kadrların seçilməsi və onlarla müvafiq işlərin aparılması. 
1989-cu ildə gömrük xidmətində qulluğa qəbul edilən 22 nəfərdən 19 nəfəri 
ali təhsilli, 70 faizini 30 yaşına qədər olan gənclər təşkil etmişdi. Müsahibə 
yolu ilə yeni işə qəbul edilənlərin əksəriyyətinə ictimai təşkilatlar və hüquq-
mühafizə orqanları tərəfindən təqdim edilənlər, 3 nəfəri isə Əfqanıstandakı 
sovet qoşunları kontingentinin tərkibində  hərbi tərcüməçi kimi xidmət 
edənlər idi. Kadr potensialı  əsasən respublika ali məktəblərinin məzunları 
hesabına artırılırdı. Bundan əlavə, Azərbaycan Dövlət Universiteti, hüquq-
şünaslıq, iqtisadiyyat, mühəndis ixtisasları üzrə mütəxəssis hazırlayan digər 
ali məktəblərlə  əlaqələr yaradılmışdı. Ali məktəblərin 12 nəfər tələbəsi 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
216
xüsusi proqram əsasında həftədə bir dəfə keçirilən məşğələlərdə gömrük-
xanaların praktik fəaliyyəti ilə tanış olurdu. 1990-1995-ci illərdə ADU ilə 
Respublika Gömrüyü İdarəsi arasında yeni açılan “Beynəlxalq müna-
sibətlər” fakültəsində mütəxəssis hazırlanması haqqında müqavilə imzalan-
mışdı [115, 5-35]. 
Azərbaycan Respublika Gömrük İdarəsi rəisinin 1989-cu il 3 aprel 
tarixli 80 saylı  əmri ilə SSRİ-nin dövlət sərhədindən nəqliyyat vasitələri, 
malların və digər əşyaların, habelə vətəndaşların şəxsi əşyaların daşınmasına 
gömrük nəzarətini təmin etmək məqsədilə  Lənkəran, Lerik, Yardımlı, 
Cəlilabad, Neftçala, Puşkin və Salyan rayonlarını Astara gömrükxanasının 
fəaliyyət zonasına daxil edildi [115, 1]. Respublika Gömrüyünün rəisi 
N.Məmmədovun 1989-cu il 6 iyul tarixli 123 saylı əmri ilə idarənin fəaliy-
yət zonasına daxil olan gömrük müəssisələrində, o cümlədən Astara və 
Culfa gömrükxanalarında gömrük baxışı və nəzarətinə sərf edilən iş vaxtının 
ölçülməsinə, zəruri normaların müəyyən edilməsi üçün müvafiq komis-
siyaların yaradılmasına göstəriş verilmişdi. Əmrdə ayrı-ayrı gömrükxanalar 
üzrə müşahidələrin nəticələrini və irəli sürülən təklifləri iki ay müddətində 
təqdim olunması tapşırılırdı [103,14]. 
Gömrük  əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması üçün 
müxtəlif kurslar təşkil olunurdu. Azərbaycan Respublika Gömrüyü rəisinin 
müvafiq  əmrləri ilə  rəis müavini F.Ağamalıyev və  şöbə  rəisi K.Bayramov 
fars dilindən, Culfa gömrükxanasının inspektorları T.Kərimov, F.İbrahimov 
və  Ə.Nəzərov SSRİ Xarici iqtisadi əlaqələr nazirliyinin Ali kurs proqramı 
üzrə türk dilindən (şifahi və yazılı) imtahan vermişdilər. SSRİ BDGNK-nın 
13 sentyabr 1989-cu il tarixli əmri ilə Azərbaycan Respublika Gömrüyünün 
15 nəfər  əməkdaşı türk dili kursuna, o cümlədən Bakı gömrükxanasının 9 
əməkdaşı xarici dil kurslarına cəlb olunmuşdu. 1989-cu ilə nisbətən 1991-ci 
ilin ştat cədvəlində gömrük əməkdaşlarının ümumi sayının 100,5 vahiddən 
123-125 vahidə çatdırılması nəzərdə tutulurdu [98,21; 103,16; 104, 2-5]. 
Azərbaycanın sovet dövrü gömrük tarixində  əlamətdar hadisələrdən 
biri 1989-cu ilin 1-2 iyulunda SSRİ Xarici İqtisadi  Əlaqələr Nazirliyinin 
dəvəti ilə işgüzar görüşə dəvət olunan Türkiyənin Maliyyə və gömrük naziri 
E.Pakdəmirlinin Bakıya işgüzar səfəri ilə bağlıdır. SSRİ Nairlər Sovetinin 
sərəncamı ilə sovet-Türkiyə hökumətlərarası iqtisadi əməkdaşlıq Komis-
siyanın Türkiyə üzrə  sədri E.Pakdəmirli və onu müşayiət edən  şəxslərin 
Bakıda yüksək səviyyədə qarşılanması Azərbaycan SSR Nazirlər Sovetinə 
tapşırılmışdı [103, 177]. 
1990-cı ildə Azərbaycan Respublika Gömrüyü üzrə gömrük yığım-
larının həcmi 2450779 manat təşkil etmişdi. Gömrük gəlirlərinin struk-
turunda  əsas yeri ölkəyə  gətirilən yüklər və  sərnişinlərin  əl yüklərində 
keçirilən əşyalara görə alınan gömrük rüsumları 1088175 manat (44,4 faiz), 
poçt göndərişlərinə görə 78064 manat (3,1 faiz) tutulmuşdu. Mühafizə vaxtı 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə