Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə86/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   82   83   84   85   86   87   88   89   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
210
Sovet dövlət aparatında aparılan yenidənqurma işləri ilə əlaqədar Bakı 
gömrükxanasının bazasında SSRİ Nazirlər Soveti yanında Dövlət Gömrük 
Nəzarəti Baş gömrük idarəsinin 27 yanvar 1989-cu il tarixli 17 saylı əmri ilə 
Azərbaycan Respublika Gömrük İdarəsi təsis edildi (27 yanvar 1989 - 29 
may - 1992-ci il).Onun əsas funksiyası Azərbaycan SSR ərazisində yerləşən 
bütün gömrük müəssisələrinin fəaliyyətində çevikliyi təmin etmək idi. 1989-
cu ildə Azərbaycan Respublikası Gömrük idarəsi aşağıdakı idarəetmə 
quruluşuna malik idi: 1) Rəhbərlik; 2) Kadrlar şöbəsi; 3) Mühasibatlıq; 4) 
Qaçaqmalçılıqla mübarizə şöbəsi; 5) 1, 2 və 3 saylı Əməliyyat şöbələri.  
Həmin dövrdə yerlərdə gömrük müəssisələri  şəbəkəsinin fəaliyyəti 
əvvəllər olduğu kimi ərazi prinsipi ilə deyil, federativ əsasda quruldu. Belə 
ki, bəzi iri gömrükxanaların fəaliyyət zonası müttəfiq respublikaların ərazisi 
ilə üst-üstə düşürdü. Buna görə  də, həmin gömrükxanaların statusu 
dəyişdirildi: Azərbaycan, Gürcüstan, Tacikistan, Özbəkistan, Qazaxıstan, 
Ermənistan, Latviya, Litva, Estoniyada respublika tabeçiliyində gömrük 
idarələri yaradıldı. 
Respublika hökuməti xarici ticarət əlaqələrinin yeni qaydalar əsasında 
qurulması üçün müəyyən tədbirlər görürdü. Məsələn, Azərbaycan SSR 
Nazirlər Soveti “Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi tədbirləri 
haqqında” 1989-cu il 31 mart tarixli 148 nömrəli Qərarı ilə SSRİ Nazirlər 
Sovetinin xarici iqtisadi fəaliyyət iştirakçılarına geniş təsərrüfat səlahiyyəti 
verilməsini nəzərdə tutan 1989-cu il 7 mart tarixli 203 nömrəli Qərarını 
rəsmiləşdirdi. Həmin qərarlara görə, xarici iqtisadi fəaliyyətin dövlət 
tənzimlənməsinin aşağıdakı sistemi müəyyən edilirdi: xarici iqtisadi 
fəaliyyət iştirakçılarının qeydiyyata alınması; dövlət sərhədindən keçirilən 
malların və digər  əmlakın qeydiyyatı; ümumdövlət  əhəmiyyətli bəzi mal-
ların idxal-ixrac qaydalarında dəyişikliklər edilməsi; xarici iqtisadi əlaqə-
lərin çevik nizamlanma tədbirlərinin görülməsi və s.  
1989-cu ildən başlayaraq Respublika Gömrük İdarəsinin fəaliyyət 
zonasına Azərbaycan SSR və Dağıstan MSSR ərazisi daxil edildi. Dövlət 
Plan Komitəsinin məlumatına görə, 1989-cu ildə Respublika ərazisindəki 
110 istehsal müəssisəsi dünyanın 90 ölkəsinə 500 mln. manat həcmində 
məhsul göndərirdi. Onlardan yarıdan çoxu - 60 müəssisə  və  təşkilat Bakı 
şəhərində yerləşirdi. Gömrük fəaliyyətinin səmərəli təşkil edilməsi üçün 
yerləşdikləri  ərazi, istehsal olunan malların eyni növdə olması  və ixraca 
göndərilən malların yüklənməsi vaxtının uyğunluğu nəzərə alınaraq, xarici 
iqtisadi fəaliyyət iştirakçısı olan müəssisə  və  təşkilatlar ayrı-ayrı qruplara 
bölünmüşdü.  İxrac mallarının bütün sutka boyu yükləndiyi Bakı elektrik 
cihazları  və Bakı kondisioner zavodlarına, malların hər gün yükləndiyi 
“Azərelektroterm” və “Şampan şərabları” zavoduna 5 nəfər, 9 qrupa ayrılan 
digər 56 müəssisəyə isə 9 nəfər gömrük müvəkkilinin ayrılması  tələb 
olunurdu.  


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
211
Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 30 iyun tarixli 211 p 
nömrəli sərəncamı ilə ayrı-ayrı nazirliklərin tabeliyində olan müəssisə, birlik 
və  təşkilatlara 1989-1990-cı illərdə xarici şirkətlərlə barter əməliyyatları 
aparmalarına icazə verildi [114, 18-19, 54]. 
1989-cu ilin aprelində Azərbaycan Gömrük İdarəsinə Baş Dövlət 
Gömrük Nəzarəti  İdarəsindən alınan 2 ədəd kompüter Azərbaycan Elmlər 
Akademiyası Kibernetika İnstitutunun mütəxəssisləri tərəfindən quraşdırıl-
mışdı. Bununla da Gömrük İdarəsinin “Avtomatlaşdırılmış idarə sistemləri 
və gömrük məlumatlarının təhlili, nəzarətin texniki vasitələri, kinoloji 
xidmət və qaçaqmalçılıqla mübarizə  işləri”  şöbəsinin  ştat cədvəlinin 3 
vahid, “Planlaşdırma, maliyyə, mühasibat uçotu və nəzarəti” şöbəsinin 4 ştat 
vahidi artırılması  nəzərdə tutulurdu. Xarici iqtisadi fəaliyyətin və xarici 
turizm  əlaqələrinin genişləndirilməsi ilə  əlaqədar bütövlükdə Azərbaycan 
Gömrük  İdarəsinin  şəxsi heyətinin 1 yanvar 1989-cu ilə 57,5 ştat vahidi 
qədər artırılması məqsədəuyğun sayılırdı. 
1989-cu ildə Azərbaycan Respublika Gömrük İdarəsi aşağıdakı 
struktura malik idi: 1) rəhbərlik; 2) “SSRİ-nin dövlət sərhədini keçən şəxs-
lərin əl yükü və baqajlarına gömrük nəzarəti” şöbəsi (9 nəfər əməkdaş); 3) 
“İdxal-ixrac, diplomatik, sərgi yüklərinə və avtomobillərə gömrük nəzarəti” 
şöbəsi (13 nəfər əməkdaş); 4) “Hava və dəniz nəqliyyatında gömrük nəza-
rəti”  şöbəsi (14 nəfər  əməkdaş); 5) “Qaçaqmalçılıqla mübarizə”  şöbəsi (4 
nəfər əməkdaş); 6) “Avtomatlaşdırılmış İdarə sistemləri, gömrük məlumat-
larının təhlili, poçt göndərişlərinə  nəzarət və kadrlarla iş”  şöbəsi (12 nəfər 
əməkdaş); 7) “Mühasibat uçotu və nəzarəti” şöbəsi (4 nəfər əməkdaş) şöbə-
lərindən və “Təsərrüfat-nəqliyyat qrupu” (4 nəfər  əməkdaş). Respublika 
Gömrük  İdarəsinin “İdxal-ixrac, diplomatik, sərgi yüklərinə  və avtomo-
billərə gömrük nəzarəti” şöbəsi aşağıdakı funksiyalarını həyata keçirirdi: 1) 
Bakı  şəhərinin təhsil müəssisələrində alan və ya respublika ərazisində 
işləyən xarici ölkə  vətəndaşlarının  əl yüklərinə  və xarici ölkəyə daimi 
yaşamağa köçən vətəndaşların  əl yüklərinə; sovet vətəndaşlarının, hərbi 
qulluqçularının və onların ailə üzvlərinin  əl yüklərinə gömrük baxışın 
keçirilməsi baxışının həyata keçirilməsi; 2) beynəlxalq sərgi və diplomatik 
korpusun yüklərinin daşınmasına nəzarət; 3) Bakı-Ənzəli-Bakı  xəttində  
üzən iki gəmidə sərnişin daşınmasına və 4) dəmir yolunun beynəlxalq post 
məntəqəsində poçt göndərişlərinə  nəzarət  edilməsi. Sərnişin və yüklərə 
gömrük baxışı  cəmi 25 nəfər gömrük nəzarətçisi tərəfindən Azərbaycan 
dəmir yolunun Biləcəri, Keşlə-konteyner, Keşlə yük həyəti, Bakı sərnişin və 
Bakı  dəniz vağzalında və poçt məntəqəsində  həyata keçirilirdi. “Hava və 
dəniz nəqliyyatında gömrük nəzarəti” şöbəsinin funksiyalarına daxil idi: 1) 
Bakı-Ənzəli-Bakı  xəttində 45 mln. ton xam neftin və 0,5 mln. ton dizel 
yanacağının 2) Xəzər gəmiçiliyinin və digər ölkələrin gəmiçilik xidmət-
lərinin daşıdıqları 1 mln. ton həcmində yüklərə gömrük nəzarətinin və 3) 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə