Microsoft Word Kitab Remzi Asgerov docx



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix31.10.2018
ölçüsü1,53 Mb.
#77115
1   ...   4   5   6   7   8   9   10   11   12

O  dedi,  bu  dedi,  biz  bir  əllə  avtomatın  darağını  boşaldarıq.  Yazıq  oğlan 

çıxılmaz vəziyyətə düşdü, dedi:  

-  Ay  qardaşlar,  mən  elə  demirəm.  Mən  demək  istəyirəm  ki,  bir  əllə 

avtomatdan atəş açasan, ancaq əl-qol titrəməyə. Deyin görüm kim bunu bacarar?   

Hamı bir-birinin üzünə baxdı. Heç kim dillənmək istəmədi.  

Birdən Rəmzi ayağa durdu:  

- Mən tək əllə atəş açaram. Nə əlim titrəyər, nə də qolum. 

Oğlan irəli gəldi. Avtomatı Rəmziyə uzadıb eddi:  

-  buyur  canım!  Uzaqda  deyil  ki,  işi  görə  bilməyək.  Sən  burada,  avtomat  da 

burada. 


Rəmzi dedi:  

-  Mənim  silahıma  nə  olub  ki,  sənin  silahınla  atəş  açım.  Bax,  bu  mənim 

avtomatım, bu onun dolu darağı. Ancaq mənim şərtim var. Əgər iş doğru olsa, yəni 

mən güllələri boşaldanda əlim-qolum titrəməsə, sən onda mənə nə verəcəksən?  

Oğlan bir az susdu. Hamı dilləndi:  

- De görək nə verərsən? 

Oğlan dedi:  

- Mən bir qoyun verərəm.  

Gülüşdülər. 

- Ay yazıq, sənin qoyunun var ki, verəsən?  

Oğlan dedi:  

- Niyə yoxdu, atamın çoxlu qoyun-quzusu var.  

Onda Rəmzi dilləndi:  

- Bir yox, iki qoyun verəssən. 

Oğlan başının işarəsiylə «oldu» dedi.  

Birdən-birə Rəmzinin özündə belə cürət tapmasına hamı məətəl qaldı. 

- Bəlkə heç mərcə gəlməyəsiniz. Çünki bu çətin bir işdir – dedilər.  

Amma dəlidolu Rəmzi sözündən dönmədi.  

-  Kişi  gərək  tüpürdüyünü  yalamasın.  Söz  ağzımızdan  çxıb  gərək  yerinə  də 

yetirək.  

Uzananlar da, ayaq üstə duranlar da düz Rəmzinin yanına gəldilər. 

Rəmzinin ürəyi şiddətlə döyünməyə başladı. Fikirləşdi, birdən əlim, ya qolum 

titrədi? Onda necə olacaq. Ancaq içərisindən bir səs gəldi: «Rəmzi, axı sən dəmir 

kimi möhkəmsən, özün də möhkəm ol, sən bunu bacaracaqsan!»  

Avtomatın  darağı  havaya  boşaldı.  Nə  əl  titrədi,  nə  qol  tərpəndi.  Hamı  bir 

ağızdan:  

-  Əhsən  sənə,  ay  eloğlumuz  –  dedilər.  Qoy  bu  qolların  heç  vaxt  gücdən-

qüvvədən düşməsin – söylədilər.  

Oğlan irəli yeridi. Rəmzini qucaqlayıb dedi:  

-  Mən  təsəvvürümə  hələ  də  gətirə  bilmirəm  ki,  belə  bir  iş  olar.Sən  lap 

nağıllardakı  pəhlivanlara  bənzədin.  Mən  qoyunları  iki  gündən  sonra  şəhərə,  sizin 

evə göndərərəm.  

Rəmzi razılaşmadı. Qoyunlar bura gələcək dedi. Elə də oldu. Mərcdə udulan 

qoyunlar onların bir-neçə günlük yeməyi oldu. Onda Rəmzi özündə rahatlıq duydu. 




Kaş  əlimdə  imkan  olaydı  ki,  bütün  əsgərlərin  yeməyini  özüm  verəydim  –  deyə 

fikirləşdi.  

1992-ci ilin qışı idi. Havada çox sərt şaxta duyulurdu Bu soyuğa, bu şaxtaya 

baxmayaraq yurdumun mərd oğulları düşmən qarşısında çox qeyrətlə dayanırdılar. 

Doğma  vətənini  canından  çox  sevən,  yurduna,  elinə  möhkəm  tellərlə  bağlanan 

Rəmzi hər an belə vətən yolunda ölümə getməyə hazır idi. Təki onun sevdiyi, əziz 

tutduğu müqəddəs yer hesab etdiyi Laçınına heç nə olmasın.  

Şə

falı dağlarda qalalar qurduq, 



Sinəndə güc alıb vüqarla durduq, 

Hanı Soltan bəyim? Dar gündər sorduq, 

Baharım qış gəldi, üşüdü canım, 

Niyə darda qaldı, niyə Laçınım?  

Xəyallar  aləmində  gözləri  yol  çəkirdi.  Bir  az  fikrini  dağıtmaq  üçün  Rəmzi 

çölə çıxdı. Həm vəziyyəti yoxlayım, həm də bir az gəzim deyə fikirləşdi.  

Hər  yan  ağappaq  idi.  Şaxta  yerdəki  qarı  dondurmuşdu.  Ayaq  atdıqca  qar 

yavaş-yavaş  xışıldayır,  elə  bil  ki,  torpağı  daha  da  möhkəmləndirirdi.  Bir  az 

aralanmışdı ki, bir də gördü ki, ondan aralıda bir dovşan var. Dovşan elə bil yolu 

azmışdı. O yana, bu yana çevrikirdi. Elə bildi ki, dovşan tələyə düşüb, qaça bilmir. 

stədi ona yaxınlaşıb tutsun. Ancaq dovşan qaçdı. Nədənsə möhkəm qaça bilmirdi. 

Ya şaxta ayaqlaırın dondurmuşdu, ya da acından bərk qaça bilmirdi. O, çiynindəki 

avtomatı əlinə aldı.  stədi dovşanı vursun. Amma birdən yadına düşdü ki, heç vaxt 

özbaşına güllə atmaq olmaz. Həm postakılar elə bilərlə ki, hücum var, həm də qarşı 

tərəf vəziyyəti  çəntişdirər.  Bəs  nə  etsin? Bu  dovşanı necə  tutum.  Ya  Allah  deyib 

dovşanın dalınca düşdü. Bir az yaxınlaşan kimi dovşan da götürüldü. Bu minval ilə 

nə  qədər  qaçdı,  hara  qaçdı,  özü  də  bilmədi.  Dolayı  yollarla  gedib  düz  sərhəddən 

Ermənistan  tərəfdə  yerləşən  Dığ  kəndinə  çatdı.  Bir  də  nə  görsə  yaxşıdır.  Artıq 

kəndin  kənarındakı bir  evin böyründədir. Bu nə işdir  mən  düşdüm  –  dedi.  Yəqin 

məni  bura  şeytan  gətirib.  ndi  bəs  mən  nə  edim?  Ancaq  gec  idi.  Dovşan  da 

yorulmuşdu. Onu tutub aparmalıyam. Vəssalam, axırım da bu.  

Dovşan qaçıb həyətdəki ot tayasının altına girdi. Rəmzi baxdı. Heç kəs gözə 

dəymirdi. Ancaq evlərin üstündən sobanın tüstüsü çıxırdı. Deməli, heç kim yoxdur. 

Bu  fürsəti  əldən  vermək  olmaz,  həyətə  girdi.  Dovşan  gizləndiyi  yerdən  nəfəsi 

kəsilmiş dovşanı tutdu.  stəyirdi ki, həyətdən çıxsın. Elə bu vaxt inəyinə ot aparan 

erməni  ilə  rastlaşdı.  Erməni  kişisi  əvvəlcə  heç  nə  başa  düşmədi.  Birdən  gözləri 

Rəmzinin  əynindəki  hərbi  formanın  üstündəki  Azərbaycan  bayrağına  sataşdı. 

Rəngi sapsarı saraldı. Qucağındakı ot yerə töküldü. Rəmzi bıçağa əl atdı.  stədi ki, 

onu öldürsün. Amma, yazığı gəldi: «Bu yazıq insanın nə günahı var» dedi. Bizim 

işimiz ancaq torpağımıza göz dikən quldurlarladı Rəmzi dedi:  

-  Qorxma,  mənim    səninlə  heç  bir  işim  yoxdur,  səni  öldürmərəm.  Ancaq  o 

quldurlara söylə ki, onların başını bu dovşanın başı kimi üzəcəyəm.  

Erməni başa düşdü-düşmədi bilmədi.  

Yeyin addımlarla oradan uzaqlaşdı. Posta çatanda artıq hava qaranlıqlaşmağa 

başlayırdı  .Bir  də  gördü  ki,  yoldaşları  təlaş  içərisində  onu  gəzirlər.  Onun  əlində 

dovşanı görəndə işin nə yerdə olduğunu bildilər.  

Yaxın dostu dedi:  



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə