Microsoft Word Kitab Remzi Asgerov docx



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix31.10.2018
ölçüsü1,53 Mb.
#77115
1   2   3   4   5   6   7   8   9   ...   12

Qadın  gecəni  anamın  yanında  keçirir.  Səhər  açılanda  yükünü  yığışdırır  ki, 

köçüb  getsin.  Anamgil  nə  qədər  deyirlərsə  heç  olmasa  bir  həftə  də  qal,  o  razı 

olmur. Sonra o anamı çağırıb deyir:  

- Qızım, bu çamadanın içində hamısı bahalı atres (parça) və puldur.  ndi ki, 

sən bunu oğrunun əlindən saldırıb mənə qaytardın, nə istəyirsən götür! 

Anam deyir:  

- Xala,  mənim heç nədə gözüm  yoxdur. Əgər mənə lazım olsaydı, onsuz da 

çamadanı  gündüzlər  mənim  yanımda  qoyurdun,  mən  heç  maraqlanmadım  ki, 

bunun içindəki nədir? Ona görə də mənə heç bir şey lazım deyil.  

Anamın  təkidlərinə  baxmayaraq  həmin  qadın  anama  bahalı  bir  parça  verir. 

Sonra isə köçüb gedir.  

Bu olmuş əhvalat dildən-dilə, ağızdan-ağıza gəzir. Böyük yazıçı Qulu Xəlilov 

öz əsərlərinin birində bu hadisəni çox yaxşı obrazlarla qələmə alır.  

Deyəsən, mətləbdən bir az uzaqlaşdım.  llər bir-birini əvəz edir, illərin ayları, 

günləri şirin bir xatirəyə çevrilir və qəlbimizdə özünə yer salır. Sonralar insan yaşa 

dolduqca bu şirin xatirələr bəzən acı bir xatirə kimi xatırlanır. Amma, nə qədər acı 

olsa da bu bir həqiqətdir, xatirədir…  

Ə

vvəlcədən  də  qeyd  etdiyim  kimi  Rəmzi  orta  məktəbdə  oxuyanda 



müəllimlərlə bərabər həm də sinif yoldaşları ilə dostluğu və ünsiyyəti möhkəm idi. 

ndii  də  məndə  yadigan  qalan  bir  günləik  var.  Orta  məktəb  illərinin  şirin  və 

unudulmaz  xatirələri  həmin  «Xatirə  dəftərçəsin»ndədir.  Həmin  xatirə  dəftərini 

vərəqləyirəm.  Hər  bir  şagird,  Rəmzinin  sinif  yoldaşları  öz  ürək  sözlərini, 

xatirələrini  Rəmzi  ilə  əlaqədar  olan  hadisə  və  söhbətləri  gözəl  sözlərlə  qələmə 

alıblar.  

Gənclik  insan  ömrünün  ən  çılğın  və  gözəl  bir  dövrüdür.  Gənclikdə  olan 

hadisələr  heç  bir  vaxt  yaddan  çıxmır.  stər  dünyanın  hər  hansı  bir  tərəfində 

olursansa ol, bu xatirələr səninlə yaşayacaq. Səninlə ömür sürəcək.  

Amma o xatirələri yazan gənclər Rəmzinin sinif yoldaşları və dostları haradan 

bilərdilər  ki,  qırmızı  üzlü  «Xatirə  dəftəri»nin  sahibi  Əsgərov  Rəmzi  həyatdan 

nakam gedəcək, onu sevənləri göz yaşına qərq edəcək… 

Tələbəlik illərimiz, 

Biz nə qədər can atsaq da 

Çatmaz ona əllərimiz.  

Çatmaz. Ancaq ruhumuzu, 

Qəlbimizi alıb bizim, 

O illərdə neçə-neçə şirin-şirin 

Xatirəmiz qalıb bizim.  

Sinif  yoldaşlarından  Bayramova  Dürdanə,  Verdiyeva  Əminə,  brahimov 

Tahir, Süleymanov Tahir, Allahverdiyeva Kəmalə və onlarxa dost və yoldaşlarının 

yazdıqları  xatirələri  oxuduqca  elə  bilirsən  ki,  Rəmzi  həqiqətən  də  onların 

qardaşlarıdır, onalra qardaşdan da əzizdir.  

Unudulmaz, ömrü boyu yaddan çıxmaz xatirələr… 

Yaranan öləcək, unutma məni, 

Budur təbiətin əzəl qanunu. 

Sözdə, söhbətlərdə xatırla məni, 



Mənim də tez çatar ömrümün sonu.  

 

…Əkilsin qəlbimdə məhəbbət gülü, 



Gəzincə ürəkdə sevgi bülbülü, 

Sevgisi ürəkdə nakam qalanlar, 

Dərdimi dünyada bilən ağlasın… 

 

Xatirə dəftərində ən sonuncu şer! 



… Siz ey əziz dostum, qohum qardaşım, 

Çoxlu tayım, tuşum, əziz yoldaşım, 

Qurbanı olduğum torpağım, dağım, 

Gedirəm, sağ qalın, ağlayın məni.  

 

Nə biləydin Rəmzi, haradan bilərdin ki, torpağını, daşını sevdiyin vətənindən 



çox uzaqda bir qəriblikdə uyuyacaqsan.  

llər keçdi. Rəmzi orta məktəbə əlvida dedi. Onun qəlbindəki arzular deyəsən 

həqiqətə  çevrilirdi.  Orta  məktəbi  qurtaran  kimi  də  Azərbaycan  Xalq  Təsərrüfatı 

nstitutuna ( ndiki  qtisadiyyat universitetinə) daxil oldu. Sevincinin həddi-hüdudu 

yox idi. Tələbəlik illəri onun üçün əsrarəngiz sehrli bir dünya idi. Yaşının çılğın, 

dəli-dolu bir dövrünü yaşayırdı.  

Təzəcə  bığ  yeri  tərləyən  17  yaşlı  Rəmzi  tez  bir  müddətdə  özünü  burada  da 

sevdirə bildi. Özünə çoxlu dost və yoldaş tapdı. Hətta, institutun çox müəllimləri 

ilə də mehribanlıq edir, sanki neçə illərin tanışı kimi onlara bağlanırdı.  

Gənclik dövrü və tələbəlik illəri ürəyi həmişə xoş arzularla dolu olan, gənclik 

eşqi  ilə  alışıb-yanan  Rəmzini  daha  da  gözəlləşdirirdi.  Uca  boyu,  qara  şəvə  kimi 

sasları, enli qaşları, qara gözləri,gözəl bədən quruluşu çox qızların ağlın başından 

alırdı.  

Rəmzi özünü dünyanın ən xoşbəxti sanırdı.  nstitutda oxuyarkən tətil olanda 

doğma  yurdu,  canından  çox  sevdiyi  Laçına  dönür,  ana  təbiəti  seyr  etməkdən 

doymurdu.  

Bir dəfə qonşuluqda olan bir oğlan Rəmziyə dedi:  

-  Rəmzi,  mən  sənin  yerinə  olsam,  Bakıdan,  elə  gözəl  şəhərdən  heç  rayona 

gəlmərəm. Sən isə ayın o başı, bu başı rayondasan. Nə var burada. Heyf deyil şəhər 

həyatı.  Kaş  mən  sənin  yerinə  olaydım.  Onda  heç  vaxt  Bakını  qoyub  buraya 

gəlməzdim.  

Rəmzi bu sözlərdən çox tutuldu. Ancaq ona kəsərli cavab verdi:  

-  Bilirsən,  vətənim,  elim  mənə  hər  şeydən  əzizdir.  Mən  Bakıda  ali  təhsil 

alıram, onun üçün də orada qalıram. Mən institutu bitirəndən sonra mənə nə qədər 

yüksək  vəzifə  və  pul  versələr  də  yenə  öz  doğma  vətənimə,  ana  yurdum  Laçına 

dönərəm.  Yüz  yeri  gəzsəm  də,  ən  çox  özümü  Laçında  gümrah  və  xoşbəxt  hiss 

edirəm.  Bir  də  mənə  əziz  olan  ata  və  anamın  yanında.  Yəqin  sən  bilmirsən  ki, 

torpaq və yurd nə demədir. Daha mənim sənə ayrı sözüm yoxdur.  

Uca boylu, enli kürəkli Rəmzinin qolları çox qüvvətli idi. Yaşıdları arasında 

onu  güləşdə  yıxan,  ona  qalib  gələn  olmurdu.  Haradan  idi  onda  bu  güc-qüvvə? 

Vətənə  olan  məhəbbətindən,  torpağa  olan  sevgisindən, qəlbindəki  ən  xoş  arzu və 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə