Microsoft Word Kitab Remzi Asgerov docx



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix31.10.2018
ölçüsü1,53 Mb.
#77115
1   ...   4   5   6   7   8   9   10   11   12

Onun belə möhkəm səslə danışdığını eşidən döyüş yoldaşları tez onun yanına 

gəldilər.  

Uzun  qış  gecələrində  yuxusu  ərşə  çəkilmişdi  Rəmzinin.  Bu  qədər 

fikirləşməkdənsə, mütləq bir iş görmək lazımdır. Mütləq onalra, xəbis iblislərə elə 

bir dərs vermək lazımdır ki, özlərinə yığılsınlar. Bu qədər də sakitliyin axırı nə ilə 

qurtarar? Onlar planlı şəkildə işlərini qurur, bizimkilər isə nəyisə gözləyirdilər.  

Yuxarıardan  gələn  xəbərlər  o  qədər  də  ürəkaçan  deyildi.  Bir  amal  uğrunda 

döyüşən döyüşçülər hər gün hər hansı hadisə ilə doğma  yurda olan  məhəbbətdən 

irəli gələn ölüm onları əsla qorxutmurdu. Müqəddəs vətən yolunda çəkdikləri əzab 

və əziyyət də onları yormurdu.  

Belə də olmalı idi… 

Rusiya  və  Ermənistanın  uzun,  qara,  iyrəng  qolları  Azərbaycana  –  Qarabağa 

uzanmışdı.  Bu  uzun  qollar  kəsilməli  idi.  Vətən  oğullarının  isə  bu  iyrəng  qolları 

kəsməyə  nə  iti  qılıncları,  nə  də  köməyi  yox  idi.  Daxildə  hakimiyyət  çəkişmələri 

vəziyyəti  daha  da  çətinləşdirirdi.  Qonşu  dövlətlərin  çoxu  isə  Azərbaycanı 

istəməyib  və  istəməyəcək  də.  Təkcə  müstəqillik  qazanmış  Azərbaycan  özü  sıx 

birləşməli və düşmənə qarşı layiqli cavab verməli idi.  

Belə  çətin  gündə  Əfqanıstan  müharibəsi  veteranı,  vətənimin  qeyrətli  oğlu 

sabalı Əsgərov irəli duraraq, məsuliyyəti öz üzərinə götürdü. Hələ, 1988-ci ildən 

ermənilərin torpaqlarımıza təcavüzü başlayanda ilk olaraq özünümüdafiə batalyonu 

yaranmışdı.  Bu  batalyon  sonralar  polk  oldu.  Həmin  batalyonun  tərkibində  4-cü 

ə

lahiddə  tağımın  komandir  isə  sabalı  Əsgərov  idi.  sabalı  Əsgərovun  göstərdiyi 



igidliklərin və şücaətin sayı hesabı yox idi.  

O, vaxtilə Əfqanıstanda döyüşmüşdü. Ona görə də onun hərbi təcrübəsi döyüş 

vaxtı çox döyüşçülərin köməyinə gəlirdi.  

Laçın  polku  istər  Ermənistan  tərəfdən,  istərsə  də  Dağlıq  Qarabağ 

istiqamətindən rayonu müdafiə edirdi.  

Ə

n  cəsur  və  igid  oğlanları  postlarda  yerləşdirirdilər  ki,  gediş-gəlişə  nəzarət 



daha  möhkəm  olsun.  Polkun  döyüşçüsü  olan  Rəmzi  və  Mübariz  tez-tez  mühüm 

tapşırıqlara göndərilir və həmişə də tapşırıqdan üzüağ qayıdırdılar.  

.Əsgərovun  söylədiklərindən:  Rəmzi  Əsgərovun  vətənimizin  müdafiəsində 

göstərdiyi qəhrəmanlıqlar çox olub. Rəmzi həm qeyrətli, həm də dəlidolu oğlan idi. 

Mənim  heç  yadımdan  çıxmaz.  Xəbər  gəldi  ki,  bizim  31-ci  postu  ermənilər  alıb. 

Vəziyyəti bilib oraya özümlə bərabər Mübarizi və Rəmzini də apardım. Onların və 

döyüş  yoldaşlarımın  təkidinə  baxmayaraq  birbaşa  hücum  etmədik.  Ratsiya 

vasitəsilə erməniəlrin başlarını qatmaq üçün yüksəklikdən onlara top  atəşi açmaq 

lazım gəlirdi. Belə də oldu. Yüksəklikdən atılan top Dığ kəndində düşmənin silah 

anbarına düşərək güclü yanğın və partlayış törətdi. Bir anlığa özünü itirən erməni 

yaraqlıları  döyüşü  saxladılar.  Biz,  bu  andan  istifadə  edərək  səngərlərə  girdik. 

Mübariz  və  Rəmzi  də  burada  qəhrəmanlıqlar  göstərdilər.  Onlar  yaralıları  aparır, 

həm  də  döyüşürdülər.  Artıq  səngəri  bərpa  edib  mövqeyimizi  möhkəmləndirdik. 

Ancaq  bəzi  başıpozuq  rütbəlilərin  xəyanətkarcasına  öz  mövqelərini  tərk  edib, 

Bakıya üz tutmaları nəticəsində gərgin vəziyyət yarandı.  

Rəmzi  həddən  artıq  qeyrətli  və  vətənpərvər  bir  oğlan  idi.  Onun  döyüşlərdə 

necə qəhrəmanlıqlar göstərməyi indi də gözümün qarşısındadır. 31-ci postda gedən 



döyüşlərdə ermənilərin öldürdüyü bizim bir əsgərimizin yerinə Rəmzi bəlkə də üç-

dörd erməni qulduru öldürürdü. Mənə elə gəlir ki, belə qəhrəman oğullar dünyaya 

tək-tək gəlir.  

Rəmzi  dünyalar  qədər  sevdiyi  yurdundan  ötəri  ölümün  düz  gözünün  içinə 

baxırdı. O, döyüşlərdə qartal kimi şığıyıb döyüşürdü. 

Onun bir xasiyyəti də vardır ki, o da onun döyüş bölgəsində tək öz vəzifəsini 

yerinə  yetirməklə  bərabər,  başqa  işlərə  də  can  atması  idi.  Bu  da  onun  vətəncanlı 

olmasından irəli gəlirdi.  

Bir  döyüş  yoladaşı  kimi,  bir  vətənimin  oğlu  kimi  onu  demək  istəyirəm  ki, 

Rəmzinin  qəhrəmanlıqlarını  saymaqla  qurtarmaq  olmaz.  Elə  qəhrəmanlıqlar  ki, 

bunu  tək-tək  oğlanlar  döyüşdə  göstərə  bilərlər.  Mən  Rəmzini  həmişə  igid  və 

cəsarətli bir döyüşçü kimi xatırlayıram. 

Ş

uşanın  işğalından  sonra  artıq  Laçın  təklənir  və  mühasirə  vəziyyətinə 



düşürdü.  Laçınlılardan  ibarət  300  döyüşçü  Laçın  əhalisinin  əsir  düşməməsi  üçün 

ə

llərindən gələni edirdilər.  



Rəmzi  də  onlardan  biri  idi.  Bəlkə  də  Rəmzi  kimi,  Mübariz  kimi 

oğlanlarımızın ümidinə qalsaydı, Laçınımıza heç nə olmazdı.  

Bu  döyüşlərdə,  dinc  əhalinin  çıxarılmasında,  döyüşün  ikinci  mərhələsində 

göstərdiyi  igidliklə  əsla  sabalı  Əsgərovu  qorxutmurdu.  O  da  vətənini,  elini, 

yurdunu dərin bir məhəbbətlə sevən eloğludur. Doğma diyarına ən möhkəm tellərlə 

bağlanan  sabalı  müəllim  deyir:  «Mən,  Əfqanıstan  müharibəsi  döyüşçüsü  kimi, 

həm  də  Qarabağ  müharibəsi  veteranı  kimi  deyirəm  ki,  əgər  Ali    Baş  Komandan 

günü  bu  gün  əmr  etsə  ən  birinci  torpaqlarımızın  işğaldan  azad  edilməsində  mən 

gedərəm. Çünki, hər gün, hər saat, hər dəqiqə o toraqlar məni, bizi çağırır.  

Bir  də  mən  o  ümidlə  yaşayıram  ki,  bir  gün  gələcək,  mütləq  ana  vətənimiz, 

Qarabağımız işğaldan azad olunacaq.» 

Dağların  sərt  qışı  Rəmzini  bir  az  da  sərtləşdirmişdi.  Dağların  başına  baxdı. 

Oradan  çiskin  tökülürdü.  O,  çiskin  dağların  başına  yox,  Rəmzinin  ürəyinə 

tökülürdü.  Bu  ya  müharibədən  idi,  ya  da  hələ  düşmənlərin  ayağı  dəymədiyi 

yurdumun acı taleyindən irəli gəlirdi.  

Qışın  üzücü  uzun  gecələrində  vətənin  xilas  etmək  yollarından  söhbətlər 

uzanar, amma «yuxarılar icazə vermədikləri» üçün bir ciddi iş görə bilmirdilər.  

Çox da uzaq olmayan yerdən kim isə oxuyurdu:  

Çəmənli, çiçəkli güllü bağ idim, 

Dumanlı, çiskinli bir dağ olmuşam.  

Üşüyür yanımdan gəlib keçənim, 

Tutqun bir səhərəm, soyuq bir axşam.  

 

Yerə qırov düşür, saca ağ düşür, 



Gündə bir budaqdan on yarpaq düşür.  

Muğamat  üstə  oxunan  bu  yanıqlı  səsdən  Rəmzinin  iri,  qara  gözləri  doldu. 

Qəhərləndi,  amma,  qüruru  tez  ona  üstün  gəldi.  Olan  hadisələri  unuda  bilmiro, 

vətəninin belə günə düşməsi ona ağır gəlirdi.  

Bir də ki, Bakıda institut yoldaşlarına və dostlarına söz vermişdi ki, vətənimin 

üzü güləndə onda Bakıya qayıdacağam.  




Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə