gözəl bazarlıq edərdi ki, heç kim inanmazdı ki, bu bazarlığı orta məktəbdə oxuyan
bir şagird edib.
Rəmzi həm də əliaçıq və səxavətli idi. Nə alardısa pulunu artıq verərdi.
Deyərdi ki, satan adam yazıqdır. Hətta ağzının tikəsini belə çıxarıb kim istəsə idi
verərdi.
Rəmzinin orta məktəb müəllimləri ilə həddən artıq səmimi münasibətləri
vardı. Gözəl təşkilatçı və qoçaq olduğu üçün müəllimləri ilə ünsiyyəti möhkəm idi.
Məktəbin bütün işlərində fəal iştirak edirdi.
8 mart bayramı gələndə o başqa şagirdlər kimi hərəkət etməzdi. Adətən o
vaxtlar qadın müəllimlərinə dəsmal və duxi hədiyyə edərdilər. Rəmzi hər bir
müəllimə ürəyindən nə keçirdisə onu necə olur-olsun öyrənər, həmin hədiyyəni
mütləq alardı.
Bir dəfə gördük ki, gedib haradansa Əlibaba Məmmədovun valını tapıb
gətirib.
Anam dedi:
- Rəmzi indi maqnitafon ola-ola bu valı neyləyirsən?
Cavab verdi:
- ndi maqnitafonda köhnə mahnılar yoxdur. Müəllimlərdən birinin isə
bilirəm ki, Əlibaba Məmmədovun qabaq oxuduğu mahnılarından xoşu gəlir. Mən
də istəyirəm ki, müəlliməmin az da olsa ürəyini açam. Bununla o müəlliməsinə
olan hörmətini ifadə edirdi.
Evimiz məktəbə yaxın olduğu üçün nə lazım olardısa, Rəmzi tez evə gələrdi
və heç kimə bir söz demədən lazım olanı götürüb məktəbə aparardı.
Biz səkkiz uşaq hamımız 1 №-li məktəbdə oxumuşuq. Anam uşaqları ilə
həmişə fəxr edirdi. Çünki müəllimlər həmişə anama uşaqlarının tərbiyəsindən və
yaxşı oxumaqlarından ağız dolusu danışardılar.
Anam məktəblə həmişə əlaqədə olduğu üçün onu valideyn komitəsinin sədri
seçmişdilər. Hər həftə, bəzən həftədə iki dəfə məktəbə gələn anam bir-bir
müəllimlərlə görüşər, uşaqları barədə maraqlanardı.
Anamın zabitəli bir görkəmi vardı. Öz uşaqlarından əlavə qonşu uşaqları da,
yaxud da uşaqların sinif yoldaşları da anamdan çox çəkinərdilər.
Bir dəfə dərsdən çıxan oğlan uşaqları bir köhnə binanın yanında «aşıq-aşıq»
oynayırlar. Oyuna başları elə qarışır ki, evə getmək yaddan çıxır. Saata tez-tez
baxan anam dərsin qurtardığını bilir və onda başa düşür ki, onlar haradasa
oynayırlar. Anam küçəyə çıxır. Uçuq binaya tərəf gedir. Birdən kimsə qışqırır:
- Ay uşaqlar, tez qaçın. Raisə xala gəlir. Başqa uşaqlar qaçırlar. Bizim
uşaqları isə anam evə gətirib, o ki var tənbeh edir.
Böyüdükcə Rəmzinin dostları da çoxalırdı. Tək sinif yoldaşları ilə yox, həm
də məktəbdə oxuyan başqa uşaqlarla da yaxınlıq edirdi.
Hələ o yaşlarından onda dostluğa sədaqət və etibar görürdük. Dostluqda o
qədər möhkəm idi ki, dostlarının sirrini öz qardaş və bacılarına da deməzdi.
Dostunun yolunda ölümə getsəydi belə of deməzdi.
Bəli günlər aylara, aylar illərə çevrilib bir-birini əvəz edirdi. Böyüyən
Rəmzinin arzuları da böyüyür və yerə-göyə sığmırdı. Özünə çox güvənirdi.
Məktəbdə oxuyan qızlara hörmətlə yanaşırdı. kinci növbə dərsdən sonra qış
aylarında qaranlıq tez düşərdi. Onda Rəmzi razı olmurdu ki, onlar evlərinə tək
getsinlər. Özü aparıb qızları evlərinə qədər ötürərdi. Elə bu hərəkətlərinə görə də
həm də yoldaşlarının valideynləri onu çox istəyirdilər.
Ailədə səkkiz uşaq olduğuna baxmayaraq Rəmzinin yeri başqa idi. Bir az da
ə
rköyünlüyü vardı.
Dörd qardaş və dörd bacının içərisində o öz xasiyyətinə görə də fərqlənirdi.
Heç vaxt yalan danışmağı sevməz, yaltaqlıq nə olduğunu bilməz, sözü üzə
deyərdi.
Qeybət olunduğu yerdə həmişə deyərdi ki, kimin nə sözü varsa üzə desin.
Arxada söz danışmaq kişilikdən deyil. stər qadın olsun, istərsə də kişi. Ölümü
yaltaqlıqdan üstün tutardı. Deyərdi ölərəm, amma qürurumdan enmərəm.
llər bir-birini arxada qoyduqca Rəmzi cəsur və qoçaqlığı ilə seçilirdi.
Laçının bəlkə də bütün kəndlərini gəzmişdi. Dağlara çıxmağı çox xoşlayırdı.
Onun ən çox ünsiyyətdə olduğu atam elə vaxtlar olurdu ki, həftələrlə
kəndlərdə olurdu. Onda Rəmzinin sevincinin həddi-hüdudu olmurdu. Bu isə ən
çox yaz və yay aylarına təsadüf edirdi.
Elə ki, kənddən gəlirdilər. Atam deyərdi:
- Bu oğlan bir yerdə dayanmır. Bilmirəm, öz işimin dalınca gedim, yoxsa
Rəmzinin. Harda uca dağ görürdüsə, mütləq oraya qalxmalıdır. Mən də qorxuram.
Deyirəm yıxılıb dərəyə düşər.
Bu tənələri eşidən Rəmzi cavab verirdi:
- Ata, məni o dağlardan məcburi endirməsən, mən saatlarla, bəlkə də
günlərlə dağların başında qalaram. Özüm də heç yorulmaram. Bilirsiniz, adam
yüksəklikdə olanda hey qanad açıb uçmaq istəyir. Kaş mən də qartal olub
zirvələrdə yaşayaydım. Kaş mən də… mən də..
Daşların üstündə oturar, uzun müddət elə hey baxar-baxar, ancaq doymazdı.
Çünki bura onun vətəni idi. Sevdiyi, canından əziz tutduğu vətəni – Laçını. Bəli,
bu onun vətənə, torpağa bağlılığını göstərirdi.
Şə
nbə və bazar günlərində Laçın şəhərinin aşağı hissəsində axan Həkəri
çayının sahilinə gəzməyə gedərdik. Çaya baxmaqdan heç doymazdıq. Rəmzi
deyərdi:
- Çay elə axır ki, elə bil adamın yuxusu gəlir. Bu qıjıltı heç bir səsə
bənzəmir.
Bəlkə də çayın səsinə, ana laylası, insanın ruhunu oxşayan nəğmə demək
istəyirdi. Amma, belə izah edə bilmirdi. Çünki, ana laylası vətən-vətən ana laylası
demək idi. O, öz yaşına uyğun elə başa düşürdü ki, hər bir insanın vətəni belə olur
və belə də olar…
Uzun qış gecələrində ata nənəmiz Nənəqız nənmin söylədiyi nağıllardan heç
doymazdı Rəmzi. «Ay nənə, birini də danış» deyərdik.
Anam bizə acıqlanardı:
- Gecə keçir, imkan verin nənəniz yatsın. Amma, hamımız bir ağızdan:
- Nənə, birini də söylə.
Rəmzi də nənəmin dizinin dibindən aralanmazdı. Nağıllar dünyasında nə vaxt
yuxuya gedərdi, heç özü də bilməzdi.
Divə, əjdahaya qalib gələn nağıl qəhrəmanlarına sanki oxşamaq istəyirdi.
Atam çox söhbətcil idi. Elə gözəl söhbətlər edərdi ki, bir də görərdin ki, başqa
bir aləmdəsən. Atamın söhbətlərindən doymaq olmazdı.
Hələ cavan yaşlarından Sədinin, Hafizin əsərlərini o qədər oxumuşdu ki,
çoxunu əzbər danışardı. Şərq ədəbiyyatına, dünya ədəbiyyatına yaxşı bələd idi.
Laçının bütün bölgələrinə çox getdiyi üçün oraların tarixi ilə maraqlanar və
böyüklərdən, yaşlılardan eşitdiyi maraqlı hadisələri, rəvayətləri gözəl bir nitqlə
nağıl edərdi.
Atam o qədər bədii kitablar oxumuşdu ki, söz ehtiyatı bitib-tükənməzdi.
Mənim ağlım kəsəndən atamın kitabxanasında demək olar ki, tapılmayan kitab yox
idi. Məni ədəbiyyata yönəldən də atam olmuşdu.
Bir dəfə atam evə qalın üzlü bir kitab gətirdi. Kitabın üstünü tez oxudum.
Gürcü yazıçısı Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» əsəri idi. ş
adamı olduğu üçün, gündüzlər vaxtı olmurdu. Axşamlar isə kitab oxuyardı.
Bəli, kitabı gətirdi. O gecə yatmadı. Axşamdan oxumağa başladı. Biz
yuxudan duranda artıq kitabın sonuncu səhifəsini oxuyurdu. Bir gecəyə bir əsər
oxumaq… Hər insanın işi deyildi.
Atam oxuduğu kitabın qısa məzmununu da olsa belə bizə danışardı.
Deyəsən, mövzudan bir az aralandım. Onu demək istəyirdim ki, atam
Kürdhacıda, Çalbayırda olanda (orada atamın çoxlu dostalrı vardı) Soltan bəy
haqqında çox hadisələr öyrənmişdi. Bəzən gecələr oturub Soltan bəyin
qəhrəmanlıqları haqqında o qədər hadisələr danışardı ki, bir-birindən maraqlı.
Soltan bəyin ermənilərə necə toy tutması, tat dərəsindəki vuruşmalarından tutmuş
tək Zəngəzur qəzasını yox, həm də bütün Qarabağa və Azərbaycanın ayrı-ayrı
bölgələrinə yayılan qəhrəmanlıqları haqqında danışardı.
Bütün bu söhbətlərə maraqla qulaq asardıq. Ən çox da maraq dünyası geniş
olan Rəmzi. Bir dəfə Rəmzi atama dedi:
Dostları ilə paylaş: |