Microsoft Word Kitab Remzi Asgerov docx



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix31.10.2018
ölçüsü1,53 Mb.
#77115
1   ...   4   5   6   7   8   9   10   11   12

- Ay qardaş, biz də elə bildik ki, səni ya öldürüblər, ya da girov aparıblar. Bir 

az da gec gəlsən dalınca sərhəddə qədər gələcəkdik.  

Rəmzi güldü:  

-  Rəmzi  ölər,  amma  düşmənə  təslim  omlaz.  Siz  məni  bir  o  qədər  də  aciz 

bilməyin.  

Sonra isə  əhvalatı olduğu  kimi  onlara  danışdı.  Onu qınayanlar  oldu.  Amma, 

Rəmzi öz sözünü dedi:  

- Bilirsiniz, o artıq ayaq üstə ölmüşdü. Heç onu öldürməyə dəyməzdi. Bir də 

ki,  o  bizə  neyləyib?  Mənim  onunla  heç  bir  işim  yoxdur.  Mənim  işim,  mənim 

yurdumda gözü olan quldurlarladı.  

Amma ermənini diri tutub buraya gətirmədiyinə görə çox peşiman olmuşdu. 

Ondan çox şey öyrənmək olardı. 

Günlər keçirdi. Amma, hər gün xəbərlər gəlirdi. Belə xəbərlər onlar üçün elə-

belə xəbər idi. Ancaq onlar yaxşı bilmirdilər ki, bu «elə belə xəbərlər»in sonu nə 

ilə bitəcəkdi. Arxada quduzların hansı planları var. Onlar bəlkə də strateji cəhətdən 

dağlıq ərazisi olan Laçına qarlı-şaxtalı havada yiyələnmək istəmirdilər. Deyirdilər 

ki,  «qoyun  bir  havalar  açınsın,  bahar  gəlsin,  dağlar  öz  yaşıl  donunu  geysin»  biz 

onda gözəl Laçına sahib olarıq.  

Bizim  igid  oğlanlar  da  əksinə  düşünür,  «qoyun  bir  yaz  gəlsin,  görün  sizin 

başınıza nə gətirərik» fikirləşirdilər.  

O qış elə bil ki, Qarabağın acınacaqlı günlərini qabaqcadan xəbər verirdi. O 

sərt qış öz sərt sifətini quduzlara göstərib sanki demək istəyirdi ki, bu ellərin, bu 

yurdların yiyələri var, bizim şaxtamıza da, soyuğumuza da ancaq hər fəslin qədrini 

bilən ərənlərimiz və kişi qeyrətli qadınlarımız var.  

Amma,  sən  demə  o  qış  başıbəlalı,  faciəli,  ölmlü  bir  Xocalımız  da  var. 

Quduzlar başlarının üstünü alan Xocalımız!  

Artıq  fevralın  sonları  idi.  Mühasirədə  qalan  Xocalının  soyqırımı  haqqında 

düzgün xəbərlər vermirdilər. Məlumatı olanlar isə belə söyləyirdilər ki, bir az insan 

öldürüblər, bir az da girov aparıblar. Düzgün necə olub, hələlik heç kim bilmirdi.  

Xəyallar  aləmində  gözü  yol  çəkən  Rəmzi  Xocalıda  olan  dəhşətləri  sanki  öz 

gözləri ilə görmüşdü. Bir-birindən acı gələn xəbərlər isə onun vətən eşqilə yanan 

qəlbini  daha  da  alovlandırırdı.  Xocalıda  yaşayan  dayısı  oğlunun  ermənilər 

tərəfindən girov götürülməsi, o biri qohumlarının isə işgəncə ilə öldürülməsi onu 

dəhşətə gətirirdi. Bilmirdi ki, nə etsin.  

Bəs biz nə edək? Deməli, azğınlaşmış ermənilər bu faciəni Laçının da başına 

gətirə bilərlər – deyə düşünürdü.  

Beyninə yığılmış yığın-yığın fikirlər içərisində özünə yer tapa bilmirdi Günlər 

necə keçirdisə, onu da hiss etmirdi. «Biz necə oğul ola bilərik ki, bizim vətənimizi 

qorxaq ermənilər zəbt edə bilsinlər» deyə fikirləşirdi.  

Birdən  yadına  uşaqlıqda  olmuş  bir  hadisə  düşdü.  Bilmirəm  onda  Rəmzinin 

neçə yaşı olardı. Amma bu hadisə tez-tez xatırlanır. Evdə sözbətlər əsasında yada 

salınırdı.  Qara  göldən,  yaylaqdan  Laçına  qayıdırdıq.  Yol  üsüt  Gorusun 

kəndlərindən  birindən  keçirdik.  Anam  sürücüyə  söylədi  ki,  mağazanın  yanında 

saxla bir az ərzaq alaq.  

Hamımız maşından düşdük. Qayıdanda sürücü atama dedi:  



- bəs maşının yan güzgüsünü açıblar.  

Atam  dedi  ki,  eybi  yoxdur,  mən  şəhərə  çatanda  təzəsini  alıb  verərəm,  onun 

yerinə bağlayarsan.  

Amma,  anam  qoymadı  Dedi  ki,  əgər  güzgünü  tapmasam  buradan  gedən 

deyiləm.    Axı  yazmışdım.  Anam  erməni  dilini  yaxşı  bildiyi  üçün  mağazanın 

qabağında olanlara üz tutub dedi:  

-  Əgər  güzgünü  bu  saat  bura  gətirməsəniz  sizin  Laçından  keçən  bütün 

maşınlarınızın  təkərlərini  çıxartdıracağam.  Sizə  15  dəqiqə  vaxt  verirəm,  özünüz 

bilin!  

Atamın təkidlərinə baxmayaraq inad edən anam öz sözündən dönmədi.  

- Qeyrətimə sığışdıra bilmərəm ki, bizim maşının güzgüsünü açalar, mən də 

buradan onlardan qorxaraq çıxıb gedəm.  

On  dəqiqə  keçməmiş  bir  qoca  erməni  qadın  beli  əyilə-əyilə  gətirib  güzgünü 

verdi. Anam soruşdu:  

 - Axı bu güzgünü sən açmamışdın ki, sən də gətirib verirsən.  

Qoca dedi:  

-  Bunu  bir  cavan  oğlan  açmışdı.  Amma  qorxusundan  bilmirəm,  hara  qaçdı. 

Bizi bağışlayın. Bir qələtdi eyləyib.  

Hiyləgər  ermənilər  bərk  ayaqda  qoca  bir  qadını  irəli  veridlər.  Bu  hiylənin 

qarşısında onlara nə deyəsən?  

Bəli,  qorxan  və  hiyləgər  ermənilər  indii  necə  oldu  ki,  kimlər  onlara 

himayədarlıq etdi ki, bizim torpaqlarımıza yiyələnmək istəyirlər.  

Özü pərmüjdə, qaşları çatılmış, uşaqlıqda olduğu kimi uzun müddət fikirləşdi-

fikirləşdi,  ancaq  bu  suallara  cavab  tapa  bilmədi.  Elə  bu  vaxt  Mübariz  əlini 

Rəmzinin çiyninə qoydu:  

- Rəmzi, bayaqdan baxıram, elə oturub burada hey fikirləşirsən. «Yüz fikir bir 

borcu ödəməz» deyiblər. Ayağa dur, dostum! Hələ biz ölməmişik ki, sən bu qədər 

qəm-qüssə çəkəsən.  nan, fikrimdə tutmuşam, icazə verdilər, vermədilər bilmirəm. 

Yaz  açlvan  kimi  onların  yurdlarını  tari-mar  edəcəyəm.  Evlərini  başlarına 

uçurdacağam.  Nə  qədər  Xocalıda  qanlar  ediblər,  nə  qədər  qızlarımıza, 

gəlinlərimizə  işgəncələr  veriblər,  on  qat  onların  əvəzini  çıxacağam.  Hələ  yəqin 

onlar  unudublar  ki,  biz  Soltan  bəyin,  Qaçaq  Nəbinin,  qeyrətli  kişilərin 

davamçılarıyıq.  Lazım gələrsə onların cavablarını verəcəyik.  

Rəmzi ayağa durdu. «Cin» ləqəbi qazanmış Mübarizin dediyi sözləri sanki öz 

ürəyindən gələn sözlər kimi qəbul etdi.  

Belə qeyrətli oğulları olan vətən heç darda qalarmı?  

Rəmzi  şaxtalı  qış  gecələrində  buz  bağlamış  qarın  üstündə  gəzər,  sayrışan 

ulduzlara  baxar-baxar,  elə  hey  düşünərdi.  Bu  düşüncələr,  xəyallar  onu  hara 

aparırdı?  Uşaqlıq  çağları  yadına  düşdü,  qayğısız  və  qəmsiz  uşaqlıq  çağları.  Və 

birdən evləri üçün, ana və atası üçün, qardaş və bacıları üçün elə darıxdı ki, sanki 

neçə illərdi görmürdü. Və birdən ona elə gəldi ki, düşmənlər yurdumuzu talan edib, 

evləri  dağıdıblar,  Rəmzinin  dünyalar  qədər  sevdiyi  ata-anasını  öldürüblər.  Onda 

dəhşətə gəldi. Yumruqlarını düyünlədi. «Heç vaxğt! Heç vaxt! Mən nə yurdumun 

talan  edilməsinə,  nə  də  ata  və  anamın,  əzizlərimin  yoxluğuna  dözə  bilmərəm»  - 

dedi.   



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə