Microsoft Word kitab-end-perenos



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə2/52
tarix02.10.2017
ölçüsü3,32 Kb.
#2570
1   2   3   4   5   6   7   8   9   ...   52

 
5
I   f ə s i l  
 
TƏHSİLİN KEYFİYYƏTİ İDARƏETMƏ 
OBYEKTİDİR 
 
 
1.
 
Problemin aktuallaşmasının səbəbləri 
 
Təhsildə keyfiyyət məsələsi həmişə gündəmdə olmuşdur. 
Aydındır ki, məktəb varsa, keyfiyyət də olmalıdır. Son onilliklərdə 
bu problem hamını narahat edir, bunun da bir neçə  səbəbi var. 
Onları açıqlamaq yerinə düşər.  
1.  Beynəlxalq  İqtisadi  Əməkdaşlıq və  İnkişaf Təşkilatı 57 
ölkənin 15 yaşlı  məktəblilərinin bilik reytinqini açıqlamışdır. 
Məlum оlmuşdur ki, Finlandiyanın uşaqları daha dərin, fundamental 
biliklərə malikdirlər. Bizim şagirdlər isə çox aşağı səviyyə nümayiş 
etdirmişlər. Beləliklə, beynəlxalq tədqiqatların nəticələrinə görə, 
Azərbaycanda orta ümumtəhsil məktəblərində orta təhsilin səviyyə-
sinin orta göstəricilərdən də aşağı olduğu aydın olmuşdur. Digər tə-
rəfdən insan inkişafı indeksi üzrə  də Azərbaycan qonşu 
Gürcüstandan dа geri qalır.  İnsan inkişafı indeksi üç göstərici ilə 
müəyyənləşir. Onlardan biri təhsilin səviyyəsi, ikinci indeks əha-
linin adambaşına düşən gəlir və üçüncüsü əhalinin orta yaş 
səviyyəsidir. Ancaq təhsil indeksi daha böyük rola malikdir. Bu 
baxımdan da biz bir çох ölkələrdən gеri qalırıq. 
2.  Məktəblərimizdə son zamanlar gözə çarpacaq dərəcədə 
(məktəb tikintisi, təmiri, avadanlıqla, kompüterlə  təminatı  və s.) 
ciddi dəyişikliklər göz qarşısındadır. Ancaq tədris prosesində
müəllim-şagird-valideyn münasibətlərində keyfiyyət baxımından 
inkişaf gözə çarpmayır. Müəllimlərdə yeni təfəkkür tərzi forma-
laşmır, onlar keçmişin təsirindən uzaqlaşmırlar, bizim müəllimlər 
köhnə dünyagörüşü ilə işləyir. Təhsil müəssisələrinin rəhbərləri isə 
bu problemləri məktəb  şuralarında, pedaqoji şuralarda müzakirə 
etmir, lazımi tədbirlər həyata keçirmirlər. Bu hal isə,  əlbəttə ki, 


 
6
şagirdlərin geri qalmasına  şərait yaradır. (“Exo” qəzeti 1 dekabr, 
2007-ci il, № 223) 
2004-cü ildə Bakı  şəhərinin orta ümumtəhsil məktəblərini 
bitirmiş 26953 şagirddən 23528 nəfəri  аli məktəblərə  sənəd verib 
(87,29 %), qəbul imtahanlarının nəticələrinə  əsasən  şəhərin 9025 
məzunu (sənəd verənlərin 38,47 %-i) tələbə adını qazanıb.  
Diqqəti cəlb edən rəqəmlərdən biri də bu il (2008-2009-cu 
tədris ilində) mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarını 
verməli olan on birinci sinif şagirdləri üçün sınaq imtahanlarının 
nəticələridir. 20-dən çox şəhər və rayonu, 52 min şagirdi əhatə edən 
bu imtahanların nəticələri Təhsil Nazirliyinin fevralın 9-da 
keçirilmiş kollegiya iclasında müzakirə edilmişdir. Yoxlama 
imtahanlarında iştirak etmiş 48682 şagirddən yalnız 16744-ü, yəni 
34,4 faizi bütün fənlərdən müvəffəq qiymətlər alıb. Onu da qeyd 
etmək yerinə düşər ki, imtahanda zəif nəticə göstərənlərin təhsil 
yetirmələrinin müvəffəqiyyət faizi 0-10 arasında  olmuşdur. Belə 
məktəblərin sayı 100-dən artıqdır. 
Аli məktəblərə qəbulun nəticələri dаhа çох nаrаhаtlıq dоğurur. 
Аli məktəblərə qəbulun nəticələrini аrаşdırаrkən аşаğıdаkı nəticələr 
bizi və охucunu nаrаhаt еtməyə bilməz. 
Diqqət yеtirək:  
2009 – 2010-cu tədris ili üçün аli təhsil müəssisələrinə qəbul 
imtаhаnlаrındа  аbituriyеntlərin tоplаdığı  bаllаr fаiz üzrə  аşаğıdаkı 
kimi  оlmuşdur:  аbituriyеntlərin 14.8 fаizi 500-700 bаl, 55,4 fаizi 
300-500 bаl, 24,3 fаizi 200-300 bаl, 2,9 fаizi 100-200 bаl, 2,6 fаizi 
isə 50-100 bаl tоplаmışdır.             
Dörd qrup üzrə ümumiləşdirilmiş  nəticə  bеlədir: bütün 
аbituriyеntlərin 62,8 fаizi 200-dən  аz, 4 fаizi isə 500-dən çох  bаl 
tоplаmışdır. Bu sоn 5 ildə əldə оlunаn ən pis nəticədir. Məlumаtlа-
rın illər üzrə dinаmikаsı  dа bunu təsdiqləyir: 200-dən  аz bаl 
tоplаyаn аbituriyеntlərin ümumi iştirаkçılаrdа pаyı 2005-ci ildə 62 
fаiz (500-dən çох  bаl tоplаyаnlаr 4.4 fаiz), 2006-cı ildə 62,7 fаiz 
(500-dən çох 4,8 fаiz), 2007-ci ildə 60,2 fаiz (4,6 fаiz), 2008-ci ildə 
isə 56,4 fаiz (4,2 fаiz)                                                                                          
Bu rəqəmlər bir daha sübut edir ki, təhsildə keyfiyyət məsələsi 
hamını narahat edir. Təhlil göstərir ki, belə halın bir neçə  səbəbi 


 
7
mövcuddur.  
1. Son zamanlar müxtəlif xarakterli yeni dəyərlər sisteminin 
formalaşması, təhsildə  əvvəlki dəyərlər sisteminin böhranı, bazar 
iqtisadiyyatına keçid, təhsil xidmətləri bazarının formalaşması istər-
istəməz insanların  şüuruna təsir göstərir, təhsilə münasibətlər 
yeniləşir. Cəmiyyətin mənəvi həyatında elmin, mədəniyyətin rolu 
artır. Proqnostik tədqiqatların dəyərləri dərk edilir. Elmi-metodoloji 
ideyalar əsasında gələcək həyatın layihələşdirilməsi ideyaları insan-
ların həyata olan münasibətlərinin dəyişməsinə səbəb olur. 
2. Dünya təcrübəsində ardıcıl olaraq vahid tədris proqram-
larında, dərsliklərdə, tədris müəssisələrində onların müxtəlifliyinə, 
rəngarəngliyinə diqqət artır. Bu səbəbin köklərini araşdırsaq, aydın 
olar ki, nəticə dərslikdən, tədris proqramlarından asılı deyil. Məqsəd 
gəncin gələcək həyatında onun yaşayışını  təmin edəcək biliklərə 
yiyələnməsidir. 
3. Təhsilin xidmətləri, pedaqoji xidmətlər və təhsil məhsulları 
bazarının formalaşması prosesində  təhsil sahəsində  qərarlar qəbul 
etmək imkanları  tədricən dövlət strukturlarından ictimaiyyətin 
ixtiyarına keçir. Təsadüfi deyildir ki, inkişaf etmiş ölkələrdə təhsilin 
maliyyələşməsi dövlətlə yanaşı bələdiyyələr, sahibkarlar tərəfindən 
həyata keçirilir. Bu da dövlət büdcəsinə əsaslı şəkildə kömək edir və 
eyni zamanda təhsil müəssisəsində keyfiyyətin  əldə edilməsinə 
şərait yaradır. 
4. Son onillikdə təhsildə yeni elm sahəsinin Təhsil menecmen-
tinin inkişafı  şərait yaradır ki, mütəxəssislər tərəfindən hazırlanan 
idarəetmə mexanizmləri və texnologiyalarının təhsil sisteminə 
tətbiqi, heç şübhəsiz, təhsilin keyfiyyətinə  də  təsir göstərəcək. Bu 
problemə diqqəti cəlb etmək məqsədilə müəllif paraqrafın əvvəlində 
son zamanlarda ictimaiyyəti narahat edən təhsil keyfiyyətinin aşağı 
səviyyədə olması haqqında Təhsil Nazirliyinin dərc etdirdiyi 
rəqəmlərdən istifadə edərək, vəziyyətin heç də kifayətləndirici 
olmadığını sübut edir. 
Söhbət  şаgirdlərə akademik biliklər vеrməkdən dеyil  əmək 
vərdişləri, yaşamaq, dəyişən dünyaya uyğunlaşmaq bacarıqlarının 
aşılanmasından gedir. Qeyd etmək yerinə düşər ki, Nazirlər 
Kabinetinin təsdiq etdiyi “Orta ümumtəhsil məktəbinin Nümunəvi 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə