42
edirsə, digər tərəfdən təhsilin keyfiyyət problemi ilə məşğul olan
məktəb rəhbərlərinin fəaliyyətini konkretləşdirir, onun özünün də
professionallaşmasına kömək edir.
Planlaşdırma funksiyasının mühüm xüsusiyyətlərindən biri
də təhsilin nəticələrinin qiymətləndirilməsi parametrlərinin
müəyyənləşməsi, məzmun obrazının layihələşməsi, təhsilə yi-
yələnmə səviyyəsinin və hər bir şagirdin inkişaf potensialı
çərçivəsində tərbiyə olunma imkanlarını nəzərə alaraq məqsədin
müəyyənləşməsidir.
Proqnozlaşmadan planlaşdırmanın bir hissəsi kimi danış-
dıqda oxucularımızın bu sahədə nəyi bildiklərini müəyyənləşdirsək,
onda planlaşmada xüsusi bir bölmə də bizi düşündürməlidir, bu da
kadrlara proqnozlaşma metodikasının öyrədilməsidir (buraya
daxildir modelləşdirmə, ekstrapolyasiya- yəni kənar qiymətləndirmə
və ekspert qiymətləndirməsi).
Bütün bunlar və təhsilin keyfiyyətinin idarə olunması bu və
ya digər səviyyədə planlaşdırmada məqsədin müəyyənləşməsinə
təsir göstərir.
Planlaşdırmada həm də məqsədin əldə edilməsinin vasitə və
üsulları da açıqlanmalıdır. Başqa sözlə, üsul və vasitələrin strukturu,
tərkibi, vasitələri, fəaliyyətin ardıcıllığı, imkanları (kadr təminatı,
elmi-metodik, maliyyə, maddi-texniki, normativ-hüquqi və s.) nəzə-
rə alınmalı və tədbirlərin başlanma və qurtarma müddəti
müəyyənləşdirilməlidir.
Təhsildə yüksək keyfiyyət göstəriciləri əldə etmək məq-
sədilə pedaqoji kadrlarla, şagird və valideynlərlə görülməli işlər
planlaşdırılmalıdır ki, onların hamısı mürəkkəb fəaliyyətin subyekt-
lərinə çevrilsinlər.
Planlaşdırma zamanı məktəb rəhbərləri gözlənilən nəticələri
(təhsildə keyfiyyətin yüksəlməsi) əldə etməyə kömək edə biləcək
tədbirləri seçməyi bacarmalıdır.
Bütün bunlar məqsədin yerinə yetirilməsinə aiddir.
Burada məktəbin təhsil keyfiyyətinin əldə edilməsini təmin
edə biləcək bəzi plan formalarını nəzərdən keçirmək yerinə düşər.
Məktəb əgər ilk dəfə müəyyən lokal tədbirlər, eksperimentlər həyata
keçirmək istəyirsə, onların hər birinin həyata keçirilməsi proqramı
43
hazırlanmalıdır. Proqramın strukturunu nəzərdən keçirmək yerinə
düşər:
1.
Eksperimentə qoyulacaq problemin aktuallığı əsaslan-
dırılmalıdır.
2.
Eksperimentin mövzusu (əlbəttə optimal variant)
formalaşdırılmalıdır.
3.
Tədqiqat obyekti müəyyənləşməlidir.
4.
Tədqiqatın predmeti müəyyənləşməlidir.
5.
Eksperimentin məqsədi formalaşmalıdır.
6.
Eksperimentin vəzifələri müəyyənləşməlidir.
7.
Eksperimentin fərziyyəsi formalaşmalıdır.
8.
Tədqiqatın konkret metodikaları seçilməli, hazırlan-
malıdır.
9.
Eksperimentin vaxtı, müddəti və mərhələləri müəy-
yənləşməlidir.
10.
Mənfi nəticələrin ola bilməsini nəzərə alaraq ehtiyat vaxt
nəzərdə tutulmalıdır.
11.
Eksperimentin keçiriləcəyi baza müəyyənləşməlidir.
12.
Eksperimentin gözləniləcək nəticələrinin qiymətlən-
dirmə kriteriyaları hazırlanmalıdır. Bunun üçün аşаğıdа təqdim оlu-
nаn kritеriyаlаrdаn istifаdə еdilə bilər:
a)
nəticələrin kriteriyaları;
b)
sərf edilən vaxtın kriteriyaları (Unutmaq olmaz ki,
eksperimentə sərf ediləcək vaxt faktiki olaraq fiziki, psixi, intel-
lektual qüvvələrin, istifadə ediləcək bütün vаsitə və imkanların qə-
nаətçiliyi deməkdir).
13.
Proqnozlaşdırma:
a)
müsbət nəticələrin gözlənilməsi;
b)
mümkün ola biləcək itkilər, neqativ nəticələr;
c)
itkilər və neqativ nəticələrin əvəz edilməsi.
Bu proqram haqda daha ətraflı məlumat almaq üçün
“Məktəbin inkişafının idarə olunması” kitabından istifadə etmək
olar (M.M.Potaşnik və B.C.Lazarеv, M. 1995, səh.132-151).
Nəzərə almaq lazımdır ki, əgər təhsilin keyfiyyətini artıra
biləcək bir neçə əlaqəli faktor seçilibsə, (onlar sistemli xarakter
daşıyırsa) onda məktəbin inkişaf proqramı hazırlanmalıdır. Belə
44
inkişaf proqramı aşağıdakı bölmələrə malikdir:
1.
Məktəb haqqında analitik məlumat arayışı.
2.
Məktəbin vəziyyəti haqqında problemlərə istiqamət-
lənmiş təhlil.
3.
Tədbirlər nəticəsində yeniləşəcək məktəbin konsepsiyası
(və ya yeni keyfiyyətli təhsil verəcək məktəbin konsepsiyası).
4.
Yeniləşmiş məktəbə keçməyin vəzifələri və srategiyası.
5.
Yeni keyfiyyətli təhsil verəcək məktəbin təşkilinin
birinci mərhələsinin məqsədi.
6.
Həyata keçiriləcək əməliyyatların planı.
Planlaşdırmanın nəticəsində aktual, proqnostik, rasional,
real, bütöv, nəzarətə yatan məktəbin inkişaf proqramı əldə ediləcək.
O da qeyd edilməlidir ki, innovasiyaların tətbiqi nəticəsində
təhsilin keyfiyyətinin yüksəlməsi nəzərdə tutulmursa, məktəbin
daxili imkanlarından istifadə olunması, nəticələrin layihə-
ləşdirilməsi, sadəcə olaraq təsdiq edilmiş, istifadədə olan təhsil stan-
dartları - kurikulumlarda nəzərdə tutulan nəticələrə uyğunluq
nəzərdə tutulubsa, onda məktəbin təhsil proqramı plan-modullar
şəklində hazırlanmalıdır. Moskva şəhərində 1995-ci ildən belə
proqramlar həyata keçirilir. Onlar səkkiz modul hazırlamışlar.
Bunlar aşağıdakılardır:
I modul - məktəblilərin təlim prosesində inkişafı, tərbiyə
olunması məqsədilə pedaqoji kollektivin nəticəli işi, uşaqların
mənəvi və fiziki sağlamlığı haqqında məlumatlar, şagirdlər və
valideynlərin təhsil xidmətlərinə olan tələbatları haqqında
məlumatlar nəzərə alınmalıdır;
II modul - təhsilin məqsəd, vəzifə və prioritet istiqamətləri;
III modul – dövlət təhsil standartlarına, milli və fənn
kurikulumuna uyğun tədris fənlərinin və bilik sahələrinin və təhsilin
məzmununun invariant komponenti müəyyənləşdirilməlidir;
IV modul – tədris fənlərinin və onların həyata keçirilməsini
təmin edəcək təhsil standartları (təhsilin məzmununun invariant
baza komponentləri) müəyyənləşdirilməlidir;
V modul – mütləq nəzarətin proqramlarla əlaqəli əlavə
təhsil proqramlarının yığımı;
VI modul – proqramların variativ hissəsinin tədris-metodik
Dostları ilə paylaş: |