14
inkişaf zonasında proqnozlaşdırılmışdır. Başqa sözlə, məktəbli
tərəfindən mənimsənilmiş təhsil o zaman keyfiyyətli qəbul edilir ki,
onun nəticələri müəyyən edilmiş məqsədə və şagirdin proq-
nozlaşdırılmış inkişaf səviyyəsinə uyğun olsun. Bu, zaman o da
unudulmamalıdır ki, təhsilin nəticələri mütləq özündə nəticənin
necə, hansı yollarla, nələrin bahasına əldə edilməsini cəmləş-
dirməlidir. Yəqin ki, burada söz neqativ halların aradan qaldırıl-
masından gedir. Başqa sözlə, nəyinsə bahasına başa gələn
keyfiyyətdən yox, məhz optimal nəticələrdən bəhs olunmalıdır.
Məktəbdə təhsil prosesi qarşısında duran məqsədlərdən ən
mühümü və mürəkkəbi təhsildə keyfiyyətə nail olmaqdır. Bu
məsələ ən az öyrənilmiş məsələdir. Məktəbdə bu problemi həll
etmək üçün məktəb direktorları təhsil məqsədlərinin müəyyənləş-
məsində obyektiv və subyektiv çətinlikləri görməyi, təhlil etməyi
bacarmalıdırlar. Onların bəzilərini açıqlamaq yerinə düşər:
1. Diqqəti daha çox cəlb edən əsaslandırılmış mühüm təhsil
məqsədlərindən biri keyfiyyətin əldə edilməsi üsuludur. Bu
situasiya məktəb rəhbərlərindən tələb edir ki, rəhbərliyin bu
məsələdə şəxsi mövqeyi müəyyənləşdirilsin, elmdə bəlli olan və
ölkənin qabaqcıl məktəblərinin və xarici təcrübənin nəticələri öy-
rənilsin, təhsil qarşısında duran sosial sifariş və nəhayət, müəllim və
şagirdlərin imkan və tələbatları nəzərə alınsın.
2. Digər bir çətinlik dəqiqliyin əldə edilməsi, diaqnozun
müəyyənləşdirilməsidir. Çox vaxt böyük əhəmiyyəti olmayan
məqsədlər ölçüyə daha asan yatır, nəinki əsas məqsəd, daha doğru-
su, təhsilin keyfiyyəti. Məktəb rəhbərlərinin müəyyənləşdirilmiş
məqsədlərə, məqsədin qoyuluşuna, onun keyfiyyətinin
diaqnozlaşdırılmasına, əldə olunmuş təhsil nəticələrinin qiymətlən-
dirilməsinə və s. münasibəti aydınlaşdırılmalıdır.
3. Təhsil prosesində məqsədin müəyyənləşdirilməsinin
subyekti ilə bağlı daha bir problem diqqəti cəlb edir. Ənənəvi
məktəb təhsili üçün təbii bir hаl adətən müəllimin mərkəzi şəхsiyyət
kimi qəbul edilməsidir. Onun qarşısında dövlət proqramlarının,
standartların, xüsusən Azərbaycan təhsil sistemi üçün yeni olan
milli və fənn kurikulumlarının tələbləri, hansısa daha bir sıra məq-
sədləri (məsələn, şəxsiyyətin hərtərəfli harmonik
15
inkişafı və s.) nəzərə alıb-almaması, onları həyata keçirib-
keçirməməsi də durur. Belə olduqda şagirdlər onlarla müzakirə
edilməməsinə baxmayaraq, bu məqsədləri ya qəbul etməli, kor-ko-
ranə onlara əməl etməlidirlər, ya da istər-istəməz bu müzakirələrdə
passiv şəkildə iştirak etməlidirlər. Ancaq düşünmək lazımdır ki,
belə münasibət təhsilə, onun humanizm dəyərlərinə, təhsil pro-
sesində subyekt-subyekt münasibətləri ideyalarına uyğun gəlirmi?
Bəs şəxsiyyətə istiqamətlənmiş təhsil harada qaldı? Buna görə də
məktəbdə şagirdlərin bütün fəaliyyət növləri üçün hərtərəfli
məqsədlər müəyyənləşdirilməlidir. Bu suallara hər bir müasir mək-
təb rəhbəri cavab axtarmalıdır.
Məktəbdə qarşıya qoyulan hər bir konkret təhsil məqsədinin
müəyyənləşdirilməsi uzun və əzablı bir yol keçir. Onu
asanlaşdırmaq məqsədilə lazım olan istənilən nəticəni əldə etmək
məktəbdaxili idarəetmə subyektlərinin vəzifə borcudur.
Ona görə də təhsil məqsədlərini müəyyənləşdirdikdə
aşağıdakı məsləhətləri nəzərə almaq yerinə düşər:
1. Məqsədin qoyuluşunda problem və tələbatlar təhlil
еdilməli, digər tərəfdən isə imkan və vasitələr nəzərə alınmalıdır;
2. Məqsəd aktual olmalı, əsas problemlərin həllinə
yönəldilməlidir;
3. Məqsəd mürəkkəb olsa da, real, yəni, məktəblinin yaxın
inkişaf məkanında olmalıdır;
4. Məqsədlər konkret olmalıdır ki, onların yerinə yetirilib-
yetirilmədiyini müəyyənləşdirmək mümkün olsun (Əlbəttə, bu
zaman onun yerinə yetirilmə müddəti düzgün müəyyənləş-
dirilməlidir);
5. Məqsəd stimullaşdırıcı, motivləşdirici, maraqlandırıcı
xarakter daşımalıdır;
6. Məqsəd son nəticədə təhsilin vəzifələrinə uyğun ol-
malıdır;
7. Əlaqəli fəaliyyətin məqsədləri onu həyata keçirənlərin
hamısına aydın olmalı, onlar tərəfindən düşüncəli şəkildə qəbul
edilməlidir. Bu, tələb edir ki, müəyyənləşmiş məqsədlər kollektiv
şəkildə hazırlansın və razılaşdırılsın;
8. Xüsusi xarakter daşıyan konkret məqsədlər böyük və
16
uzunmüddətli vəzifələrə tabe edilməlidir;
9. Məqsədlərin kompleks şəkildə formalaşdırılması arzu
olunur, eyni zamanda başlıca prioritet məqsəd və vəzifələr
müəyyənləşdikdə şagirdlərin xüsusiyyətləri nəzərə alınmalıdır;
10. Məqsədlər aydın, açıq olmalı, lazım olduqda onları
korrektə etmək mümkün olmalıdır.
Bu tələblər ümumi xarakter daşıyır. Təhsil prosesinin
məzmun baxımından, planlaşdırmada müəyyən edilmiş məqsədlərin
məzmununa aidliyi yoxdur. Buna baxmayaraq, bu məzmunun
seçimi mühüm əhəmiyyət kəsb edir.
Planlaşdırmada, xüsusən məqsədlərin planlaşdırılmasında
prinsipial məsələlərin məqsədlərinin müəyyənləşdirilməsində
tələbatın balansı dəqiqləşdirilməlidir. “Nəticə nədən ibarət olma-
lıdır? Texniki baxımdan məqsəd necə formalaşdırılmalıdır?“ sualla-
rının cavabları dəqiq müəyyənləşdirilməlidir. İnsanın formalaşması,
təhsilin, şəxsiyyətin tamlığı, o cümlədən, ümumiyyətlə təhsilin arzu
olunan başlıca məqsədinin nədən ibarət olması nəzərə alınmalıdır.
Oxucular unutmamalıdırlаr ki, müəllif heç də məktəb rəh-
bərlərinə bəzi müəlliflər kimi məktəbin hamı üçün eyni olan
məqsədlərini və хüsusən uzunmüddətli məqsədlərini müəyyən-
ləşdirib plan məsləhət bilməyə hazırlaşmır. Bu, əlbəttə, düzgün
olmazdı. Bunu nəzərə alaraq məsləhət bilərdik ki, məktəb rəhbərləri
başlıca təhsil məqsədləri haqqında müxtəlif xarakterli elmi
məktəblərin (o cümlədən, Avropa ölkələrinin) məsləhətlərini
nəzərdən keçirərək təklif olunan variantlardan onların məktəblərinə
daha yaxın və onların öz imkanlarına uyğun olanlarından istifadə
etsinlər. Unutmaq olmaz ki, bu münasibətlərin hamısının kökündə
insanın təbiəti, onun təhsili haqqında psixoloji-pedaqoji elmi
təsəvvürlər durur.
Respublikamızın bir çox regionlarının məktəb təcrübəsinin
təhlili göstərir ki, təhsilin əsas məqsədi və vəzifələri, təlim-tərbiyə
prosesinin funksiyaları aşağıdakı istiqamətlər çərçivəsində
formalaşdırılır:
- koqnitiv, dərkolunma funksiyası; bunun nəticəsi kimi
biliklər sistemi, fənn üzrə bacarıq və vərdişlər, təlim-dərketmə
Dostları ilə paylaş: |