Microsoft Word kitab-end-perenos



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə3/52
tarix02.10.2017
ölçüsü3,32 Kb.
#2570
1   2   3   4   5   6   7   8   9   ...   52

 
8
Əsasnaməsi”ndə  də  məktəbin vəzifəsi belə müəyyənləşdirilmişdir: 
“Ümumtəhsil məktəbinin  əsas vəzifəsi fərdin təbii imkanlarını 
inkişaf etdirmək, ona elmin əsaslarını öyrətmək, fiziki, əqli, 
intellektual imkanlarını, meyl, maraq və idrak qabiliyyətlərini 
nəzərə alaraq, onun şəxsiyyətini formalaşdırmaq, həyatda və cəmiy-
yətdə  səmərəli fəaliyyətə hazırlanmasına, müstəqil, yaradıcı 
düşünən, ümumi mədəniyyətə malik milli mənəviyyatlı şəxsiyyətin 
yetişdirilməsinə xidmət etmək,  şüurlu olaraq peşə seçməyə 
hazırlamaq, Azərbaycanın inkişafı naminə  fədаkarcasına çalışan 
vətəndaş  tərbiyə etməkdən ibarətdir.” (Azərbaycan Respublikası 
Orta Ümumtəhsil Məktəblərinin Nümunəvi  Əsasnaməsi. 12 mart, 
1994-cü il, Nazirlər Kabinetinin 109 saylı qərarı)  
Bu nöqsanlı  cəhət Təhsil naziri M.Mərdanovun Qax rayo-
nunda təhsil işçiləri ilə keçirdiyi müşavirə  zаmаnı  məruzəsində 
xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, PİZA adlı qurumun 
nümayəndələri 63 ölkədə, o cümlədən Azərbaycanda 15 yaşlı 
şagirdlər arasında riyaziyyatdan və ana dilindən imtahan 
götürmüşdür.  Şagirdlərimiz bilik üzrə 4-cü, bacarıq üzrə isə 30-cu 
yeri tutmuşlar. Təsadüfi deyil ki, nazir bunu məktəblərin şagirdlərə 
yalnız bilik öyrətməyə çalışması ilə izah etdi. Halbuki müasur 
həyatda, böyük uğur qazanmaq üçün bacarıq daha vacibdir. Ona gö-
rə də təhsil sistemində şagirdlərə biliklə yanaşı bacarıq və vərdişlər 
də öyrədilməlidir. («Azərbaycan müəllimi» qəzeti,  № 4, 9 noyabr, 
2007-ci il) 
Elm inkişaf etdikcə, təcrübə artdıqca təhsil anlayışı geniş 
məna kəsb edir, həyatın onun qarşısında qoyduğu yeni tələblər 
nəticəsində vəzifələr optimallaşır. 
XXI  əsrin təhsil prosesi qarşısında qoyduğu mühüm yenilik-
lərdən biri də  təhsil prosesinin subyekt – obyekt münasibətlərinin 
subyektlər münasibətinə çevrilməsidir. Təsadüfi deyil ki, hələ 1999-
cu ildə “Təhsil sahəsində  İslahat Proqramında “təhsil alanın  şəx-
siyyət kimi formalaşdırılmasını, onun təlim-tərbiyə prosesinin əsas 
subyektinə çevrilməsini başlıca vəzifə hesab edən yeni təhsil 
sisteminin yaradılması”qeyd edilirdi. (Təhsil sahəsində  İslahat 
Proqramı, səh 7). Bu çağırış – şagirdlərin prosesin subyektlərinə 
çevrilməsi – təhsil prosesinin idarə olunmasına yeni münasibət 


 
9
formalaşdırır. Təhsil müəssisəsi rəhbərləri ardıcıl olaraq bu tələbin 
həyata keçirilməsinə diqqəti artırmalıdırlar, çünki şagirdin subyekt 
funksiyası  təhsildə keyfiyyətin  əldə edilməsi ilə  əlaqədardır. Bu 
həqiqəti təhsil müəssisəsi rəhbərlərinə, ümumiyyətlə, oxucularımıza 
izah etmək üçün şagirdin subyektlik funksiyasının təhsilin keyfiy-
yəti ilə bağlı olmasının elmi əsaslarının ardıcıllıqla açıqlanması 
yerinə düşər. 
Bu gün təhsil işçilərinin bu problemə münasibətləri – şagird 
şəxsiyyətinə, onun əxlaqına və fəaliyyətinə münasibət kimi məktə-
bin mövqeyindən açıqlanır. Müxtəlif səviyyələrdə  təhsili idarə 
edənlər yeni konsepsiyalar, standartlar, kurikulumla dərslik və 
proqramlar, təlim vasitələri və s. yaratmağa çalışırlar. Təhsili idarə 
edənlər, müəllimlər və valideynlər uşaqların əvəzinə onların gələcək 
həyatlarının istiqamətlərini layihələşdirməyə çalışırlar. Belədirsə, 
biz düşünməliyik: 
- Uşaqlar yaşlılar tərəfindən arzu və istəkləri nəzərə alınmadan 
layihələşdirilmiş  təhsil müəssisələrində özlərini nə  dərəcədə 
komfort şəraitdə hiss edirlər. 
-
 
Uşaqları  təhsil məkanında yaşlılar tərəfindən təklif edilən 
fəaliyyət istiqamətləri təmin edirmi? 
-
 
Proqramlar, dərsliklər uşaqların xoşuna gəlirmi, axı onları 
bu vasitələrlə tərbiyə edir, həyata hazırlayırlar? 
-
 
Nəhayət, dövlət təhsil standartları bütün məktəbliləri təmin 
edirmi? 
(Mənə belə  gəlir ki, təhsil müəssisələrinin rəhbərləri bu 
məsələləri müəllimlərlə, tərbiyəçilərlə, hətta şagirdlərlə belə müza-
kirə etsələr, onlarda təhsilə yeni münasibət formalaşar). 
İllər keçdikcə aydın olur ki, xarici mühit böyüməkdə olan 
nəslə qarşı nə qədər diqtəedici mövqe tutacaqsa, böyüyən şəхs bir o 
qədər subyektə çevrilməyəcək. Bunun nəticəsidir ki, müəllim, 
şagird və psixoloqların  əlaqəli fəaliyyəti nəticəsiz qalır. Çünki 
yüksək təhsil nəticələri o zaman əldə olunur ki, uşaqların öz 
təhsilləri sahəsində maraqları müəllim, tərbiyəçi və bütövlükdə 
məktəbin maraqları ilə üst-üstə düşsün. 
Buradan belə bir nəticəyə gəlmək olar ki, XXI əsr məktəbində, 
keçmişdən fərqli olaraq, təhsilin anlanılması məntiqi tam dəyişəcək. 


 
10
Bu, uşağa xarici təsirin yox, uşağın özünün fəaliyyətinin nəticəsinə, 
mürəkkəb bir prosesə çevriləcəkdir. Bu zaman təhsil anlayışı, 
şəxsiyyətin təhsili anlayışı ilə əvəz olunacaqdır. Belə olduqda təhsil 
bir proses kimi şəxsin qayğısının nəticəsi olacaq. Ona görə  də bu 
zaman  şəxsi məsuliyyət, həm  şəxsi müvəffəqiyyət, həm də 
müvəffəqiyyətsizlik kimi qəbul ediləcəkdir. Belə münasibət, anlam 
şəxsiyyətin fərdi inkişafının nəticəsi olacaq, onun əxlaqını 
müəyyənləşdirəcək. 
Bir nəticə kimi qeyd etmək yerinə düşər ki, uşaq inkişaf et-
dikcə  təhsil özünütəhsilləndirməyə keçəcəkdir. Belə olarsa, yaxşı 
müəllim sadəcə olaraq uşaq  şəxsiyyətini formalaşdıran, bu proses 
üçün  şərait yaradan mütəxəssisə çevrilməlidir. Bir sözlə, insan öz 
gələcəyinin yaradıcısı olmalıdır. Belə izahatdan aşağıdakı anlayışlar 
formalaşır: 
-  Şəxsiyyətin təhsili məktəbə  qədər başlayır, məktəbdə  və 
məktəbdən kənarda davam edir, təhsil ömür boyu onu müşayiət edir 
(Fasiləsiz təhsil, yaşlıların təhsili). 
- Orta təhsil üçün lazımi şərait yaradılmayıbsa, (maddi-texniki 
baza, yüksək səviyyəli və öz peşəsini sevən müəllimlər və s. 
məktəblilərin fərdi özünütəhsili həyata keçirilməyirsə, təhsildə 
yüksək nəticə əldə etmək qeyri-mümkündür. 
- Məktəbin başlıca vəzifəsi  şagird  şəxsiyyətinin özünütəhsili, 
şəxsiyyətinin inkişafı üçün maksimum xoş şəraitin yaradılmasıdır. 
- Məktəb ictimaiyyəti tərəfindən çox mühüm, ancaq yeganə 
olmayan, inkişafda olan uşaq və  gənclərin gələcəyinin təminatçısı 
olmalıdır. (Əlbəttə, burada ailənin və  uşaqların özlərinin fəaliyyəti 
unudulmamalıdır. Məktəb ümumxalq işi olmalıdır. Belə olmazsa
bir çox ümumi məsələlər, təsərrüfat, maddi-texniki baza, gənclərin 
məktəbə  cəlbi, bəzən hətta küçələrin yığışdırılması, təsərrüfat 
işlərinə kömək və s. məktəb kollektivini əsas vəzifələrin həyata ke-
çirilməsindən uzaqlaşdırar).  
- Təhsilin nəticələrindən danışdıqda isə  məktəb təhsilinin 
nəticələri ilə şəxsiyyətin həyatda aldığı təhsilin nəticələri fərqlən 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə