Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

 

31

 



 

və  vicdanı  olan  Müsavat  firqəsinə,  ümumiyyətlə  müsavatçılıq 

idealına qarşı amansız mübarizə aparır, milli ziyalılarımızın gene-

fondunu məhv etmək üçün həmin anlayışlardan ittihamın ən ağır-

laşdırıcı tərkib  hissəsi  kimi  vicdansızcasına sui-istifadə  edirdilər. 

Böyük alim, ədəbiyyat tənqidçisi Firudin bəy Köçərlini onlar, elə 

hakimiyyətə  gələr-gəlməz,  1920-ci  ilin  mayındaca  yaradıcısı  və 

direktoru olduğu Qazax seminariyasında dərs dediyi auditoriyada 

həbs etmiş, bir neçə günahsız məsləkdaşı ilə birlikdə Gəncə həbs-

xanasında  güllələmişdilər.  Şekspir  biçimli  dramaturqumuz  Hü-

seyn Cavid,  orijinal təhkiyə ustası  olan Seyid Hüseyn, çox  məh-

suldar  ədib  və  araşdırıcımız,  görkəmli  diplomat  Yusif  Vəzir  Çə-

mənzəminli,  parlaq  istedadlı  şairimiz  Mikayıl  Müşfiq,  poliqlot-

alim, professor Bəkir Çobanzadə  müsavatla bu və  ya digər dərə-

cədə  əlaqədar  olan,  yaxud  müsavata  rəğbət  bəsləyən  adamlar 

kimi  “xalq  düşməni”  ittihamı  ilə  xalqın  bağrından  qoparıldılar, 

amansız  repressiyanın  qurbanı  oldular.  İncə  romantik  təbiətli, 

güclü milli ruhlu şairimiz, bir neçə dildən klassik əsərləri dilimizə 

çevirən cəfakeş tərcüməçi, yorulmaz publisist, alovlu vətənpərvər 

Əhməd  Cavad  da  Azərbaycan  xalqının  azadlığı  və  istiqlaliyyəti 

uğrunda  mübarizənin  mehrabına  “xalq  düşməni”  kimi  gətirilmiş 

müqəddəs qurbanlardan biri oldu. 1937-ci il iyunun 3-də Ə.Cava-

dın  mənzilinə  girib  axtarış  apardılar.  Vaxtilə  dostlarının  şairə 

bağışladığı  iki  ədəd  suvenir-xəncəri,  Şükriyyə  xanımın  daş-qa-

şını,  bəzək  şeylərini  müsadirə  etdilər.  Ə.Cavadı  və  Şükriyyə  xa-

nımı apardılar. (Şükriyyə xanım  evlərinə  qayıtdı. Sonra o, bir də 

həbs  olunacaq  və  uzun  müddətli  sürgünə  göndəriləcəkdi).  Şairi 

istintaq  edənlərin  səviyyəsini  (səviyyəsizliyini),  ona  qarşı  irəli 

sürülən  ittihamların  qondarma  mahiyyətini  təsəvvür  etmək  üçün 

bunu  da  yada  salım  ki,  onun  1934-cü  ildə  yazılmış  “Leyla”  şe-

rinin  əvvəlindəki  “Deyirlər:  Qarabağ  bir  cənnət  imiş”  misrasını 

göstərib  soruşmuşlar:  “Bununla  nə  demək  istəmişsiniz?  Qarabağ 

 

32

 



 

bir  zaman  cənnət  imiş...  Pah,  bəs  indi?  Qarabağa  nə  olub  indi?” 

(“Ağ ləkələr silinir”, səh.115). 

Dillə deyilməsi mümkün olmayan işgəncələrə məruz qaldı-

ğına  baxmayaraq  Əhməd  Cavad  ilk  ay  yarımda  özünə  qarşı  irəli 

sürülən  ittihamları  rədd  etdi,  öz  məsləkdaşlarından  da  heç  kəsə 

şər  atmadı,  düşmənlərimizin  tərtib  etdiyi  onsuz  da  çoxsaylı  qara 

siyahılara yeni  qurbanların əlavə  olunmasından  qətiyyətlə  imtina 

etdi.  Amma təqiblər, alçaq  və fitnəkar donoslar, başqa cür düşü-

nən adamların  gözümçıxdıya salınması, adi  vətəndaş azadlıqları-

nın boğulması öz işini gördü. Vəziyyəti ağırlaşdıran bir də bu idi 

ki...  istedadına  paxıllıq  edən  qabiliyyətsiz  cahillər  də  mətbuatda, 

yığıncaqlarda,  disputlarda  Ə.Cavada  hücum  edirdilər.  Ə.Cavad 

isə  o dəhşətli  dövrün  ekstremal şəraitində  heç kimi şərə salmadı. 

O, heç kimə böhtan atmadı, o, öz mövqeyini və xalqına sədaqəti-

ni mərdanə müdafiə edir, rəqiblərinə qarşı həmişə açıq çıxış edir, 

lakin onları özünə düşmən hesab etmir, intiqam almağa çalışmır-

dı.  Adamlara  mərhəmət  göstərməyə  və  hörmət  etməyə  çağırırdı. 

(“Xüsusi arxivdə saxlanan qovluq”, “Xalq” qəzeti, 7 mart 1992-ci 

il).  Buna  görə  də  dəfələrlə  döyülən,  başı  yarılan,  qulağı  batan, 

yüksək  hərarət  içində  çırpınan  şairin  gücü  axırda  özünə  çatdı. 

Beriya,  Bağırov,  Gerasimov,  Markaryan,  Qriqoryan  zindanların-

da tətbiq edilən növbəti işgəncədən sonra bu çox qüvvətli şəxsiy-

yətin iradəsi qırıldı və o, özünü “müqəssir” bildi, ədəbiyyat sahə-

sində  “ziyankarlıq”  işi  apardığını  boynuna  aldı.  1937-ci  il 

oktyabrın  12-də  SSRİ  Ali  Məhkəməsinin  Hərbi  Kollegiyası  (?) 

tərəfindən  ölüm  cəzasına  məhkum  edildi  və  elə  həmin  gecə  də 

tarix bərqərar olandan bu günə qədər çıxarılmış ən ədalətsiz ölüm 

hökmlərindən biri yerinə yetirildi. Cəlladlar 45 yaşlı nakam şairin 

qəlbini döyünməkdən qoydular... 

Ə.Cavad  ailəsinin  sağ  qalan  üzvlərinin  faciəsi  isə  bundan 

sonra  başlandı.  Vaxtilə  Ə.Cavadın  ilhamını  coşduran  və  şairin 




 

33

 



 

nadir  poeziya  inciləri  həsr  etdiyi  Şükriyyə  xanım  ərinin  həlak 

olmasından 15 gün sonra “vətən xaininin arvadı” kimi uşaqları ilə 

birlikdə  həbs  edildi.  Evlərində  yenidən  axtarış  aparıldı.  Olan-

olmazı  müsadirə  etdilər.  Dekabrın  23-də  Şükriyyə  ananı  yatabla 

uzaq Akmolinskiyə yola saldılar. Şairin övladları 16 yaşlı Aydın, 

14 yaşlı Tuqay və 2 yaşlı Yılmaz Xalq Daxili İşlər Komissarlığı-

nın  uşaq  qəbulu  məntəqəsinə  verildilər.  Tuqay  Nikolayev  şəhə-

rindəki  “Çətin  tərbiyə  olunan  uşaqların  düşərgəsinə”  göndərildi. 

Niyazi həddi-buluğa çatdığı üçün onu da qardaşlarından ayırdılar. 

3 ay 19 gün Bayıl həbsxanasında saxlayıb xeyli çək-çevirdən son-

ra  buraxdılar.  Qısa  bir  fasilədən  sonra  təkrar  həbs  edilmək  üçün 

axtarıldığını öyrənən Niyazi ələ keçməmək məqsədilə qaçır. Tale 

onu  aparıb  Leninqrada  çıxarır.  Yük  daşımaqla  güzəran  keçirir. 

Orada  yaşayan  azərbaycanlı  ziyalıların  köməyi  ilə  işə  düzəlir. 

1940-cı  ildə  Maliyyə-iqtisad  institutuna  qəbul  edilir.  Böyük 

Vətən müharibəsinin ilk günlərindən öz ərizəsinə əsasən cəbhəyə 

göndərilir.  Əvvəldən  axıradək  Leninqrad  cəbhəsində  vuruşur. 

Təltiflərə  layiq  görülür.  Ordudan  tərxis  edildikdən  sonra  Bakı 

Universitetinin geologiya fakültəsinə daxil olur. 

Sinəsinə  güllələnmiş ər və zülmlə ayrı salınmış  övlad  dağ-

ları  çəkilmiş  Şükriyyə  ana  7  il  əsarətdə  qalıb  kipriklərilə  od  gö-

türdü.  1945-ci  ildə  azad  edilsə  də  ona  Bakıda  yaşamaq  qadağan 

olundu.  Yalnız  1955-ci  ilin  dekabrında  şairin  arvadı  haqqında 

“cinayət  işi”nə  xitam  verildi.  Bunu  da  qeyd  etmək  vacibdir  ki, 

Ə.Cavadın  oğlanlarından  Aydın  Axundzadə  Xarkov  istiqamə-

tində Böyük Vətən müharibəsi cəbhələrində vuruşmuş, döyüş rə-

şadətlərinə görə təltif olunmuşdur... Tuqay Axundzadə indi Şəm-

kirdə  yaşayır,  Yılmaz  Axundzadə  isə  yüksək  ixtisaslı  hüquqşü-

nasdır,  dövlət  ittihamçısıdır.  Azərbaycan  parlamentinə  seçilmiş 

xalq elçilərindən biridir. 

 

 



34

 

 



*** 

 

M.C.Bağırovun  hələ  Azərbaycan  K(b)  P  XII  qurultayında 



(yanvar, 1934) dediklərindən belə təsəvvür əmələ gəlirdi ki, guya 

respublika  trotskiçi,  millətçi,  üsyançı  və  hər  cür  müxalifətçi  ilə 

doludur. Həm də onların bir çoxunun qəsdlərinin üstü açılmışdır. 

Lakin  düşmən  ünsürlər  xalq  komissarlıqlarında,  məktəblərdə  və 

institutlarda  fəaliyyət  göstərməkdə  davam  edirlər,  “ziyalıların 

ayrı-ayrı təbəqələri arasında millətçilik əhval-ruhiyyəsi hökm sü-

rür”. Respublikada vəzifə piramidasının ən yüksək zirvəsini tutan 

namərd  birinci  katibin  bu  sözləri  cəza  orqanlarının  ziyalılar,  o 

cümlədən  də  xüsusən  yazıçılar  üzərinə  geniş  miqyaslı  hücuma 

keçməsi üçün tutarqa vermişdi. Bu dəhşətli kampaniyada inzibati 

orqanlar, siyasi təşkilatlar bir sıra yazıçıların özlərinin arasındakı 

narazılıqlardan,  eləcə  də  səbatsızlıq  və  konyunkturçuluq  əhval-

ruhiyyəsindən,  nəhayət,  bəzilərinin  tutulmuş  olduğu  karyerizm 

xəstəliyindən  məharətlə  istifadə  edirdilər.  SSRİ  Yazıçılar  İttifaqı 

Rəyasət  Heyətinin  1937-ci  ilin  26  noyabrında  keçirilmiş  yı-

ğıncağında  Azərbaycan  Yazıçılar  İttifaqından  gəlmiş  bir  nüma-

yəndənin  xüsusi  iftixar  duyğusu  ilə  dediyi  bu  sözləri  başqa  cür 

başa  düşmək  çətindir:  “mən  dörd  il...  bu  ikiüzlülərlə  mübarizə 

aparmışam.  Bizə  hələ  təxminən  səkkiz  ay,  yaxud  bir  il  əvvəl 

müyəssər  oldu  ki,  NKVD-dən  qabaq  onların  xalq  düşməni  ol-

duğunu  üzə  çıxardaq.  Belələrindən  Tağı  Şahbazi  kimi,  Əhməd 

Cavad kimi yazıçıları göstərmək olar”. 

Daha buna nə  deyəsən? Öz  qələm  yoldaşlarını, soydaşları-

nı,  o  cümlədən  istedadlı  bir  xalq  şairini  “xalqın  düşməni”  kimi 

ifşa etmək üçün o zamanın ən müdhiş idarəsi ilə yarışa girən nü-

mayəndə həmin bədnam yarışda hətta NKVD-nin özündən də bir 

il irəlidə olduğu ilə lovğalanır... 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə