15
nöqtə qoyulmasında onun vaxtilə Bağırovla olan bu qısa müddətli
tanışlığının müdhiş rolu tamamilə aydındır...
1922-ci ildə Ə.Cavad Bakıda Pedaqoji Ali məktəbə daxil
olur. 1923-cü ildə həbs edilir. O, görkəmli azadlıq mücahidi,
M.Ə.Rəsulzadənin silahdaşlarından Mirzəbala Məhəmmədzadə-
nin Türkiyəyə getməsini təşkil etməkdə ittiham olunur. Lakin itti-
ham sübuta yetmir və Ə.Cavad azad olunur. Nərimanov texniku-
munda dil və ədəbiyyat dərsləri deyir, 1924-cü ildə “Ədəbiyyat
cəmiyyəti”nin katibi seçilir. 1925-ci ildə “Maarif və mədəniyyət”
jurnalına məsul katib təyin olunur. İşləyə-işləyə təhsil aldığı Ali
Pedaqoji İnstitutu bitirir. (Şəhadətnamə № 86, 1926-cı il). Bun-
dan sonra Ə.Cavadın pedaqoji fəaliyyət meydanı daha çox ali
məktəblər olur. O, Azərbaycan Politexnik İnstitutunda müəllimlik
etmiş, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dosent olmuş,
institutla birgə 1930-cu ildə Gəncəyə köçmüş, bir qədər sonra
burada dilçilik kafedrasına başçılıq etmiş, həmin institutda rus
dili üzrə ilk professorlardan biri olmuşdur.
Uzun illər texnikum və ali məktəblərdə dərs demiş Ə.Ca-
vad öz ömrünü şam kimi əridərək millətin balalarına savad, elm,
vətəndaş qeyrəti aşılamışdı. Şagirdləri, tələbələri bu dərin bilikli,
yüksək mədəniyyətli, şair ürəkli müəllimi sevir və yüksək də qiy-
mətləndirirdilər. Təhsili tamam edib Azərbaycanın müxtəlif böl-
gələrinə dağılışan bu gənclər öz müəllimlərini unutmur, onunla
məktublaşır, xalqın maariflənməsinə necə xidmət etdiklərindən
yazır, Ə.Cavada dönə-dönə öz dərin təşəkkür və minnətdarlıqları-
nı bildirir, onun etimadını doğruldacaqlarına söz verirdilər. Tağı
Həqqi 27 iyun 1927-ci il tarixli məktubunda açıqca etiraf edirdi
ki, “Bu gün özümdə hiss etdiyim qırılmaz qüvvəti və sönməz eşqi
mənə Siz bəxş etmisiniz... Sizdə həqiqi bir iman var”. Bəziləri isə
şer sahəsində öz qələm təcrübələrindən nümunələr göndərib məs-
16
ləhət istəyir, müəllimlərinə məhəbbəti də mənzum parçalarda ifa-
də edirdilər.
Sənin nurun işıq salır gözlərə,
Çalış deyir, oxu deyir bizlərə,
Öyrən elmi, alış deyir sözlərə,
O sözlərin cümlə-canı səndədir.
(Əhməd Quluzadə, 22 aprel 1925-ci il).
Bakı Türk İşçi fakültəsinin məzunu Qüdrət Ələvi isə 7 iyun
1927-ci ildə Lənkərandan göndərdiyi məktubda “tam dörd il zəh-
mət və məşəqqət çəkib bizi hazırlayan ustadıma” deyə müraciət
etdiyi müəlliminə layiqli hədiyyə kimi “Qırıq saz” adlı şer yazıb
göndərmişdir. Nizami Muzeyində Ə.Cavada - şair və müəllimə
dərin məhəbbət, böyük ehtiram və minnətdarlıq duyğusunun
ifadəsi olan bu cür məktublar çoxdur.
İdeoloji sahədə rəhbər orqanlar, “Qızıl qələmlər” cəmiyyə-
ti, onun fəal üzvləri olan “proletar” şairləri, bir sözlə Ə.Cavadın
əleyhdarları vaxtaşırı ona qarşı rəsmi və qeyri-rəsmi çıxışlar edir,
yalanlar uydurur, “düz yola”, yəni məcburən yeni quruluşu, onun
bütün sahələrdəki işini tərənnüm etməyə çağırır, belə olmayacağı
təqdirdə çox böyük cəzalara məruz qalacağı ilə hədələyirdilər.
Belə bir vaxtda Ə.Nazim Moskvada çap olunmuş bir məqaləsində
(“Peçat i revolyusiya”, N 7, 1929-cu il) göstərdi ki, İstanbulda
buraxılmış “İstiqlal uğrunda” adlı kitabda Ə.Cavadın da bir neçə
şeri dərc olunmuşdur. Bu xəbər şairin ətrafında onsuz da gər-
ginləşmiş mühitdə bir bomba kimi partladı və bu partlayış çox
geniş miqyasda əks-səda verdi. 20-ci illərin axırlarına doğru
Azərbaycanın ədəbi mühitindəki vəziyyət və bu vəziyyətdə Ə.Ca-
vada münasibət haqqında nisbətən aydın təsəvvür oyatmaq
17
məqsədilə həmin məsələ ilə əlaqədar bir qədər ətraflı məlumat
verməyi məqsədəuyğun sayıram.
Şair “Şiddətli protesto edirəm” (“Kommunist” qəzeti, 31
oktyabr 1929-cu il) adlı etirazında göstərdi ki, Aprel inqilabından
sonra əlaqədar olmadığı bir təşkilat tərəfindən nəşr edilən bu
kitabdan xəbəri olmadığı kimi, hansı əsərlərinin də həmin kitaba
düşdüyünü bilmir. Ə.Cavadın bəyanatı ehtirasları daha da qızış-
dırdı, ondan “səhvlərini” etiraf etməyi gözləyən opponentlərini
qəzəbləndirdi. “Kommunist”, “Bakinski raboçi”, “Yeni yol”,
“Gənc işçi” qəzetləri xüsusi bir sehirli çubuqla hərəkətə gətirilmiş
kimi səs-səsə verib, tək imza ilə, imzasız, bir neçə imza ilə dərc
olunmuş yazılarında Ə.Cavadı inqilabi duyğudan uzaq olmaqda,
quruluş əleyhinə böhtan yazmaqda, gənc müəlliflərə pis nümunə
göstərməkdə ittiham edir, onun yaradıcılıq fəaliyyətindən, müəl-
limlikdən uzaqlaşdırılmasını tələb edirdilər. “Kommunist” qəzeti
özü bircə gün əvvəl dərc etdiyi etiraz yazısından peşiman olub-
muş kimi noyabrın 1-də çıxan növbəti sayında Ə.Cavadın cəmi
üç xırda abzasdan ibarət olan əl boyda etirazına az qala bir “pad-
vallıq” redaksiya məqaləsilə cavab verir. Güman etmək olar ki,
şairin məktubuna qeyri-rəsmi, iftiraçı, təhdidedici cavab hələ
Ə.Cavadın etirazı dərc olunmamış hazırlanmışdı. Redaksiya mə-
qaləsindən verdiyim bu bir neçə parça onun həm məzmunu, həm
də ahəngi barədə obyektiv təsəvvür oyatdığı üçün əlavə şərhə
ehtiyac görmürəm. Əlbəttə, məqalənin ümumi mədəni-etik
səviyyəsinə uyğun da sərlövhəsi “seçilmişdi”: “Keçinin andına-
mı, xoruzun quyruğunamı? (Cavadın protestosu münasibətilə)”.
Bu da cavabdan cümlələr:
“Bizi maraqlandıran məsələ hər şeydən əvvəl budur ki, nə
üçün müsavatçılar öz kitablarında... Həsən, Hüseyn, yaxud Vəli-
nin deyil, haman-haman Cavadın əsərlərini dərc və nəşr edirlər?
Hamı, xüsusən Cavadın özü bu məsələ üzərində düşünməlidir.
18
Cavadın əsərlərindən müsavat ruhu, müsavatçılıq iyi gəlir. Bu
əsərlər mövzu etibarilə göllər, meşələr, bulutlar və sevgilərə
racedir və bu günkü Azərbaycan oxucularına əsla lazım deyildir.
Bunu dəfələrlə qəzetimiz səhifələrində Cavada göstərmişiz...
Bundan sonra Şura hökuməti və sosializm uğrunda Azərbaycan
əməkçilərinin mübarizəsini qəbul və təsdiq etdiyinə (dair) həqiqi,
müəyyən sübutlar olmadıqca Cavada və onun protesto-etirazına
inanmaq olarmı?.. Biz heç vaxt yol verməriz ki, Şura müəssisələ-
rində işləyənlər... duz-çörəyimizi yeyənlər bizə təpik atsınlar,
Krılovun şerindəki donuz olsunlar. Heç kəsə, xüsusən Cavada
böylə etməyə izin verməriz... Xüsusilə Cavad böylə etsə əlini
kəsəriz!”.
Konkret müəlliflərə gəldikdə isə məsələn, Ə.Vəliyev bu
fikirdə idi: “Biz hər şeydən əvvəl Ə.Cavad kimi müsavatçı şairlə-
rin iç üzünü açmalı və onları şura yazıçılarına yaxın buraxmama-
lıyız. Halbuki Cavadlar bizim Müşfiq kimi bəzi yoldaşları öz tə-
siri altına almaqla onların ruhunu zəhərləyirlər. Böylə işlərə qəti
olaraq nəhayət verməliyiz”. (Proletar Yazıçıları Cəmiyyətinin no-
yabrın birində çağırılmış geniş iclasındakı çıxışından. “Kommu-
nist” qəzeti, 3 noyabr, 1929-cu il) Hətta Hacı Kərim Sanılı kimi
yaşlı, təcrübəli bir şair də bu vurha-vurdan kənarda qalmağı özü-
nə rəva bilməyib, 5 noyabr 1929-cu il tarixli həmin qəzetdə bu
sətirləri çap etdirmişdi: “Cavad Azərbaycanda kimi ağa görmək
istəyir? Sarı Ələkbərimi? Onun qoçuları(nımı)? Bakıya Sallaq
Dadaşı, Teymur bəyi, Qoçu Nəcəfqulularımı dirildib gətirmək is-
təyir?.. Əyər Cavadın sözü ilə fikri müvafiq deyilsə, əyər o,
müsavatçılarla bir yolda getmək istəyirsə, o zaman özünü tək gö-
rəcəkdir və Azərbaycanın qızıl gülləri ona tikan görünəcəkdir”.
“Yeni yol” qəzetində dərc olunmuş “Cavada nifrət” (6 noyabr,
1929-cu il) məqaləsində də qəzetin öz “kollektiv müxbirləri”nin
etirazındakı ahəng hədələyici idi. “Biz Ə.Cavadın çürük müsavat