Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

 

43

 



 

mənaya  xələl  gəlmişdir.  Mən  onların  hamısını  göstərib  xoşa-

gəlməz  mənzərə  yaratmaq  istəməsəm  də,  bu  qism  təhriflərin  xa-

rakteri  barədə  düzgün  təsəvvür  oyatmaq  üçün  bir-iki  nümunə 

verməklə kifayətlənəcəyəm. 

 

Cam cirənayaqçıya (!) döndü Füzuli. 

Əslində isə kursivlə verdiyim hərf yığını “içirən” və “ayaq-

çıya” kimi iki kəlmədən ibarətdir. Burada ayaqçı saqi (yəni şərab 

paylayan)  deməkdir.  Düşmüş  “i”  hərfi  də  bərpa  edilmək  şərtilə 

misra Əhməd Cavadın yazdığı şəkildə, yəni belə oxunmalıdır: 

 

Cam içirən ayaqçıya döndü Füzuli. 

 

İndi  də “Şəhidlərə” şerindən pozulmuş bir bəndə  nəzər sa-



laq. 

Çarıqlı qardaşın - sadədil ərdi, 

Gəldi məzarına bir uruk ordu (?) 

Toplanıb baş-başa hər üçü durdu (?) 

Hər gün köylü qızlar dərdini dinlər! 

 

İkinci və üçüncü misralardan heç nə başa düşülmür. Əslin-



də isə həmin bənd belə oxunmalıdır: 

 

Çarıqlı qardaşın-sadədil köylü 



Gəldi məzarına, bir örük ördü. 

Toplanıb baş-başa hər üçü dördü - 

Hər gün köylü qızlar dərdini dinlər! 

 

“Örük  ördü”  burada  ya  “əklil  (dəmət)  düzəltdi  (hördü)” 



mənasındadır, ya da məzarın “ətrafını çəpərlədi”. “Hər üçü, dördü 

isə” bu misrada “üç-üç”, “dörd-dörd” anlamında işlədilmişdir. 

 

44

 



 

Niyə gizlədim, aşağıdakı sətirləri oxuyanda lap pərt oldum: 

 

Bilmədən başına nələr gələcək, 

Sən bir çiçək oldun, mən bir göbələk (?) 

 

Əslində isə ikinci sətrin son sözü kələbək olub türk dilində 



kəpənək  deməkdir. “Qoşma”  kitabında çap  olunmuş “Şerlərimə” 

əsərində misra elə bu cürə də getmişdir: 

 

Sən bir çiçək oldun, mən bir kələbək. 

 

Öz poeziyasına qarşı həssas, zərif münasibətini ifadə etmək 



üçün  şair  uğurlu  bir  metaforadan  faydalanmışdır.  Çiçək-kəpənək 

münasibətləri kimi incə bir ovqatdan söhbət getdiyi məqamda gö-

bələyin heç yeridirmi? 

Ə.Cavadın  Bakıda  çıxan  hələlik  son  kitabı  “Haqq  bağıran 

səs”dir.  Onu  Azərbaycan  Jurnalistlər  İttifaqının  “Nicat”  nəşriy-

yatı  1991-ci  ildə  buraxmışdır.  “Haqq  bağıran  səs”  Azərbaycan 

Jurnalistlər  İttifaqının  repressiyaya  uğramış  şairlərin  irsini  nəşr 

edib yaymaq sahəsində ikinci uğurlu təşəbbüsüdür. Bundan əvvəl 

1990-cı  ildə  çap  olunmuş  kitab  “Azərbaycanın  didərgin  salınmış 

övladı şair Almas İldırım şerləri ilə” adlanırdı. Ə.Cavadın kitabı-

na onun say-seçmə əsərlərindən iyirmisi daxil edilmişdir. Kitabın 

tərtibçisi  filologiya  elmləri  namizədi  Aybəniz  Əliyeva  Azərbay-

can  ədəbiyyatının  indiyədək  əsaslı  axtarışların  obyekti  olmamış 

bir sahəsində çalışır, ilk Demokratik Cümhuriyyət illərinin dövrü 

mətbuatında ədəbiyyat məsələlərini öyrənir. Əhməd Cavadın şer-

lərini  tərtibçi  başlıca  olaraq  onların  ilk  nəşrləri  əsasında,  bilava-

sitə  “Açıq  söz”,  “Azərbaycan”,  “İstiqlal”  kimi  mətbuat  orqanla-

rından, “Qoşma”  və “Dalğa”  kitablarından toplamışdır. Nadir is-

tisnaları  çıxmaq  şərtilə  “Haqq  bağıran  səs”  kitabındakı  şerlərin 



 

45

 



 

mətnində yanlışlığa yol  verilməmiş, əsərlər demək olar ki, əslinə 

müvafiq nəşr edilmişdir. Kitabın uğurlu alınmasının başlıca səbə-

bi isə budur ki, onun tərtibi üçün seçilmiş şerlər mahiyyət etibarı 

ilə Əhməd Cavad  yaradıcılığının  milli  intibah amalını, şairin  və-

təndaş mövqeyini, lirik məramını müvəffəqiyyətlə əks etdirir. Bü-

tünlükdə  kitabın  tərtibi,  o  cümlədən  də  “Azərbaycan  istiqlalının 

tərənnümçüsü”  adlı  yığcam,  səmimi  müqəddimə  sübut  edir  ki, 

A.Əliyeva gələcəkdə bu sahədə daha səriştəli bir mütəxəssis kimi 

fəaliyyət göstərə biləcəkdir. 

Mənzərənin tamlığı xatirinə bu yazıda bir nəşri də qeyd et-

mək  vacibdir. Şairin “Çırpınırdın, Qara dəniz!” adlı  kitabı 1990-

cı ildə Ankarada nəşr olunmuşdur. Xüsusi zövqlə, əla kağızda çap 

edilmiş  kitabın  üz  qabığında  naməlum  rəssam,  uğrunda  Ə.Ca-

vadın həyatını qurban verdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 

bayrağı  ilə  həmin  bayraqdan  rəng  alan  üfüq  rəmzindən  uğurla 

faydalana  bilmişdir.  Tərtibçi  Sərvət  Gürcan  isə  Əhməd  Cavadın 

“Qoşma”  və  “Dalğa”  kitablarındakı  şerlərin  hamısını,  heç  bir 

istisnaya  yol  vermədən,  həmin  nəşrlərdəki  ardıcıllıqla  buraya 

daxil  etmişdir.  Yalnız  bir  əsər,  1914-cü  ildə  yazılmış  “Çırpınır-

dın,  Qara  dəniz!”  şeri  1916-cı  və  1919-cu  illərdə  buraxılmış  ki-

tablarda  olmadığı  halda  bu  nəşrə  əlavə  edilmişdir.  Bu  nəşrin 

məhz Türkiyə oxucusu üçün hazırlandığı nəzərə alınsa həmin şe-

rin  əlavə  edildiyinin,  həm  də  kitabın  Türk  Bayrağının  şərəfinə 

yazılmış  həmin  şerin  sərlövhəsilə  adlandırılmasının  da  səbəbini 

başa düşmək olar. 

Beləliklə  də  Ə.Cavadın  sağlığında  nəşr  olunmuş  kitabları 

Türkiyədəki dostlarımızın qayğıkeş əllərilə yenidən həyata qayta-

rılmış oldu. Mən bunu qardaş Türkiyə torpağında nakam şairimi-

zin xatirəsinə bəslənən dərin ehtiramın parlaq təzahürlərindən biri 

hesab edir və bu münasibətlə həmkarım Sərvət Gürcana Azərbay-

can ədəbiyyatşünasları tərəfindən öz dərin  minnətdarlığımı bildi-

 

46

 



 

rirəm.  120  səhifəlik  kitabda  barmaqla  sayılacaq  qədər  az  sözü 

çıxmaq şərtilə Ə.Cavadın şerləri onun vaxtı ilə öz əli ilə tərtib et-

diyi kimi verilmişdir. Çağdaş türk oxucusu üçün qavranılması çə-

tin olan bəzi ərəb və fars mənşəli kəlmələrin, eləcə də dialektləri-

mizə  məxsus  bir  qism  sözlərin  hər  səhifənin  axırındakı  lüğətdə 

Türkiyə  türkcəsi  ilə  izahı  var.  Tərtibçinin  yazdığı  mükəmməl 

müqəddimədə  isə  Ə.Cavadın  həyat  yolunun  mərhələlərindən, 

yaradıcılığının əsas mövzularından, şairin özünün və ailəsinin ba-

şına  gətirilmiş  məlum  faciədən  ürək  yanğısı  ilə  bəhs  olunur.  Ki-

tabın sonunda hər bir şerin adı altında onun transkripsiya fərqləri 

açıqlanmışdır. 

Bu kiçik  qeydlərdən  də bir daha göründüyü  kimi, Ə.Cava-

dın kitablarının nəşrinə bir neçə dəfə təşəbbüs göstərildiyinə bax-

mayaraq  hazırda  Azərbaycan  oxucularının  əlində  onun  yaradıcı-

lıq  yolunu  tam  və  dəqiq  əks  etdirən  sanballı  bir  kitabı  yoxdur. 

Yubiley  münasibətilə  təsdiq  olunmuş  hökumət  tədbirləri  proqra-

mında şair haqqında elmi əsərlər və kütləvi kitabçalar buraxmaq-

la yanaşı, yaxın vaxtlarda onun özünün əsərlərinin də nəşri diqqət 

mərkəzindədir.  Mən  arzu  edərdim  ki,  bütün  bu  planlar  tezliklə 

həyata  keçirilsin  və  Əhməd  Cavadın  yeni  kitabları  hazırlanarkən 

onun  əsərlərinin  əvvəlki  nəşrlərində  yol  verilmiş  ciddi  qüsurlar 

təkrar edilməsin, qədrşünas oxucular sevimli sənətkarımızın əsər-

lərilə onların əslinə müvafiq mətnlər əsasında ünsiyyət tapsınlar! 

 

 

 



 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə